Məhkəmə qərarları › İş №1(073)-119/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-119/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-119/2023 12.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1971-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, orta təhsilli, evli, Cəlilabad rayonu Qarazəncir kənd orta məktəbdə müəllimə işləyən, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1992-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, orta təhsilli, evli, Cəlilabad şəhər 1 saylı orta məktəbdə müəllim işləyən, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 07 yanvar 2023-cü il tarixdə saat 10 radələrində Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən fərdi yaşayış evində gəlini Zərərçəkmiş şəxs zibili təyin edilməmiş yerə atması səbəbi ilə bağlı həmin zəmində aralarında yaranmış mübahisə zamanı sonuncuya sobanın üzərində olan isti su çaydanını ataraq ona sağ bud nahiyəsindəçapıq toxuma və 2-ci dərəcəli yanıq kimi xəsarətlər əmələ gəlməsi iləmüşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasıına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Bundan əlavə o, 22 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən fərdi yaşayış evində gəlini Zərərçəkmiş şəxs yaşadıqları evdə dırnağını tutması səbəbi ilə bağlı həmin zəmində aralarında yaranmış mübahisə zamanı sonuncunun sol göz nahiyəsinə qəsdən bir dəfə əl zərbəsi ilə vuraraq ona sol göz qapağı nahiyəsində qançır, sol göz almasının yüngül dərəcəli konstuziyası və sol göz yarığının daralması kimi xəsarətlər əmələ gəlməsi ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 22 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən fərdi yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadıqları evdə dırnağını tutması səbəbi ilə bağlı həmin zəmində aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nahiyəsinə qəsdən bir neçə dəfəəl zərbəsi ilə vuraraq ona başın təpə nahiyəsində qançır kimi xəsarət əmələ gəlməsi ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdi ki, Zərərçəkmiş şəxs onun gəlini, Təqsirləndirilən şəxs2 onun oğlu, Şahid2 onun əridir. X1 2021-ci ildə evlənmiş, həmin nikahdan bir oğlan uşaqları vardır. Gəlini Xəyalə gəlin köçdükdən sonra oğlu Elçinlə birlikdə onlarla yaşamışlar. İlk əvvəllər gəlini ilə mehriban olsalar da, daha sonra aralarında münaqişlər baş vermişdir. Təxminən 2023-cü ilin yanvar ayının əvvəlində yaşadıqları evdə olan zaman gəlini Xəyalənin evdə olan zibili təyin olunmamış yerə atdığını görmüş və bunun səbəbini soruşduqda Xəyalə ona kobud cavab vermiş və aralarında sözlü mübahisə olmuşdur. Həmin vaxt əri Şahid2 də evdə olmuşdur. Mübahisə əsnasında o, sobanın üzərində olan isti suyu götürmək istəyərkən isti su ehtiyatsızlıqdan yanında olan gəlinin üzərinə tökülmüşdür. O həmin əməli qəsdən törətməmiş və həmin hal ehtiyatsızlıqdan olmuşdur. Bundan başqa xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə olan zaman gəlini Xəyalənin evdə dırnaq tutmasını görmüş, Xəyalənin bu hərəkətini özünə və evdəkilərə hörmətsizlik əlaməti sayaraq bu barədə öz iradını ona bildirmişdir. Xəyalə etdiyi hərəkətdən üzrxahlıq etmək əvəzinə daha da irəli gedərək heçnə olmamış kimi hərəkətinə davam etmişdir. Bu səbəbdən aralarında sözlü mübahisə düşmüşdür. Səsə həmin vaxt oğlu Elçin gəlmiş və nə baş verdiyini soruşmuşdur. O, oğluna Xəyalənin etdiyi hərəkəti dedikdən sonra Elçin Xəyaləyə etdiyi hərəkətə görə əsəbləşmiş və aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Elçin özünü cilovlaya bilməmiş və Xəyaləyə əli ilə sillə vurmuşdur. O harayçılıq etmək istəyərkən əli Xəyalənin gözünə dəymişdir. Bundan sonra oğlu Elçin Xəyalənin qardaşı Pərvizə zəng edərək “bacısını aparmağı” ona demiş və onu digər otağa aparmışdır. Bir qədər sonra isə həyat yoldaşı Yaşar da evə gəlmişdir. Təxminən 30 dəqiqə sonra Pərviz idarə etdiyi avtomobil ilə yanında 2 nəfər qohumları ilə birlikdə onların yaşadıqları ünvana gəlmişlər. X3 bildirmişdir ki, ”xahiş edirəm bacını götür apar ona müalicə etdir”. Bundan sonra Pərvizlə oğlu Elçin arasında sözlü mübahisə baş vermişdir. Bundan sonra oğlu Elçin Pərvizin hərəkətləri barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hazırda əməlindən peşimandır və barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Xəyalə ilə 2021-ci ilin yay aylarında ailə həyatı qurmuş, birgə nikahdan bir övladları olmuşdur. Ailə qurduqdan sonra valideynləri ilə birlikdə Cəlilabad rayonu, Qarazəncir kəndində olan ata evində yaşamışlar. Ailələrində arabir ailədaxili münaqişələr olsa da ailəsinin dağılmaması üçün öz aralarında həmin mübahisəni həll etmişlər. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə o, otaqda olan zaman digər otaqdan arvadı Xəyalənin anasını təhqir etdiyini eşitmiş və həmin otağa getmişdir. Səbəbini soruşduqda anası ona Xəyalənin lazım olmayan yerdə dırnaq tutduğunu, hətta Xəyaləyə irad bildirsə də Xəyalə heç nə olmamış kimi hərəkətinə davam etdirmişdir. O, Xəyalədən nəyə görə belə bir hərəkət etdiyini, bu hərəkətinin evin içində deyil, öz otağında etməli olduğunu başa salsa da Xəyalə öz hərəkətindən peşimançılıq çəkməmiş və ona uca səslə yaxşı elədiyini demişdir. Xəyalənin bu hərəkəti, eləcə də buna qədər evdə olan zaman ona və validenlərinə qarşı buna bənzər saymazyana hərəkətlərinə görə əsəbləşmiş əli ilə onun üzünə sillə vurmuşdur. Bundan sonra anası gəlib onları sakitləşdirmiş və Xəyaləni onun yanından aparmışdır. O, qaynı Pərviz Kazımova telefonla zəng edərək bacısı Xəyaləni aparmağını istəmişdir. Bir qədər sonra atası Yaşar da evə gəlmişdir. Təxminən 30 dəqiqə sonra Pərviz və 2 nəfər qohumu onların yaşadığı ünvan gəlmiş və onlarla da sözlü mübahisə etmişlər. O, Pərvizin bu hərəkətlərindən sonra Azərbaycan Respublikasının 102 xidmətinə zəng edib məlumat vermişdir. Hazırda əməlindən peşimandır və barəsində yüngül cəza verilməsini xahiş edir. Törədilmiş cinayət əməli təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qismən etirafedici, Təqsirləndirilən şəxs2 isə etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun əri, Təqsirləndirilən şəxs1 isə onun qayınanasıdır. Təqsirləndirilən şəxs2lə 2021-ci ilin yay aylarında ailə həyatı qurmuş və birgə nigahlarından bir övladları olmuşdur. Ailə qurduqdan sonra o, Təqsirləndirilən şəxs2 valideynlərinin yaşadığı Cəlilabad rayonu, Qarazəncir kəndində olan ata evində yaşamağa başlamışdır. Ailə qurduqdan sonra həyat yoldaşı və qayınanası ilə əvvəllər münasibətləri yaxşı olsa da son bir ildə mütamadi olaraq əri Təqsirləndirilən şəxs2 və qayınanası Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələrlə ailədə münaqişələr yaratmış, hətta bir neçə dəfə onu döyüb təhqir etsələr də o, ailəsinin dağılmaması üçün bu barədə aidiyyəti qurumlara müraciət etməmişdir. Təxminən 15 gün bundan qabaq səhər saat 10 radələrində yaşadıqları evdə olan zaman qayınanası Təqsirləndirilən şəxs1 ona zibili təyin olunmamış yerə atdığını bildirmiş və buna görə onu ev süpürgəsi ilə vurmaq üçün üzərinə gəlmişdir. Həmin vaxt qaynatası Şahid2 ona müdaxilə etdiyi üçün onu süpürgə ilə vura bilməmişdir. Bir neçə dəqiqə sonra qaynanası əsəbini soyutmaq üçün qaz sobasının üzərində olan qaynar suyu götürüb ona atan zaman qaynatası yenə mane olduğu üçün qaynanası suyu atsa da onun sağ ayaq nahiyəsinə tökülmüşdür. Bundan sonra o, ailəsi dağılmasın deyə heç bir yerə müraciət etməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, evdə dırnağını kəsən zaman qaynanası Təqsirləndirilən şəxs1 bunu bəhanə edərək onunla mübahisə etməyə başlamış və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra isə əri Təqsirləndirilən şəxs2 də onun üzərinə qışqıraraq nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra qaynanası saçından tutaraq onu yıxmağa çalışmışdır. O, qaynanasının əlindən çıxaraq evin mətbəxinə getmişdir. Əri Təqsirləndirilən şəxs2 onun arxasınca gələrək sağ əli ilə baş nahiyəsinə dəfələrlə şillə zərbələri vurmuşdur. Daha sonra isə qaynanası oraya gələrək sağ əli ilə sol gözünə yumruq zərbəsi vurmuşdur. Həmin gün günorta saatlarında əri Təqsirləndirilən şəxs2 qardaşı Şahid1 telefonla zəng edib onu yaşadıqları evə çağırmış və telefonda qardaşının ünvanına da nalayiq ifadələr işlətməyə başlamışdır. Təxminən 10 dəqiqə sonra isə Elçin yenidən qardaşına zəng edib “harada qaldın” deyə soruşmuşdur. Bundan təxminən 15 dəqiqə sonra qardaşı Pərviz idarə etdiyi avtomobil ilə onların yaşadığı evə gəlmişdir. Qaradaşı Pərviz evə daxil olan zaman Elçin qardaşının ünvanına nalayiq ifadələr işlədərək onun üzərinə hücum çəkmiş və evdə olanlar onları ayırmışdır. Sonra Elçin otaqların birinə daxil olaraq öncədən gizlətdiyi bıçağı götürüb yenədə qardaşının üzərinə hücum çəkib onu öldürməklə hədələməyə başlamışdır. Bu zaman evə səs-küyə gələn dayısı oğlu Şahid3 və xalası oğlu Şahid4 harayçılıq edərək Elçinin qardaşı Pərvizə yaxınlaşmasına imkan verməmişlər. Qardaşı Pərviz isə Elçinin əsəbi olduğunu görüb evdən çıxaraq küçədə öz avtomobilinə əyləşmişdir. Elçin isə telefon vasitəsi ilə bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hazırda əri Təqsirləndirilən şəxs2 və qaynanası Təqsirləndirilən şəxs1 ilə barışmamış, onların ona qarşı etdikləri əmələ görə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı, Təqsirləndirilən şəxs2 isə bacısı Xəyalənin əri və Təqsirləndirilən şəxs1 isə bacısının qayınanasıdır. X2 ilə ailə həyatı qurduqdan sonra Elçinin valideynlərinin yaşadığı Cəlilabad rayonu, Qarazəncir kəndində yaşamağa başlamışdır. Onlar ailə qurduqdan sonra bir müddət normal yaşasalar da son bir ildə isə mütamadi olaraq onların ailəsində münaqişələr olmuş, dəfələrlə onu və valideynlərini onların ünvanına çağırmışlar. Hər dəfə sakitlik yaratsalar da sonra yenə belə hallar baş vermişdir. Hətta bir neçə dəfə bacısı Xəyaləni əri Elçin və qayınanası Arzu döysələr də onların ailəsinin dağılmaması üçün bu barədə polisə müraciət etməmişlər. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə kənd ərazisində dayısı oğlu Şahid3 və xalası oğlu Şahid4 ilə birlikdə olan zaman kürəkəni Elçin onun istifadə etdiyi mobil telefona zəng edərək onun ünvanına nalayiq ifadələr işlədib “Gəl bacını apar yoxsa onu öldürəcəm” demişdir. Sonra o, Elçinin atası Yaşarın istifadə etdiyi mobil nömrəyə zəng etmişdir. Həmin telefonu da Elçin açaraq “Tez gəl sənə deyirəm” demişdir. Təxminən 15 dəqiqə sonra Elçin təkrar zəng edərək “harada qaldın, səni gözləyirəm” demişdir. O da bundan sonra İlqara və Ağakərimə bacısıgilə getdiyini bildirib idarə etdiyi Vaz 2107 markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomobil ilə onların yaşadığı ünvan 2 ünvanına getmişdir. Onların yaşadığı evə daxil olan zaman Elçinə demişdir ki, “mənim ünvanıma niyə nalayiq ifadələr işlədirsən və bacımı niyə döyürsünüsüz”. Bundan sonra Elçin qaldıqları otağa daxil olaraq oradan sağ əlində bıçaq götürərək onun üzərinə hücum çəkmiş və onu öldürməklə hədələməyə başlamışdır. Bu zaman dayısı oğlu Şahid3 və xalası oğlu Şahid4 evdə olan səs-küyü eşidib evə daxil olmuşdur. İlqar, Ağakərim, Elçinin valideynləri və bacısı Xəyalə harayıçılıq edərək Elçini ondan kənara uzaqlaşdırmışlar. Sonra isə Elçin telefonu ilə Azərbaycan Respublikası DİNnin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra o, küçəyə çıxaraq bacısının həmin evdən təhlükəsiz çıxması üçün polislərin gəlməsini gözləmişdir. İlqar və Ağakərim isə Elçingilin həyətində gözləmişlər. Polislər gəldikdən sonra o, bacısı Xəyaləni və onun azyaşlı övladını təhlükəsiz şəkildə avtomobilinə əyləşdirib öz yaşadığı ünvana aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 analoji ifadə verərək Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinə oxşar ifadə verərək onların dediklərini təsdiq etmiş, baş vermiş hadisənin onların ailərlərinə böyük zərbə vurduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 50-№-li rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs başın təpə nahiyəsində və sol göz qapağı nahiyəsində qançır, sol göz almasının yüngül dərəcəli kontuziyası, sol göz yarığının daralması və sağ bud nahiyəsindəçapıq toxuma müəyyən olundu. Müəyyən olunan xəsarətlərdən başın təpə nahiyəsində və sol göz qapağı nahiyəsində qançır, sol göz almasının yüngül dərəcəli kontuziyası, sol göz yarığının daralması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Müəyyən olunan xəsarətlərdən sağ bud nahiyəsindəçapıq toxuma 2-ci dərəcəli termiki yanığın sağaldıqdan sonrakı izi olub, yüksək hərarətin (ola bilər ki, qaynar suyun) yerli təsirindən törənmişdir, törənmə müddəti müayinədən 14-15 gün əvvələ uyğun gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli T187/2023-№-li rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs təpə və sol göz qapağı nahiyəsinin qançırı, sol göz almasının yüngül dərəcəli kontuziyası, sol göz yarığının daralması və sağ bud nahiyəsindəçapığı(İİ dərəcəli termiki yanığın sağaldıqdan sonrakı izi) olmuşdur. Qeyd edilən xəsarətlərdən təpə və sol göz qapağı nahiyəsinin qançırı, sol göz almasının yüngül dərəcəli kontuziyası, sol göz yarığının daralması bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda vəşəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kəndar şəxs tərəfindən yetirilə bilərdi, sağ bud nahiyəsinin çapığı (İİ dərəcəli termiki yanığın sağaldıqdan sonrakı izi) isə yüksək hərarətin təsirindən əmələ gəlmiş, yetirilmə müddəti ilkin ekspert müayinəsindən 14-15 gün əvvələ uyğun gəlir, dərəcəsinə görə istər ümumlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlində təqsirləri tam sübuta yetirilmiş, bu əməl onların özlərinin etirafı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs1 ona verilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilməsi ilə bağlı ifadəsində göstərmiş olduğu xüsusatları özünü müdafiə xarakterli kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və onlar, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Cəlilabad RİHB-nın Qarazəncir kənd İƏDÜ nümayəndəliyindən verilmiş, 26 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailəüzvləri həyat yoldaşıŞahid2, oğlu Təqsirləndirilən şəxs2 vəƏliyev Anar Yaşar oğlundan ibarət olmaqla yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təkrar törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə cəza məsələsini müzakirə edərək, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 1200 (bir min iki yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar