Məhkəmə qərarları › İş №1(073)-111/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-111/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-111/2024 04.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs, xx.xx.2004-cü ildə Cəlilabad rayonunda anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Əliqasımlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəməi clasında baxaraq, məhkəmə.... M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 18 mart 2024-cü il tarixdə saat 11:30 radələrində Cəlilabad şəhəri, Qurtuluş küçəsində "xxxx" MMC-nin girişində küçədə əvvəlcədən tanıdığı Cəlilabad rayonu Əliqasımlı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs həmkəndlisi Şahəddin Məmmədovun evinə daxil olmasını bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti iləsonuncu ilə həmin zəmində aralarında yaranmış mübahisə zamanı orada olan sonuncunu nalayiq ifadələrlə ucadan təhqir edərək istintaqa məlum olmayan dəmir parçası ilə Zərərçəkmiş şəxsüzərinə hücum edib, özünüətrafdakılara qarşı qoyaraq cəmiyyətə açıqca hörmətsizlik edib, özü vəətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozub silah qismindəəlindəki dəmir parçası ilə zor tətbiq edib bir dəfə burun və sol göz nahiyələrindən qəsdən vuraraq burun nahiyəsində şişkinlik, qançır, deformasiya və burun sümüyünün yerini dəyişən sınığı, sol göz yuvası ətrafında qançır ilə vahid kompleks təşkil edib sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər yetirib, təxminən 5 dəqiqəərzindəətrafdakı insanlarda qorxu və narahatlıq hissi yaratmış, bununla da, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 mart 2024-cü il tarixdə saat 12 radələrində İran bazarının girişində Zərərçəkmiş şəxsla rastlaşmış, həmin vaxt yanında Valeh Hüseynov, Zamiq və Şahid2 olmuşlar. O, Zərərçəkmiş şəxsla salamlaşmış, ona, “sən nəyə görə Şahəddinin evinə girmisən” deyə müraciət etmişdir. Zərərçəkmiş şəxs da onunla kobud danışıb ünvanına nalayiq ifadələr işlətmiş, o da həmin söyüşə görə yumruqla bir dəfə Zərərçəkmiş şəxs burun nahiyəsindən və sifətinin sol yarısından vurmuşdur. Daha sonra o, həmin yerdən uzaqlaşaraq getmişdir. O, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruqla vurduğunu, həmin vaxt əlində heç bir dəmir və digər metal əşya olmadığını bildirmişdir. Hazırda törətdiyi əməldən səmimi peşimandır, Zərərçəkmiş şəxsla barışmışdır. Bütün bu deyilənləri nəzərə alaraq ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla arasında ədavət vəşəxsiqərəzçilik olmamışdır. 18 mart 2024-cü il tarixdə saat 11 radələrində bayram bazarlığı etmək üçün İran bazarına getmiş, o, bazarda Təqsirləndirilən şəxsla rastlaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yanında əmisi oğlu Valeh Hüseynov, Zamiq və Şahid2 olmuşdur. O, onlarla salamlaşmışdır. Təqsirləndirilən şəxs ona “sən nəyə Şahəddinin evinə girmisən” deyə soruşmuş, o da Təqsirləndirilən şəxs Şahəddinin evinə girmədiyini demişdir. Həmin vaxt onun başı Təqsirləndirilən şəxs yanında olan şəxslərlə söhbətə qarışmış və anidən Pərviz yumruqla onun üz nahiyəsinə bir dəfə vurub qaçmışdır. Zərbənin təsirindən burnundan qan gəlməyə başlamışdır. O, özünə gəldikdən sonra Pərvizi axtarmağa başlamış, lakin həmin gün tapa bilməmişdir. Bu barədə rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun üzünə yumrulqa vurduğunu, əlində hər hansı bir dəmir parçasının olmadığını bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona dəmir parçası ilə vurduğunu deməsini səbəbi kimi zərbənin anidən və güclü olması olmuşdur. Həqiqətdə isə Təqsirləndirilən şəxs ona dəmir parçası və ya hər hansı bir bərk predmetlə deyil, yumruqla vurmuşdur. Hazırda o, Təqsirləndirilən şəxsla barışmış, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onlarla aralarında ədavət vəşəxsi-qərəzçilik olmamışdır. 18 mart 2024-cü il tarixdə saat 11 radələrində o, Şahid3, Təbriz Kərimov və Təqsirləndirilən şəxs paltar almaq üçün Cəlilabad rayonu İran bazarına getmişlər. Bazarlıq edib çıxan zaman bazarın girişində Zərərçəkmiş şəxsla rastlaşmışlar. Onlar Zərərçəkmiş şəxsla salamlaşmışlar, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Şahəddinin evinə girməsinin səbəbini soruşmiş, o da, Sabitə həmin evə girmədiyini bildirib Təqsirləndirilən şəxsla kobud danışıb ünvanına nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs da həmin söyüşə görə yumruqla bir dəfə Zərərçəkmiş şəxs burun nahiyəsindən və sifətinin sol yarısından vurmuş, daha sonra onlar Təqsirləndirilən şəxs götürüb həmin yerdən uzaqlaşmışlar. Qeyd olunan hadisə İran bazarı adlanan yerin girişində baş vermiş, həmin hadisəni yuxarıda adlarını çəkdiyi və adını bilmədiyi digər şəxslər görmüş, bu hadisə mübahisə ilə birlikdə 5 dəqiqə davam etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində hər hansı dərmir alət və ya predmet olmamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onlarla aralarında ədavət və şəxsi-qərəzçilik olmamışdır. 18 mart 2024-cü il tarixdə saat 11 radələrində o, Şahid3, Şahid1 və Təqsirləndirilən şəxs paltar almaq üçün Cəlilabad rayonu İran bazarına getmişlər. Bazarlıq edib çıxan zaman bazarın girişində Zərərçəkmiş şəxsla rastlaşmışlar. Onlar Zərərçəkmiş şəxsla salamlaşmışlar, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Şahəddinin evinə girməsinin səbəbini soruşmuş, o da Sabitə həmin evə girmədiyini bildirib Təqsirləndirilən şəxsla kobud danışıb ünvanına nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs da həmin söyüşə görə yumruqla bir dəfə Zərərçəkmiş şəxs burun nahiyəsindən və sifətinin sol yarısından vurmuş, daha sonra onlar Təqsirləndirilən şəxs götürüb həmin yerdən uzaqlaşmışlar. Qeyd olunan hadisə İran bazarı adlanan yerin girişində baş vermiş, həmin hadisəni o, Zamiq, Valeh və adını bilmədiyi digər şəxslər görmüş, bu hadisə mübahisə ilə birlikdə 5 dəqiqə davam etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində hər hansı dərmir alət və ya predmet olmamışdır. Zərərçəkmiş şəxs yalan danışır, Pərviz Sabiti sağ əli ilə vurmuş, özünün də əli əzilmişdir Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid3 da Şahid2 ilə analoji ifadə vermişdir. İşdə olan, Cəlilabad MTE-nin xx.xx.2024-cü il tarixli 190 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs burun nahiyəsində şişkinlik, qançır, deformasiya və burun sümüyünün yerini dəyişən sınığı, sol göz yuvası ətrafında qançır müəyyən olundu, yumruqla vurulma nətəcəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsini xx.xx.2011-ci il tarixli qərarının təsviriəsaslandırıcı hissəsində göstərilmişdir ki, “CM-nin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs hadisə vaxtı Zərərçəkmiş şəxs soyuq silah qismində istifadə edilə bilən əşya ilə deyil, yumruqla vurmuşdur. Qeyd edilən hal ibtidai istintaq zamanı təqsirləndirilən şəxs və şahidlərin vermiş olduqları ifadələr, eləcə məhkəmə tibb ekspertinin rəyi ilə də tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə yuxarıda göstərilən sübutların məcmusu ilə məhkəmə bu qənatə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrindən həmin Məcəllənin 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki,Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyyəti Başçısının Əliqasımlı kəndindəki nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Zərərçəkmiş şəxs notariat qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs barışmış və şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs əməli özünü etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialında olan rəsmi sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12-ci maddəsinin əsasən onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və zərərçəkmişin ondan şikayət və tələbinin olmamasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə məhkəmə təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından, həmçinin onun islah olunmasına təsirini nəzərə alaraq ona cinayətlərin məcmusu ilə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədəəvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş materiallarına əlavə olunmuş, 20 mart 2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, şəxs Təqsirləndirilən şəxs 20 mart 2024-cü il tarixdə saat 19:40-da CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 22 mart 2024-cü il tarixli “MSY-dən azad etmə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, şəxs Təqsirləndirilən şəxs barəsində 22 mart 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək o, həmin gün saat 16:40-da müvəqqəti saxlama yerindən azad edilmişdir. İşdə olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri həmin müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş üzrə maddi ziyan, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351- 353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə təyin edilmiş cəzalar tam toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 20 mart 2024-cü il tarixdən 22 mart 2024-cü il tarixədək 2 (iki) gün, 23 mart 2024-cü ildən 04 iyun 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 12 (on iki) gün, ümumi olaraq 02 (iki) ay 14 (on dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) ay 28 (iyirmi səkkiz) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Əliqasımlı kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar