Məhkəmə qərarları › İş №1(073)-111/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-111/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-111/2025 12.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2001-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində Cəlilabad rayon məhkəməsi tərəfindən 06 iyun 2025-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda X2 saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, -14.169 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamış, 04 iyun 2025-ci il tarixdə, saat 16 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Cəlilabad şəhəri, Qurtuluş prospektində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən Cəlilabad rayon Avtovağzalının yaxınlığında saxlanılmış və həmin ərazidə üstü yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükülüdə həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 3 ay olar ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir. 03 iyun 2025-ci il tarixdə Masallı rayonundan olan əsgər yoldaşı X9 ilə telefonla danışdığı zaman Pərvin onu Cəlilabad rayonunda yerləşən Kəhriz istirahət mərkəzinə dəvət etmişdir. Onunla razılaşmış və qərara gəlmişdirlər ki, 04 iyun 2025-ci il tarixdə, saat təxminən 15 radələrində Cəlilabad rayonunda onunla görüşüb oraya getsinlər. Pərvinə demişdir ki, gələndə dostu Şahid4 ilə gələcək. Pərvin də ona demişdir ki, problem deyil, o, da dostu X5 ilə gələcək. Daha sonra həmin gün Sədiyə zəng edib bu barədə məlumat vermiş və Sədi də onunla gəlməyə razı olmuşdur. 04 iyun 2025-ci il tarixdə, saat təxminən 07 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən adını bilmədiyi parklardan birində şəxsi işi ilə əlaqədar olaraq piyada hərəkətdə olduğu zaman pardakı yolun kənarında yerdə bir ədəd sellofan bükülü görmüş, həmin sellofan bükülü diqqətini cəlb etmiş və buna görə də həmin bükülünü yerdən götürmüşdür. Həmin sellofan bükülünü açıb içərisinə baxmış və içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu müəyyən etmişdir. Əvvəllər narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyinə görə həmin sellofan bükülünün içərisindəki maddəni tanıyıb narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmişdir. Həmin sellofan bükülüdəki narkotik vasitə qurudulmuş marixuananı gələcəkdə istifadə etməkdən ötrü əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoyub üzərində saxlamışdır. Həmin gün saat təxminən 09 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Sədi ilə görüşmüşdür. Orada bir taksi avtomobili tapıb Cəlilabad rayonuna gəlmişlər. Təxminən saat 15 radələrində artıq Cəlilabad rayonunda avtovağzal deyilən yerdə olmuşlar. Pərvinlə əlaqə saxlaya bilmədiyi üçün təxminən bir saat orada gözləmişlər. Saat təxminən 16 radələrində Cəlilabad rayonunda yerləşən avtovağzal adlanan yerin yaxınlığında piyada hərəkətdə olduqları zaman onlara biz neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb polis əməkdaşı olduğunu bildirmişdir. Polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib üzərilərində videoçəkiliş aparılmaqla yoxlama aparacaqlarını bildirərək buna hər hansı bir etirazları olub-olmamasını soruşmuşdur. Heç bir etirazları olmadığını dedikdən sonra həmin polis əməkdaşlarının iştirakı ilə üzərilərində videoçəkiliş aparılmaqla yoxlama aparılmağa başlanmışdır. Yoxlama zamanı ilk öncə ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. Bundan sonra əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükülü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra üzərini axtarmışlar və üzərindən aşkar olunan bir ədəd Samsung markalı mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyi bildirirlərək götürülmüşdür. Üzərindən təqdim etdiyindən başqa narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş bir ədəd sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, baxış keçirilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra üzərindən aşkar edilmiş Samsung markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Bundan sonra dostu Şahid4 üstünü yoxlamışlar, onun üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Sonra polis əməkdaşları onları müvafiq sənədlərin tərtib edilməsi üçün Cəlilabad rayon polis şöbəsinə dəvət etmiş və onlar da polislərin dəvətinə etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində bir neçə sənəd tərtib edilmiş və həmin sənədlərə imza etmişdir. Sonra onları polis şöbəsində olan otaqlardan birinə aparmışlar. Orada olan polis əməkdaşı özünü təqdim edərək təhqiqatçı olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən üzərilərində yoxlama aparılmasının videoçəkilişinə baxış keçirilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş bir ədəd sellofan bükülüdə olan qurudulmuş marixuanaya baxış keçirilmiş, elektron tərəzidə çəkildi və ekspertizaya təqdim edilməsi üçün qablaşdırıldı. Bundan əlavə təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş Samsung markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Yekunda protokol tərtib edilmiş və həmin protokola imza etmişdir. Əlavə suallara cavab olaraq üzərindən aşkar olunaraq götürülmüş həmin narkotik vasitə qurudulmuş marixuananı gələcəkdə istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, həmin narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmədiyini və həmin narkotik vasitə qurudulmuş marixuananın onun üzərində olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Törədilmiş cinayət əməli təqsirləndirilən şəxs Arif Xanışovun özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxslə ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs və Şahid4 Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 04 iyun 2025-ci il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında onların cinayət əməllərinin ifşa edilməsi məqsədilə həmin tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid6, Şahid3, Cəlilabad RPŞ-nin polis nəfərləri Şahid2 Əligüşad oğlu və Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onların olması ehtimal edilən yerlər müəyyən edilmişdir. 04 iyun 2025-ci il tarixdə, təxminən saat 16 radələrində onların olduğu yer müəyyən edilərək onlar Cəlilabad şəhəri, Qurtuluş prospketində yerləşən Cəlilabad rayon Avtovağzalının yaxınlığında piyada hərəkətdə olduqları zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə onları müşahidə etdikdən sonra Cəlilabad rayon Avtovağzalının yaxınlığında onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Onlara Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarından üstlərində videoçəkilişlə yoxlama aparılacağını bildirib buna etirazları olub-olmamasını soruşmuşlar. Onlar buna etirazları olmadığını demiş və bundan sonra polis nəfəri Şahid5 tərəfindən videoçəkiliş aparılmaqla ilk öncə Təqsirləndirilən şəxs üstündə yoxlama aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükülü çıxarıb təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Şifahi sorğu zamanı həmin narkotik vasitəni Bakı şəhərində parkdan tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd Samsung Galaxy markalı mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükülüyə baxış keçirilmiş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmiş, elektron tərəzidə çəkilmiş və təqdim edilməsi üçün qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd Samsung Galaxy markalı mobil telefon təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Daha sonra Şahid4 üstündə yoxlama aparılmış, yoxlama zamanı onun üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 7 manat pul vəsaiti özünə geri qaytarılmışdır. Bundan sonra onları Cəlilabad RPŞ-nə dəvət etmişlər və onlar da buna etiraz etməyərək şöbəyə gəlmişdir. Şöbədə müvafiq sənədələr tərtib edildikdən sonra onları Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuamaya bənzər kütlə və 1 ədəd Samsung Galaxy markalı mobil telefon ilə birlikdə təhqiqatçıya təqdim etmişdir. Boqdan Telmanoviçin üstünün yoxlanılmasının videoçəkilişinə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Bundan sonra Boqdan Telmanoviçədən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləyə baxış keçirilmiş, elektron tərəzidə çəkildi və ekspertizaya göndərilməsi üçün qablaşdırıldı. Bundan başqa Boqdan Telmanoviçdən aşkar edilmiş bir ədəd Samsung Galaxy markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Yekunda protokol tərtib olunmuş və həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İş üzrə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid6, Şahid3, Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid2 Əligüşad oğlu, Şahid5 və Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti X1 Ağayevin ifadəsində göstərdiyi müvafiq hallarla bağlı analoji ifadə vermişdirlər. İş materiallarına əlavə olunmuş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 04 iyun 2025-ci il tarixli protokoldan və həmin hərəkətin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” haqqında 04 iyun 2025-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin qablaşdırıldığı bir ədəd ağ rəngli zərfdən bir ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmiş, həmin maddəyə baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin MEM-nin X7 tərəfindən verilmiş məhkəmə-boiloji ekspertizanın 05 iyun 2025-ci il tarixli 19/232 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs Telman oğlunun üzərindən aşkar olunaraq götürülmüş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -14.169 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd:-marixuananın təmiz çəkisi –14.169 qr., tədqiqata sərf olundu -0.1 qr, qalıq -14.069 qr. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X3 Məhkəmə Narkoloji Ekspertizasının 26 iyul 2025-ci il tarixli, 428 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağcəbədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək, 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Ağcəbədi rayon İcra və Probasiya şöbəsinin 22 iyul 2025-ci il tarixli 50/2024-38-03 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağcəbədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(017)-109/2024 saylı hökmünə əsasən 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixə 9 ay 21 gün cəza çəkmiş, 8 ay 04 gün gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 0 4iyun 2025-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2025-ci il tarixdə saat 17:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4 (073)-34/2025 saylı qərarın sürətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli 04 iyun 2025-ci il tarixdən hüsablanmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 14.069 qram qalan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxsndan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ağcəbədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxsna təyin olunmuş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 8 (səkkiz) ay 04 (dörd) günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 4 (dörd) ay 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli 04 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 14.069 qram qalan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar