Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-119/2025 19.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hakim köməkçisi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1981-ci ildə Cəlilabad rayonu, Maşlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyət ilə məşğul olan, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum olunmuş, ona təyin olunmuş islah işləri cəzasından cəmi 01 (bir) ay çəkmiş, 11 (on bir) ay cəzası çəkilməmiş qalmış, Cəlilabad rayonu, Maşlıq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2007-ci il tarixdə anadan olmuş X4, xx.xx.2009-cu il tarixdə anadan olmuş X5, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1979/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(073)-41/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(073)- 201/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə və həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(073)-876/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 2 (iki) ay müddətinə inzibati həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyətilə, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək 9100 (doqquz min yüz) manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2006-cı ildə rəsmi nikah olmadan evlənmişdir. 2015-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə evlilikdən xx.xx.2007-ci ildə Aytən, xx.xx.2009-cu ildə Ulduz, xx.xx.2014-cü ildə Nuray və xx.xx.2017-ci ildə Əli adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1979/2022 saylı qətnaməsinə əsasən cavabdeh kimi ondan xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2007-ci il tarixdə anadan olmuş X4, xx.xx.2009-cu il tarixdə anadan olmuş X5, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bu barədə Cəlilabad rayon icra və probasiya şöbəsi tərəfindən ona qərar və bildiriş göndərilmişdir. Cəlilabad rayon icra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş protokollar əsasında Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə və həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 2 (iki) ay müddətlərinə inzibati qaydada həbs edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1979/2022 saylı qətnaməsi üzrə tələbkar Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixədək 9100 (doqquz min yüz manat) manat aliment borcu yaranmışdır. Qeyd olunan qətnamə üzrə borcun ödənilməsi ilə bağlı icra məmuru tərəfindən ona rəsmi xəbərdarlıqlar edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi halda cinayət məsuliyyətinə cəlb edilə biləcəyi barədə icra məmuru tərəfindən ona dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Hazırda fərdi əməklə məşğul olmaqla, fəhlə işləyir. Aylıq qazancı 900 (doqquz yüz) manat olur. Qazancını özünə xərcləyir. Təkrar evlənməmişdir. İşlədiyi və məşğulluq mərkəzindən təklif olunan işlərin əməkhaqqısı az olduğu üçün məşğulluq mərkəzinə təkrar müraciət etməmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1979/2022 saylı qətnaməsi üzrə istintaq müddətində aliment borcundan Zərərçəkmiş şəxs ödəniş etməmişdir. Qalıq aliment borcunu ödəmədiyindən məhkəmə qətnaməsini icra etməmişdir. Əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsinə dair hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri onun özünün etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2006-cı ildə rəsmi nikah olmadan evlənmişdir. 2015-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə evlilikdən xx.xx.2007-ci ildə Aytən, xx.xx.2009-cu ildə Ulduz, xx.xx.2014-cü ildə Nuray və xx.xx.2017-ci ildə Əli adlı uşaqları doğulmuşdur. Son zamanlar ailə münasibətləri çox pis olmuşdur. Belə ki, Pərvizlə xasiyyəti uyğun gəlməmiş, ailəyə laqeyd və məsuliyyətsiz yanaşmış və bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Ona görə də o, nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1979/2022 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2007-ci il tarixdə anadan olmuş X4, xx.xx.2009-cu il tarixdə anadan olmuş X5, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Uşaqlar böyüdüklərindən maddi tələbatları da xeyli artmışdır. Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olaraq fəhlə işləyir. Aylıq 1000 (bir min) manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 10 (on) gün müddətinə, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə 10 (on) gün müddətinə və həmin Məhkəmənin xx.xx.2024cü il tarixli qərarı ilə 2 (iki) ay müddətlərinə inzibati qaydada həbs edilmişdir. Təkrar evlənməmişdir. Maddi vəziyyəti aşağı olduğundan aliment borcunu tam tələb edir. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə qədər yaranan 9100 (doqquz min yüz) manat aliment borcunun alınaraq ona ödənilməsinə köməklik göstərilməsini, əks təqdirdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunaraq barəsində qanunla nəzərdə tutulmuş ciddi cəza tədbirləri görülməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 verdiyi ifadəsində göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1979/2022 saylı icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2007-ci il tarixdə anadan olmuş X4, xx.xx.2009-cu il tarixdə anadan olmuş X5, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. İcra sənədi icra olunması üçün Cəlilabad rayon icra və probasiya şöbəsinin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları təmin etməmişdir. Borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs xəbərdarlıq göndərilmişdir. Yenidən icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq Təqsirləndirilən şəxs öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları təmin etməmişdir. Borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə xəbərdarlıq göndərilmişdir. Yenidən icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə 02 (iki) ay müddətinə inzibati həbslə tənbeh edilmişdir. Tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə öhdəliyin yerinə yetirməmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Onun əməlində qərəzlilik elementləri vardır. Tələbkar Zərərçəkmiş şəxs şöbəyə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını üçün təqdimat verilməsini xahiş etmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs aliment işi üzrə 05 sentyabr 2022-ci il tarixdən təqdimat verilən, yəni xx.xx.2025-ci il tarixinə kimi yaranmış 12400 (on iki min dörd yüz) manat aliment pulundan 3300 (üç min üç yüz) manat ödəmiş, 9100 (doqquz min yüz) manat ödənilməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə, inzibati məsuliyyətlərə cəlb olunmasına və onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Bununla əlaqədar borclu Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış qətnaməni qərəzli olaraq icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyi İsintaq idarəsinə təqdimat göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialının 29 may 2024-cü il tarixli, 3-17-2/12-31547/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2020ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) işsiz kimi qeydiyyata alınmış, 26 aprel 2023-cü il tarixdə fərdi məşğulluq proqramının tərtib olunmasından və (və ya) icrasından imtina etdikdə və yaxud fərdi məşğulluq proqramının icrasına dair hesabatı “İşsizlikdən sığorta haqqında” Qanunun 17.7-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim etmədiyi üçün qeydiyyatdan müvəqqəti çıxarılmışdır. Filialın əməkdaşı tərəfindən Təqsirləndirilən şəxsla əlaqə saxlanılaraq ona MEİS-də işaxtaran kimi qeydiyyatının bərpası və işsiz kimi qeydiyyata alınması, həmçinin məşğulluğun təmin edilməsi istiqamətində lazımi tədbirlərin görülməsi məqsədilə Filialın Cəlilabad rayon xidmət şöbəsinə müraciət etməsi tövsiyə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli rəsmi xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləği ödənilməklə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1979/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1979/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs təqdimatın verildiyi 02 may 2025-ci il tarixədək yaranmış 9100 (doqquz min yüz) manat məbləğində aliment borcundan istintaq müddətində heç bir ödəniş edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(073)-41/2023 saylı, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(073)-201/2024 saylı və həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(073)-876/2024 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1979/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilərək müvafiq olaraq 10 (on) gün, 10 (on) gün və 2 (iki) ay müddətlərinə inzibati həbs edilmiş və icra sənədi üzrə aliment borcunun ödənilməsi üçün ona yeni müddətlər verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Cəlilabad rayon icra və probasiya şöbəsinə müraciət edərək, Təqsirləndirilən şəxs yaranmış aliment borcunu ödəmədiyi üçün barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması üçün icra sənədini Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 31312/2-356029/25 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum olunmuşdur. Cəlilabad rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2022-ci il tarixdə Cəlilabad rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs işlə təmin olunmasından ötrü xx.xx.2023-cü il tarixdə X1 filialına müraciət olunmuş, lakin məhkum işlə təmin olumadığından o fərdi qaydada özünə məxsus təsərrüfatından qazanc əldə etdiyini bildirmiş və cəmi 01 (bir) ay qazancından dövlət nəfinə vəsait ödəmişdir. Ona təyin olunmuş islah işləri cəzasından 11 (on bir) ay cəzası çəkilməmiş qalmışdır. İşdə olan Cəlilabad RİHB-nın Muğankənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-41/2-21-368/2024 saylı arayışdan və xasiyyətnamədən gorünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşayır və o, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Cəliliabad rayon ərazisində saxlanılaraq Cəlilabad RPŞ-nin MSY-yə təhvil verilmişdir. Cinayət işinə əlavə olunmuş, xx.xx.2025-ci il tarixli başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilərək o, Cəlilabad RPŞ-nin MSY-dən azad edilmişdir. İşdə olan Cəlilabad rayon Məhkməsinin 05 nyabr 2025-ci il tarixli, 1(073)-119/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxsun barəsində axtarış elan edilmişdir. İşdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Cəlilabad rayon ərazisində tutulmuş və Cəlilabad RPŞ-nin MSY-yə təqdim olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ibtidai istintaq hərəkəti protokolları ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə həmin sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təyin edilmiş cəzanı cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə… Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 15 faizi məbləğində pulun dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasının çəkilməmiş qalan 11 (on bir) ay hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən 2 (iki) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 14 avqust 2025-ci il tarixdən 15 avqust 2025-ci il tarixədək tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkmə müddətinin əvvəli 11 noyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-119/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-119/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver