Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-12/2023 08.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamının Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, X2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 – xx xxxx 1995-ci ildə Cəlilabad rayonu, Sərhədabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Cəlilabad rayonu, Sərhədabad kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 – xx xxxxxxx 2004-cü ildə Cəlilabad rayonu, Sərhədabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Cəlilabad rayonu, Sərhədabad kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, 02 may 2022-ci il tarixdə, saat 23 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə Cəlilabad rayonunun Sərhədabad kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına gəlib sonuncunun kənd ərazisində onun qardaşı Təqsirləndirilən şəxs2 qarşı nalayiq ifadələr işlətməsini bəhanə gətirərək Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs təşkil edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlikifadəedən qərəzli hərəkətlər edib, küçədə olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək özünüətrafdakışəxslərin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə zərərçəkmişşəxsin yaxın qohumları Şahid1 və Şahid2 gözləri qarşısında bu hərəkətindən psixoloji sarsıntı keçirərək əzab çəkəcəklərini qabaqcadan dərk etdiyi halda silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən predmet iləxüsusi amansızlıqla Zərərçəkmiş şəxs sağ almacıq sümüyü nahiyəsinə qəsdən zərbələr vuraraq ona sağ almacıq nahiyəsindəşişkinlik, qançır, sağ almacıq sümüyünün yerini dəyişməyən natamam sınığıəmələ gəlməklə vahid kompleks təşkil edib sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, zərbələr nəticəsində sonuncu yerə yıxıldıqdan sonra cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən predmet ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən zərbələr vuraraq ona başın təpə nahiyəsindəəzilmiş yara əmələ gəlməsi ilə müşaiyət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, belə bir şəraitdə o, sonuncunun kürək, döş qəfəsi, sağ qulaq, boyunun arxa, hər iki çiyin, hər iki qol nahiyələrinə silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən predmet ilə qəsdən zərbələr vuraraq ona sağ kürək nahiyəsində və döş qəfəsinin sağ yarısının ön səthində qançır, sağ qulaq seyvanında, boyunun arxa səthində, hər iki çiyin qurşağı, hər iki kürək və hər iki bazu nahiyəsində, döş qəfəsinin ön səthində sıyrıqlar əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarıüçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə silah qismində istifadə edilən əşya tətbiq etməklə xuliqanlıq niyyəti və xüsusi amansızlıqla qəsdən az ağır zərər vuraraq bir qrup şəxslə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, 02 may 2022-ci il tarixdə, saat 23 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə Cəlilabad rayonunun Sərhədabad kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına gəlib sonuncunun kənd ərazisində ona qarşı nalayiq ifadələr işlətməsini bəhanə gətirərək Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs təşkil edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlikifadəedən qərəzli hərəkətlər edib, küçədə olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək özünüətrafdakışəxslərin fövqündə qoyaraq sonuncunun heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə zərərçəkmişşəxsin yaxın qohumları Şahid1 və Şahid2 gözləri qarşısında bu hərəkətindən psixoloji sarsıntı keçirərək əzab çəkəcəklərini qabaqcadan dərk etdiyi halda silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən predmet iləxüsusi amansızlıqla Zərərçəkmiş şəxs sağ almacıq sümüyü nahiyəsinə qəsdən zərbələr vuraraq ona sağ almacıq nahiyəsindəşişkinlik, qançır, sağ almacıq sümüyünün yerini dəyişməyən natamam sınığıəmələ gəlməklə vahid kompleks təşkil edib sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməsi nəticəsində sonuncu yerə yıxıldıqdan sonra o, silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən predmet ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən zərbələr vuraraq ona başın təpə nahiyəsindəəzilmiş yara əmələ gəlməsi ilə müşaiyət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, belə bir şəraitdə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 sonuncunun kürək, döş qəfəsi, sağ qulaq, boyunun arxa, hər iki çiyin, hər iki qol nahiyələrinə silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən predmet ilə qəsdən zərbələr vuraraq ona sağ kürək nahiyəsində və döş qəfəsinin sağ yarısının ön səthində qançır, sağ qulaq seyvanında, boyunun arxa səthində, hər iki çiyin qurşağı, hər iki kürək və hər iki bazu nahiyəsində, döş qəfəsinin ön səthində sıyrıqlar əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarıüçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə silah qismində istifadə edilən əşya tətbiq edib bir qrup şəxslə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, həmkəndlisi kimi tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi olmamış və hazırda da yoxdur. Cəlilabad rayonu, Sərhədabad kəndində yaşasa da, işi ilə əlaqədar Bakı şəhərinə gedib-gəlir. xx.xx.2022-ci il tarixdə “Ramazan” Bayramı ilə əlaqədar Cəlilabad rayonu, Sərhədabad kəndinə gəlmişdir. Yolda olarkən qardaşı Daşqın ona zəng vuraraq “Rahib məni narahat etdiyi üçün bu barədə əmisi Fərailə şikayət etdim, Fərail isə kənd ərazisində məni söyüb təhqir etdi” deyə bildirmişdir. O da Daşqına “narahat olma kəndə gəlirəm, gəldikdən sonra aydınlaşdırarıq” deyə bildirmişdir. Həmin gün kəndə çatmış və təxminən saat 23 radələrində məsələyə aydınlıq gətirmək məqsədi ilə Daşqınla birlikdə Fərailgilin evinə getmişlər. Daşqın onların küçə darvazasını döyərək Fəraili çağırmışdır. Səsə Fərailin oğlu pəncərəyə çıxmış və kim olduqlarını soruşmuşlar. Daşqın isə “mənəm Daşqın, atana de küçəyə çıxsın” deyə bildirmişdir. Bir neçə dəqiqə sonra Fərail küçə darvazasını açaraq küçəyə çıxmışdır. Həmin vaxt oğlanları Hüseyn və Mikayıl da onun yanında olmuşdur. Fərail onların yanına gəldikdən sonra aralarında sözlü mübahisə düşmüş, həmin mübahisə davaya çevrilmişdir. Bu səbəbdən o, əsəbiləşərək əlində olan ağaç parçası ilə Fəraili vurmuşdur. Bundan sonra Fərail yerə yıxılmış və Daşqın da Fərail yerdə olan zaman əlindəki məftillə onun baş nahiyəsinə bir neçə zərbə vurmuşdur. Bundan başqa Fərail yerdə olan zaman o, əlindəki ağacla bir neçə dəfə ona vurmuşdur. Daha sonra ora kənd sakinləri yığışdığı üçün qaçaraq oradan uzaqlaşmışlar və əlində olan ağacı da həyəcandan qaçarkən yerə atmışdır. Hazırda əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdıqlarını bildirərək yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və X3 uzun müddətdir ki, həmkəndlisi kimi tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. 2022-ci ilin aprel ayının sonlarında həmkəndlisi Rahib Kərimovla aralarında sözlü mübahisə olmuşdur. xx.xx.2022-ci il tarixdə, Rahib ona zəng vuraraq, kənd ərazisində onu görüşə çağırmışdır. O isə bu barədə Rahibin əmisi Zərərçəkmiş şəxs şikayət etmək qərarına gəlmişdir. Buna görə də Fərailin kənd ərazisində işlətdiyi ərzaq mağazasına getmiş və Rahib Kərimovun onu narahat etməsi barədə ona şikayət etmişdir. Fərail isə onu nalayiq ifadələrlə təhqir etmiş və o, oradan uzaqlaşmışdır. Böyük qardaşı Tərlana zəng vuraraq “Rahib məni narahat etdiyi üçün bu barədə əmisi Fərailə şikayət etdim, Fərail isə kənd ərazisində məni söyüb təhqir etdi” deyə bildirmişdir. Həmin vaxt Tərlan “Ramazan” Bayramı ilə əlaqədar rayona gəlmişdir. Tərlan da ona “narahat olma kəndə gəlirəm, gəldikdən sonra aydınlaşdırarıq” deyə bildirmişdir. Həmin gün Tərlan kəndə çatmış və təxminən saat 23 radələrində məsələyə aydınlıq gətirmək məqsədi ilə Fərailgilin evinə getmişlər. O, onların küçə darvazasını döyərək Fəraili çağırmışdır. Səsə Fərailin oğlu pəncərəyə çıxmış və kim olduqlarını soruşmuşdur. O isə “mənəm Daşqın, atana de küçəyə çıxsın” deyə bildirmişdir. Bir neçə dəqiqə sonra Fərail küçə darvazasını açaraq küçəyə çıxmışdır. Həmin vaxt oğlanları Hüseyn və Mikayıl da onun yanında olmuşdur. Fərail onların yanına gəlmiş və bir az söhbətdən sonra Fərailla sözlü mübahisə etmişlər və həmin mübahisə davaya çevrilmişdir. Bu vaxt qardaşı Tərlan əlində olan ağacla Fəraili vurmuşdur. Fərail yerə yıxıldıqdan sonra o da, əlində olan dəmir məftillə Fərailin onlardan uzaqlaşıb getməsi üçün bir neçə dəfə başına vurmuşdur. Daha sonra ora kənd sakinləri yığışdığı üçün qaçaraq oradan uzaqlaşmışlar və əlində olan dəmir məftili də həyəcandan qaçarkən yerə atmışdır. Hazırda törətmiş olduğu əməldən çox peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdıqlarını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2022-ci ilin aprel ayının sonlarında oğlu Şahid1 kənd orta məktəbindən evə gələrək Daşqının məktəbin həyətində onu narahat etdiyini bildirmişdir. O, həmin gün Daşqınla təsadüfən kənd ərazisində rastlaşmış və ona bu barədə danışaraq, bir daha oğlunu narahat etməməsini bildirmişdir. Daşqın əvvəlcə belə bir şey baş vermədiyini qeyd etmişdir. Sonra o, həmin yerə oğlu Hüseyni də çağırmışdır. Hüseyn gəldikdən sonra Daşqın hər şeyi etiraf edərək onunla zarafat məqsədi ilə belə hərəkət etdiyini bildirmişdir. O isə Daşqına bir daha Hüseyni narahat edəcəyi təqdirdə onun barəsində qanunla tədbir görüləcəyini xəbərdarlıq etmişdir. Daşqın ona “baxarıq kimkimə nə edəcək” deyə cavab verərək oradan uzaqlaşmışdır. O da oğlu ilə birlikdə kənd ərazisindən yaşadıqları evə gəlmişdir. 02 may 2022-ci il tarixdə, təxminən saat 23 radələrində övladları Hüseyn və Mikayılla birlikdə yaşadığı evdə olmuşdur. Bu zaman küçə darvazası döyülməyə başlamışdır. Hüseyn küçə istiqamətində olan pəncərədən çölə baxmış və kiminsə onu çağırdığını bildirmişdir. O, həyətə düşmüşdür. Hüseyn və Mikayıl da onunla həyətə düşmüşlər. Küçə darvazasını açmış və darvazanın qarşısına, yəni, küçəyə çıxmışdır. Gələnlərin Daşqın və onun qardaşı Tərlan olduğunu, sonuncunun əlində baş hissəsində dəmir olan ağac parçası, Daşqının əlində isə dəmir məftil olduğunu görmüşdür. Tərlan ona qarşı nalayiq ifadələr işlədərək əlindəki ağac parçası ilə sağ almacıq sümüyü nahiyəsinə iki zərbə vurmuşdur. O, zərbələr nəticəsində yerə yıxılmışdır. Daşqın o, yerdə olan zaman əlindəki dəmir məftillə baş nahiyəsinə bir neçə zərbə vurmuşdur. Həmin vaxt övladları Hüseyn və Mikayıl onlara yalvararaq onu vurmamalarını bildirmişlər. Lakin, Tərlan və Daşqın daha da azğınlaşıb, ucadan ona qarşı nalayiq ifadələr işlədərək onu döyməyə davam etmişlər. Həmçinin səs-küyə kənardan kənd camaatı da yığılmışdır. O, yerdə olan zaman Tərlan yenidən kürək, döş qəfəsi, sağ qulaq, boyunun arxa, hər iki çiyin, hər iki qol nahiyələrinə ağac parçası ilə zərbələr vurmuşdur. Onun qışqırtı səslərinə ətrafa xeyli insan toplaşmışdır. Tərlan və Daşqın ətrafa xeyli insanların toplaşdığını görüb həyəcanlı şəkildə oranı tərk etmişlər. O, həmin gün xəstəxanaya müraciət etmiş və bu barədə Cəlilabad RPŞ-yə məlumat vermişdir. Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslərlə barışdığını, onları bağışladığını bildirərək həmin şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə yetkinlik yaşına çatmayan Şahid1 şahid qismində dindirilərkən ifadəsində göstərdi ki, 2022-ci ilin aprel ayının sonlarında kənd orta məktəbində dərsdə olmuşdur. Dərsi qurtardıqdan sonra evə getmək üçün məktəbin həyətinə çıxmışdır. Daşqın ona yaxınlaşaraq yersiz zarafatlar edib onu narahat etmişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. O, Daşqına zarafatlarına son qoymasını bildirsə də, o, öz hərəkətlərinə davam etmişdir. O da evə gəldikdən sonra atası Fərailə bu barədə məlumat vermişdir. Həmin gün atası onu kənd ərazisinə çağıraraq, Daşqınla təsadüfən rastlaşdığını bildirmişdir. O, həmin yerə getmiş və Daşqın əvvəlcə onu narahat etmədiyini bildirsə də, sonradan hər şeyi etiraf edərək onunla zarafat məqsədi ilə belə hərəkət etdiyini qeyd etmişdir. Atası isə ona bir daha onu narahat edəcəyi təqdirdə onun barəsində qanunla tədbir görüləcəyi barədə xəbərdarlıq etmişdir. Daşqın atasına “baxarıq kim-kimə nə edəcək” deyə cavab verərək oradan uzaqlaşmışdır. O da atasıyla birlikdə kənd ərazisindən yaşadıqları evə gəlmişdir. 02 may 2022-ci il tarixdə, təxminən saat 23 radələrində atası Fərail və qardaşı Mikayılla birlikdə yaşadıqları evdə olmuşlar. Bu zaman küçə darvazası döyülməyə başlamışdır. O, küçə istiqamətində olan pəncərədən çölə baxmışdır və qaranlıq olduğundan qapını döyənin kim olduğunu bilməmişdir. Həmin şəxs atasını çağırmışdır. O, atasına onu çağırdıqlarını bildirmişdir. Atası həyətə düşmüşdür. Qardaşı ilə o da atasının dalınca həyətə düşmüşlər. Atası küçə darvazasını açmış və darvazanın qarşısına, yəni, küçəyə çıxmışdır. Onlar da qapının yanından baxmışlar və gələnlərin Daşqın və onun qardaşı Tərlan olduğunu, sonuncunun əlində baş hissəsində dəmir olan ağac parçası, Daşqının əlində isə dəmir məftil olduğunu görmüşlər. Tərlan atasına qarşı nalayiq ifadələr işlədərək əlindəki ağac parçası ilə atasının başından vurmuşdur. Atası zərbə nəticəsində yerə yıxılmışdır. Daşqın atası yerdə olan zaman əlindəki dəmir məftillə onun baş nahiyəsinə bir neçə zərbə vurmuşdur. Həmin vaxt Mikayılla o, onlara yalvararaq atasını vurmamalarını bildirmişlər. Lakin, Tərlan və Daşqın daha da azğınlaşıb, ucadan atasına qarşı nalayiq ifadələr işlədərək onu döyməyə davam etmişlər. Həmçinin səs-küyə kənardan kənd camaatı da yığılmışdır. Atası Fərail yerdə olan zaman Tərlan yenidən onu əlindəki ağacla bir neçə dəfə bədəninə vurmuşdur. Atasının və onların qışqırtı səslərinə ətrafa xeyli insan toplaşmışdır. Tərlan və Daşqın ətrafa insanların toplaşdığını görüb həyəcanlı şəkildə oranı tərk etmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə yetkinlik yaşına çatmayan Şahid2 şahid qismində dindirilmiş və o, da anoloji ifadə verərək Şahid1 qeyd etdiklərini təsdiq etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomoiya ETT Birliyinin Cəlilabad Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 311 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın təpə nahiyəsində əzilmiş yara, sağ almacıq nahiyəsində şişkinlik, qançır və sağ almacıq sümüyünün yerini dəyişməyən natamam sınığı, sağ kürək nahiyəsində və döş qəfəsinin sağ yarısının ön səthində qançır, sağ qulaq seyvanında, boyunun arxa səthində, hər iki çiyin qurşağı, hər iki kürək və hər iki bazu nahiyəsində, döş qəfəsinin ön səthində sıyrıqlar müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın və ya əşyaların təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ almacıq nahiyəsində şişkinlik, qançır, sağ almacıq sümüyünün yerini dəyişməyən natamam sınığı vahid kompleks təşkil edib sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, başın təpə nahiyəsindəki əzilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs aşkar olunan xəsarətlərin onun öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, hər iki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon İHB-nın Sərhədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyəynamədən görünür ki, hər iki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri müsbət xarakterizə olunmaları göstərilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş 31 yanvar 2023-cü il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialinda olan rəsmi sənədlərlə onlara verilmiş ittiham üzrə cinayəti törətmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 127.2.2, 127.2.3 və 221.3, Təqsirləndirilən şəxs2 əməli isə həmin Məcəllənin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunması, zərərçəkmişin ondan şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəzanın ona şərti olaraq təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayəti törədərkən yetkinlik yaşına çatmaması və zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 5.1.2 və 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunması, zərərçəkmişin ondan şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəzanın ona şərti olaraq təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CMnin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzanın təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsdən üzr istəməklə törətdiyi cinayəti etiraf etmələri, əməllərindən səmimi peşiman olmaları onların islah yoluna qədəm qoymasına dəlalət edir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarına əlavə olunmuş, Cəlilabad rayon məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərarından görünür ki, hər iki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarına üzrsüz olaraq bir neçə dəfə gəlməmələri səbəbindən barələrində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunmuşdur. İş materiallarına əlavə edilmiş “axtarışda olan şəxsin tutulması” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hər iki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 02 radələrində tutularaq Cəlilabad rayon polis şöbəsinin MSY-nə təhvil verilmişlər. İşdə olan “təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında” Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmiş və hər iki təqsirləndirilən şəxs məhkəmə zalından həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə... HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 14 dekabr 2022-ci il tarixdən 11 yanvar 2023-cü il tarixədək həbsdə qaldığı 29 (iyirmi doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il 5 (beş) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin, ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 14 dekabr 2022-ci il tarixdən 11 yanvar 2023-cü il tarixədək həbsdə qaldığı 29 (iyirmi doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin, ona 01 (bir) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-12/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-12/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver