Məhkəmə qərarları › İş №1(073)-110/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-110/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-110/2023 25.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Cəlilabad rayonunun Bayxanlı kəndində doğulmuş, AzərbaycanRespublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Boyxanlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə, saat 21 radələrində qardaşları Şahid1 Səxavət oğlu ilə Zərərçəkmiş şəxs arasında sonuncuya məxsus olan Cəlilabad rayonu Bayxanlı kəndində yerləşən fərdi yaşayış evinin salonunda ailə-məişət münasibətləri zəminində yaranmış mübahisəni sakitləşdirmək üçün həmin ünvana gələrək mübahisə zamanı başının arxa nahiyəsi ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə qəsdən bir dəfə vurmaqla ona üst dodağın selikli qişasında əzilmiş yara və qansızma ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır və aralarında hazırkı hadisəyədək heç vaxt narazılıq olmamışdır. Qardaşı Sücayət onunla qonşuluqda yaşayır. xx.xx.2023-cü il tarixdə öz yaşadığı evdə olduğu vaxt qardaşının yaşadığı evdə qışqırıq səsi eşitmiş, öz evindən çölə çıxmış və anasının onun yaşadığı evə tərəf gəldiyini görmüşdür. Anasına yaxınlaşanda anası ona Səid və Sücayətin evdə dalaşdıqlarını demiş, dərhal anasının evinə getmiş və Səidlə Sücayətin dalaşdıqlarını görmüşdür. Onların arasına girmiş və onları aralaşdırmağa çalışmışdır. Qardaşı Səidi qucaqlayıb kənara çəkəndə Sücayət arxadan gəlmiş və Səidi vurmaq istəmişdir. Həmin vaxt başının arxa tərəfi ilə Sücayətin sifət nahiyəsinə bir dəfə zərbə vurmuş, bundan sonra ara sakitləşmiş, qardaşı Səidi oradan götürüb öz yaşadığı evə aparmışdır. Sonradan ona məlum olmuşdur ki, qardaşı Sücayət, o və qardaşı Səid barəsində polis şöbəsinə şikayət etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmışlar, zərərçəkmiş şəxs onu bağışlamışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs doğma qardaşıdır. Eləcə də Şahid1 da onun doğma qardaşıdır, onlarla heç bir düşmənçilik və ədavəti olmamışdır. Səid Bakı şəhərində, Sadıq isə Bayxanlı kəndində onunla qonşuluqda yaşayır. Özü günəmuzd fəhlə işləyir. xx.xx.2023-cü il tarixdə qardaşı Səid ona zəng etmiş və özünə sosial yardım düzəltmək istədiyini, hansı sənədlərin lazım olduğunu rayondan maraqlanmasını xahiş emtişdir. Qardaşı Səidə ilk öncə VÖEN-in olmasını, yoxdursa düzəltdirməli olduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Səid xx.xx.2023-cü il tarixdə rayona gəlmiş, lakin sənədləri düzəldə bilməmişdir. Həmin gün axşam Səid onun yaşadığı evə gəlmiş, Səid ona nə üçün onu aldadıb Bakı şəhərindən rayona gətirdiyini demiş, bu vaxt aralarında mübahisə düşmüşdür. Səid böyük qardaşı olduğuna görə ona cavab qaytarmamış, bundan sonra səsə qonşuluqda yaşayan qardaşı Sadıq gəlmişdir. Həmin vaxt Sadıq onunla Səidin arasına girmiş və başı ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Zərbənin təsirindən kənara çəkilmişdir. Bundan sonra qardaşı Sadıq Səidi oradan götürüb evinə aparmışdır. Qardaşının bu hərəkətinə görə əsəbləşib DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid1 təhqiqat zamanı verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır, aralarında heç vaxt ədavət olmamışdır. 2006-cı il tarixdən ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yaşayır. xx.xx.2023-cü il tarixdə qardaşı Sücayətə zəng etmiş və ona özünə sosial yardım düzəltmək istədiyini və hansı sənədlərin lazım olduğunu maraqlanmasını demişdir. Sücayət ona bildirmişdir ki, özü də sənəd verib, ona VÖEN lazımdır, rayona gəlib Vergilər idarəsindən almalıdır. Qardaşı xx.xx.2023-cü il tarixdə rayona gəlməsini və ona köməklik edəcəyini və sənədləri düzəldəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən Cəlilabad rayonuna gəlmiş, həmin gün Cəlilabad rayonunda yerləşən Vergilər idarəsinə getmiş və növbə götürmüşdür. Lakin axşam saat 6-ya kimi gözləmiş və ona adına VÖEN olduğunu və yeni VÖEN-ə ehtiyac olmadığını bildirmişlər. Bundan sonra qardaşına əsəbləşmiş və onun yaşadığı Bayxanlı kəndinə gəlmişdir. Evə girmiş və Sücayətə «bu qədər yol gəlmişəm, sən də mənə demirsən ki, sənə VÖEN lazım deyil» demiş, bundan sonra qardaşı ilə aralarında mübahisə düşmüşdür. Bir böyük qardaş kimi Sücayətə bir sillə vurmuşdur ki, o sakitləşsin, lakin Sücayət sakitləşməmiş və onun üstünə gəlmiş, bu zaman özünü müdafiə etmək üçün onun sol bel nahiyəsindən dişləmişdir. Bundan sonra qonşuluqda yaşayan qardaşı Sadıq səsə gəlmiş, Sücayəti sakitləşdirməyə çalışmış, lakin Sadıq Sücayəti sakitləşdirə bilmədiyi üçün kəllə ilə onun sifət nahiyəsinə zərbə vurmuşdur. Bundan sonra qardaşı Sücayət mobil telefonla DİN-in 102 xidmətinə zəng edərək onlardan şikayət etmişdir. Daha sonra o, qardaşı Sadıqla onun yaşadığı evə getmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid2 təhqiqat zamanı verdiyi izahatında göstərmişdir ki, Bakı şəhərində yaşayan Şahid1 Bakı şəhərindən kəndə gəlmiş, oğlu Sücayətlə aralarında bilmədiyi məsələyə görə mübahisə olmuşdur. Mübahisə əsnasında aralarında dava-dalaş baş vermiş, qonşuluqda yaşayan oğlu Təqsirləndirilən şəxs da oğlu Sücayətlə birgə yaşadıqları evə gəlmiş və dava-dalaş böyümüşdür. Oğlu Səid digər oğlu Sücayətin belini dişləmiş, Sadıq isə başının arxa tərəfi ilə Sücayətin sifət nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Bu barədə oğlu Sücayət DİN-in 102 xidmətinə məlumat vermişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 237 saylı rəydən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs üst dodağın selikli qişasında əzilmiş yara və qansızma müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə üst dodağın selikli qişasındakı əzilmiş yara və qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdıqlarını, tələb və şikayətinin olmadığını göstərərək, məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdıqlarını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. İş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. İctimai təhlükəli əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsində nəzərdə tutulmuşəsaslar müəyyən olunmur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinəəsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuşəməli (əməlləri) törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda və ona dəymiş ziyanı tamamiləödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi iş materiallarıəsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 73-cü maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar