Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-12/2024 13.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsi, ev 2, mənzil 27-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 14 iyun 2023-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 23 aprel 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 1,181 qram olan psixotrop maddə - metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 12 iyun 2023-cü il tarixdə, saat 20 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhəri, H.Əliyev prospektində sərnişin qismində əyləşdiyi tanışı Şahid4 qanuni əsaslarla idarə etdiyi “Hyundai i30” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin qismində əyləşən digər tanışı Şahid5 ilə birlikdə saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki açıq yaşıl rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. O, hər dəfə narkotik vasitə və psixotrop maddələri tanımadığı ayrı-ayrı şəxslərdən əldə etmişdir. 11 iyun 2023-cü il tarixdə, axşam saatlarında şəxsi işi ilə əlaqədar Bakı şəhərində yerləşən “Təzə pir” məscidinin yaxınlığı ilə piyada hərəkət etmişdir. Bu zaman yerdə 1 bükülü görmüş və bu onun diqqətini cəlb etmişdir. Həmin bükülünü yerdən götürüb içərisinə baxarkən, psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğunu görmüşdür. O özü əvvəllər narkotik vasitə və psixotrop maddə aludəçisi olduğu üçün həmin psixotrop maddəni götürmək qərarına gəlmiş və psixotrop maddəni əynində olan şalvarının cibinə qoyaraq hərəkət etməyə başlamışdır. O, real şərait olmadığı üçün həmin psixotrop maddədən istifadə edə bilməmişdir. Şahid5 bir neçə ildir ki, tanısa da, İnqilabı əvvəlcədən tanımamışdır. Elçin ona Lənkəran şəhərinə gəzmək üçün getməyi təklif etmişdir. O da onunla razılaşmışdır. Sonra onların avtomobili olmadığı üçün Elçin bu barədə tanışı İnqilaba bildirmişdir. İnqilab da onlarla gedə biləcəyini, onları Lənkəran şəhərinə aparacağını bildirmişdir. 12 iyun 2023-cü il tarixdə, təxminən saat 17 radələrində Şahid4 idarə etdiyi “Hyundai i30” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Lənkəran şəhəri istiqamətində yola düşmüşlər. Təxminən saat 19 radələrində yanacaq doldurma mərkəzində avtomobilə yanacaq vurmaq üçün və marketdən siqaret almaq üçün Cəlilabad şəhərinə daxil olmuşlar. Onlar mərkəzi küçələrin birində avtomobili saxladıqda polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək üzərilərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya olub-olmamasını soruşmuşlar. O isə üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmçinin Elçin də üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Lakin, İnqilab üzərində və idarə etdiyi avtomobildə qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra onları şübhəli şəxs kimi Cəlilabad RPŞ-yə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməmiş və avtomobili İnqilab idarə etməklə Cəlilabad RPŞ-yə gəlmişlər. Cəlilabad Polis şöbəsində ona hüquqları izah olunmuş və ona müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. O da əynindəki açıq yaşıl rəngli şalvarın sol yan cibində olan 1 ədəd şəffaf sellofandakı psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Müdafiəçisi Müdafiəçi iştirakı ilə həmin maddəyə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və ekspertizaya göndərilməsindən ötrü qablaşdırılıb möhürlənmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən İnqilabın idarə etdiyi avtomobilə də baxış keçirilmiş və qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİNin Cəlilabad RPŞ-də xidmət edir. Mingəçevir şəhər sakini Şahid5 əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Şahid5 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 12 iyun 2023-cü il tarixdə, təxminən saat 20 radələrində Şahid5 olduğu yer müəyyən edilərək o, sərnişin qismində əyləşdiyi “Hyundai i30” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad şəhəri, H.Əliyev prospektində onlar tərəfindən müşahidəyə götürülmüşdür. Bir neçə dəqiqə həmin avtomobili müşahidə etdikdən sonra o, onlar tərəfindən saxlanılmışdır. Onlar Şahid5 yaxınlaşıb özlərini təqdim etmişlər. Avtomobildə sürücü olan özünü Şahid4, həmçinin sərnişin qismində özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxslər də əyləşmişdir. Onlar Şahid5 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Şahid5 isə üzərində qanunla qadağan edilmiş psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı həmçinin Təqsirləndirilən şəxs də üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Şahid4 isə istirahət etmək üçün Elçin və Samirlə gəldiyini, onlarda psixotrop maddə olması barədə məlumatının olmadığını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından onları idarə etdikləri avtomobili ilə birlikdə şəxsi axtarış və avtomobilə baxış keçirilməsi, həmçinin müvafiq sənədlərin tərtib olunması məqsədi ilə rayon polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Cəlilabad RPŞnin KTQ-nin inspektor kriminalisti X4 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan açıq yaşıl rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin vardır. Həmin bükülüyə onlar tərəfindən baxış keçirildikdən sonra içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, CAB-nin əməliyyat müvəkkili Şahid3, KTQ-nın inspektor-kriminalisti X1 Əliyevin ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid5 və Təqsirləndirilən şəxs ona gəzmək üçün Lənkəran şəhərinə getməklərini təklif etmişlər. O, Samiri əvvəlcədən tanımamışdır. Onu Elçin vasitəsi ilə tanımışdır. O, onların təklifini qəbul etmiş və istirahət etmək məqsədi ilə 12 iyun 2023-cü il tarixdə, saat 17 radələrində qanuni əsaslarla idarə etdiyi “Hyundai i30” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Lənkəran şəhəri istiqamətində yola düşmüşlər. Təxminən saat 19 radələrində yanacaq doldurma mərkəzində avtomobilə yanacaq vurmaq üçün və marketdən siqaret almaq üçün Cəlilabad şəhərinə daxil olmuşlar. O, mərkəzi küçələrin birində avtomobili saxladıqda mülki geyimli polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları onlara yaxınlaşıb, özlərini təqdim edərək üzərilərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya olub-olmamasını soruşmuşlar. O, üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirsə də, Elçin və Samir üzərlərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişlər. Bundan sonra onları şübhəli şəxs kimi Cəlilabad RPŞ-yə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməmişlər və o, avtomobili idarə etməklə Cəlilabad RPŞ-yə gəlmişlər. Cəlilabad Polis şöbəsində ona hüquqları izah olunmuş və müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. O da üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş və qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin polis əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobilə də baxış keçirilmiş və qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 12 iyun 2023-cü il tarixdə, səhər saatlarında şəxsi işi ilə əlaqədar Bakı şəhəri, N.Nərimanov rayonunda yerləşən adını bilmədiyi parkda piyada hərəkət etmişdir. Bu zaman yerdə 1 bükülü görmüş və bu onun diqqətini cəlb etmişdir. Həmin bükülünü yerdən götürüb içərisinə baxarkən, psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğunu görmüşdür. O özü əvvəllər narkotik vasitə və psixotrop maddə aludəçisi olduğu üçün həmin psixotrop maddəni götürmək qərarına gəlmiş və psixotrop maddəni əynindəki şalvarının cibinə qoyaraq hərəkət etməyə başlamışdır. Real şərait olmadığı üçün həmin psixotrop maddədən istifadə edə bilməmişdir. Şahid4 və Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanımışdır. O, Samirə Lənkəran şəhərinə gəzmək üçün getməyi təklif etmişdir. O da onunla razılaşmışdır. Sonra onların avtomobilləri olmadığı üçün bu barədə tanışı İnqilaba bildirmişdir. Samirlə İnqilab bir-birilərini tanımamışlar. İnqilab da onlarla gedə biləcəyini, onları Lənkəran şəhərinə aparacağını bildirmişdir. 12 iyun 2023-cü il tarixdə, təxminən saat 17 radələrində Şahid4 idarə etdiyi “Hyundai i30” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Lənkəran şəhəri istiqamətində yola düşmüşlər. Təxminən saat 19 radələrində yanacaq doldurma mərkəzində avtomobilə yanacaq vurmaq üçün və marketdən siqaret almaq üçün Cəlilabad şəhərinə daxil olmuşlar. Onlar mərkəzi küçələrin birində avtomobili saxladıqda polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək üzərlərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya olub-olmamasını soruşmuşlar. O, isə üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmçinin Samir də üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Lakin, İnqilab üzərində və idarə etdiyi avtomobildə qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra onları şübhəli şəxs kimi Cəlilabad RPŞ-yə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməmişlər və avtomobili İnqilab idarə etməklə Cəlilabad RPŞ-yə gəlmişlər. Cəlilabad Polis şöbəsində ona hüquqları izah olunmuş və ona müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etmişdir. O da əynindəki boz rəngli şalvarın sol yan cibində olan 1 ədəd şəffaf sellofandakı psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Müdafiəçisi Anar Ağayevin iştirakı ilə həmin maddəyə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və ekspertizaya göndərilməsindən ötrü qablaşdırılıb möhürlənmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən istifadəsində olan “Samsung” markalı mobil telefon da polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən İnqilabın idarə etdiyi avtomobilə də baxış keçirilmiş və qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş, 12 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki açıq yaşıl rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü çıxararaq təqdim etmişdir. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X5 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 iyun 2023-cü il tarixli, 19/644 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunraq götürülmüş bir bükümdə kütlə......” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,181 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Psixotrop maddə olan metamfetaminin ümumi təmiz çəkisi 1,181 qram olmuş, tədqiqata 0,05 qram sərf olunmuş və 1,131 qram qalıq qalmışdır. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X2 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 763 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan stimulyatorlardan istifadə halları olub. Lakin, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 12 iyun 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdə saat 20:10-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad etmə barədə” 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə saat 14:30-də MSY-dən azad edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 1(073)- 190/2023 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və axtarışı elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə olunmuş 23 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdə saat 09:30-da tutularaq Cəlilabad RPŞ-nin MSY-ə təhvil verilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs barəsində seşilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı qalıq çəkisi 1,131 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) keçrilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 12 iyun 2023-cü il tarixdən 14 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkməsinin əvvəli 23 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı qalıq çəkisi 1,131 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) keçirilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-12/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-12/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver