Məhkəmə qərarları › İş №1(073)-116/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-116/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-116/2023 01.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Cəlilabad Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Oğrubulaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdəm həbsdə olan – Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 220370215 nömrəli cinayət işi 15 noyabr 2022-ci il tarixdə Cəlilabad rayon polis şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanaraq istintaq aparılmışdır. 15 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 17 noyabr 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. 17 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 17 may 2023-cü il tarixdə iş üzrə ittiham aktı Cəlilabad rayon prokuroru Vahid Məmmədov tərəfindən təsdiq edilərək baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilmişdir. 23 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır. 06 iyul 2023-cü il tarixdə Babayev X2 rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq MSY-nə təhvil verilmişdir. 09 avqust 2023-cü il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş, iş məhkəmə baxışına təyin edilmişdir. İttiham aktına əsasən Babayev X2 rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsində yerləşən fəhlə kimi işlədiyi "xxxx" MMC-nin ərzaq məhsulları saxlanılması üçün nəzərdə tutulmuş soyuducu anbarından vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində işdə olduğu zaman ətrafda heç kimin görmədiyindən əmin olduqdan sonra istintaqla müəyyən edilməyən predmetlə 1-ci soyuducu anbarının qapısındakı qıfılı sındırmaqla oraya qanunsuz olaraq daxil olmuş, oradan müxtəlif növ və miqdarda ərzaq məhsulları oğurlayaraq şübhə çəkməmək üçün soyuducunun qapısına sınmış qıfılı bağlamış, eyni üsul ilə 21 oktyabr 2022-ci il tarixdə, 23 oktyabr 2022-ci il tarixdə və 25 oktyabr 2022-ci il tarixdə soyuducu anbarda işdə olduğu zaman ətrafda heç kimin görmədiyindən əmin olduqdan sonra eyni soyuducu anbarına yaxınlaşaraq sınmış qıfılı bağladığı qapısından qanunsuz olaraq içərisinə daxil olmuş, soyuducu anbarına daxil olduğu ayrı-ayrı vaxtlarda 1 kiloqramı 11,50 manat olan 2,79 kq çəkidə ümumi dəyəri 32,09 manat olan basdırma krakovskaya kolbasası, 1 kiloqramı 11,50 manat olan 5,71 kq çəkidə ümumi dəyəri 65,67 manat olan basdırma kəsik servelat kolbasası, 1 kiloqramı 9,50 manat olan 2,04 kq çəkidə ümumi dəyəri 19,38 manat olan basdırma lyubitelskaya kolbasası, 1 kiloqramı 11,50 manat olan 9,33 kq çəkidə ümumi dəyəri 107,30 manat olan basdırma moskovskaya kolbasası, 1 kiloqramı 12 manat olan 1,61 kq çəkidə ümumi dəyəri 19,32 manat olan basdırma oxotniciye kolbasası, 1 kiloqramı 6 manat olan 6 kq çəkidə ümumi dəyəri 36 manat olan basdırma sadə sosiskası, 1 kiloqramı 10 manat olan 3,14 kq çəkidə ümumi dəyəri 31,40 manat olan basdırma servelat qoyun kolbasası, 1 kiloqramı 11 manat olan 0,80 kq çəkidə ümumi dəyəri 8,80 manat olan basdırma tonqalüstü sosiskası, 1 kiloqramı 9,50 manat olan 1,19 kq çəkidə ümumi dəyəri 11,31 manat olan basdırma toyuq kolbasası, 1 kiloqramı 10 manat olan 2,97 kq çəkidə ümumi dəyəri 29,70 manat dəyərində basdırma zernisti kolbasası, 1 kiloqramı 7,30 manat olan 13 kq çəkidə ümumi dəyəri 94,90 manat olan drevenka 82,5 % yağı, 0,5 kiloqramı 6,50 manat olan 4 kq çəkidə ümumi dəyəri 26 manat olan drevenski 72,5 % yağı, 0,5 kiloqramı 7,30 manat olan 2 kq çəkidə ümumi dəyəri 14,60 manat olan drevenski 82,5 % yağı, 1 kiloqramı 5,50 manat olan 44,51 kq çəkidə ümumi dəyəri 244,81 manat olan fizan donmuş paket toyuğu, 1 kiloqramı 5,80 manat olan 252,70 kq çəkidə ümumi dəyəri 1465,66 manat olan HB donmuş paket toyuğu, 1 kiloqramı 5,50 manat olan 198,63 kq çəkidə ümumi dəyəri 1092,47 manat olan HB soba paket toyuğu, 0,5 kiloqramı 6,50 manat olan 4,50 kq çəkidə ümumi dəyəri 29,25 manat olan maslo dobroe 72,5 % yağı, 1 kiloqramı 7,30 manat olan 50,50 kq çəkidə ümumi dəyəri 368,65 manat olan maslo dobroe 82,5 % yağı, 1 kiloqramı 4,90 manat olan 150,16 kq çəkidə ümumi dəyəri 735,78 manat olan simurq dondurulmuş paket toyuğu, 1 kiloqramı 4,80 manat olan 151,25 kq çəkidə ümumi dəyəri 726 manat olan sadə donmuş paket toyuğu, 0,5 litrlik şüşəsi 1,10 manat olan 15 şüşə həcmində ümumi dəyəri 16,50 manat olan qızıl quyu limonad tərxun şüşəsi, 0,7 litrlik şüşəsi 1,30 manat olan 12 şüşə həcmində ümumi dəyəri 15,60 manat olan qızıl quyu limonad tərxun şüşəsi oğurlamaqla, "xxxx" MMC-yə məxsus ümumilikdə 5191,19 manat dəyərində özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsində yerləşən fəhlə kimi işlədiyi "xxxx" MMC-nin ərzaq məhsulları saxlanılması üçün nəzərdə tutulmuş soyuducu anbarın logistika üzrə müdiri Zərərçəkmiş şəxs xidməti otağından oğurluq etmək məqsədi ilə 14 noyabr 2022-ci il tarixdə, saat 02 radələrində anbarın arxa tərəfində yerləşən plastik materiallı nəfəsliyə əli ilə fiziki güc tətbiq edərək açıb anbara daxil olmuş, sonra binanın çardağına qalxıb Zərərçəkmiş şəxs xidməti otağının üzərinə gələrək, istintaqla müəyyən edilməyən predmetlə lambir örtüyünü kəsib otağa daxil olmuş, otaqdakı masanın siyirməsində olan şirkətə məxsus 6000 manat nəğd pulu oğurlamaqla, "xxxx" MMC-yə məxsus ümumilikdə 6000 manat dəyərində özgənin xeyli miqdarda əmlakını binaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CMin 177.2.2, 177.2.3 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayından "xxxx" MMC-nin Göytəpə şəhərində fəaliyyət göstərən anbarında fəhlə kimi işləmişdir. Həmin işə onu anbarda logistika üzrə müdiri vəzifəsində işləyən Göytəpə şəhər sakini Zərərçəkmiş şəxs işə götürmüşdür. Onun işi həmin anbarda 3 ədəd soyuducuya nəzarət etmək olmuşdur. Yəni, həmin soyuduculardan logistika müdiri Zərərçəkmiş şəxs göstərişi və nəzarəti ilə çıxan ərzaq məhsullarını şirkətin maşınlarına o, yükləmişdir. Bu səbəbdən həmin soyuducularda ərzaq məhsullarının saxlanıldığını yaxşı bilmişdir. Soyuducularda tez xarab olan ərzaqlardan toyuq, kolbasa, sosiska, yağ və digər ərzaq məhsulları saxlanılmışdır. 2022-ci ilin oktyabr ayının əvvəllərində onun maddi sıxıntıları olmuşdur. Buna görə də əlverişli şərait tapdıqda fəhlə kimi işlədiyi anbarın soyuducularından oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün o, həmin MMC-də sürücü-ekspeditor işləyən Şahid2la danışaraq oğurlanacaq malları ona təhkim olunmuş avtomobillə daşımaq və sonuncunun evində gizlətmək barədə razılığa gəlmişlər. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, ümumilikdə həmin anbardan 15, 21, 23 və 25 oktyabr 2022-ci il tarixlərdə oğurluq etmiş və həmin oğurluqları Şahid2la birlikdə törətmişdir. Şahid2la aralarında olan razılaşmaya əsasən oğurlanmış mallar Şahid2 evinə yığmışlar və həmin malların satışını Şahid2 həyata keçirmişdir. Əldə olunmuş pul isə aralarında bərabər bölünmüşdür. Oğurlanmış malların satışından 1000 manata yaxın miqdarda pul əldə etmişdir. 25 oktyabr 2022-ci il tarixdə yenə də anbardan mal oğurlamaq qərarına gəlmişlər. Anbarın ərazisi video müşahidə kameraları ilə nəzarətdə olduğundan Şahid2 avtomobillə anbarın həyətinə gəlmiş, o, anbara verilən elektriki avtomomatdan ayırdıqdan sonra anbarda olan malları həmin avtomobilə yükləmiş və Şahid2 oradan getmişdir. Daha sonra isə o, yenidən anbara verilən elektriki bərpa etmişdir. Bütün bu dedikləri təxminən 25 dəqiqə ərzində baş vermişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayından "xxxx" MMC-nin Göytəpə şəhərində fəaliyyət göstərən anbarında logistika üzrə müdir vəzifəsində işləyir. Onların müəssisəsinin fəaliyyəti ondan ibarətdir ki, yay mövsümündə şirkətin dondurma məhsullarını mağazalara paylayırlar. Qış aylarında isə soyuducuda toyuq məhsulları, yağ, kolbasa, sosiska və digər məhsullarını saxlayaraq anbar kimi istifadə edirlər. Göytəpə şəhəri, O.Eynullayev küçəsində yerləşən soyuducu anbar 200 kvadrat metrdən ibarətdir. Həmin anbarın inzibati binasında xidmət personalının və o cümlədən onun xidməti otağı vardır. Alverdən alınmış nəğd pulları o, otağında masanın siyirməsində saxlayıb, 2-3 gün ərzində yığılmış pulları Lənkəran şəhərində olan “Uni” bank vasitəsi ilə Bakıda olan şirkətin hesabına köçürür. Rəhbrəlik etdiyi anbarda təxminən 10 nəfərə yaxın işçi işləyir. Həmçinin Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs da həmin anbarda 2022-ci ilin mart ayından fəhlə işləmişdir. Soyuducu anbarların qıfıllarının işlək vəziyyətdə olub-olmasını və içərisində olan malların yerində olub-olmamasını mütəmadi olaraq yoxlamışdır. xx.xx.2022-ci il tarixdə o, soyuducu anbarları yoxlayanda 1-ci anbarın üzərində olan qıfılın qırıldığını görmüşdür. Onun qapısını İlqarla birlikdə açanda görmüşdür ki, soyuducunun içərisində müəyyən toyuq, kolbasa, sosiska, meyvə suları və yağ məhsulları yoxdur. İlqardan bunun səbəbini soruşduqda heç bir şeydən məlumatının olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, soyuducu tərəfdə olan təhlükəsizlik kameralarına baxış keçirmiş və görmüşdür ki, xx.xx.2022-ci il tarixdə sürücü Şahid2 ona təhkim olunmuş "xxxx" MMC –yə məxsus “X3” markalı ** JN *** dövlət nömrə nişanlı soyuducu tipli yük avtomobili ilə anbara gəldiyi, avtomobilin arxasını anbarın içərisinə sürdüyünü və daha sonra isə İlqar Məmmədovun anbara verilən elektriki avtomatdan söndürdüyünü görmüşdür. O, bunu görüb, həmin gün İlqardan nəyə görə işığı söndürməyini soruşduqda İlqar ona soyuducuda olan ərzaq məhsullarından oğurluq etdiyini etiraf etmişdir. O, oğurlanmış ərzaq məhsullarının dəyərini hesabladıqda, İlqarın ümumilikdə şirkətə 5191,19 manat dəyərində maddi ziyan vurmasını müəyyən etmişdir. O, ona 15 noyabr 2022-ci il tarixədək vurulmuş maddi ziyanı ödəmədiyi təqdirdə bu barədə polisə şikayət edəcəyini bildirmişdir. O da onunla razılaşmışdır. 14 noyabr 2022-ci il tarixdə, saat 08 radələrində o, işə gəlmişdir. Xidməti otağına daxil olan kimi onun oturduğu masanın siyirməsinin çəkildiyini, masanın üstünə qara dəmir oturacaq qoyulduğunu, tavanın lambir örtüyünün kəsildiyini, naməlum şəxs və ya şəxslərin otağa daxil olduğunu görmüşdür. Siyirmədə şirkətə məxsus 6000 manat pul olmuşdur. Otağa daxil olan kimi ilk növbədə siyirməyə baxmış və 6000 manat pulun oğurlandığını görmüşdür. Bundan sonra bu barədə Cəlilabad RPŞ-nin Göytəpə PB-yə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, anbardan ilk əvvəl oğurluq cinayətinin Təqsirləndirilən şəxs tərəfindən tək törədildiyini bilmişdir. Lakin məhkəmə istintaqı zamanı ona məlum olmuşdur ki, həmin oğurluq cinayətinin törədilməsində Təqsirləndirilən şəxslə yanaşı, orada sürücü işləyən Şahid2 da iştirak etmişdir. Məhkəmə istintaqlı zamanı şahid qismində dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs ifadəsində onun barəsində göstərdiyi xüsustları təsdiq etməmiş və bildirmişdir ki, o, Təqsirləndirilən şəxs onun evinə yığdığı ərzaq məhsullarının oğurluq olmasından həmin vaxt məlumatı olmamışdır. Şahid2 eyni ilə ibtidai istintaqda vermiş olduğu ifadəsini təkrarlayaraq göstərmişdir ki, 2022-ci ilin yay aylarından "xxxx" MMC-nin Göytəpə şəhərində fəaliyyət göstərən anbarında sürücü kimi işləmişdir. Həmin işə onu orada logistika müdiri vəzifəsində işləyən Göytəpə şəhər sakini Zərərçəkmiş şəxs götürmüşdür. Onun işi şirkətə məxsus avtomobil ilə soyuducu anbarlarında saxlanılan ərzaq məhsullarının sifarişlə ərzaq mağazalarına paylamaqdan ibarət olmuşdur. Avtomobillərə soyuduculardan ərzaq məhsullarını Arifin nəzarəti ilə Təqsirləndirilən şəxs yükləmişdir. İlqar orada fəhlə kimi çalışmışdır. Onunla aralarında əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamış, münasibətləri həmişə yaxşı olmuşdur. 25 oktyabr 2022-ci il tarixdə, saat 12 radələrində şirkətə məxsus avtomobil ilə Göytəpə şəhəri ərazisində ərzaq məhsulları paylamışdır. Həmin vaxt İlqar onun mobil telefonuna zəng vuraraq “şirkətdən maaş əvəzinə ərzaq məhsulları götürmüşəm. Fikrim var ki, həmin ərzaq məhsullarını sataraq daha çox pul qazanım. Amma, ərzaq məhsullarını yığmaq üçün evimizdə şərait yoxdur. Müştəri tapana qədər müvəqqəti olaraq sizin evə yığmaq olar?” deyə bildirmişdir. Həmin vaxt o, müvəqqəti olaraq evdə tək yaşamışdır. Bunu İlqar da bilmişdir. O, İlqara “problem yoxdur” deyə bildirmişdir. Bundan sonra ondan gedib həmin ərzaq məhsullarını götürməyini xahiş etmişdir. O isə işi olduğunu, özü gələ bilmədiyini, maşın göndərəcəyini bildirmişdir. O, maşın deyəndə taksi kimi istifadə etdiyi Göytəpə şəhər sakini İlqarı nəzərində tutmuşdur. O, İlqarın mobil telefonuna zəng vuraraq şirkətin həyətində yük olduğunu, gedib həmin yükü götürərək yaşadığı evə aparmasını, evin qarşısında gözləməsini, təxminən 1 saat sonra gələcəyini və zəhmət haqqısını da özü verəcəyini bildirmişdir. Təxminən 1 saat sonra işlərini bitirdikdən sonra yaşadığı evə getmiş və qapının qarşısında taksi sürüçüsü İlqarla görüşərək ərzaq məhsullarını evə yığmışdır. Sonra taksi kimi istifadə etdiyi İlqara zəhmət haqqı kimi 10 manat pul vermişdir. Həmin pulu sonra Təqsirləndirilən şəxs ona qaytarmışdır. 15 noyabr 2022-ci il tarixdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldatmış, onların evinə göndərdiyi ərzaq məhsullarını işlədikləri soyuducu anbarından oğurlamışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi video görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, "xxxx" MMC –nin həyətində üç ədəd yük avtomobili dayanmış, həmin avtomobillərdən biri MMC-də sürücü işləyən Şahid2 təhkim olunmuş sarı rəngli “X3” markalı ** JN *** dövlət nömrə nişanlı soyuducu tipli yük avtomobilidir. Görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əvvəlcədən MMC-nin həyətində olan transfarmotdan anbara verilən işığı avtomatdan söndürür. Video görüntü ilə bağlı Təqsirləndirilən şəxs göstərdi ki, aralarında olan razılaşmaya əsasən Şahid2 əvvəlcədən idarə etdiyi avtomobili anbarın həyətində saxlayır, daha sonra o, anbara verilən işığı söndürür və soyuducuda olan malları Ülvi İlə birlikdə onun avtomobilinə yığır. Qeyd edilən prosesin 25 dəqiqə müddətində davam etdiyini və bundan sonra anbara verilən işığı bərpa etdiyini bildirdi. Həmçinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Şahid2 evindən 7 ədəd 1 kq çəkidə “drevenski” yağı, 4 ədəd 0,5 kq çəkidə “drevenski” yağı, 5 ədəd 0,5 kq çəkidə “maslo dobrye” yağı, 2 ədəd “HB” donmuş toyuq paketdə, 13 ədəd “Fizan” donmuş toyuq paketde, 9 ədəd “HB” soba paketdə toyuq və hər qutuda 10 ədəd olmaqla 4 qutuda ümumilikdə 40 ədəd “Simurq” dondurulmuş toyuq paketdə ərzaq məhsulları aşkar edilərək götürülmüşdür. Dövlət ittihamçısı vəsatət verərək, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yanaşı CM-nin 177.2.1-ci maddəsinin də tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddə ilə ittihamın irəli sürülməsi, eyni zamanda digər şəxsin (Şahid2) də əməllərinə işin faktiki hallarına uyğun müvafiq hüquqi qiymət verilməsi üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, həmin işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaqda vermiş olduğu ifadəsindən fərqli ifadə verərək göstərmişdir ki, ümumilikdə həmin anbardan 15, 21, 23 və 25 oktyabr 2022-ci il tarixlərdə oğurluq etmiş və həmin oğurluqları Şahid2la birlikdə törətmişdir. Şahid2la aralarında olan razılaşmaya əsasən oğurlanmış mallar Şahid2 evinə yığmışlar və həmin malların satışını Şahid2 həyata kerirmişdir. Əldə olunmuş pul isə aralarında bərabər bölünmüşdür. Oğurlanmış malların satışından 1000 manata yaxın miqdarda pul əldə etmişdir. İbtidai istintaq zamanı Şahid2 ifadəsində göstərmişdir ki, İlqar Məmmədov xx.xx.2022-ci il tarixdə ona zəng vuraraq maaş əvəzi müdirin ona müxtəlif növ ərzaq malları verdiyini və onun evində saxlaya biləcəyini soruşmuş, o da ona etiraz etməyərək onunla razılaşmışdır. Həmin malların oğurluq olmasından məlumatı olmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixli anbarda olan video müşahidə kameralarına özü tərəfindən xidməti otağında baxış keçirmiş, baxış zamanı sürücü Şahid2 ona təhkim olunmuş "xxxx" MMC –yə məxsus “X3” markalı ** JN *** dövlət nömrə nişanlı soyuducu tipli yük avtomobili ilə anbara gəldiyi, avtomobilin arxasını anbarın içərisinə sürdüyünü və daha sonra isə İlqar Məmmədovun anbara verilən elektriki avtomatdan söndürdüyünü görmüşdür. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi video görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, "xxxx" MMC –nin həyətində üç ədəd yük avtomobili dayanmış, həmin avtomobillərdən biri MMC-də sürücü işləyən Şahid2 təhkim olunmuş sarı rəngli “X3” markalı ** JN *** dövlət nömrə nişanlı soyuducu tipli yük avtomobilidir. Görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əvvəlcədən MMC-nin həyətində olan transfarmotdan anbara verilən işığı avtomatdan söndürür. Video görüntü ilə bağlı təqsirləndirilən şəxs göstərdi ki, aralarında olan razılaşmaya əsasən Şahid2 əvvəlcədən idarə etdiyi avtomobili anbarın həyətində saxlayır, daha sonra o, anbara verilən işığı söndürür və soyuducuda olan malları Ülvi İlə birlikdə onun avtomobilinə yığır. Qeyd edilən prosesin 25 dəqiqə müddətində davam etdiyini və bundan sonra anbara verilən işığı bərpa etdiyini bildirdi. Həmçinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Şahid2 evindən 7 ədəd 1 kq çəkidə “drevenski” yağı, 4 ədəd 0,5 kq çəkidə “drevenski” yağı, 5 ədəd 0,5 kq çəkidə “maslo dobrye” yağı, 2 ədəd “HB” donmuş toruq paketdə, 13 ədəd “Fizan” donmuş toyuq paketde, 9 ədəd “HB” soba paketdə toyuq və hər qutuda 10 ədəd olmaqla 4 qutuda ümumilikdə 40 ədəd “Simurq” dondurulmuş toyuq paketdə ərzaq məhsulları aşkar edilərək götürülmüşdür. Şahid2 evindən götürülmüş ərzaq məhsulların qiyməti 341,15 manat təşkil edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatətə münasibət bildirərək göstərmişdir ki, təqsirləndirilən şəxs X1 əməlinə hüquqi qiymət verilmişdir. İşin icraatına xitam verib prosessual rəhbərliyi həyata keçirən Cəlilabad rayon prokurouna qaytarılması Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdırır. Ona görə də vəsatətin təmin edilməməsini, cinayət işinə mahiyyəti üzrə baxılıb Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı toplanmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə ittiham və müdafiə tərəfi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yanaşı CM-nin 177.2.1-ci maddəsinin də tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddə ilə ittihamın irəli sürülməsi, eyni zamanda digər şəxsin (Şahid2) də əməllərinə işin faktiki hallarına uyğun müvafiq hüquqi qiymət verilməsi üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, həmin işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Azərbaycan Respublikası CPM-in 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. İş üzrə Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1 (073)-116/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməklə iş üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. İşdə olan Cəlilabad rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-74/2- 21616/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonu ərazisində tutularaq MSY-nə təhvil verilmişdir. İşdə olan “təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında” Cəlilabad rayon məhkəməsin xx.xx.2023-cü il tarixli 1 (073)-116/2023 nömrəli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Azərbaycan Respublikası CPM-in 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və onun həbsdə saxlama müddəti 01 (bir) ay müəyyən edilməklə xx.xx.2023cü il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 159.10, 318.2, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə... QƏRARA ALDİ: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yanaşı CM-nin 177.2.1-ci maddəsinin də tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddə ilə ittihamın irəli sürülməsi, eyni zamanda digər şəxsin (Şahid2) də əməllərinə işin faktiki hallarına uyğun müvafiq hüquqi qiymət verilməsi üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilsin və həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və onun həbsdə saxlama müddəti 01 (bir) ay müəyyən edilməklə xx.xx.2023-cü il tarixədək uzadılsın. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar