Məhkəmə qərarları › İş №1(073)-118/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-118/2025

08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-118/2025 08.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X14 Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 iştrakı ilə, Xüsusi ittihamçı X10 xüsusi ittiham qaydasında şikayəti üzrə X3 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmələri və 5000 manat mənəvi zərərəin ödənilməsi barədə şikayət ərizəsinə məhkəmənin hazırlıq iclasında baxaraq, Müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X3 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmələri və 5000 min manat mənəvi zərərəin ödənilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X13 xüsusi ittiham qaydasında şikayəti əsaslandıraraq bildirdi ki, barəsində böhtan və təhqirlə müşayət olunan əsasız şikayətləri ilə X7 və X4 Azərbaycan Respublikas DİN-nin 102 xidmət zəng mərkəzinə və Cəlilabad rayon polis şöbəsinə əsassız müraciət edərərk, güya xx.xx.2025-ci il tarixdə onların ünvanına getmiş, onları söyüb təhqir etmiş, hətta Abbasova Zəminəni döyərərk yumruq və təpiklə onun baş və qol nahiyələrinə zərbələr vuraraq xəsarət yetirmişdir. Onların bu şikayətləri ona qarşı böhtan xarakterlidir. Belə ki, Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X5 araşdırma apararq 30 avqust 2025-ci il tarixdə cinayət işinin rədd olunması haqqında qərar qəbul etmişdir. Bu qərardan da aydın olmuşdur ki, o, X2 döyəmsi faktı öz əksini tapmamışdır. Ona görə də hesab edir ki, X3 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmələri və 5000 manat mənəvi zərərəin ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə izahatı və işdə olan sənədləri araşdırıb hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərar çıxarır. 302.1 Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.3 şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda. 302.1.6 cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda. 302.1.7 şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə hesab edir ki, xüsusi ittihamçı X11 xüsusi ittham qaydasında şikayəti üzrə X3 və X1 əməllərində cinayət əlamətləri olmadığından və şikayət əsassız olduğundan xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: X11 şikayəti əsasında X3 və X1 barəsində Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar