Məhkəmə qərarları › İş №1(073)-113/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-113/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-113/2023 05.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 12:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 iştirakı ilə xx xxxxxxx 1984-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 05 mart 2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Yusubov X8 rayonunun Çinar kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldatma yolu ilə əmlakını ələ keçirtmək qərarına gələrək vahid niyyətlə tamah məqsədilə sonuncunun pensiyasını bərpa etdirəcəyini ona vəd edib 2021-ci ilin oktyabr ayının 6-da saat 10:30 radələrində 400 manat, həmin ilin oktyabr ayının 9-da saat 11 radələrində 600 manat, oktyabr ayının 20-də saat 16 radələrində isə 1100 manat - cəmi 2.100 manat pulunu Cəlilabad rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin inzibati binasının həyətində əldə edib özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Cəlilabad şəhərində yaşayan tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldatma yolu ilə əmlakını ələ keçirtmək qərarına gələrək tamah məqsədilə sonuncunu "xxxx" LTD MMC-də sürücü kimi işə düzəldəcəyini vəd edib 2022-ci ilin dekabr ayının 7-də saat 13 radələrində 600 manat pulunu Cəlilabad şəhərində yerləşən köhnə “Göz xəstəxanası”nın qarşısında əldə edib özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Cəlilabad şəhərində yaşayan tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldatma yolu ilə əmlakını ələ keçirtmək qərarına gələrək tamah məqsədilə sonuncunu "xxxx" LTD MMC-də fəhlə kimi işə düzəldəcəyini vəd edib 2022-ci ilin dekabr ayının 7-də saat 13:50 radələrində 600 manat pulunu Cəlilabad şəhərində yerləşən köhnə “Göz xəstəxanası”nın qarşısında əldə edib özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Cəlilabad rayonunun Çinar kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib aldatma yolu ilə əmlakını ələ keçirtmək qərarına gələrək tamah məqsədilə sonuncunu "xxxx" LTD MMC-də sürücü kimi işə düzəldəcəyini vəd edib 2022-ci ilin dekabr ayının 7-də saat 14 radələrində 600 manat pulunu Cəlilabad şəhərində yerləşən köhnə “Göz xəstəxanası”nın qarşısında əldə edib özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Cəlilabad rayonunun Çinar kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib aldatma yolu ilə əmlakını ələ keçirtmək qərarına gələrək tamah məqsədilə sonuncunun kürəkənləri X2 və X7 Cəlilabad rayon mərkəzi poçta işə düzəldəcəyini vəd edib 2022-ci ilin dekabr ayının ortalarında saat 11 radələrində Zərərçəkmiş şəxs5 600 manat pulunu Cəlilabad rayon mərkəzi bazarın qarşısında əldə edib özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Cəlilabad şəhərində yaşayan tanışı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib aldatma yolu ilə əmlakını ələ keçirtmək qərarına gələrək tamah məqsədilə sonuncunu «AzərEnerji» də sürücü kimi işə düzəldəcəyini vəd edib 2022-ci ilin dekabr ayının 20-də saat 15 radələrində 600 manat pulunu Cəlilabad şəhəri Q.İsmayılov küçəsində əldə edib özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Cəlilabad şəhərində yaşayan tanışı Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək aldatma yolu ilə əmlakını ələ keçirtmək qərarına gələrək tamah məqsədilə sonuncunu "xxxx" LTD MMC-də fəhlə kimi işə düzəldəcəyini vəd edib 2023-cü ilin yanvar ayının 15-də saat 17 radələrində 600 manat pulunu Cəlilabad şəhəri H.Əliyev prospekti «Bağ» deyilən ərazidə yerləşən çayxanada əldə edib özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Cəlilabad şəhərində yaşayan tanışı Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib aldatma yolu ilə əmlakını ələ keçirtmək qərarına gələrək tamah məqsədilə sonuncunun oğlu X3 rayon mərkəzi xəstəxanasında mühafizəçi kimi işə düzəldəcəyini vəd edib 2023-cü ilin fevral 21-də saat 11 radələrində 1500 manat pulu Cəlilabad rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin inzibati binasının qarşısında əldə edib özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Cəlilabad şəhərində yaşayan tanışı Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib aldatma yolu ilə əmlakını ələ keçirtmək qərarına gələrək vahid niyyətlə tamah məqsədilə sonuncunun qızı X6 mərkəzi rayon xəstəxanasında xadimə kimi işə düzəldəcəyini vəd edib 2023-cü ilin mart ayının 3-də saat 15:30 radələrində 600 manat pulunu Cəlilabad mərkəzi rayon xəstəxanasının qarşısında, həmin günün səhəri saat 11:30 radələrində 300 manat pulunu Zərərçəkmiş şəxs8 yaşadığı Cəlilabad şəhəri H.Əliyev prospekti 79 nömrəli evin həyətində - cəmi 900 manat pulunu əldə edib özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Çinar kənd sakini Zərərçəkmiş şəxs1 bir neçə il əvvəl tanımışdır. 2021-ci ilin oktyabr ayının 6-da saat təxminən 10:30 radələrində Cəlilabad mərkəzi rayon xəstəxanasının qarşısında Zərərçəkmiş şəxs1la rastlaşmış, salamlaşıb görüşüb söhbət edərkən Qabil ona pensiyasının kəsildiyini və göndəriş alıb Bakı şəhərinə komissiyaya getmək üçün gəldiyini demişdir. Atasının xəstə olması ilə bağlı pula ehtiyacı olduğundan o, Zərərçəkmiş şəxs1 2.100 manat pul verərsə onun pensiyanı bərpa etdirə biləcəyini və əziyyət çəkib bir də Bakı şəhərinə getməməsini demişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşmış və həmin vaxt ona 400 manat verərək qalan pulu da yaxın günlər ərzində verəcəyini demiş və pensiyasını bərpa etdirməsini xahiş etmişdir. O, oktyabr ayının 9-da Zərərçəkmiş şəxs1 zəng edərək pulun qalanını istəmiş, Qabil ona 600 manat da düzəltdiyini və görüşüb verməsini, qalan 1100 manatı da yaxın günlərdə ona çatdıracağını demişdir. O da Zərərçəkmiş şəxs1 xəstəxananın həyətinə gəlməsini və orada olduğunu demişdir. Həmin gün saat təxminən 11 radələrində xəstəxananın həyətində Zərərçəkmiş şəxs1 ona 600 manatı da vermişdir. Qalan 1100 manatı da 20 oktyabr 2021-ci il tarixdə yenə xəstəxananın həyətində görüşüb Zərərçəkmiş şəxs1 almışdır. O, Zərərçəkmiş şəxs2 təxminən 6-7 il əvvəldən tanımışdır. 2022-ci ilin dekabr ayının 7-də Məhərrəmlə görüşüb söhbət edərkən ona yalandan onu "xxxx" LTD MMC-də sürücü kimi işə düzəldə biləcəyini və orada yaxşı əmək haqqı alacağını, lakin onu həmin yerə sürücü kimi işə düzəltməsi üçün ona 600 manat pul verməli olacağını demişdir. Məhərrəm də onun sözü ilə razılaşaraq ona 600 manat pul vermiş, həmin pulu da sonradan öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs3 da Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımış, Məhərrəmə işə düzəlmək istəyən olsa düzəldə biləcəyini demiş, onun bu sözünü Məhərrəm də Natiqə Bağırova demişdir. Ona görə də 07 dekabr 2022-ci il tarixdə saat təxminən 16 radələrində Məhərrəmin vasitəsi ilə Natiqlə görüşüb ona onu "xxxx" LTD MMC-də fəhlə kimi işə düzəldə bilərəcəyini və orda yaxşı əmək haqqı da alacağını, lakin onun işə düzəlməsi üçün ona 600 manat pul verməli olacağını demişdir. Zərərçəkmiş şəxs3 da onun sözünə inanaraq elə həmin vaxt ona 600 manat pul vermiş, həmin pulu da sonradan öz ehtiyacına xərcləmişdir. Zərərçəkmiş şəxs6 da 07 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 vasitəsilə tanımış, Natiqdən pulu alandan bir qədər sonra elə həmin gün Zərərçəkmiş şəxs6 də onu "xxxx" LTD MMC-də sürücü kimi işə düzəldə biləcəyini və hər ayda 400 manat əmək haqqı alacağını, lakin onu həmin işə düzəltməsi üçün ona 600 manat pul verməli olacağını demişdir. Zərərçəkmiş şəxs6 də onun sözünə inanaraq razılıq verib Cəlilabad şəhəri ərazisində «Bağ» deyilən ərazidə ona 600 manat pul vermiş, həmin pulu da sonradan öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs5 isə təxminən 5 il əvvəldən tanımış və münasibətləri yaxşı olmuşdur. Təxminən 2022-ci ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs5la Cəlilabad şəhəri mərkəzi bazarın yanında görüşərkən, yalandan ona adam olsa mərkəzi poçta işə düzəldə biləcəyini və 350 manata yaxın da aylıq əmək haqqı alacağını demişdir. Sefi də ona kürəkənləri Tapdıq və Eyvazın işsiz olduğunu, əgər düzəldə bilərsə onların hər ikisini işə düzəltməsini demişdir. Sonra o, Zərərçəkmiş şəxs5 onların işə düzəlməsi üçün hər biri üçün ona 300 manat pul verərsə kürəkənlərini işə düzəldəcəyini demişdir. Zərərçəkmiş şəxs5 da onun sözünə razılıq verərək elə həmin vaxt orada ona 600 manat pul vermiş, o həmin pulu da sonradan öz ehtiyaclarına xərcləmişdir. Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs4 uşaq vaxtlarından tanımışdır. 20 dekabr 2022-ci il tarixdə saat təxminən 16 radələrində Cəlilabad rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs4la görüşüb söhbət edərkən ona yalandan onu «AzərEnerji»də sürücü kimi işə düzəldə biləcəyini və hər ayda da 400 manat əmək haqqı alacağını, onu işə düzəltməsi üçün ona 600 manat pul verməli olacağını demişdir. Zərərçəkmiş şəxs4 da onun sözünə inanıb razılıq verərək elə həmin günü ona 600 manat pul vermiş, həmin pulu da sonradan öz ehtiyaclarına xərcləmişdir. O, Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs7 da Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımışdır. 2023-cü ilin yanvar ayının 15-də Cəlilabad şəhəri “Seyrəngah” adlanan yerdə Ruslanla görüşərkən ona yalandan istəsə onu "xxxx" LTD MMC-də fəhlə kimi işə düzəldə biləcəyini, hər ayda da 350 manat əmək haqqı alacağını, lakin onu işə düzəltməsi üçün ona 600 manat pul verməli olacağını demişdir. Ruslan da onun sözü ilə razılaşaraq elə həmin vaxt ona 600 manat pul vermiş, sonradan həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. Cəlilabad şəhər sakini X1 uzun illər əvvəldən tanıyaraq onunla münasibəti həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxs9la 20 fevral 2023-cü il tarixdə Cəlilabad mərkəzi rayon xəstəxanasının qarşısında rastlaşıb söhbət edərkən Əlimusa ona oğlu İsmayılın işsiz olduğunu və ona bir iş tapa bilmədiyini ona demişdir. Onun da pula ehtiyacı olduğu üçün yalandan Zərərçəkmiş şəxs9 İsmayılı xəstəxanada mühafizəçi kimi işə düzəldə biləcəyini, amma İsmayılı işə düzəltməsi üçün ona 1500 manat pul verməli olacağını demişdir. Zərərçəkmiş şəxs9 da onun sözünə razılıq vermiş, elə həmin günün səhəri yenidən onlar xəstəxananın qarşısında görüşmüşlər və Zərərçəkmiş şəxs9 ona 1500 manat pul vermişdir. O, həmin pulu da sonra öz ehtiyaclarına xərcləmişdir. O, Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs8 çoxdan tanımışdır. 03 mart 2023-cü il tarixdə Cəlilabad mərkəzi rayon xəstəxanasının qarşısında Zərərçəkmiş şəxs8 ilə rastlaşıb söhbət edərkən ona yalandan 1000 manat pul verərsə qızı Rübabəni xəstəxanada xadimə kimi işə düzəldə biləcəyini demişdir. Zərərçəkmiş şəxs8 da onun sözünə inanaraq razılıq vermişdir. Elə həmin günü xəstəxananın qarşısında Zibar onunla görüşərək ona 600 manat pul vermiş, həmin gününün səhəri də Zibargilin həyətlərinə gedərək ondan 300 manat almış, Zibar əlavə olaraq 100 manatı olmadığını demiş, o da Zərərçəkmiş şəxs8 ilə razılaşmışdır. Zərərçəkmiş şəxs8 aldığı 900 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Törətdiyi cinayət əməlindən peşimandır. Hazırda zərərçəkmiş şəxlərlə barışmış, onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və tələbi yoxdur. Evlidir, himayəsində 3 azyaşlı uşağı vardır. Məhkəmədən bu halları nəzərə alaraq ona həbslə əlaqəli olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonunun Çinar kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Onun 2-ci qrup əlliliklə əlaqədar təxminən 2 ildən artıq müddətdə pensiyası kəsilmişdir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs təxminən bir neçə il əvvəldən tanımışdır. 2021-ci ilin oktyabr ayının 6-da saat təxminən 10:30 radələrində Cəlilabad mərkəzi rayon xəstəxanasından göndəriş alıb Bakı şəhərinə həkim komissiyasına getmək üçün xəstəxanaya gəlmişdir. Elə həmin vaxt xəstəxananın həyətində Təqsirləndirilən şəxsla rastlaşmışdır. Rasimlə salamlaşıb görüşüb söhbət edərkən ona pensiyası kəsildiyini və göndəriş alıb Bakı şəhərinə komissiyaya getmək üçün gəldiyini demişdir. Rasim də ona pensiyasını bərpa etdirə biləcəyini və əziyyət çəkib Bakı şəhərinə getməməsini demişdir. O, Rasimdən pensiyasını necə bərpa etdirəcəyini xəbər almış, Rasim də ona 2100 manat pul verərsə pensiyasını bərpa etdirəcəyini demişdir. Lakin Rasim necə və kimin vasitəsi ilə bərpa etdirəcəyini deməmiş və o da bu barədə Rasimdən bir söz soruşmamışdır. Rasimin sözünə razılıq verərək həmin vaxt ona 400 manat verərək qalan pulu da yaxın gün ərzində verəcəyini və pensiyasını bərpa etdirməsini demişdir. Oktyabr ayının 9-da Rasim ona zəng edərək pulun qalanını istəmiş, o da Rasimə 600 manat da düzəltdiyini və görüşüb verməsini, qalan 1100 manatı da yaxın gündə ona çatdıracağını demişdir. Təqsirləndirilən şəxs onun sözü ilə razılaşaraq xəstəxananın həyətinə gəlməsini və orada olduğunu demişdir. Ona görə də saat təxminən 11 radələrində xəstəxananın həyətinə gəlib Rasimlə görüşərək 600 manatı ona vermiş, Rasim qalan pulu da yaxın gündə gətirib verməsini demişdir. Sonra Rasimdən ayrılıb getmiş, sonrakı günlərdə qalan 1100 manatı da topalayıb 20 oktyabr 2021-ci il tarixdə Rasimlə əlaqə saxlayaraq pulun hazır olduğunu demişdir. Rasim ona Cəlilabad şəhərinə gəlib ona zəng etməsini və harda olduğunu deyəcəyini demişdir. Ona görə də həmin günü saat təxminən 16 radələrində Cəlilabad şəhərinə gələrək Rasimlə telefon əlaqəsi saxlayıb onunla yenə də xəstəxananın həyətində görüşüb 1100 manat pulu da ona vermişdir. Rasim pulu ondan alandan sonra ona narahat olmamasını və pensiyasını ayın axırına qədər bərpa etdirəcəyini demişdir. O da Rasimin sözünə inanıb onunla sağollaşaraq çıxıb getmişdir. Ayın axrı çatmış, lakin Rasim onun pensiyasını bərpa etdirməmiş, sonrakı günlərdə Rasimlə əlaqə saxlayarkən, Rasim ona narahat olmamasını və həll olacağını demişdir. Rasim belə dəsə də onun pensiyasını bərpa etdirməmiş, əlaqə saxlayarkən hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüşdür. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 2100 manat ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmışdır və qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin etməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. «EVOL» şirkətində sürücü işləyərək hər ay 400 manat əmək haqqı almışdır. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs təxminən 20 il əvvəldən tanıyaraq münasibətləri yaxşı olmuşdur. 2022-ci ilin dekabr ayının 7-də saat 13 radələrində Cəlilabad şəhərində yerləşən göz xəstəxanasının qarşısında Təqsirləndirilən şəxsla rastlaşmış, onunla salamlaşıb söhbət edərkən Təqsirləndirilən şəxs ondan nə qədər əmək haqqı aldığını xəbər almışdır. O da Rasimə hər ay 400 manat əmək haqqı aldığını demişdir. Rasim ona istəsə onu "xxxx" də sürücü kimi işə düzəldə biləcəyini və hər ay 800 manat əmək haqqı alacağını demişdir. Lakin onu sürücü kimi işə düzəltməyi üçün 600 manat pul verməli olacağını demişdir. Təqsirləndirilən şəxs kimin vasitəsi ilə həll edəcəyini deməmiş və nə də o, bu barədə ondan bir söz xəbər almamışdır. Təqsirləndirilən şəxs dediyi işin əmək haqqı yüksək olduğu üçün onun sözünə razılıq verərək elə həmin vaxt orada ona 600 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu ondan alandan sonra ona narahat olmamasını və 15 gün müddətinə onun işini düzəldəcəyini demişdir. O da Təqsirləndirilən şəxs sözünə inanmış, sonra Rasim ondan başqa bir nəfər də sürücü və iki nəfər də fəhləyə ehtiyac olduğunu, tanış adamları varsa onları da düzəldə biləcəyini demişdir. Bundan sonra o, qayını Zərərçəkmiş şəxs3, qohumu Zərərçəkmiş şəxs6 və dostu Zərərçəkmiş şəxs7 zəng edib onları yanlarına çağırmış, onlar da gəlib hər üçü Təqsirləndirilən şəxsla söhbət etmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 də sürücü kimi, Natiq və Ruslanı isə fəhlə kimi işə düzəltdirəcəyini deyərək Damətə hər ay 800 manat, Natiq və Ruslana isə hər ayda hər biri 700 manat əmək haqqı alacağlarını demişdir. Onların hər üçü Rasimin sözü ilə razılaşmış, Rasim onları da işə düzəltməsi üçün hər birindən 600 manat pul istəmiş, elə orada əvvəlcə Natiq, sonra isə Damət ona 600 manat pul vermiş, Ruslanın isə həmin vaxt pulu olmadığı üçün Rasimə yanvar ayında 600 manat verəcəyini və onu işə düzəltdirməsini demişdir. Təqsirləndirilən şəxs da Ruslanın sözü ilə razılaşmış, sonradan da yanvar ayının 15-də Ruslanın da 600 manat Rasimə pul verdiyini bilmişdir. Təqsirləndirilən şəxs onları işə düzəldəcəyi dediyi vaxt bitmiş, lakin onları işə düzəltdirməmişdir. Təqsirləndirilən şəxs hər dəfə xəbər alanda müxtəlif bəhanələr gətirərək narahat olmamalarını və işləri düzələcəyini demişdir. Sonradan da Təqsirləndirilən şəxs onları aldatdığını bilmiş, ona görə də onun barəsində şikayət etmişlər. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 600 manat ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmışdır və qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin etməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad şəhərində alilə üzvüləri ilə birlikdə yaşayır. 07 dekabr 2022-ci il tarixdə yeznələri Zərərçəkmiş şəxs2 ona zəng edib Təqsirləndirilən şəxsla Cəlilabad şəhərində “Göz xəstəxanası”nın qarşısında olduqlarını, Təqsirləndirilən şəxs onu 600 manat pul müqabilində "xxxx" LTD MMC-də sürücü kimi işə düzəldəcəyini, Rasimin ora fəhlə kimi də işçiyə ehtiyac olduğunu dediyini, istəyirsə gəlib özünün Təqsirləndirilən şəxsla söhbət etməsini və onu da işə düzəltməsini bildirmişdir. Ona görə də elə həmin günü saat təxminən 13:50-də oların yanına gedib Təqsirləndirilən şəxsla söhbət etmiş, Rasim ona 600 manat verərsə onu "xxxx" LTD MMC-də fəhlə kimi işə düzəldəcəyini və hər ay da 700 manat əmək haqqı alacağını demişdir. O da Təqsirləndirilən şəxs sözünə inanaraq ona orada 600 manat pul vermişdir. Məhərrəm Zərərçəkmiş şəxs6 də ora çağırmış, Rasim Daməti də "xxxx" LTD MMC-də sürücü kimi düzəltməsinə görə 600 manat pul istəyərək ayda 800 manat əmək haqqı alacağını demişdir. Damət də Rasimin sözü ilə razılaşaraq ona 600 manat pul vermişdir. Bundan sonrakı günlərdə Təqsirləndirilən şəxsla əlaqə saxlayıb işinin nə yerdə olduğunu maraqlanarkən ona narahat olmamasını və işinin düzələcəyini demişdir. Təqsirləndirilən şəxs onun işini düzəltmədiyindən, Rasimin onları aldatdığını başa düşmüşdür. Sonradan Təqsirləndirilən şəxs başqa şəxslərdən də işə düzəltmək adı ilə pul alaraq onların da işini düzəltmədiyini eşitmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 600 manat ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmışdır və qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin etməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs6 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu Çinar kəndində yaşayır. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmasına baxmayaraq fərdi əməklə məşğul olur. Cəlilabad şəhərində yaşayan Zərərçəkmiş şəxs2 onun qohumudur. 07 dekabr 2022-ci il tarixdə saat təxminən 13 radələrində Məhərrəm onun mobil telefonuna zəng edib Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs adlı tanışı olduğunu, Rasimin onu "xxxx" MMC-də sürücü kimi işə düzəldəcəyini, işə düzəltməsi üçün də ona 600 manat pul verdiyini, Rasim ora yenə də sürücü kimi işçiyə ehtiyac olduğunu, əgər işləmək istəyirsə “Göz xəstəxanası”nın qarşısında Rasimlə bir yerdə olduğunu və gəlib özü ilə söhbət etməsini demişdir. Ona görə də təxminən yarım saatdan sonra onların yanına gəlib Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxs onu sürücü kimi işə düzəltməsi üçün ondan 600 manat pul istəyərək ona hər ay 750 manat əmək haqqı alacağımı demişdir. O da Təqsirləndirilən şəxs sözünə inanaraq ona orada 600 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu ondan alandan sonra işinin 15 gün müddətinə düzələcəyini demişdir. O da Təqsirləndirilən şəxs sözünə inanmış, lakin Rasimin dediyi vaxt tamam olsa da onu işə düzəltməmişdir. Hər dəfə də Rasimdən xəbər alanda müxtəlif bəhanələr gətirərək narahat olmamasını və işi düzələcəyini demişdir. Sonradan Təqsirləndirilən şəxs onu aldatdığını bilərək ondan pulunu istəmiş, lakin Rasim onun pulunu qaytarmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 600 manat ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmışdır və qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin etməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonunun Çinar kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs təxminən 10 il əvvəldən tanıyaraq münasibətləri yaxşı olmuşdur. 2022-ci ilin dekabr ayının ortalarında Cəlilabad şəhəri mərkəzi bazarın yanında təxminən saat 11 radələrində Təqsirləndirilən şəxsla rastlaşmış, onlar salamlaşıb bir-birləri ilə hal-əhval tutmuşlar. Söhbət zamanı Təqsirləndirilən şəxs ona işsiz uşaqları varsa onları Cəlilabad rayon mərkəzi poçtuna işə düzəldə biləcəyini və yaxşı əmək haqqı alacaqlarını demişdir. O da Rasimə kürəkənləri X4 və X5 işsiz olduğlarını, əgər düzəldə bilirsə onları həmin işə düzəltməsini demişdir. Təqsirləndirilən şəxs da ona kürəkənlərinin hər ikisini fəhlə kimi işə düzəldə biləcəyini və işə düzəltməsi üçün 600 manat pul verməli olacağını demişdir. Bu söhbətlərindən sonra o, kürəkənlərinin hər ikisinə zəng edib onlara tanışı olduğunu və onları poçta işə düzəldə biləcəyini, 600 manat da pul istədiyini deyərək onların pulu olmadığını bildiyini, özü 600 manatı Təqsirləndirilən şəxs verəcəyini, işə düzələndən sonra işləyib onun pulunu qaytarmalarını demişdir. Kürəkənləri Tapdıq və Eyvaz da onun bu sözünə telefonda razılıq vermiş, həmin vaxt üstündə 600 manat pul olmadığı üçün bazardan tanış adamlardan borc pul götürüb 600 manat düzəldərək Təqsirləndirilən şəxs vermişdir. Rasim pulu ondan alandan sonra narahat olmamasını, kürəkənlərinin işini dekabr ayının sonuna kimi düzəldəcəyini və işə başlayacaqlarını demişdir. Lakin Təqsirləndirilən şəxs işi kimin vasitəsi ilə düzəldəcəyini deməmiş, o da bu barədə Rasimdən heç bir söz xəbər almamışdır. Bundan sonra Təqsirləndirilən şəxsla sağollaşıb getmişdir. Dekabr ayının sonu olmuş, lakin Rasim Tapdıq və Eyvazı işə düzəltməmiş, Rasimlə görüşüb ondan kürəkənlərinin işinin nə yerdə olduğunu xəbər aldıqda müxtəlif bəhanələr gətirərək narahat olmamasını və işin düzələcəyini demişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə ona belə desə də, sonradan Təqsirləndirilən şəxs onu, həmçinin başqa bir neçə nəfəri də işə düzəltmək adı ilə aldatdığını bilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 600 manat ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmışdır və qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin etməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad şəhərində alilə üzvləri ilə birlikdə yaşayır. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs təxminən 15 il əvvəldən tanıyaraq münasibətləri həmişə yaxşı olmuşdur. 20 dekabr 2022-ci il tarixdə təxminən saat 10 radələrindən sonra Cəlilabad rayon İcra Hakimiyyyətinin inzibati binasının yaxınlığında Təqsirləndirilən şəxsla rastlaşaraq salamlaşıb görüşüb söhbət edərkən ondan işləyib-işləmədiyini xəbər almışdır. O da işsiz olduğunu Rasimə demiş, Rasim də ondan sürücülük vəsiqəsi olub-olmadığını xəbər almışdır. O da sürücülük vəsiqəsi olduğunu Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs ona 600 manat pul verərsə onu «Azərenerji”də sürücü kimi işə düzəldə biləcəyini və hər ayda 750 manat əmək haqqı alacağını demişdir. O da Təqsirləndirilən şəxs bu sözünə inanıb ona həmin gün 600 manat verəcəyini və onu işə düzəltməsini demişdir. Təqsirləndirilən şəxs kimin vasitəsi ilə onu işə düzəldəcəyini deməmiş, nə də o, Rasimdən bu barədə bir söz xəbər almamışdır. Elə həmin günü saat 15 radələrində Rasimə zəng edib onların küçələrinə gəlməsini və pulu verəcəyini demişdir. Bir neçə dəqiqədən sonra Rasim onların küçəsinə gələrək 600 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs pulu ondan alandan sonra ona narahat olmamasını və onun işini 15 gün müddətinə düzələcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla sağollaşıb getmişdir. Təqsirləndirilən şəxs dediyi vaxt tamam olmuş, lakin onun işindən bir xəbər çıxmamışdır. O, Təqsirləndirilən şəxs zəng edib xəbər alarkən hər dəfə müxtəlif bəhanələr gətirərək ona narahat olmamasını və işini düzələcəyini demişdir. Yenə də Rasimin sözünə inanmış, lakin sonradan Rasim ondan başqa şəxsləri də işə düzəldəcəyi adı ilə pul alıb aldatdığını eşitmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 600 manat ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmışdır və qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin etməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs7 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad şəhərində alilə üzvləri ilə birlikdə yaşayır. Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs2 uzun illər əvvəldən tanıyaraq həmişə münasibətləri yaxşı olmuşdur. 15 yanvar 2023-cü il tarixdə saat təxminən 11 radələrində Zərərçəkmiş şəxs2la Cəlilabad şəhərində “Bağ” deyilən yerdə çayxanada olarkən söhbət zamanı Cəlilabad şəhər sakini Rasim adlı tanışı olduğunu, Rasim işə düzəltməklə məşğul olduğunu və onu "xxxx" LTD MMC-də sürücü kimi işə düzəldəcəyini və ona görə də Rasimə 600 manat pul verdiyini ona demişdir. O da işsiz olduğu üçün Məhərrəmə Təqsirləndirilən şəxs onu da işə düzəldərsə pul verəcəyini demişdir. Elə həmin günü Məhərrəm vasitəsi ilə Təqsirləndirilən şəxsla Cəlilabad şəhərində saat 17 radələrində həmin çayxanada görüşmüş, söhbət zamanı o da Təqsirləndirilən şəxs onu da işə düzəltməsini demiş, Rasim də ona əgər 600 manat pul verərsə onu "xxxx" LTD MMC-də fəhlə kimi işə düzəldə biləcəyini və hər ayda 700 manat əmək haqqı alacağını demişdir. O da Təqsirləndirilən şəxs sözünə razılıq verərək elə həmin vaxt Məhərrəmin yanında ona 600 manat pul vermiş, Rasim pulu ondan alandan sonra 15 günə onun işini düzəldəcəyini və işə başlayacaqını demişdir. O da Təqsirləndirilən şəxs sözünə inanmışdır. Təqsirləndirilən şəxs dediyi vaxt tamam olmuş, lakin onun işindən heç bir xəbər çıxmamışdır. Sonradan Təqsirləndirilən şəxsla əlaqə saxlayıb işi ilə əlaqədar maraqlanarkən hər dəfə müxtəlif bəhanələr gətirərək ona narahat olmamasını və işinin düzələcəyini demişdir. Bir müddət sonra Rasimin onu, Məhərrəmi və başqa şəxsləri də işə düzəltmək adı ilə aldadaraq pullarını aldığını bilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 600 manat ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmışdır və qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin etməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs9 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad şəhərində ailə üzvüləri ilə birlikdə yaşayır. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs təxminən 2010-cu ildən tanıyaraq münasibətləri çox yaxşı olmuşdur. X12 hərbi xidmətini başa vurub yaşadığı evə qayıdandan sonra işsiz olmuşdur. 20 fevral 2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxsla Cəlilabad mərkəzi rayon xəstəxanasının qarşısında yolda təsadüfən rastlaşmışdır. Təqsirləndirilən şəxsla salamlaşıb görüşəndən sonra bir-birləri ilə hal-əhval tutmuşlar. Söhbət zamanı Təqsirləndirilən şəxs oğlu İsmayılın hərbi xidmətdən gələndən sonra işsiz olduğunu və bir iş yeri tapa bilmədiyini demişdir. Onun bu sözündən sonra Təqsirləndirilən şəxs ona istəsə Cəlilabad mərkəzi rayon xəstəxanasında İsmayılı mühafizəçi kimi işə düzəldə biləcəyini və hər ay 500 manat əmək haqqı alacağını, altıncı və bazar günləri də istirahət edəcəyini, lakin İsmayılın işə düzəlməsi üçün 1500 manat pul verməli olacağını demişdir. O da Təqsirləndirilən şəxs sözünə razılıq verərək sabah görüşmələrini və ona 1500 manat pul verəcəyini demişdir. 21 fevral 2023-cü il tarixdə saat təxminən 10 radələrindən sonra Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edib pulu istəmiş, o da Rasimə indi xəstəxananın qarşısına gələcəyini, orada görüşmələrini və pulu orda verəcəyini demişdir. Elə həmin gün saat 11 radələrində oğlu İsmayılla birlikdə gedərək Rasimlə xəstəxananın qarşısında yolda görüşüb ona 1500 manat pul yermişdir. Təqsirləndirilən şəxs pulu ondan alandan sonra narahat olmamasını 10 günə qədər İsmayılın işini düzəldəcəyini və işə başlayacağını demişdir. O da Rasmin bu sözünə inanaraq, onunla sağollaşıb ayrılıb getmişdir. Təxminən 10 gün keçmiş, lakin Rasimdən bir xəbər çaxmamışdır. Təqsirləndirilən şəxs zəng edərkən onun telefon zənglərinə cavab verməmiş, bundan bir neçə gün sonra isə Rasimgilin evinə gedib onu xəbər alarkən tutulduğunu bilmişdir. Sonradan Təqsirləndirilən şəxs ondan başqa da bir neçə nəfəri aldadaraq pullarını aldığı üçün onun barəsində polis şöbəsinə şikayət olunduğunu və ona görə də tutulduğunu bilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 600 manat ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmışdır və qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin etməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs8 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Özü də Cəlilabad mərkəzi rayon xəstəxansında kiçik tibb bacısı işləyir. O, təxminən 10 il əvvəl Cəlilabad şəhərində yerləşən «Gənclik» şadlıq sarayında işləyərkən Təqsirləndirilən şəxs «Gənclik» marketdə işləmişdir. Elə həmin vaxtdan Təqsirləndirilən şəxsla aralarında tanışlıq yaranmış, Rasim həmişə onu görəndə ona bibi kimi müraciət edib hal-əhval tutmuşdur. Rasim onun qızı Rübabə Amanovanın ərindən boşandığını, qızının onunla yaşadığını və işsiz olduğunu bilmişdir. O, 03 mart 2023-cü il tarixdə saat 11 radələrində xəstəxanadan çıxıb xəstəxananın qarşısında yolun kənarında yerləşən aptekə dərman almağa gedərkən, təsadüfən Təqsirləndirilən şəxsla rastlaşmışdır. Rasim onunla salamlaşıb hal-əhval tutandan sonra Rübabənin işləyib-işləmədiyini xəbər almış, o da Rasimə Rübabənin işsiz olduğunu demişdir. Onun bu sözündən sonra Təqsirləndirilən şəxs ona xəstəxanada tanış adamı olduğunu, əgər istəsə Rübabəni xəstəxanaya xadimə kimi işə düzəldə biləcəyini demişdir. O özü xəstəxanada işləsə də Təqsirləndirilən şəxs tanışının kim olduğunu xəbər almamış və nə də ki, Rasim bu barədə ona bir söz deməmişdir. Bundan sonra Rasimdən ayrılıb getmiş, elə həmin günü saat 14 radələrində xəstəxanada olarkən Rasim onun mobil telefonuna zəng edib Rübabənin işini danışdığını və doğum şöbəsində işləyəcəyini, lakin Rübabənin işini düzəltməyi üçün ona 1000 manat pul verəcəyini demişdir. O, Təqsirləndirilən şəxs telefonda ona pulu topalamaq üçün vaxt verməsini demiş, Rasim isə həmin günü saat 16-ya qədər vaxtı olduğunu, əgər pulu verməsə ora işə başqa adam düzəldəcəyini demişdir. Rasimin bu sözündən sonra bu gün ona pul verəcəyini amma Rübabənin iş düzəlməsini demişdir. Rasim Rübabənin işə düzəlməsi üçün kiminlə danışdığını ona deməmiş və özü də o barədə heç bir söz xəbər almamışdır. Elə həmin günü saat 15:30-da zəng edib Rasimlə xəstəxananın qarşısındakı yolda görüşərək ona 600 manat pul verərək sabah ona 300 manat da pul verəcəyini, 1000 manat verməyə imkanı olmadığını demişdir. Rasim də onun sözünə razılıq vermiş, bundan sonra isə Rasimdən ayrılıb getmişdir. Həmin günün səhəri saat 11 radələrində evlərində olarkən Rasim onun mobil telefon nömrəsinə zəng edib harada olduğunu xəbər almış, o da Rasimə evlərində olduğunu demiş, Rasim ona pulu hazır etməsini və götürməyə gəldiyini demişdir. Təxminən saat 11:30 radələrində Rasim onların həyətinə gələrək 300 manat pulu da ondan götürmüşdür. Təqsirləndirilən şəxs pulu ondan götürəndən sonra ona zəngini gözləməsini və özü onunla əlaqə saxlayacağını demişdir. O da Rasimin sözünə razılıq vermiş, bundan sonra Rasim onunla sağollaşaraq çıxıb getmişdir. Bundan təxminən 3-4 gün sonra Rasimin telefonuna zəng edərkən onun telefonuna zəng çatmadığını görmüş, Rasim barəsində maraqlanarkən Rasimin bir neçə nəfəri aldadaraq işə düzəltmək adı ilə pul aldığı üçün tutulduğunu bilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 600 manat ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmışdır və qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin etməsini xahiş edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə təqsirələndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 ərizələrindən görünür ki, onlara dəymiş ziyan tam ödənilmişdir, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri və tələbləri yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad rayonu İHB-nin Cəlilabad şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 04 may 2023-cü il tarixli arayışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30 dekabr 2007ci il təvəllüdlü Rüqəyya Yusubova, 31 yanvar 2010-cü il təvəllüdlü Əli Yusubnov, 24 dekabr 2019-cu il təvəllüdlü Adil Yusubov adlı 2 azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, onlara dəymiş ziyanı könüllü olaraq tam ödəməsi, himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 05 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2023-cü il tarixdə saat 17:50-də Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş, Cəlilabad rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 05 mart 2023-cü il tarixdən 05 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 7 (yeddi) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 1 (bir) il 2 (iki) ayına bərabər tutularaq ona təyin olunmuş cəza çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişidirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar