Məhkəmə qərarları › İş №1(073)-117/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-117/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-117/2024 27.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1999-cu ildə Kürdəmir rayonu Atakişili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, hal-hazırda Kürdəmir rayonu Atakişili kəndində yaşayan və barəsində - 25 aprel 2024-cü ildə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 14 mart 2024-cü ildə saat 15:30 radələrində idarə etdiyi “Hyundaı Getz” minik markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillə, yeni Ələt-Astara–İran sərhədi yolunun Cəlilabad rayon ərazisindən keçən 123-cü km\də Astara rayon istiqamətdə saatda 90-100 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, yolun sağ ehtiyyat hissəsində nasaz vəziyyətdə dayanmış avtomobil ilə təhlükəsiz yan məsafəni təmin etmək üçün zəruri tədbirlər görməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, yolun sağ ehtiyyat hissəsinə çıxmış, bu zaman eyni istiqamətdə yolun sağ ehtiyyat hissəsində nasaz vəziyyətdə dayanmış, “Mercedes Benz E220 CDİ” minik markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsinə çırpıldıqdan sonra, həmin avtomobilin sol yan hissəsində dayanmış piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs ağır qapalı kəllə-beyin travması, baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma, baş beyin toxumasının əzilməsi, başın sağ təpə nahiyyəsində və sol qaşaltı nahiyyədə əzilmiş yara, sağ said sümüklərinin yerini dəyişən qapalı sınığı, alın, sol yanaq, hər iki diz oynağı, sol əl, sağ bud nahiyyəsində sıyrıqlar kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünə məxsus “Hyundaı Getz” minik markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Lənkəran rayon sakini mərhum Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 14 mart 2024-cü ildə saat təxminən 15:30 radələrində idarə etdiyi “Hyundaı Getz” minik markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə saatda təxminən 90-100 km sürətlə sağ zolaqla hərəkətdə olmuşdur. Cəlilabad rayon ərazisindən keçdikdə ani olaraq səhətində narahatlıq olmuş, bu zaman idarə etdiyi avtomaşının sağ təkəri yolun sağ ehtiyyat hissəsinə çıxmışdır. Həmin anda dərhal avtomaşının əyləcini basmaqla sükanı sola doğru istiqamətləndirmiş, lakin idarə etdiyi avtomaşının sağ yan hissəsi dayanmış vəziyyətdə olan “Mercedes Benz E220 CDİ” minik markalı avtomaşının arxa hissəsinə çırpılmışdır. Zərbədən sonra idarə etdiyi avtomaşın bir qədər irəli getdikdən sonra dayanmış və sükan arxasından düşdükdə “Mercedes Benz E220 CDİ” minik markalı avtomaşının sol yan hissəsində olan sürücü Zərərçəkmiş şəxs də avtomaşınla vurduğunu bilmişdir. Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən vəfat etdiyini sonradan bilmişdir. Hadisə zamanı xəsarət aldığından Masallı RMX-na müraciət etmişdir. Əməlindən peşimandır, himayəsində az azyaşlı uşaqları vardır, ilk dəfədir ki, cinayət törədir, ailəsinin yeganə qazanc gətirənidir. Odur ki, bu halları nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquq varisi X1 məhkəməyə ünvanladığı notarial qaydada təstiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddia, şikayət və tələbini olmadığını və gələcəkdə olmayacağını bildirərək ərizəsinin nəzərə alımasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran rayon sakini mərhum Zərərçəkmiş şəxs əridir. Əri Şamilə məxsus “Mercedes Benz E220 CDİ” minik markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomaşını var. 14 mart 2024-cü ildə saat təxminən 17 radələrində Bakı şəhərində olduğu zaman əri Şamilin yol qəzasına düşdüyünü eşitmişdir. Nə baş verdiyini öyrənmək üçün Lənkəran rayon Velədi kəndinə getdikdə Şamilin vəfat etdiyini bilmişdir. Sonradan hadisə barədə soraqlaşdıqda Şamil Ələt-Astara yolunun sağ kənarında “Mercedes Benz E220 CDİ” minik markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sol təkərini təmir edən zaman Əlövsət adlı oğlanın idarə etdiyi “Hyundaı Getz” minik markalı avtomaşın tərəfindən vurulduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran rayon Girdəni kəndində ailəsi ilə birlikdə yaşayır. 14 mart 2024-cü ildə saat təxminən 15:30 radələrində tanışı Şamilin idarə etdiyi “Mercedes Benz E220 CDİ” minik markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə hərəkətdə olmuşlar. Həmin vaxtda qabaq sərnişin oturacaqda əyləşmiş, arxada isə arvadı Xanımnaz əyləşmişdir. Cəlilabad rayon ərazisindən keçdikdə ani olaraq avtomaşının arxa sol təkərində nasazlıq yaranmış, bu səbəbdən Şamil “Mercedes Benz E220 CDİ” minik markalı avtomaşını yolun sağ ehtiyyat hissəsinə çıxarmaqla sükan arxasından düşmüşdür. Daha sonra Şamilə yaxınlaşdqda onun “Mercedes Benz E220 CDİ” minik markalı avtomaşının arxa sol təkəri qarşısında dayandığını və təkəri təmir etdiyini görmüşdür. Sonra avtomaşının sağ tərəfinə keçməklə arvadı ilə söhbət etdikdə, ani olaraq “Mercedes Benz E220 CDİ” minik markalı avtomaşının arxa hissəsinə Astara rayon istiqamətdə hərəkətdə olan “Hyundaı Getz” minik markalı avtomaşının çırpıldığını görmüşdür. Hadisə zamanı “Hyundaı Getz” minik markalı avtomaşın nasaz vəziyyətdə dayanmış “Mercedes Benz E220 CDİ” minik markalı avtomaşına çırpıldıqdan sonra həmin avtomaşının sol yan tərəfində dayanmış vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs də vurmuşdur. Hadisə zamanı Şamil aldığı xəsarətlərdən ölmüşdür. İş materiallarına əlavə edilmiş DİN-nin BDYPİ QİS-in məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə BD serialı 050679 nömrəli B1, B, C1, C katiqorialı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinə əlavə edilmiş, Cəlilabad RMX-nın 14 mart 2024-cü il tarixli 63 nömrəli tibbi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinə əlavə edilmiş, Cəlilabad rayon “MTE və PA” şöbəsinin 12 aprel 2024cü il tarixli 02 nömrəli tibbi rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meytində aşkar edilmiş xəsarətlər – ağır qapalı kəllə-beyin travması, baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma, baş beyin toxumasının əzilməsi, başın sağ təpə nahiyyəsində və sol qaşaltı nahiyyədə əzilmiş yara, sağ said sümüklərinin yerini dəyişən qapalı sınığı, alın, sol yanaq, hər iki diz oynağı, sol əl, sağ bud nahiyyəsində sıyrıqlar bərk küt əşyanın(əşyaların) güclü təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, qərarda qeyd edilən vaxtda yəni, 14 mart 2024-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlikəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə ağır qapalı kəllə-beyin travması zamanı əmələ gələn baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma səbəb olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda alkoqol və hər hansı bir narkotik maddə aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş, Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 17 aprel 2024-cü il tarixli 3-16-16\2-8\850 nömrəli rəyindən görünür ki, “Hyundaı Getz” minik markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan, “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-cı il təvəllüdlü Nəzrin Əhmədova və xx.xx.2007-ci il təvəllüdlü İlkin Əhmədzadə adlı iki övladı vardır. İş materiallarında olan DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsi, əməlindən səmimi peşman olması və ailəsinin yeganə qazanc gətirəni olması, hadisə nəticəsində özünün də xəsarət alması, himayəsində bir yetkinlik yaşına çatmamış və bir az yaşlı uşaqlarının olması, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li Qərarının 21-ci bəndinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə maddi sübut olan “Hyundaı Getz” minik markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz E220 CDİ” minik markalı ** CE *** qeydiyyat nişanlı avtomaşınların sahiblərində saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə 128 ( yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilsin Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan “Hyundaı Getz” minik markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz E220 CDİ” minik markalı ** CE *** qeydiyyat nişanlı avtomaşınların sahiblərində saxlanılması nəzərə alınsın. İş üzrə 128 ( yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar