Məhkəmə qərarları › İş №1(073)-110/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-110/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-110/2024 09.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs iştirakı ilə Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1995-ci ildə Cəlilabad rayon, Kövüzbulaq kəndində anadan olmuş, ailəli, orta təhsilli, məhkum olunan, fərdi əməklə məşğul olan, məhkum olunmuş - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 66.3-cü maddələri ilə təqsirli bilinib 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 1 il 9 ay 18 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, Azərbaycan Respublikasının vətandaşı, Cəlilabad rayon, Uzuntəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 17 mart 2024-cü il tarixli qərarla barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı şəhəri 1 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda -6,898 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 mart 2024-cü il tarixdə saat 00:25 dəqiqədə Cəlilabad rayonu, Uzuntəpə kəndində asfalt yolun kənarında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə qurudulmuş marixuana 1 ədəd kibrit qutusunun içərisində olmaqla əynindəki qara rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2023-cü il tarixdə cəzaçəkmə məntəqəsindən çıxdıqdan sonra yaşadığı kəndə qayıtmışdır. O, yaşadığı kəndə qayıtdıqdan sonra ailəsini dolandırmaq üçün fərdi əməklə məşqul olmuşdur. xx.xx.2024-cü il tarixdə o, işdən yaşadığı evə qayıdan zaman yerdə kibrit qutusu görmüş, o, yerdəki kibrit qutusunu götürdükdən sonra kibrit qutusunu açmış və görmüşdür ki, kibrit qutusunun içərisində marixuana var. Həmin vaxt o, kibrit qutusunu götürüb cibinə qoymuşdur ki, sonra həmin marixuanadan istifadə edər. Həmin gün o, evdə axşam yeməyini yemiş və kənd aralığına çıxmışdır. Həmin vaxt o, dostu Elşənlə görüşmüş, Elşənlə görüşüb söhbət etdikdən sonra onunla sağollaşmış və yaşadığı ev istiqamətinə getmişdir. Həmin vaxt üzərində olan kibrit qutusunda olan marixuanadan istifadə etmək üçün yaşadığı evin yaxınlığında dayanmışdır. Həmin vaxt iki nəfər mülki geyimdə tanımadığı şəxslər ona yaxınlaşmışlar, onlar özlərini təqdim etmişlər və demişlər ki, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarıdılar. Polis əməkdaşları ondan nə üçün özünü şübhəli aparmasını və üzərində narkotik vasitə olub olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına yaşadığı evə getdiyini və üzərində narkotik maddə olan marixuana olmasını bildirmişdir. Bundan sonra ona yaxınlaşan polis əməkdaşları onu Cəlilabad rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və onun üzərində olan 1 ədəd kibrit qutusunda marixuana aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin narkotik vasitə qurudulmuş marixuana ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O, arada bir narkotik vasitə olan marixuana istifadə edir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlədən istifadə etməmişdir. Onun üzərində narkotik vasitə olmasından heç kimin məlumatı olmamış, o bu barədə heç kimə deməmişdir. Ona qarşı polis əməkdaşları heç bir zor tətbir etməmişlər. O, maraq gəzdirdiyi və istifadə etmək üçün həmin narkotik vasitəni gəzdirmiş, lakin həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş qurudulmuş marixuananı qab ilə birlikdə elektron tərəzidə çəkmişlər, ona görə də rəydə olan çəki düzdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Cəlilabad RPŞ-də xidmət edir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. 15 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 16 mart 2024-cü il tarixdə, təxminən saat 00:20 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad rayonu, Uzuntəpə kəndində tərəflərindən müşahidəyə götürülmüş, təxminən 5 (beş) dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar, Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş, bundan sonra Cəlilabad RPŞ-nin KTQ-nin inspektor-kriminalisti X3 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana vardır. Həmin bükülüyə baxış keçirildikdən sonra bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən olunmuş, sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 Şahid2 göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. 15 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 16 mart 2024-cü il tarixdə, təxminən saat 00:20 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad rayonu, Uzuntəpə kəndində tərəflərindən müşahidəyə götürülmüş, təxminən 5 (beş) dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar, Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş, bundan sonra Cəlilabad RPŞ-nin KTQ-nin inspektor-kriminalisti X3 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana vardır. Həmin bükülüyə baxış keçirildikdən sonra bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən olunmuş, sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayon Polis Şöbəsinin kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti vəzifəsində xidmət edir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 16 mart 2024-cü il tarixdə şöbə rəhbərliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirildiyi və sonuncunun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilməklə onun da həmin şəxsi axtarış zamanı xidməti vəzifəsini icra edərək videoçəkiliş aparmağı tapşırılmışdır. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana vardır. Həmin bükülüyə baxış keçirildikdən sonra bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən olunmuş, sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. İş materiallarına əlavə olunmuş, 16 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 1 ədəd kibrit qutusuna bükülmüş bükülüdə narkotik vasitə olan qurudulmuş marixuanaya aşkar edilərək götürülmüşdür. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X6 tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 16 mart 2024-cü il tarixli, 19/266 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -6,898 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 6,898 qram, cəmi tədqiqata sərf olunmuş 0,05 qram və 6,848 qram qalıq qalmışdır. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X1 Məhkəmə Narkoloji Ekspertizasının 19 aprel 2024-cü il tarixli, 367 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji xəstəxanasında qeydiyyatda durur. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona, təqsirli bilindiyi həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, təqsirləndirilən şəxs Qənbərli X4 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 66.3-cü maddələri ilə təqsirli bilinib 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 1 il 9 ay 18 gün vaxtından əvvəl şərti azad edilmişdir. İşdə olan Cəlilabad RİHB-nın Uzuntəpə kənd İƏDÜ nümayəndəliyindən verilmiş, 27 mart 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Amin və xx.xx.2019-cü il təvəllüdlü Mehri adlı iki azyaşlı uşaqları vardır və o yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs iki azyaşlı uşaqlarının olması və əməlindən səmimi peşman olmasını və yaşayış yerində müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirə hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinəəsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinəəsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə novundə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növundə cəzanın ciddi rejimli cəzacəkmə muəssisələrində cəkilməsi müəyyən edilir. Eyni zamanda Təqsirləndirilən şəxs şərti olaraq vaxtından əvvəl azad olunduğu cəzasının çəkilməmiş 1 il 9 ay 18 gün hissəsi ərzində CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş az ağır cinayət törətdiyi üçün onun barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Azərbaycan Respublikası CM-nin 76.6-cı maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum:…76.6.3. qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.3-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır İşdə olan Cəlilabad rayon Məhkəməsinin 17 mart 2024-cü il tarixli, 4(073)-34/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2024-cü ildə şübhəli şəxs qismində tutularaq barəsində 3 ay müddətinə həbs qətimka tədbiri seçilmişdir.. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə, iş üzrə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə almalı, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacının olmamasını və ərazi Narkoloji xəstəxanasında qeydiyyatda olmasını nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 6,848 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə cəmi 60 (altımış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Nizami Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qərarı ilə cəzadan 1 il 9 ay 18 gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki yeni hökm üzrə təyin edilən cəzaya Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2020-ci il tarixli hökmü ilə təyin edilən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 il 9 ay 18 gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 16 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı çəkisi 6,848 qram olan narkotik vasitə olan qurudulmuş marixuana qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. İş üzrə cəmi 60 (altımış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar