Məhkəmə qərarları › İş №1(073)-115/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-115/2025

15.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-115/2025 15.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Xüsusi ittihamçı X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X3 və X4 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X4 barəsində Azərbaycan Respublikası CM-nin 147.1, 147.2, 148, 154.2, 156.2, 271.1.2.2, 273-1.4.3, 273.2-ci maddələri ilə məsuliyyətə cəlb olunması və X2 10000 manat kompensasiya tələbi barədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, Müəyyən etdi: X5 məhkəməyə xüsusi ittiham qaydasında şikayət verərək Cəlilabad rayonu, Şabanlı kənd sakini X4 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2, 148, 154.2, 156.2, 271.1.2.2, 273-1.4.3, 273.2-ci maddələri ilə məhkəməyə verməklə ona müvafiq olaraq həbs cəzası verilməsi barədə hökm və anası X3 isə 10.000 manat kompensasiya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 məhkəmə hazırlkəq iclasında ərizə təqdim edərək X6 və X7 ilə barışdığını, ona görə də şikayətindən imtina etdiyini və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X6 və X7 xüsusi ittihamçı X1 ərizəsinə etiraz etmədilər. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, şikayəti verən şəxsin ərizəsini və proses iştirakçılarının fikrini nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayəti vermiş şəxs şikayətdən imtina etdiyi üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 barəsində Azərbaycan Respublikası CM-nin 147.1, 147.2, 148, 154.2, 156.2, 271.1.2.2, 273-1.4.3, 273.2-ci maddələri ilə məsuliyyətə cəlb olunması və X2 10000 manat kompensasiya tələbinə dair X1 vermiş olduğu xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar