Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-12/2025 18.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 15:30 X5 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə 31 yanvar 1981-ci ildə Cəlilabad rayonunun Ocaqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Ocağlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə aldatma və etibardan sui- istifadə etmə yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədi ilə Cəlilabad rayonunun Ocaqlı kəndində yerləşən 1,3901 ha pay torpaq sahəsini Cəlilabad rayonu Qarazəncir kəndində yaşayan Zərərçəkmiş şəxs satacağı barədə yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2023-cü ilin may ayının ortalarında sonuncunun yaşadığı evin həyətində 5000 manat, 2023-cü ilin iyun ayının ortalarında eyni ünvanda 200 manat və 2023-cü ilin iyun ayının sonlarında eyni ünvanda 300 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs 5.500 manat pulunu ələ keçirdikdən sonra həmin torpaq sahəsini daha bir başqa şəxsə, yəni, Cəlilabad rayonu Ocaqlı kəndində yaşayan X1 7.500 manat pula sataraq vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs məxsus 5.500 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs sinif yoldaşı Şahid vasitəsilə 2023-cü ilin may ayından tanımışdır. O, 2023-cü ilin may ayında maddi ehtiyacı olduğu üçün anası X2 məxsus Cəlilabad rayonu Ocaqlı kəndində yerləşən 1,39 hektar pay torpaq sahəsini satmaq qərarına gəlmiş, bu barədə dost-tanışlarına məlumat vermişdir. 2023-cü ilin may ayının ortalarında tanımadığı mobil nömrədən ona məxsus mobil nömrəyə zəng gəlmiş, həmin şəxs özünü Zərərçəkmiş şəxs kimi, həmçinin sinif yoldaşı Şahid yeznəsi kimi təqdim edib satmaq istədiyi 1,39 hektar pay torpaq sahəsinin qiyməti soruşmuşdur. Səhərisi gün o, Natiqlə görüşmüş və o, Zərərçəkmiş şəxs aparıb torpaq sahəsini göstərmişdir. Həmin yerdə o, Zərərçəkmiş şəxs torpaq sahəsini 10.000-12.000 manata satmaq istədiyini demişdir. Bir gündən sonra Zərərçəkmiş şəxs ona “Whatsapp” tətbiqi vasitəsilə səs ataraq satmaq istədiyi pay torpaq sahəsinə görə 8.500 manat pul verə biləcəyini, torpağın sənədləşməsi üçün də 1.000 manat əlavə xərc çəkəcəyini demişdir. O, Zərərçəkmiş şəxsla pay toprağını 8.500 manata satmağa razılaşmış, daha sonra o, Zərərçəkmiş şəxs zəng edərək maddi cəhətdən borcu olduğunu, satacağı torpaq sahəsinə görə ona verməli olduğu 8.500 manat puldan 5.000 manatını istəmişdir. 2023-cü ilin may ayının sonlarında dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Cəlilabad rayonu Qarazəncir kəndində görüşmüş, orada Zərərçəkmiş şəxs qaynı Şahid yanında 5.000 manat pulu ona vermişdir. O, Zərərçəkmiş şəxs aldığı 5.000 manat pulu şəxsi borclarına ödəmişdir. O, Zərərçəkmiş şəxs ona satacağı 1,39 hektar torpaq sahəsinin sənədlərində texniki problemlər olduğunu, həmin sənəd problemlərini həll etdikdən sonra topraq sahəsini adına keçirərək sənədləşdirəcəyini demişdir. Təxminən 1 ay sonra torpaq sahəsinin sənədləşməsi üçün 500 manat pul lazım olmuş, o, bu barədə dərhal Zərərçəkmiş şəxs bildirmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində və ortalarında Zərərçəkmiş şəxsla yaşadığı ünvanda görüşüb 200 və 300 manat pulu Natiqdən almışdır. Həmin 500 manat pulu Zərərçəkmiş şəxs satacağı 1,39 hektar pay torpağın sənədləşmə işi üçün dövlət rüsumlarına ödəmişdir. 2023-cü ilin sentyabr ayına kimi o, torpaq sahəsinin sənədləşmə işləri ilə məşğul olmuş, 2023-cü ilin sentyabr ayının əvvəllərində o, Zərərçəkmiş şəxsla Cəlilabad şəhər notariat kontorun yanında görüşmüşdür. Orada Zərərçəkmiş şəxs ona qalan 3.000 manat pulu verməyəciyini demiş, o, isə Zərərçəkmiş şəxs pul ödəməyəcəkdisə niyə onu notariusa gətirməsini soruşmuşdur. Zərərçəkmiş şəxs ona torpağın sənədlərin qaydasına saldıqdan sonra qalan 3.000 manatı ödəyəcəyini demişdir. O, da Zərərçəkmiş şəxs qəsdən pul vermək istəməməsini görmüşdür. Ona görə də o, 1,39 hektar pay torpaq sahəsini Zərərçəkmiş şəxs satmaqdan imtina etmişdir. Buna görə də o, Zərərçəkmiş şəxs satmağa razılaşdığı 1,39 hektar torpaq sahəsini başqa bir şəxsə 7.500 manata satmışdır. O, hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş 5.500 (beş min beş yüz) manat ziyanı tam ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Həmçinin qanunun tələbinə əsasən vurulmuş zərərin 25 faizini də dövlət büdcəsinə ödəmişdir. Odur ki, bu halları nəzərə alıb cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs orta məktəb dövrlərindən tanısa da Təqsirləndirilən şəxsla əvvəllər münasibəti olmamışdır. Təqsirləndirilən şəxs həmçinin qaynı Şahid sinif yoldaşı olmuşdur. 2023-cü ilin may ayında o, yaşadığı kənddə və ona yaxın kəndlərdə əkinçilik məqsədi üçün torpaq sahəsi almaq istəmiş və bu barədə yaxın insanlara demişdir. Həmin ərəfələrdə qayını Şahid ona sinif yoldaşı Təqsirləndirilən şəxs Cəlilabad rayonu Ocaqlı kəndində yerləşən 1.39 hektar torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O, qayını Şahidla birlikdə Ocaqlı kəndinə gedərək Təqsirləndirilən şəxsla görüşüb torpağın qiymətin maraqlanmış, Təqsirləndirilən şəxs əvvəlcə satmaq istədiyi 1,39 hektar torpaq sahəsini 10-12 manat civarında satmaq istədiyini bildirsə də, sonradan onunla 8.500 manata razılaşmışdır. O, Təqsirləndirilən şəxsla 2023-cü ilin may ayının sonlarında Ocaqlı kəndində görüşərək alqı-satqı məsələsində şifahi formada razılaşmışdır. Söhbət əsnasında Təqsirləndirilən şəxs torpaq sahəsinin sənədləşməsinin həll olunması üçün verməli olduğu 8500 manat puldan 5000 manatını istəmiş və tez bir zamanda torpaq sahəsinin çıxarışını çıxartdıracağına və ona satacağına vəd vermişdir. Təxminən 2 gün sonra Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək qayını Şahid yanında 5000 manat pulu ondan götürmüşdür. Təqsirləndirilən şəxs vəd verdiyi müddətdən 25-30 gün keçdiyi üçün o, Təqsirləndirilən şəxsla mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs torpaq sahəsinin sənədləşmə prosesinin nə səbəbə gecikməsini soruşmuş, Nicat ona ondan aldığı 5000 manat pulu başqa işə xərclədiyini, sənədləşmə üçün daha 200 manat pula ehtiyac olduğunu demiş, o da Təqsirləndirilən şəxs həmin 200 manat pulu yaşadığı Cəlilabad rayonu Qarazəncir kəndində vermişdir. Eyni qaydada Təqsirləndirilən şəxs torpağın sənədləşməsi üçün ondan təxminən 10-15 gün sonra yaşadığı ünvanda 300 manat da pul almışdır. O, 2023-cü ilin may və iyun aylarında 3 dəfəyə olmaqla Təqsirləndirilən şəxs 5500 manat məğbəğində pulu torpaq sahəsi almaq və torpaq sahəsinin sənədləşdirilməsi adı ilə vermişdir. Lakin Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək torpaq sahəsini ona verməkdən imtina etmişdir. 2023-cü ilin sentyabr ayının ortalarında sonuncu dəfə Təqsirləndirilən şəxs mobil telefonda ona satmaq istədiyi Cəlilabad rayonu Ocaqlı kəndində yerləşən 1.39 hektar torpaq sahəsini satmaqdan imtina etdiyini, onu aldadaraq aldığı 5500 manat pulu 7-8 gün ərzində qaytaracağını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ona 1.39 hektar torpaq sahəsini satacağını vəd verərək, onun etibarından sui-istifadə edib ələ keçirdiyi 5500 manat pulu qaytarmamış, həmçinin vəd verdiyi 1.39 hektar torpaq sahəsini onun adına rəsmiləşdirməmişdir. Təqsirləndirilən şəxs sopnradan onu aldadaraq həmin torpaq sahəsini Elnur Məmmədova 7500 manat pula sataraq sonuncunun adına sənədləşdirmişdir. O, 3000 manat pulu Təqsirləndirilən şəxs verməkdən imtina etməmiş, sadəcə olaraq aralarında olan razılaşmaya əsasən torpaq sahəsini alqı-satqı etdikdən və həmin torpaq sahəsini onun adına rəsmiləşdirdikdən sonra həmin pulu verməli olmuşdur. Hal-hazırda o, Təqsirləndirilən şəxs barışmışdır, ona dəymiş 5.500 (beş min beş yüz) manat maddi ziyan tam ödənilmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısının əridir, Təqsirləndirilən şəxs isə onun həmkəndlisi və sinif yoldaşıdır. Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında ona bildirmişdir ki, torpaq sahəsi satır, ona müştəri tapsın. Onun da yeznəsi Zərərçəkmiş şəxs torpaq sahəsi almaq istədiyinə görə ona müştəri tapmasını söylədiyindən, yeznəsi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs torpaq sahəsi satmasını demişdir. Təqsirləndirilən şəxs da onun fikri ilə razılaşmışdır. Daha sonra yeznəsi Zərərçəkmiş şəxs yaşadığı evdə onun yanında Təqsirləndirilən şəxs torpaq sahəsi satması müqabilində 5000 manat pul sayıb vermişdir. Həmin torpaq sahəsinin ölçüsü isə 1,39 hektar olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yeznəsinə puldan 3500 manat pul qalmasını və torpaq sahəsini sənədləşdirdikdən sonra yerdə qalan pulu alacağını bildirmişdir. Təqsirləndirilən şəxs onun iştirakı olmadan iki dəfə - birinci dəfə 200 manat, ikinci dəfə 300 manat olmaqla yeznəsi Zərərçəkmiş şəxs 500 manat da pul almışdır. Lakin Təqsirləndirilən şəxs sonradan sözünə əməl etməyərək torpaq sahəsini sənədləşdirməmişdir. Həmçinin onun və yeznəsi Zərərçəkmiş şəxs sonradan məlumatı olmuşdur ki, Təqsirləndirilən şəxs həmin torpaq sahəsini kənddə Elnur Məmmədova 7500 manata satmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Cinayət işinə əlavə edilmiş cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət nəticəsində ona dəymiş 5.500 (beş min beş yüz) manat məbləğində maddi ziyan tam şəkildə ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, nəzərə alınmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ərizədən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilir, törətdiyi cinayət əməlindən peşmandır, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmişin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 73-1.2ci maddəsinə əsasən zərərçəkmişlə barışmasını və dövlət büdcəsinə pul ödəməsini nəzərə alıb onu cinayət məsuliyyətindən azad edib, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş 11 mart 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə dəymiş 5500 (beş min beş yüz) manat maddi ziyanın 25 faizini, yəni 1.377 (bir min üç yüz yetmiş yeddi) manat pulu dövlət büdcəsinə ödəniş etmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işində olan, Cəlilabad Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və axtarışı elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə olunmuş 07 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixdə tutularaq Cəlilabad RPŞ-nin MSY-ə təhvil verildiyindən 10 mart 2025-ci il tarixli qərarla iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). - 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. - 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın iyirmi beş faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə ödəməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, cinayət məsuliyyətindən azad edilıməli və cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərar 20 gün müddətinə qanuni qüvvəsini alır, qərardan elan olunduğu andan 20 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-12/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-12/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver