Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-114/2024 11.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ İş № 1(073)-114/2024 Azərbaycan Respublikasının adından Hökm Cəlilabad Rayon Məhkəməsi Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs X8 və onun müdafiəçisi (vəkil) X12, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi (vəkil) Müdafiəçi1 iştirakları ilə, xx.xx.1998-ci ildə Cəlilabad rayonu, Qarazəncir kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 29 yanvar 2024-cü il tarixli qərarla polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, X8 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2000-ci ildə Cəlilabad rayonu, Qarazəncir kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 29 yanvar 2024-cü il tarixli qərarla polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında,açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Cəlilabad rayonu, Qarazəncir kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətindən noxud məhsullarını oğurlamaq barədə tanışı X13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 16 yanvar 2024-cü il tarixdə, saat 01 radələrində Vəsimə Hüseynovanın yaşadığı evin yaxınlığına gəlib, evdə oyaq olan kiminsə olmadığına və ətrafdan heç kimin onları görmədiyinə əmin olduqdan sonra əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən yarana biləcək hər hansı təhlükə barədə xəbərdar etmək məqsədilə küçədə gözləmiş, cinayətkar qrupun digər üzvü isə dəmir məftillərlə əhatələnmiş hasardan fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, orada olan 1 kiloqramı 3,50 manat olmaqla ümumi miqdarı 240 kiloqram “Pakistan” sortu hesab edilən 840 manat dəyərində 4 kisə noxud məhsulunu qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını talayıb oğurlamışdır. Təqsirləndirilən şəxs X13 təqsirləndirilir ondan ötrü ki, o tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Cəlilabad rayonu, Qarazəncir kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətindən noxud məhsullarını oğurlamaq barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 16 yanvar 2024-cü il tarixdə, saat 01 radələrində Vəsimə Hüseynovanın yaşadığı evin yaxınlığına gəlib, evdə oyaq olan kiminsə olmadığına və ətrafdan heç kimin onları görmədiyinə əmin olduqdan sonra əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən yarana biləcək hər hansı təhlükə barədə xəbərdar etmək məqsədilə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 küçədə gözləmiş, o isə dəmir məftillərlə əhatələnmiş hasardan fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, orada olan 1 kiloqramı 3,50 manat olmaqla ümumi miqdarı 240 kiloqram “Pakistan” sortu hesab edilən 840 manat dəyərində 4 kisə noxud məhsulunu qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını talayıb oğurlamışdır. Təqsirləndirilən şəxslər X8 və Təqsirləndirilən şəxs1 onlara istinad olunan cinayəti törətməkdə təqsirləri özlərinin etirafları, zərərçəkmiş şəxslərin, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X13 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, həmkəndlisi olan Zərərçəkmiş şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Ona məxsus noxud məhsullarını həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlamışlar. Oğurluq etməyi Məftuna o təklif etmişdir. Belə ki, Vəsimənin yaşadığı evdə o, fəhlə kimi işləmişdir. Ona görə də, Vəsimənin həyətində hazır kisələrə yığılmış noxud olduğunu bilmişdir. 2024-cü ilin yanvar ayında onun maddi problemləri olmuşdur. Bunun üçün Vəsimənin evinin həyətindəki noxuddan oğurlamaq qərarına gəlmişdir. Lakin, o, bunu tək reallaşdıra bilməyəcəyini bildiyi üçün kiminləsə köməkləşib həyata keçirməyə qərar vermişdir. 16 yanvar 2024-cü il tarixdə, saat 01 radələrində yaşadığı kənd ərazisində olmuşdur. Təsadüfən Məftunla rastlaşmışdır. O, yaşadığı evin yaxınlığında küçədə dayanıb siqaret çəkmişdir. O, Məftuna Vəsimənin yaşadığı evin həyətində sonuncuya məxsus kisələrdə noxud olduğunu bildirərək, həmin noxudu birlikdə oğurlamaqlarını təklif etmişdir. Onun da maddi vəziyyəti yaxşı olmadığı üçün təklifini qəbul etmişdir. Onlar birlikdə piyada Vəsimənin evinə tərəf getmişlər. Onun evinin qarşısı hasar olsa da, həyətinin arxa hissəsi dəmir məftillərdən ibarət olmuşdur. Razılaşmalarına əsasən Məftun təhlükə olarsa məlumat vermək məqsədi ilə küçə tərəfdə dayanmışdır. O isə məftillərdən həyətə keçmişdir. Bir neçə dəqiqə ərzində o, bir-bir daşıyaraq 4 kisə noxudu Məftunun yanına gətirmişdir. Oradan isə bir-bir köməkləşərək həmin noxud kisələrini Məftunun yaşadığı evin zirzəmisinə aparıb yığmışlar. Onun ailə üzvləri yatdığı üçün bu barədə heç kimin məlumatı olmamışdır. Zirzəmiyə yığmaqda məqsədləri o olmuşdur ki, əlverişli şərait tapıb Rizvan şirkəti ticarət mərkəzində həmin noxudu satarlar. 17 yanvar 2024-cü il tarixdə, saat 10 radələrində Məftun evdə tək olmuşdur. O, yolda olan tanımadığı taksi ilə Məftungilə gedərək noxudlardan 2 kisəsini götürüb Rizvan şirkəti ticarət mərkəzinə getmişdir. Həmin noxudu müştəri taparaq 300 manata satmışdır. Həmin şəxsə evdə xəstəsi var deyə ehtiyacı olduğu üçün satdığını bildirərək, noxudun özünə məxsus olmasına inandırmışdır. Aldığı 300 manat pulun cəmi 100 manatını Məftuna vermişdir. 200 manatını isə özünə götürərək şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandadır. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, həmkəndlisi olan Zərərçəkmiş şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Ona məxsus noxud məhsullarını həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlamışlar. Oğurluq etməyi Elbrus ona təklif etmişdir. Belə ki, Vəsimənin yaşadığı evdə Elbrus fəhlə kimi işləmişdir. Ona görə də, o, Vəsimənin həyətində hazır kisələrə yığılmış noxud olduğunu bilmişdir. 16 yanvar 2024-cü il tarixdə, saat 01 radələrində yaşadığı evin yaxınlığında küçədə dayanıb siqaret çəkmişdir. Təsadüfən Elbrus da ora gəlmişdir. Elbrus ona Vəsimənin yaşadığı evin həyətində sonuncuya məxsus kisələrdə noxud olduğunu bildirərək, həmin noxudu birlikdə oğurlamaqlarını təklif etmişdir. Onun da maddi vəziyyəti yaxşı olmadığı üçün onun təklifini qəbul etmişdir. Onlar birlikdə piyada Vəsimənin evinə tərəf getmişlər. Onun evinin qarşısı hasar olsa da, həyətinin arxa hissəsi dəmir məftillərdən ibarət olmuşdur. Razılaşmalarına əsasən o, təhlükə olarsa məlumat vermək məqsədi ilə küçədə dayanmışdır. Elbrus isə məftillərdən həyətə keçmişdir. Bir neçə dəqiqə ərzində Elbrus bir-bir daşıyaraq 4 kisə noxudu onun yanına gətirmişdir. Oradan isə bir-bir köməkləşərək həmin noxud kisələrini onun yaşadığı evin zirzəmisinə aparıb yığmışlar. Ailə üzvləri yatdığı üçün bu barədə heç kimin məlumatı olmamışdır. Zirzəmiyə yığmaqda məqsədləri o olmuşdur ki, əlverişli şərait tapıb Rizvan şirkəti ticarət mərkəzində həmin noxudu satarlar. 17 yanvar 2024-cü il tarixdə, saat 10 radələrində o evdə tək olanda Elbrus noxudlardan 2 kisəsini gəlib aparmışdır. Elbrus onun məlumatı olmadan həmin noxudu kiməsə satmışdır. Elbrus 2 kisə üçün ona 100 manat pul vermişdir. Lakin, ümumi olaraq neçəyə satdığını bilməmişdir. Yerdə qalan 2 kisə isə yerində qalmışdır. Həmin 2 kisə noxudu da polis əməkdaşlarına təqdim etmişdir. Oğurluq nəticəsində əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, ziyanı tam şəkildə ödəmiş və zərəçəkmiş şəxslə barışmışdır. Məhkəmədən həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qisminədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, kənd təsərrüfatı ilə məşğul olub ailəsinin dolanışığını təmin edir. Əldə etdiyi məhsulları isə yaşadığı evin həyətində kisələrə yığılmış formada saxlayır. Həyətdə ümumilikdə 9 kisə noxud məhsulu olmuşdur. 15 yanvar 2024-cü il tarixdə, saat 22 radələrində həyətdə olmuşdur. Noxud kisələri həmin vaxt yerində olmuşdur. 16 yanvar 2024-cü il tarixdə, saat 09 radələrində hazırlaşaraq evdən çıxmışdır. Həmin vaxt noxud kisələrinin az görünməsi diqqətini cəlb etmişdir. Kisələri sayarkən 9 kisədən 4 kisəsinin yerində olmadığını, ümumilikdə 240 kiloqram noxudun oğurlandığını görmüşdür. Həmin 4 kisə noxudun oğurlandığını başa düşmüşdür. Bu barədə polisə məlumat vermək istəmiş və yas yerinə tələsdiyi üçün fikirləşmişdir ki, evə qayıdandan sonra polisə müraciət edər. Həmin vaxt yas yerinə getmişdir. 16 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində yaşadığı evə gəlmiş və baş vermiş oğurluq barəsində polisə məlumat vermişdir. 15 yanvar 2024-cü il tarixdən 16 yanvar 2024-cü il tarixə keçən gecə ona məxsus olan 1 kiloqramı 2,70 manat olmaqla ümumilikdə 648 manat dəyərində 240 kiloqram Pakistan Respublikası istehsalı noxud oğurlanmış və nəticədə ona 648 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 16 yanvar 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, oğurluq hadisəsi Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs ona məxsus noxud məhsullarının oğurlandığı yeri göstərmişdir. İş materiallarında olan 27 yanvar 2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 2 ədəd kisə ağ rəngdə olmaqla, içərisi noxudla doludur və ağzı iplə bağlı formadadır. Kisələrdən biri 56.60 kq, digəri isə 54.20 kq təşkil edir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 27 yanvar 2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 2 ədəd kisə ağ rəngdə olmaqla, içərisi noxudla doludur və ağzı iplə bağlı formadadır. Kisələrdən biri 56.60 kq, digəri isə 54.20 kq təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X11 tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 mart 2024-cü il tarixli, 19/182 saylı ekspertiza rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən, 240 kiloqram noxud cinsinə aid olan “Pakistan” sortunun 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 840,00 (240x3,50 m) manat müəyyən edilir. İş materiallarında olan 27 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı o, noxud kisələrini göstərərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, təqsirləndirilən şəxs Bağırov X10 rayon məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 1(073)- 103/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 1 (bir) il 05 (beş) ay 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X13 xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə X8 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(073)-53/2024 saylı qərarından görünür ki, X8 barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 30 aprel 2024-cü ildən hesablanmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslər X8 və Təqsirləndirilən şəxs1 onlara istinad olunan cinayəti törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar təqsirləndirilən şəxslər X8 və Təqsirləndirilən şəxs1 onlara istinad olunan cinayəti törətməkdə təqsirlərinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X8 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və buna görə də onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxs X9 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Cəlilabad rayon İH Başçısının Qarazəncir kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Hüseynov X2 ailə üvləri ilə birlikdə yaşayır. Məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar hesab edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. İşdə olan Cəlilabad rayon İH Başçısının Qarazəncir kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1 ailə üvləri ilə birlikdə yaşayır. Məhkəmə təqsirləndirilən şəxs X13 tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın tam şəkildə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə həmçinin təqsirləndirilən şəxs X8 əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar hesab edir. CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X8 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdarılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə təqsirləndirilən şəxs X8 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitidən təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq. hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək həbsdə qaldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonunun Qarazəncir kəndində yerləşən evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X8 hazırkı iş üzrə xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək həbsdə qaldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 2 (iki) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 02 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 30 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-114/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-114/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver