Məhkəmə qərarları › İş №1(073)-121/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-121/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-121/2023 22.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 11:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 iştirakı ilə 03 avqust 2004-cü il tarixdə Cəlilabad rayonunun Sabirabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, tələbə, Cəlilabad rayonu Sabirabad kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 25 mart 2023-cü il tarixdə saat 22:40 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, həmçinin nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra H” minik markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomaşınla köhnə Ələt-Astara-İran sərhədi yolunun Cəlilabad rayon ərazisindən keçən 135,3-cü km/də Astara rayon istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlarkən, yerdəyişərkən, dönərkən etdiyi manevr təhlükəsiz olmalı, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, avtomobili sola doğru manevr etməzdən əvvəl ondan arxada sol zolaqla ötmədə olan nəqliyyat vasitəsinə yol verməli, daha sonra manevrə başlamalı, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, yolun sağ zolağından sola doğru manevr etmiş, bu zaman arxadan sol zolaqla ötmədə olan Təqsirləndirilən şəxs1 idarə etdiyi “BMW 528” minik markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomaşınla əks hərəkət zolağında toqquşmuş, nəticədə ehtiyyatsizlıqdan sonuncu avtomaşının sərnişini Zərərçəkmiş şəxs sağ bazu sümüyünün yerini dəyişən qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, atası Hamlet Babayevin özünə məxsus “Opel Astra H” minik markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomaşını var. Onun həmin avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi yoxdur. 25 mart 2023-cü il tarixdə saat 22:40 radələrində idarə etdiyi atasına məxsus “Opel Astra H” minik markalı avtomaşınla Ələt- Astara yolu ilə üzü Astara rayon istiqamətdə saatda təxminən 60-70 km sürətlə sağ zolaqla hərəkətdə olmuşdur. Cəlilabad rayon Qarazəncir kəndi ərazisində avtomaşının sürətini bir qədər azaltmaqla yolun sol hissəsinə doğru manevr etmiş, bu zaman əks hərəkət zolağında həmkəndlisi Təqsirləndirilən şəxs1 idarə etdiyi “BMW 528” minik markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı “BMW 528” minik markalı avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs xəsarət almışdır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbi yoxdur. Törətdiyi əməlindən səmimi peşmandır, tələbədir. Bütün bu halların nəzərə alınıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, 25 mart 2023-cü il tarixdə saat 22:40 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 idarə etdiyi “BMW 528” minik markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə hərəkətdə olmuşlar. Cəlilabad rayon ərazisindən keçdikdə eyni istiqamətdə hərəkətdə olan həmkəndlisi Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra H” minik markalı avtomaşının sağ zolaqda sürətini azltdığını və daha sonra atomaşinin sola doğru manevr etdiyini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 həmin “Opel Astra H” minik markalı avtomaşını soldan ötmək istəmiş, bu zaman avtomaşınlar əks hərəkət zolağında toqquşmuşlar. Hadisə zamanı o, xəsarət almışdır. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, onları bağışlamış və ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs həmçinin məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmadığını bildirmiş, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqında iş üzrə Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, onun özünə məxsus “BMW528” minik markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomaşını var və avtomaşın idarə etmək üçün sürücülük vəsiqəsi də vardır. 25 mart 2023-cü ildə saat 22:40 radələrində idarə etdiyi “BMW 528” minik markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə təxminən 80 km/saat sürətlə sağ zolaqla hərəkətdə olmuşdur. Cəlilabad rayon ərazisindən keçdikdə eyni istiqamətdə hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra H” minik markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomaşının sağ zolaqda sürətini azltdığını görmüş, bu zaman həmin atomaşını ötmək üçün əks hərəkət zolağına çıxmışdır. Ötmədə olduğu zaman “Opel Astra H” minik markalı avtomaşının sağ zolaqdan sola doğru manevr etdiyini görmüş, bu zaman məsafə yaxın olduğundan hadisədən yayına bilmədiyindən idarə etdiyi avtomaşının qabaq hissəsi “Opel Astra H” minik markalı avtomaşının arxa sol yan hissəsi ilə əks hərəkət zolağında toqquşmuşdur. Hadisə zamanı avtomaşının sərnişin kimi olan həmkəndlisi Zərərçəkmiş şəxs xəsarət almışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 25 mart 2023-cü il tarixdə saat 22:40 radələrində tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra H” minik markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə saatda təxminən 60-70 km sürətlə sağ zolaqla hərəkətdə olmuşlar. Cəlilabad rayon Qarazəncir kəndi ərazisində Təqsirləndirilən şəxs2 avtomaşının sürətini bir qədər azaltmaqla yolun sol hissəsinə doğru manevr etmiş, bu zaman əks hərəkət zolağında Əhlimanın idarə etdiyi “BMW 528” minik markalı avtomaşınla toqquşmuşlar. Hadisə zamanı yüngül xəsarət almışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. (i.v 5-14) İşə əlavə olunmuş, 26 mart 2023-cü il tarixli 98 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolu ilə Təqsirləndirilən şəxs2 ayıq olması müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin 19 aprel 2023-cü il tarixli, 3-13-16/2-48928/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X4-Təcrübi və X2 rayon şöbəsinin 07 aprel 2023-cü il tarixli 208 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ bazu sümüyünün yerini dəyişən qapalı sınığı müəyyən olunmuşdur. Müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 25 mart 2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X4-Təcrübi və X2 rayon şöbəsinin 04 aprel 2023-cü il tarixli 198 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın ənsə nahiyəsində əzilmiş səthi yara müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 25 mart 2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli 8/983 nömrəli rəyindən görünür ki, “Opel Astra H” minik markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə təqsirələndirilən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşə əlavə olunmuş, 26 mart 2023-cü il tarixli 98 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolu ilə Təqsirləndirilən şəxs2 ayıq olması müəyyən edilmişdir. İş materiallarında olan tələbə biletinin surətindən görünür ki, təqsirləndirilən şəxs Babayev X3 Respublikasının Üsküdar Universitetində “Diş həkimliyi” fakültəsində təhsil alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmişlə barışması, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.12., 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, gənc olmasını, tələbə olmasını, hadisə nəticəsində özünün də xəsarət almasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Konistitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından biləvasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konistitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konistitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs,onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının CPM-nin 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Azərbaycan Respublikasının CPM-nin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikasının CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li Qərarının 21-ci bəndinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cinayət işinin materiallarını araşdıraraq və iş üzrə müəyyən edilmiş halları CM-nin 62-ci maddəsinin məqsədləri baxımından qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın CM-nin 62-ci maddəsinə əsasən yüngülləşdirilməsi üçün müstəsna hallar mövcuddur. Belə ki, CM-nin 62-ci maddəsi məhkəmələrdə baxılan cinayət işləri üzrə cinayətə görə qanunda müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsini nəzərdə tutur. Cinayət qanununun həmin normasına görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Həmin Qərarın 8-ci bəndinə görə cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmişlə barışıq əldə etməsi, dəymiş zərəri könüllü olaraq tam ödəməsi, tələbə olması, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına təsirini müstəsna hal kimi nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə onun ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında müəyyən edilən cərimə cəzasının aşağı həddindəndə az cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmənin 22 iyun 2023-cü il tarixli qərarı ilə iş üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərcinə görə 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs2dan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda məhkəmə, qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas yoxdur, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə hökmünün icra edilməsinə maneə törətmək ehtimalının olmasına əsas görmür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərcinə görə 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs2dan alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar