Məhkəmə qərarları › İş №1(073)-118/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-118/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-118/2024 22.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 16:00 X8 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1971-ci ildə Masallı rayonu, Təklə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşqul olan, Masallı rayonu, Təklə kəndində qeydiyyatda olan və həbs olunana kimi həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində tanışı Zərərçəkmiş şəxs ona olan borcunu istəmək məqsədi ilə sonuncunun ünvanına gəlib, borcunu qatarmamasmı bəhanə edərək Masallı rayon İcra Hakimiyyəti Başçısının Təklə kənd inzibati ərazi nümayəndəliyinin qarşısından keçən küçədə sonuncu ilə həmin zəmində aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, ətrafda yaşayan qonşulara qarşı laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarını qərəzli surətdə pozub səs-küyə toplaşmış şəxslərin gözü qarşısında, onlara məhəl qoymayaraq özünü ətrafdakıların fövqündə qoyub heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs nalayiq ifadələrlə ucadan təhqir edərək istintaqla müəyyən edilməyən bıçaqla (predmetlə) onun sağ qoluna qəsdən bir dəfə zərbə vurmaqla sağ said nahiyəsində çapıq əmələ gəlməsi ilə nəticələn sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Bundan başqa, o, istintaqla müəyyən edilməyən vaxta və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükülüdə təmiz çəkisi 15,863 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamış, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 11 fevral 2024-cü il tarixdə, saat 11 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində saxlanılaraq Cəlilabad RPŞ-уэ gətirilib, onun üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd yaşıl rəngli köynəyinin sol döş cibindən 1 ədəd qara rəngli “Viceroy” markalı siqaret qutusunda həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Onunla əvvəllər arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Aralarındaki sonuncu mübahisədən təxminən 3 ay əvvəl Nizami ona məxsus bir rəst atını onun razılığı ilə 250 manat satıb həmin pulun 110 manatını ona vermiş, lakin üzərindən bir neçə gün keçdikdən sonra Nizami ona olan 140 manat borcunu qaytarmadığı üçün sonuncuya zəng edərək pulunu tələb etmişdir. Nizami də ona pulu xərclədiyini bildirmişdir. O da həmin pulun əvəzində onun üçün at almağını xahiş etmişdir. Nizami də ona 500 manat pul borclu olduğunu və bu səbəbdən də ona olan borcunu verməyəcəyini bildirmişdir. Bu səbəbdən də onların arasında sözlə mübahisə yaranmışdır. 10 dekabr 2023- cü il tarixdə o, yenidən Nizamiyə zəng edərək, ya ona at almasını ya da ki, pulunu geri qaytarmasını ondan istəmişdir. Həmin vaxt Nizami telefon danışığı zamanı onu nalayiq ifadələrlə söyərək təhqir etdiyi üçün o, Nizaminin yaşadığı ünvana gedərək onu küçəyə çağırmışdır. Nizami küçəyə çıxdıqdan sonra onların arasında sözlə mübahisə yaranmış, mübahisə zamanı o, özünə məxsus bir ədəd bıçağı çıxarıb əlində tutmuş, həmin vaxt Nizami qaçmağa başlamış və o da Nizaminin arxası ilə qaçmışdır. Lakin, o, Nizamini orada hədəlməmişdir. Onlar Təklə kənd inzibati ərazi nümayəndəliyinin yanına çatdıqda dayanmışlar. Həmin vaxt Nizaminin dayısı Şahid5 da orada olduğunu görmüşdür. Nizami yerdən əlinə ağac parçası götürüb həmin ağac parçası ilə onu vuracağını demişdir. O da Nizamidən qorxduğu üçün həmçinin onu qorxutmaq məqsədilə əlində olan bıçağı bir dəfə sürətlə ona tərəf uzatmış və həmin vaxt bıçaq Nizaminin sağ dirsək nahiyəsinin alt hissəsinə dəyib-dəymədiyini bilmirəm. Bundan sonra Nizami yerdən daş parçası götürüb onun sol ayağının topuq nahiyəsinə vurmuş, o da həmin zəbənin təsirindən yerə yıxılmışdır. Daha sonra o, ayağa qalxaraq oradan uzaqlaşıb getmişdir. Yolda hərəkətdə olarkən həmin bıçağı da yol kənarına atmışdır. 26 dekabr 2023-cü il tarixdə saat 16 radələrində Nizami ona zəng edərək, onu kənd ərazisində yerləşən ərazi nümayəndəliyinin qarşısına çağırıb onu öldürməyəcəyi təqdirdə onun ünvanına nalayiq ifadə işlətmişdir. O da atasından yadigar qalmış istifadəyə yararlı olmayan taxta qundaqlı, tək dəmir lüləli ov silahını götürərək Nizamini qorxutmaq məqsədi ilə ərazi nümayəndəliyinin qarşısına getmişdir. Lakin, ov silahının istifadəyə yararlı olmdığını bildiyi üçün üzərində götürmüşdür. Yolda olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Masallı RPŞnin əməkdaşları olduqlarını bildirib, üzərində olan ov silahına dair hər hansı bir sənədinin olub-olmadığını soruşmuşlar. O da həmin ov silahının sənədsiz olduğunu polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Masallı RPŞ-yə dəvət etmişlər. Bundan əlavə, 11 fevral 2024-cü il tarixdə Cəlilabad şəhərində yaşayan dostu İlkin Abışov onu yemək yeməyə dəvət etmiş, o da bu məqsədlə Cəlilabad rayonu, Uzuntəpə kəndinə gəlmişdir. İlkinin evinin yanında onu Polislər tutub Cəlilabad rayon Polis Şöbəsinə gətirmişlər. Onu döyərək narkotiki boynuna götürməsini tələb etmişlər. Onun üstündən aşkar edilmiş narkotik vasitə ona məxsus deyil. Ona Cəlilabad rayon Polis Şöbəsində təzyiq olunduğu üçün məcbur qalıb çəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Polislər onu buraxdıqdan sonra isə bilmədiyi üçün döyülməsi barədə heç bir orqana şikayət etməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmamışdır, səhhətində problemlər var, arvadının ankoloji xəstədir və ailəsinin yeganə qazanc gətirənidir. Ona görə də bu halları nəzərə alıb Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ona yüngüül cəza verilməsini, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə isə ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan törətmiş olduğu cinayət əməlini etiraf etməsə də, onun ittiham olunduğu cinayətləri törətməsi işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla aşağıdakı qaydada tam sübuta yetirilir və məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi güdür. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməmlini törətməsi isə onun özünün qismən etirafedici ifadəsindən başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, iş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2004-cü ildən tanıyır. Təxminən 2013-cü ildən isə aralarında onunla dostluq münasibəti yaranmağa başlamışdır. O, dəfələrlə maddi durumu aşağı vəziyyətdə olduğu üçün Vəliyə köməklik etmişdir. Təqsirləndirilən şəxs dəqiq xatırlamadığı tarixlərdə hissə-hissə ondan ümumilikdə 500 manat borc pul almışdır. Təxminən hadisədən 3 ay əvvəl Təqsirləndirilən şəxs ilə onun yaşadığı evdə söhbət edərkən ona maddi vəziyyətinin qənaətbəxş olmadığını, onda olan bir rəst atı ona verməsini və satmaq istədiyini bildirmişdir. Həmçinin ona atı satıb pulunu əldə etdikdən sonra gələcəkdə ona at alıb verə biləcəyini bildirmişdir. Vəli də onunla razılaşmışdır. O, Vəliyə məxsus bir rəst atı həmin ərəfələrdə həmkəndlisi Vüsal Kazımova 250 manat pul müqabilində satmışdır. Daha sonra Vəlinin yaşadığı evə gedib ona bir rəst atını 250 manata satdığını bildirmişdir. O da həmin pulun 100 manat məbləğini Vəlidən borc qismində istəmişdir. Vəli ona 100 manat pulu verdikdən sonra oradan uzaqlaşıb yaşadığı evə geri qayıtmışdır. Növbəti gün söhbət etmək məqsədilə yenidən Təqsirləndirilən şəxs yaşadığı evə getmiş və onunla söhbət edərkən Vəli ondan 10 manat borc pul istəmiş və o, Vəliyə həmin pulu vermişdir. Həmin söhbətdən təxminən 1 ay sonra Vəli ondan ona bir rəst at alıb verməyini tələb etmiş və növbəti günlərdə də ondan ona at alıb verməsini tələb etmişdir. O da Təqsirləndirilən şəxs Rusiya Federasiyasına gedəcəyi təqdirdə onu özüylə aparacağını və ona at almayacağını, lakin Rusiya Federasiyasına getmədiyi təqdirdə bir rəst at alıb verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs isə tələbindən geri çəkilməmişdir. 10 dekabr 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs həyətinə gəlib onu səslədiyini eşitmişdir. O evində qonaq olan dayısı oğlu X3 Vəliyə yatmasını deməsini bildirmişdir. Bundan sonra Vəli yaşadığı evə qalxaraq onun stolda əyləşib çay içdiyini görmüş, ondan onun telefon zənglərinə hansı səbəbdən cavab verməməyini soruşmuşdur. O da Vəliyə yaxşı etdiyini və onu narahat etdiyini bildirmişdir, Bundan sonra, Vəli onu evinin həyətinə dəvət etmiş və bir rəst at alıb ona verməsini tələb etmişdir. Vəliyə pulunun olmadığını bildirmişdir. Vəli isə ona tüfənglə ağzının içinə vurub onu öldürəcəyini demişdir. Sonra Vəli ondan kənarlaşıb cibindən bıçaq çıxarıb onu öldürəcəyi ilə hədələməyə başlamış və üzərinə hücum çəkmişdir. Vəlinin onu bıçaqlayacağından qorxub ondan qaçmağa başlamış və Vəli də onun axrasınca gəlmişdir. O, Təklə kənd inzibati ərazi nümayəndəliyinə yaxınlaşdığı zaman Təqsirləndirilən şəxs da onun yanına gəlmiş və orada həmin vaxt o, əlinə ağac parçası götürmüşdür. Təqsirləndirilən şəxs onun əlində olan ağac parçasını almaq istəyərkən digər əlində olan bıçaqla onun sağ dirsək nahiyəsinin alt hissəsinə bir dəfə vuraraq bədən xəsarəti yetirmişdir. O da yerdən daş parçası götürüb Vəlinin sol ayağının topuq nahiyəsinə vurmuşdur. Təqsirləndirilən şəxs da onun atdığı daş parçasının yetirdiyi zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ayağa qalxıb onun yanından uzaqlaşıb getmişdir. 26 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs mobil telefonuna zəng edib bir rəst atı nə vaxt alıb ona verəcəyini ondan soruşmuşdur. O da Təqsirləndirilən şəxs ona olan 610 manat borclu olduğu pulu nə vaxt qaytaracağını soruşmuşdur. Təqsirləndirilən şəxs həmin borcun aralarındakı məsələyə aidiyyətinin olmadığını ona demiş və tüfənglə onu öldürəcəyini bildirmişdir. Daha sonra o, yaşadığı evə gedərkən Təklə kənd inzibati ərazi nümayəndəliyinin yaxınlığında piyada hərəkət etdiyi zaman yetkinlik yaşma çatmayan qohumu X6 ilə rastlaşmışdır. Hikmət Abiyev ona “Vəli səni axtarırdı əlində tapança ilə, onun və Yadullanm üzərinə həmin tapançanı tutub sənin yerini soruşurdu” sözlərini demişdir. Buna görə də o, Masallı RPŞ-yə bu barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır. Ona görə də Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Masallı RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 dekabr 2023-cü il tarixdə saat 15 radələrində Masallı RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə xidməti ərazisi olan Masallı rayonu Təklə kəndi ərazisində idarə etdikləri avtomobillə xidmətdə olarkən bir nəfər şəxsin əlində mülki ov silahıyla gəzməsini görüb avtomobili saxlamışlar. Daha sonra avtomobildən yerə düşərək həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib Masallı RPŞ-nin əməkdaşları olduqlarını bildirib şəxsiyyəti barədə məlumat verməsini soruşduqda həmin şəxs özünü Təklə kənd sakini Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs kimi özünü təqdim edən şəxsdən üzərində olan mülki ov silahına dair hər hansı bir sənədinin olub- olmamasını soruşduqda, həmin şəxs hər hansı bir sənədinin olmadığını bildirdiyi üçün həmin şəxsi üzərində olan mülki ov silahı ilə birlikdə Masallı RPŞ-yə dəvət edib gətirmişlər. Masallı RPŞ-də Təqsirləndirilən şəxs şəxsiyyəti yoxlanıldıqdan sonra onun həqiqətən də Masallı rayonu Təklə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq tədbir görülməsindən ötrü raportla Masallı RPŞ-nin rəisinə məruzə etmişdir. Həmin raportun icrası Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı polis kapitanı Xalid Qurbanova həvalə olunmuşdur. Onlar da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mülki ov silahı ilə birlikdə baş təhqiqatçı Xalid Qurbanovun xidməti otağına aparıb təhvil vermişlər. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Masallı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, hazırda Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı işləyir. Masallı rayon, Təklə kənd sakini Təqsirləndirilən şəxs tanımır, onunla ədavət və düşmənçiliyi olmamışdır. 11 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən xidməti vəzifəsilə əlaqədar olaraq şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. Sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Cəlilabad şəhəri, H. Əliyev prospektinin ətrafı müşahidəyə götürülmüşdür. Təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs həmin küçədə hərəkət edərkən görmüş və onu 10-15 dəqiqə müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs da əynində olan tünd göy rəngli köynəyinin sol döş cibində bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə axtarış aparılması və müvafiq sənədlərin tərtib edilməsi üçün münasib şərait olmadığından Təqsirləndirilən şəxs üzərində axtarış aparılmamış və bu məqsədlə onu şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyərək birlikdə şöbəyə gəlmişdir. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş və üzərində axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan tünd göy rəngli köynəyinin sol döş cibindən bir ədəd “Viceroy” markalı siqaret qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə təqdim edərək masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana vardır. Həmin maddəni 2-3 gün əvvəl Masallı rayonu ərazisindən tapmış, həmin maddədən istifadə etməmiş və heç kimə verməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm içərisinə baxıldıqda orada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də onun üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilən zaman elektron tərəzi həmin bükümün çəkisini 20,86 qram olaraq göstərmişdir. Daha sonra həmin maddə ekspertizaya göndərilməsi üçün zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı hər hansı bir zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində etdiyi şikayətin məzmunu ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs onun bacısı oğlu, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Onlarla onun arasında əvvəllər hər hansı bir ədavət, düşmənçilik və qərəzli münasibət olmamışdır. 10 dekabr 2023-cü il tarixdə saat 19 radələrində o, Masallı rayonu Təklə kənd inzibati ərazi nümayəndəliyinin yanında olan vaxt Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da orada olmuşdur. Lakin, o, Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs sağ dirsək nahiyəsinin alt hissəsinə vurmasını, həmçinin Zərərçəkmiş şəxs daş parçası ataraq Təqsirləndirilən şəxs topuq nahiyəsinə xəsarət yetirməsini görməmiş, bu barədə bilmir və məlumatı yoxdur. Bu barədə əlavə izahat vermək istəmir. Nizami onun bacısı oğlu, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Onlarla hazırda da heç bir ədavəti yoxdur. O, heç kimlə düşman olmaq istəmir və reallıqda da hadisəni görməmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi“ haqqında 10 yanvar 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2023- cü il tarixdə Masallı rayonu, Mollahəsənli kənd sakini X4 bıçaqla xəsarət yetirdiyi yerin Masallı rayonu, Təklə kənd icra nümayəndəliyinin qarşısı olduğunu, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı həmin yerin yaxınlığına atdığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri əli ilə göstərmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı iz və ya predmet aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan tünd göy rəngli köynəyinin sol döş cibindən bir ədəd “Viceroy” markalı siqaret qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə təqdim edərək masanın üzərinə qoymuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana vardır. Həmin maddəni 2-3 gün əvvəl Masallı rayonu ərazisindən tapmış, həmin maddədən istifadə etməmiş və heç kimə verməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Bu barədə heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının Masallı MTE və PA şöbəsi tərəfindən verilmiş 08 yanvar 2024-cü il tarixli, 12 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sağ said nahiyəsində çapıq aşkar olundu. Aşkar olunan çapıq deşilmişkəsilmiş yaranın sağaldıqdan sonraki izi olub, deşici-kəsici əşyanın təsirindən törənmişdir. Törənmə müddəti 10 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 11 fevral 2024-ci il tarixli 19/127 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd siqaret qutusunda təmiz çəkisi 15,863 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi 0,1 qram, qalıq 15,763 qram olmuşdur. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2024-cü il tarixli, 167 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabiodlərdən istifadə halları olub. X7 (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün qismən etirafı, zərərçəkmiş və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Elektron Məhkəmə informasiya sistemi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ümumi xəstəlikdən 3-cü dərəcəli əlil kimi 150 (bir yüz əlli) manat pensiya alır. Məhkəmə, Təqsirləndirilən şəxs ailəsinin yeganə qazanc gətirəni olmasını, 3-cü dərəcəli əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarına əlavə olunmuş 11 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2024-cü il tarixdə saat 12:40-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş 13 fevral 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin MSYdən azad etmə və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 fevral 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, saat 12:00-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 221.3 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 15,763 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı 11 fevral 2024-cü il tarixdən 13 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 30 may 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 15,763 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar