Məhkəmə qərarları › İş №1(073)-112/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-112/2025

22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-112/2025 22.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 17:20 X3 Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərəçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1978-ci ildə Masallı rayonu, Məmmədxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, hal-hazırda fərdi əməklə məşğul olan, Masallı rayonu Məmmədxanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3., 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdən 14 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində "xxxx" MMC-nın Cəlilabad bölgəsinin satış üzrə nümayəndəsi vəzifəsində işləyərkən "xxxx" MMC ilə arasında bağlanmış 02 noyabr 2023-cü il tarixli əmək müqaviləsinə və eyni tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən, satış məntəqələrində olan maddi vəsaitə nəzarət edilməsi, inventarlar üzrə qalığın çıxarılması və sair xidmətlərin göstərilməsi üçün ona etibar olunan əmlakın satışını təşkil edərək müştərilərdən aldığı sifarişlər əsasında "xxxx" MMC tərəfindən onun adına qeydiyyata alınmış xüsusi proqram tətbiqi ilə elektron formada yazdığı faktura əsasında mal sifariş vermək, satılmış mallara görə müştərilərdən aldığı pulları tam şəkildə, vaxtında şirkətin xəzinəsinə ödəmək və digər səlahiyyətlərə malik şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə talama məqsədilə 02 noyabr 2023-cü il tarixdən 14 oktyabr 2024-cü il tarixədək onun adına qeydiyyata alınmış şirkətə məxsus 1C proqramı vasitəsilə 0935 nömrəli satış kodu ilə yazdığı 01 avqust 2024-cü il tarixli 21A1-261965 nömrəli faktura ilə “Əliyev Yaşar” adlı marketə 640,80 AZN manat, 01 avqust 2024-cü il tarixli 21A1-261968 nömrəli faktura ilə “Əliyev Yaşar” adlı marketə 214,32 AZN manat, 02 avqust 2024-cü il tarixli 21A1-263787 nömrəli faktura ilə “Kərimov Etibar” adlı marketə 155,52 AZN manat, 07 avqust 2024-cü il tarixli 21A1-267845 nömrəli faktura ilə “Nəciyev Nicat” adlı marketə 194,27 AZN manat, 07 avqust 2024-cü il tarixli 21A1-267947 nömrəli faktura ilə “Qubadov Qubad” adlı marketə 229,49 AZN manat, 01 avqust 2024-cü il tarixli 21A1-267877 nömrəli faktura ilə “Şıxəliyev Tarıyel” adlı marketə 398,79 AZN manat, 07 avqust 2024-cü il tarixli 21A1-267924 nömrəli faktura ilə “Cəfərov Qasib” adlı marketə 182,59 AZN manat, 07 avqust 2024-cü il tarixli 21A1-267847 nömrəli faktura ilə “Əliyev Nicat” adlı marketə 133,90 AZN manat, 07 avqust 2024-cü il tarixli 21A1-267883 nömrəli faktura ilə “Şıxəliyev Tarıyel” adlı marketə 133,90 AZN manat, xx.xx.2024-cü il tarixli 21A1-267938 nömrəli faktura ilə “X6 Xum” adlı marketə 155,28 AZN manat, 07 avqust 2024-cü il tarixli 21A1-267926 nömrəli faktura ilə “Cəfərov Qasib” adlı marketə 152,72 AZN manat, 09 avqust 2024-cü il tarixli 21A1-271524 nömrəli faktura ilə “Kərimov Sabir” adlı marketə 574,29 AZN manat, 12 avqust 2024-cü il tarixli 21A1-273759 nömrəli faktura ilə “Əliyev Yaşar” adlı marketə 486 AZN manat, xx.xx.2024cü il tarixli 21A1-273744 nömrəli faktura ilə “Cəfərov Qasib” adlı marketə 640,80 AZN manat, 13 avqust 2024-cü il tarixli 21A1-275806 nömrəli faktura ilə “Qubadov Qubad” adlı marketə 569,02 AZN manat, 13 avqudst 2024-cü il tarixli 21A1-275769 nömrəli faktura ilə “X9 Gənclik” adlı marketə 1107,74 AZN manat, 14 avqust 2024-cü il tarixli 21A1-277183 nömrəli faktura ilə “Qənbərov Xaləddin” adlı marketə 137,83 AZN manat, 14 avqust 2024cü il tarixli 21A1-277174 nömrəli faktura ilə “Nəzərov Hafiz” adlı marketə 100,10 AZN manat, 14 avqust 2024-cü il tarixli 21A1-277224 nömrəli faktura ilə “Şahid14” adlı marketə 52 AZN manat, 14 avqust 2024-cü il tarixli 21A1-277209 nömrəli faktura ilə “Kərimov Etibar” adlı marketə 62,43 AZN manat, 14 avqust 2024-cü il tarixli 21A1-277191 nömrəli faktura ilə “X7 market” adlı marketə 215,96 AZN manat, 14 avqust 2024-cü il tarixli 21A1- 277244 nömrəli faktura ilə “Şahid6” adlı marketə 104,97 AZN manat, xx.xx.2024-cü il tarixli 21A1-280984 nömrəli faktura ilə “Xudiyev Süleyman” adlı marketə 110,21 AZN manat, 16 avqust 2024-cü il tarixli 21A1-2280886 nömrəli faktura ilə “Kərimov Etibar” adlı marketə 138,99 AZN manat, 16 avqust 2024-cü il tarixli 21A1-280846 nömrəli faktura ilə “Şahid16” adlı marketə 64,32 AZN manat, 16 avqust 2024-cü il tarixli 21A1-280865 nömrəli faktura ilə “Şahid4” adlı marketə 98,81 AZN manat, 16 avqust 2024-cü il tarixli 21A1-280929 nömrəli faktura ilə “Şahid13 Ucuz market” adlı marketə 95,06 AZN manat, 16 avqust 2024-cü il tarixli 21A1-280977 nömrəli faktura ilə “Şahid14” adlı marketə 111,19 AZN manat, 16 avqust 2024-cü il tarixli 21A1-280735 nömrəli faktura ilə “Kərimov Sabir” adlı marketə 319,80 AZN manat, 16 avqust 2024-cü il tarixli 21A1-280934 nömrəli faktura ilə “Qubadov Qubad” adlı marketə 548,20 AZN manat, 16 avqust 2024-cü il tarixli 21A1- 280869 nömrəli faktura ilə “Əliyev Yaşar” adlı marketə 299,52 AZN manat, 20 avqust 2024-cü il tarixli 21A1-284750 nömrəli faktura ilə “Camalov Ramil” adlı marketə 146,87 AZN manat, 20 avqust 2024-cü il tarixli 21A1-284729 nömrəli faktura ilə “Aslanov Zaur” adlı marketə 133,84 AZN manat, 20 avqust 2024-cü il tarixli 21A1-284778 nömrəli faktura ilə “Şıxəliyev Tarıyel” adlı marketə 361,08 AZN manat, 21 avqust 2024-cü il tarixli 21A1- 285991 nömrəli faktura ilə “Qənbərov Xaləddin” adlı marketə 198,28 AZN manat, 21 avqust 2024-cü il tarixli 21A1-286096 nömrəli faktura ilə “X9 Gənclik” adlı marketə 942,48 AZN manat, 23 avqust 2024-cü il tarixli 21A1-289370 nömrəli faktura ilə “Əmənov Gülbala” adlı marketə 62,41 AZN manat, 23 avqust 2024-cü il tarixli 21A1-289223 nömrəli faktura ilə “Kərimov Sabir” adlı marketə 114,84 AZN manat, 23 avqust 2024-cü il tarixli 21A1- 289397 nömrəli faktura ilə “Qubadov Qubad” adlı marketə 234,40 AZN manat, 23 avqust 2024-cü il tarixli 21A1-289095 nömrəli faktura ilə “Şahbazov Zəka” adlı marketə 326,52 AZN manat, 23 avqust 2024-cü il tarixli 21A1-289081 nömrəli faktura ilə “Aslanov Zaur” adlı marketə 130,25 AZN manat, 23 avqust 2024-cü il tarixli 21A1-289247 nömrəli faktura ilə “X7 market” adlı marketə 259,02 AZN manat, 26 avqust 2024-cü il tarixli 21A1-290816 nömrəli faktura ilə “Qubadov Qubad” adlı marketə 151,64 AZN manat, 26 avqust 2024-cü il tarixli 21A1-290820 nömrəli faktura ilə “Şahid6” adlı marketə 62,41 AZN manat, 27 avqust 2024-cü il tarixli 21A1-292927 nömrəli faktura ilə “Məmmədov Elvin” adlı marketə 166,37 AZN manat, 27 avqust 2024-cü il tarixli 21A1-292942 nömrəli faktura ilə “Şahid14” adlı marketə 247,37 AZN manat, 27 avqust 2024-cü il tarixli 21A1-292750 nömrəli faktura ilə “Məmmədov Elman” adlı marketə 130,69 AZN manat, 27 avqust 2024-cü il tarixli 21A1- 294122 nömrəli faktura ilə “Şahid6” adlı marketə 277,98 AZN manat, 27 avqust 2024-cü il tarixli 21A1-295402 nömrəli faktura ilə “X9 Gənclik” adlı marketə 665,25 AZN manat, 30 avqust 2024-cü il tarixli 21A1-297578 nömrəli faktura ilə “Şahid9” adlı marketə 98,71 AZN manat, 30 avqust 2024-cü il tarixli 21A1-297905 nömrəli faktura ilə “Şahid14” adlı marketə 151,64 AZN manat, xx.xx.2024-cü il tarixli 21A1-297732 nömrəli faktura ilə “Ağalarov Vasif” adlı marketə 159,68 AZN manat, 30 avqust 2024-cü il tarixli 21A1-297662 nömrəli faktura ilə “Bayramov Elman” adlı marketə 115,83 AZN manat, 03 avqust 2024-cü il tarixli 21A1-301007 nömrəli faktura ilə “Abdullayev Qorxmaz” adlı marketə 83,24 AZN manat, 06 sentyabr 2024-cü il tarixli 21A1-305521 nömrəli faktura ilə “Abdullayev Qorxmaz” adlı marketə 89,50 AZN manat, 06 sentyabr 2024-cü il tarixli 21A1-305551 nömrəli faktura ilə “Bayramov Arif” adlı marketə 387,92 AZN manat, 09 sentyabr 2024-cü il tarixli 21A1- 307496 nömrəli faktura ilə “Şahid6” adlı marketə 91,32 AZN manat, 09 sentyabr 2024-cü il tarixli 21A1-307494 nömrəli faktura ilə “Tağıyev Azad” adlı marketə 340,82 AZN manat, 09 sentyabr 2024-cü il tarixli 21A1-307488 nömrəli faktura ilə “X9 Gənclik” adlı marketə 84,91 AZN manat, 10 sentyabr 2024-cü il tarixli 21A1-309548 nömrəli faktura ilə “Ağayev Balaxan” adlı marketə 430,72 AZN manat, 11 sentyabr 2024-cü il tarixli 21A1-311171 nömrəli faktura ilə “Qubadov Qubad” adlı marketə 559,40 AZN manat, 11 sentyabr 2024cü il tarixli 21A1-311190 nömrəli faktura ilə “Əliyev Yaşar” adlı marketə 611,54 AZN manat, 13 sentyabr 2024-cü il tarixli 21A1-314785 nömrəli faktura ilə “Şahid16” adlı marketə 75,60 AZN manat, 13 sentyabr 2024-cü il tarixli 21A1-314856 nömrəli faktura ilə “Qubadov Qubad” adlı marketə 278,94 AZN manat, 13 sentyabr 2024-cü il tarixli 21A1-314793 nömrəli faktura ilə “Astanov Əşrəf” adlı marketə 112,56 AZN manat, 17 sentyabr 2024-cü il tarixli 21A1-318727 nömrəli faktura ilə “X6 Xum” adlı marketə 164,62 AZN manat, 17 sentyabr 2024-cü il tarixli 21A1-318735 nömrəli faktura ilə “Məmmədova Səbuhə” adlı marketə 59,97 AZN manat, 17 sentyabr 2024-cü il tarixli 21A1-318729 nömrəli faktura ilə “X10 market” adlı marketə 110,14 AZN manat, 17 sentyabr 2024-cü il tarixli 21A1-318692 nömrəli faktura ilə “Şahid16” adlı marketə 54,17 AZN manat, 17 sentyabr 2024-cü il tarixli 21A1-318655 nömrəli faktura ilə “X7 market” adlı marketə 111,39 AZN manat, 17 sentyabr 2024-cü il tarixli 21A1-318694 nömrəli faktura ilə “Ağayev Mahir” adlı marketə 105,42 AZN manat, 19 sentyabr 2024-cü il tarixli 21A1-321842 nömrəli faktura ilə “Əmənov Gülbala” adlı marketə 159,76 AZN manat, 19 sentyabr 2024-cü il tarixli 21A1-321847 nömrəli faktura ilə “Şahid14” adlı marketə 59,66 AZN manat, 19 sentyabr 2024-cü il tarixli 21A1- 321805 nömrəli faktura ilə “X8 market” adlı marketə 563,74 AZN manat, 19 sentyabr 2024-cü il tarixli 21A1-321837 nömrəli faktura ilə “X9 Gənclik” adlı marketə 942,50 AZN manat, 19 sentyabr 2024-cü il tarixli 21A1-321796 nömrəli faktura ilə “Şahbazov Zəka” adlı marketə 216,28 AZN manat, 20 sentyabr 2024-cü il tarixli 21A1-324096 nömrəli faktura ilə “Əliyev Mehman” adlı marketə 148,95 AZN manat, 20 sentyabr 2024-cü il tarixli 21A1- 284717 nömrəli faktura ilə “Cəfərov Qasib” adlı marketə 367,20 AZN manat, 20 sentyabr 2024-cü il tarixli 21A1-324127 nömrəli faktura ilə “Xudiyev Süleyman” adlı marketə 251,24 AZN manat, 23 sentyabr 2024-cü il tarixli 21A1-325745 nömrəli faktura ilə “Şahid17” adlı marketə 252,74 AZN manat, 23 sentyabr 2024-cü il tarixli 21A1-325753 nömrəli faktura ilə “Əliyev Elçin” adlı marketə 104,05 AZN manat, 23 sentyabr 2024-cü il tarixli 21A1-289366 nömrəli faktura ilə “X9 Gənclik” adlı marketə 282,74 AZN manat, 24 sentyabr 2024-cü il tarixli 21A1-327625 nömrəli faktura ilə “Şahid13 Ucuz market” adlı marketə 159,91 AZN manat, 24 sentyabr 2024-cü il tarixli 21A1-327441 nömrəli faktura ilə “X9 Gənclik” adlı marketə 907,18 AZN manat, 24 sentyabr 2024-cü il tarixli 21A1-327632 nömrəli faktura ilə “Səmədov Firdovsi” adlı marketə 65,67 AZN manat, 25 sentyabr 2024-cü il tarixli 21A1- 328815 nömrəli faktura ilə “Bayramov Həsən” adlı marketə 161,95 AZN manat, 25 sentyabr 2024-cü il tarixli 21A1-328846 nömrəli faktura ilə “Cəfərov Qasib” adlı marketə 277,64 AZN manat, 25 sentyabr 2024-cü il tarixli 21A1-328820 nömrəli faktura ilə “Abdullayev Şamxal” adlı marketə 81,35 AZN manat, 27 sentyabr 2024-cü il tarixli 21A1- 332114 nömrəli faktura ilə “Əliyev Əliyar” adlı marketə 29,59 AZN manat, 27 sentyabr 2024-cü il tarixli 21A1-332138 nömrəli faktura ilə “Əliyev Mehman” adlı marketə 82,01 AZN manat, 27 sentyabr 2024-cü il tarixli 21A1-332007 nömrəli faktura ilə “Əkbərov Zaur” adlı marketə 318,38 AZN manat, 27 sentyabr 2024-cü il tarixli 21A1-332152 nömrəli faktura ilə “Kərimov Şahin” adlı marketə 118,50 AZN manat, 27 sentyabr 2024-cü il tarixli 21A1-332161 nömrəli faktura ilə “Qubadov Fuad” adlı marketə 47,59 AZN manat olmaqla satış üçün ümumilikdə 22336,98 ( iyirmi iki min üç yüz otuz altı manat doxsan səkkiz qəpik) AZN manat dəyərində müxtəlif markalı qida məhsullarını şəxsən sifariş verərək 14 oktyabr 2024-cü il tarixə satış nöqtələrində şirkətin uçot məlumatlarına əsasən 22336,98 (iyirmi iki min üç yüz otuz altı manat doxsan səkkiz qəpik) AZN manat dəyərində mal qalığı olmalı olduğu halda, 14 oktyabr 2024-cü il tarixdən 18 oktyabr 2024-cü il tarixədək aparılan yoxlama üzrə satış nöqtələrində 9489,45 (doqquz min dörd yüz səksən doqquz manat qırx beş qəpik) AZN manat mal qalığı olması müəyyən edilmiş, bununlada "xxxx" MMC-yə məxsus 12847,53 (on iki min səkkiz yüz qırx yeddi manat əlli üç qəpik) AZN manat məbləğində pulu şirkətin xəzinəsinə təhvil verməyərək ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid niyyətlə mənimsəməklə talamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, 2023-cü ilin noyabr ayında "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. Həmin vaxtdan 2024-cü ilin oktyabr ayınadək həmin vəzifədə işləmişdir. "xxxx" MMC-də satış üzrə nümayəndə vəzifəsində işləməklə satış nöqtələrindən sifariş əsasında dayışıyıcı vasitə ilə Cəlilabad rayonunda yerləşən satış nöqtələrinə qida mallarının, yəni yağ, un məlumatları, süd məhsulları və.s malların paylanmasını həyata keçirmişdir. Belə ki, ona məxsus mobil telefona yüklənmiş xüsusi proqramlar vasitəsilə satış nöqtələrindən sifarişləri qəbul edib sistemə işləmiş, bundan sonra, həmin sifarişlər anbara yönləndirilmişdir. Daha sonra isə yük maşınları ilə sürücülər tərəfindən həmin mallar satış nöqtələrinə gətirilib təhvil verilmişdir. Sürücü həmin malı satış nöqtələrinə 2 nüsxədə tərtib olunmuş qaimə-fakturaya imza etdirərək vermişdir. Qaimə-fakturanın biri satış nöqtəsində, biri isə sürücüdə qalmışdır. Sürücü isə həmin qaimə-fakturanı anbara təhvil vermişdir. Özü isə telefonunda olan xüsusi proqram vasitəsilə həmin malların çatdırılmasını və.s hallara nəzarət etmişdir. Ona təhkim olunmuş ərazidə olan satış nöqtələrinə vermiş olduğu malların pulunu satış nöqtələrindən aldıqdan sonra, ehtiyacı olduğu üçün xərcləmişdir. Şirkətdən bu barədə soruşduqda isə, onlara malın pulunu satış nöqtələrində qaldığını demişdir. Bunu deməkdə məqsəd isə, götürdüyü pulu yenidən yerinə qoymaq olmuşdur. Lakin qəflətən 14-18 oktyabr 2024-cü il tarixdə MMC-nın daxili audit şöbəsi tərəfindən aparılan təftiş zamanı onun fəaliyyətində olan çatışmazlıqlar üzə çıxmışdır. Belə ki, audit yoxlaması aparılan zaman yoxlama ilə birlikdə satış nöqtələrinə getməmişdir. Lakin onların tərtib etdiyi üzləşmə aktlarına baxdıqda, həmin üzləşmə aktlarının doğru olduğunu, yəni götürmüş olduğu pulların düzgün qeyd olunduğunu gördüyü üçün, həmin aktlarla tanış olaraq imza çəkmişdir. Müştərilərin faktiki borc qalıqlarına dair tərtib olunmuş üzləşmə aktının sonunda “Təhvil verdim” qrafasında “Təqsirləndirilən şəxs” adının qarşısındakı imza ona məxsus olmuşdur. Həmçinin bildirmişdir ki, "xxxx" MMC-də satış nümayəndəsi işlədiyi dövrdə fəaliyyətində yaranmış 12847,53 AZN manat çatışmazlıq ilə razıdır. Satış nöqtələrinə verilmiş malların pulunu alsa da, bir qismini öz şəxsi məqsədləri üçün istifadə etmiş və fəaliyyətində həmin çatışmazlıq yaranmışdır. Pulu satış nöqtələrindən yığdıqdan sonra, hansı satış nöqtəsindən nə qədər pul yığmağını telefonunda olan xüsusi proqrama işləmişdir. Sonradan isə, həmin pulu şirkətin bank hesabına köçürmüşdür. Həmin pulları satış nöqtələrindən götürsə də, pulu götürməyini proqrama işləməmiş və satış nöqtəsinin borcu qaldığını bildirmişdir. Şirkət onun həmin pulları satış nöqtələrindən götürməyini bilməmişdir. Çünki, bunu yalnız əyani yoxlama zamanı müəyyən etmək mümkün olmuşdur. "xxxx" MMC-yə işə qəbul edilərkən 02 noyabr 2023-cü il tarixli əmək müqaviləsi, satış nümayəndəsinin nümünəvi təlimatı və tam maddi məsuliyyət haqqında müqavilə ilə tanış olmuş və həmin sənədlərdəki imzalar ona məxsus olmuşdur. Ona təhkim olunmuş ərazidə MMC-nın daxili audit şöbəsi tərəfindən yoxlama keçirilməsindən məlumatı olmuşdur. O, hal-hazırda zərərçəkmiş "xxxx" MMC-yə dəymiş ziyanı tam ödəmişdir. Himayəsində iki yetkinlik yaşına çatmayan övladı vardır. Bu halları nəzərə almağı xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də 02 noyabr 2023-cü il tarixdə ticarət nümayəndəsi kimi işə qəbul edilmişdir. Sonuncu satış nümayəndəsi kimi şirkətin satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmiş, onun məsuliyyətini daşımış, müştərilərdən, ticarət nöqtələrindən şirkətə məxsus məhsulların satışından əldə edilən pul vəsaitinin şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa məsuliyyət daşımışdır. Bundan başqa, 02 noyabr 2023-cü il tarixdə satış nümayəndəsi kimi işə başlayan zaman Təqsirləndirilən şəxs tərəfindən imzalanmış vəzifə təlimatına əsasən sonuncu "xxxx" MMC-nın məhsullarının ərazidə satışını təşkil etmiş, satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmiş, onun məsuliyyətini daşımışdır. Həmçinin Təqsirləndirilən şəxs mobil telefonuna xüsusi proqram yüklənmiş və sonuncu malların satışını həmin proqramla həyata keçirmişdir. Belə ki, satış nümayəndələri satış nöqtələrindən sifarişi həmin xüsusi proqramla qeyd edərək cəmiyyətin anbarına elektron şəkildə yönləndirmiş, satış nümayəndəsinin verdiyi sifarişə əsasən qida məhsullarını anbardan sürücülər vasitəsilə satış nöqtələrinə paylanılmışdır. Qeyd olunan müqavilə, vəzifə təlimatları ilə xüsusi proqramla verdiyi sifarişə görə Təqsirləndirilən şəxs məsuliyyət daşımışdır. Bütün bunlara baxmayaraq, Təqsirləndirilən şəxs satış nümayəndəsi olduğu ticarət nöqtələri üzrə topladığı pul vəsaitlərini şirkətin kassasına ödəməmişdir. Belə ki, Təqsirləndirilən şəxs fəaliyyətində çatışmazlıqlar olmasına şübhə yarandığı üçün, ona təhkim edilmiş ərazidə şirkətin daxili auditoru tərəfindən yoxlama aparılmışdır. 14-18 oktyabr 2024-cü il tarixlərdə olan müddət ərzində şirkətin Audit şöbəsinin auditoru Şahid2, MMC-nın Cəlilabad bölgəsinin müdiri Şahid1 və Kamal Hüsyenovun özünün iştirakı ilə Təqsirləndirilən şəxs təhkim edilmiş satış nöqtələri üzrə, onun 01 noyabr 2023-cü il tarixdən 14 oktyabr 2024-cü il tarixədək olan dövr ərzində şirkətin anbarından götürdüyü malların borc qalığına dair audit yoxlaması aparılmış və yoxlama zamanı Təqsirləndirilən şəxs təhkim edilmiş satış nöqtələri üzrə 13012,59 AZN manat çatışmazlıq olması müəyyən edilmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs sifariş verdiyi mallara əsasən, satış nöqtələrində 22502,04 AZN manat mal qalığı olmalı olduğu halda, 9489,45 AZN manat faktiki mal qalığı olmuş, yəni 13012,59 AZN manat çatışmazlıq olmuşdur. Kamal Hüsyenov da yoxlama zamanı həmin çatışmazlığı etiraf etmiş və həmin məbləği özünün götürdüyünü bildirmiş, həmçinin yoxlama aktına da imza çəkmişdir. O cümlədən, izahat da yazaraq şirkətə təqdim etmişdir. Bundan sonra şirkət tərəfindən müstəqil audit dəvət edilmiş və həmin sənədlər əsasında audit yoxlaması aparılaraq 25 oktyabr 2024-cü il tarixli audit rəyi alınmış, həmin rəylə müəyyən olunmuşdur ki, cəmiyyətin satış üzrə nümayəndəsi Təqsirləndirilən şəxs fəaliyyətində 13012,59 AZN məbləğində satış pulunun çatışmazlığı aşkar edilmişdir. Ona görə də, şirkət rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət edilmişdir. Prokurorluqdsa aparılan araşdırma zamanı material üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/970 nömrəli rəyində 12847,53 AZN manat çatışmamazlıq qeyd olunmuşdur. Həmin məbləğ hazırda Təqsirləndirilən şəxs tərəfindən şirkətə tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ildən "xxxx" MMC-də, 2024-cü ilin avqust ayından isə MMC-nın Cəlilabad bölgəsinin bölgə müdiri vəzifəsində işləmişdir. Ona ərazi olaraq Cəlilabad, Biləsuvar, Salyan və Neftçala rayonları təhkim olunmuşdur. Vəzifəsi ona təhkim olunmuş ərazi üzrə MMC-nin satış nümayəndələri tərəfindən malların satışına nəzarəti həyata keçirməkdən ibarət olmuşdur. "xxxx" MMC qida məhsullarının satışını həyata keçirmişdir. Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdən 2024-cü ilin noyabr ayınadək "xxxx" MMC-nın satış nümayəndəsi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs MMC-nın Cəlilabad filialında satış nümayəndəsi kimi ona təhkim edilmiş Cəlilabad rayonu ərazisində qida, yəni şirniyyat, un məlumatları, yağ, yoqurt və.s malların satışını həyata keçirmişdir. MMC-nin digər satış nümayəndələri kimi Təqsirləndirilən şəxs da ona təhkim edilmiş, Cəlilabad rayonu üzrə satış nöqtələrindən sifarişləri aldıqdan sonra mobil telefonuna yüklənmiş xüsusi proqram vasitəsilə almış olduğu sifarişləri MMC-nın anbarına ötürmüş və anbardan bu sifarişlərə əsasən satış fakturaları yazılmış, satış fakturaları satış nümayəndəsi, sürücü və müştəri tərəfindən imzalanmaqla, ticarət obyektlərində müştərilərə paylanmış, satış pulları Təqsirləndirilən şəxs tərəfindən müştərilərdən yığılmış, pullar bank və ya ödəniş terminalları vasitəsilə şirkətin hesabına ödənilmişdir. Satış fakturaları imzalandıqdan sonra onun bir nüsxəsi MMC-nin anbarında, digər nüsxəsi isə malların təhvil edildiyi ticarət obyektinin müştərisində qalmışdır. Belə ki, iki nüsxədə çap edilmiş satış fakturası sürücü tərəfindən imzalanaraq mallar təhvil götürüldükdən sonra, satış nöqtəsində malı təhvil verərkən, mağaza sahibi tərəfindən imzalanmışdır. Bundan sonra, həmin nüsxənin biri mağaza sahibinə verilmiş, digər nüsxə isə sürücü tərəfindən anbara verilmişdir. Təqsirləndirilən şəxs müştərilərə satdığı mallara görə ödənişləri nağd və nisyə şəkildə almışdır. Təxminən 2024-cü ilin sentyabr-oktyabr aylarında Təqsirləndirilən şəxs təhkim edilmiş ərazidə satış nöqtələrində qalıq borcların məbləğinin artması müşahidə edilmişdir. Buna görə də, şirkət tərəfindən Təqsirləndirilən şəxs təhkim edilmiş ərazidə yoxlama keçirilmişdir. Təqsirləndirilən şəxs satılmış mallara görə MMC-nin Təftiş şöbəsinə mütəmadi hesabatlar verməli və satdığı malların dəyərini müştərilərdən aldığı gün MMC-yə təhvil verməli olduğu halda, maddi məsul şəxs kimi satış məqsədilə cəmiyyətin anbarından götürdüyü və dislokasiyasında olan satış nöktələrinə təhvil verilən malların pulunu tam olaraq cəmiyyətə təhvil vermədiyini 14-18 oktyabr 2024-cü il tarixdə MMC-nın daxili audit şöbəsi tərəfindən aparılan təftiş zamanı öyrənmişdir. Aparılmış yoxlama nəticəsində tərtib olunmuş daxili audit aktına əsasən Təqsirləndirilən şəxs fəaliyyətində 13012 AZN manat kənarlaşma əksik, yəni çatışmazlıq müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs da bunu təsdiqləmiş və bu barədə, yəni həmin əskik gələn məbləği özünün şəxsi məqsədləri üçün xərcləməsi haqqında izahat yazmışdır. 14-18 oktyabr 2024-cü il tarixində aparılmış audit yoxlaması zamanı tərtib edilmiş üzləşmə aktı ilə tanış olmuşdur. Müştərilərin faktiki borc qalıqlarına dair tərtib olunmuş aktın sonunda “bölgə müdiri A.S.A” qrafasında “Şahid1” adının qarşısındakı imza ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs MMC-yə məxsus qida məhsullarının Cəlilabad rayonu ərazində yerləşən satış nöqtələrində satışını həyata keçirmişdir. Sonunu satış nümayəndəsi kimi, mağazalardan sifarişi qəbul edib, xüsusi proqram vasitəsi ilə anbarda olan operatora məlumat vermişdir. Şirkətdə operator sifarişi qəbul edib regional filialın anbarına malın çıxarılması üçün razılıq vermişdir. Anbardar isə həmin fakturalarla qeyd edilən malları sürücüyə təhvil vermişdir. Təqsirləndirilən şəxs MMC-də satış nümayəndəsi işlədiyi üçün anbardan ona birbaşa mal verilməmiş, mallar Təqsirləndirilən şəxs tərəfindən xüsusi proqram vasitəsiylə sifariş edilmiş, lakin mallar sürücü tərəfindən qaimə-faktura əsasında mağazalara təhvil verilmişdir. Satış nöqtələrində istehlak müddəti bitmiş mallar olduqda, satış nümayəndəsi tərəfindən həmin mallar yenidən post-terminal vasitəsilə sistemə yüklənmişdir. Bundan sonra, sürücülər həmin satış nöqtələrinə gedərək, istehlak müddəti keçmiş malları götürərək, şirkətin anbarına təhvil vermişlər. Təqsirləndirilən şəxs özü 14-18 oktyabr 2024-cü il tarixdə keçirilən audit yoxlamasında iştirak etməmişdir. Lakin, sonradan həmin aktlarla tanış olaraq, aktlara imza çəkərək, aktların doğruluğunu təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2014-cü ildən "xxxx" MMC-də maliyyəçi təftişi vəzifəsində işləmişdir. Maliyyəçi-təftişçi kimi vəzifələri şirkətin satış nümayəndələri tərəfindən malların satılmasına, satılmış malların dəyərinin şirkətin xəzinəsinə düzgün köçürülməsinə və.s nəzarət etməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdən 2024-cü ilin noyabr ayınadək "xxxx" MMC-nın satış nümayəndəsi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs MMC-nın Cəlilabad filialında satış nümayəndəsi kimi ona təhkim edilmiş Cəlilabad rayonu ərazisində qida, yəni şirniyyat, un məlumatları, yağ, yoqurt və.s malların satışını həyata keçirmişdir. MMC-nin digər satış nümayəndələri kimi Təqsirləndirilən şəxs da ona təhkim edilmiş Cəlilabad rayonu üzrə satış nöqtələrindən sifarişləri aldıqdan sonra mobil telefonuna yüklənmiş xüsusi proqram vasitəsilə almış olduğu sifarişləri MMC-nın anbarına ötürmüş və anbardan bu sifarişlərə əsasən satış fakturaları yazılmış, satış fakturaları satış nümayəndəsi, sürücü və müştəri tərəfindən imzalanmaqla, ticarət obyektlərində müştərilərə paylanmış, satış pulları Təqsirləndirilən şəxs tərəfindən müştərilərdən yığılmış, pullar bank və ya ödəniş terminalları vasitəsilə şirkətin hesabına ödənilmişdir. Satış fakturaları imzalandıqdan sonra onun bir nüsxəsi MMC-nin anbarında, digər nüsxəsi isə malların təhvil edildiyi ticarət obyektinin müştərisində qalmışdır. Belə ki, iki nüsxədə çap edilmiş satış fakturası sürücü tərəfindən imzalanaraq mallar təhvil götürüldükdən sonra, satış nöqtəsində malı təhvil verərkən, mağaza sahibi tərəfindən imzalanmışdır. Bundan sonra, həmin nüsxənin biri mağaza sahibinə verilmiş, digər nüsxə isə sürücü tərəfindən anbara verilmişdir. Təqsirləndirilən şəxs müştərilərə satdığı mallara görə ödənişləri nəğd və nisyə şəkildə almışdır. Təxminən 2024-cü ilin sentyabr-oktyabr aylarında Təqsirləndirilən şəxs təhkim edilmiş ərazidə satış nöqtələrində qalıq borcların məbləğinin artması müşahidə edilmişdir. Buna görə də, şirkət tərəfindən Təqsirləndirilən şəxs təhkim edilmiş ərazidə yoxlama keçirilmişdir. Təqsirləndirilən şəxs satılmış mallara görə MMC-nin Təftiş şöbəsinə mütəmadi hesabatlar verməli və satdığı malların dəyərini müştərilərdən aldığı gün MMC-yə təhvil verməli olduğu halda, maddi məsul şəxs kimi satış məqsədilə cəmiyyətin anbarından götürdüyü və dislokasiyasında olan satış nöqtələrinə təhvil verilən malların pulunu tam olaraq cəmiyyətə təhvil vermədiyini 14-18 oktyabr 2024-cü il tarixdə MMC-nın daxili audit şöbəsi tərəfindən aparılan təftiş zamanı öyrənmişdir. Aparılmış yoxlama nəticəsində tərtib olunmuş daxili audit aktına əsasən Təqsirləndirilən şəxs fəaliyyətində 13012 AZN manat kənarlaşma əksik, yəni çatışmazlıq müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs da bunu təsdiqləmiş və bu barədə, yəni həmin əskik gələn məbləği özünün şəxsi məqsədləri üçün xərcləməsi haqqında izahat yazmışdır. 14-18 oktyabr 2024-cü il tarixlərində aparılmış audit yoxlaması zamanı tərtib edilmiş üzləşmə aktı ilə tanış olmuşdur. Müştərilərin faktiki borc qalıqlarına dair tərtib olunmuş aktın sonunda “maliyyəçi-təftişçi” qrafasında “Şahid2” adının qarşısındakı imza ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs MMC-yə məxsus qida məhsullarının Cəlilabad rayonu ərazində yerləşən satış nöqtələrində satışını həyata keçirmişdir. Sonuncu satış nümayəndəsi kimi, mağazalardan sifarişi qəbul edib, xüsusi proqram vasitəsi ilə anbarda olan operatora məlumat vermişdir. Şirkətdə operator sifarişi qəbul edib regional filialın anbarına malın çıxarılması üçün razılıq vermişdir. Anbardar isə həmin fakturalarla qeyd edilən malları sürücüyə təhvil vermişdir. Təqsirləndirilən şəxs MMC-də satış nümayəndəsi işlədiyi üçün anbardan ona birbaşa mal verilməmişdir. Mallar Təqsirləndirilən şəxs tərəfindən xüsusi proqram vasitəsiylə sifariş edilmiş, lakin mallar sürücü tərəfindən qaimə-faktura əsasında mağazalara təhvil verilmişdir. Satış nöqtələrində istehlak müddəti bitmiş mallar olduqda, satış nümayəndəsi tərəfindən həmin mallar yenidən post-terminal vasitəsilə sistemə yüklənmişdir. Bundan sonra, sürücülər həmin satış nöqtələrinə gedərək, istehlak müddəti keçmiş malları götürərək, şirkətin anbarına təhvil vermişlər. Təqsirləndirilən şəxs özü 14-18 oktyabr 2024-cü il tarixlərdə keçirilən audit yoxlamasında iştirak etməmişdir. Lakin, sonradan həmin aktlarla tanış olaraq, aktlara imza çəkərək, aktların doğruluğunu təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Əlixan oğlu ifadəsində göstərmişdir ki, 1996-cı ildən hal-hazıradək Cəlilabad şəhəri ərazisində yerləşən “İran bazarı” adlanan bazarda yerləşən adsız mağazanı işlədir. Mağazada ərzaq məhsullarının satışı ilə məşğul olur. Mağazada olan malların idxalı üçün bir çox şirkətlərlə əməkdaşlıq edir. Həmin şirkətlərdən biri də "xxxx" MMC olmuşdur. "xxxx" MMC-dən qida məhsulları almışlar. Təqsirləndirilən şəxs da "xxxx" MMC-nın satış üzrə nümayəndəsi kimi tanımışdır. Təqsirləndirilən şəxs ilə aralarında hər hansı düşmənçilik və ya şəxsi ədavət olmamışdır. Sonuncu ilə 2023-2024-cü illər də əməkdaşlıq etmişdir. Təqsirləndirilən şəxs mağazaya yağ, mayonez və digər qida məhsulları gətirmişdir. Sonuncu ilə aralarında alqı-satqı nəğd və nisyə aparılmışdır. Aldıqları malın pulunu hər ayın axırı şəxsən Kamalın özünə qaytarmışdır. 2024-cü ilin oktyabr ayının 14-də "xxxx" MMC-nın auditorları işlədiyi mağazaya gələrək Təqsirləndirilən şəxs nə qədər pul borclu olduğunu soruşmuşlar, o isə şirkətə borcu olmadığını demişdir. Həmin vaxt yoxlamaya gələn şəxslər isə, onun şirkətə 28,32 AZN manat borcu olduğunu demişlər. Həmin yoxlama zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs onun borcu olmadığı halda adına 28,32 AZN manat borc yazaraq həmin pulu mənimsəmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus olan məhsulları ona 2023-2024-cü illər ərzində vermişdir. "xxxx" MMCnın müəyyən etdiyi qaydalara əsasən, onlar satış üzrə nümayəndəyə sifarişlərlərini vermişlər, satış üzrə nümayəndə isə verilən sifarişlər üzrə məlumatı şirkətə bildirmiş, həmin məlumat əsasında şirkətin sürücüləri sifarişlərini çatdırmışdır. Təqsirləndirilən şəxs onlara mal verməmiş, sadəcə, sifarişlərini qəbul etmişdir. Aldıqları malın pulunu isə şəxsən Təqsirləndirilən şəxs özünə vermişdir. "xxxx" MMC-yə məxsus olan məhsulları şirkətin sürücüsündən qaimə-faktura ilə qəbul etmişdir. Lakin pulu tam şəkildə ödədikdən sonra qaimələri saxlamamışdır. Aldıqları malların pulunu hər zaman Təqsirləndirilən şəxs özünə vermişdir. Təqsirləndirilən şəxs həmin pulları şirkətə ödəyib-ödəmədiyi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs şirkətə borcu olması barədə ona heçnə bildirməmişdir. İşlətdiyi mağazanın adı olmadığı üçün, şirkətin sistemində mağazanın adı kimi onun ad və soyadı qeyd olunmuşdur. Təqsirləndirilən şəxs satış nümayəndəsi olduğu "xxxx" MMC-dən aldığı malların pulunu hər ayın sonunda ödəmişdir. İşlətdiyi mağazanın "xxxx" MMC-yə yoxlama dövründə borcu olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid17, Şahid7, Şahid9, Şahid16 və Şahid12 da eyni məzmunlu ifadə verərək Şahid3 Əlixan oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 11 mart 2025-ci il tarixli 9/970 nömrəli rəyində göstərilmişdir ki, iş materiallarında olan malların qəbul aktlarına, təhvil-təslim aktlarına, cədvəl məlumatlarına əsasən 02 noyabr 2023-cü il tarixdən 14 oktyabr 2024-cü il tarixədək olan dövr ərzində Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-dən qida mallarının satışından yaranmış çatışmazlıq 12847,53 manat təşkil edir. Daxili və Müstəqil auditor tərəfindən aparılan audit zamanı Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-yə malların satışından 02 noyabr 2023-cü il tarixindən 14 oktyabr 2024-cü il tarixədək olan dövr ərzində müəyyən edilmiş 13012,59 manat məbləğində çatışmazlıqla bağlı gəldiyi auditorun gəldiyi nəticə qismən düzgündür. Belə ki, Daxili və Müstəqil auditor tərəfindən aparılan audit zamanı Təqsirləndirilən şəxs hesabı üzrə 13012,59 manat çatışmazlıq, tədqiqat zamanı isə 12847,53 manat çatışmazlıq müəyyən edilir. İş materiallarına əlavə olunmuş, "xxxx" MMC-nin 18 iyul 2025-ci il tarixli 146 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdən şirkətə məxsus 1C proqramı vasitəsilə 0935 nömrəli satış kodu onun tam maddi məsuliyyətinə verilib və həmin koddan başqa şəxsin istifadə etməsi qadağan edilmişdir. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-dən Cəlilabad rayon Məhkəməsinə daxil olmuş 06 yanvar 2026-cı il tarixli 003 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nın 179.2.3 və 179.2.4-cü maddələri ilə olan 1(073)-112/2025 nömrəli cinayət işi üzrə "xxxx" MMC-nın sabiq satış nümayəndəsi Təqsirləndirilən şəxs tərəfindən MMC-yə dəymiş maddi ziyan tam ödənilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan, Masallı rayonu İHB-nin Həsənli kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli, 294 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 08 may 2008-ci il tarixdə doğulmuş X2 və 11 noyabr 2021-ci il tarixdə doğulmuş X1 adlı iki yetkinlik yaşına çatmayan övladı var. Eyni zamanda Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin tələbinə əsasən barəsində amnistiya tətbiq edilməsini və cinayət təqibinə xitam verilməklə cəzadan azad olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 24-cü hissəsinə əsasən müdafiə tərəfinin yazılı razılığı olduğundan və Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqları olduğundan, eləcə də cinayət işi üzrə dəymiş maddi ziyanı tam ödədiyindən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16-cı bəndəndə qeyd edilir ki, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.1-ci bəndində qeyd edilir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü hissəsində qeyd edilir ki, birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir. İş materialları ilə müəyyən edilmişdir ki, adı çəkilən amnistiya qərarının 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər hazırkı iş üzrə Təqsirləndirilən şəxs aid deyildir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.12, 43.1.2, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qərar 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar