Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-121/2025 11.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 11:40 X10 Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1977-ci ildə Astara rayonuнун Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Astara rayonuнун Şahağacı kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 3067-ci məhəllə bina 42 mənzil 403-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda - 9,474 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamış, 13 iyul 2025-ci il tarixdə saat 12:57-də Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Cəlilabad rayonunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu Abdullu kəndi ərazisində saxlanılmış və həmin ərazidə üstü yoxlanılan zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükülüdə həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, mütəmadi olaraq qurudulmuş marixuana istifadə edir. O, işləmək məqsədilə Bakı şəhərinə getmişdir. 13 iyul 2025-ci il tarixdə səhər saatlarında şəxsi işи ilə əlaqədar olaraq Bakı şəhəri Yasamal rayonunda yerləşən bazarın yaxınlığında piyada hərəkətdə olduğu zaman zibil yeşiyinin yaxınlığında yerdə bir ədəd sellofan bükülü görmüşdür. Həmin sellofan bükülü diqqətini cəlb etmiş və buna görə də həmin sellofan bükülünü yerdən götürmüşdür. Bükülünü açıb içərisinə baxmış və içərisində qurudulmuş marixuana olmasını müəyyən etmişdir. Qərara gəlmişdir ki, həmin qurudulmuş marixuananı gələcəkdə istifadə etmək məqsədilə özü ilə götürsün. Həmin narkotik vasitəни əynində olan boz rəngli cins şalvarın sol yan cibinə qoyub üzərində saxlamışdır. Qardaşı oğlu X1 hərbi xidmətdən qayıtdığı üçün ona dəymək üçün Astara rayonuna qayıtmalı olmuş, əvvəllər tanıdığı taksi sürücüsü X5 onu Astara rayonuna aparmağını xahiş elmişdir. O Vüsal Bəkirzadə ilə 70 manat yol puluna razılaşaraq səhər saatlarında onlar Vüsal Bəkirzadənin idarə etdiyi “Toyota Aqua” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən yola düşmuşlər. 13 iyul 2025-ci il tarixdə saat təxminən 13 radələrində Cəlilabad rayon ərazisindən keçən zaman o, Vüsala Cəlilabad rayonundan kəsmək üçün qurbanlıq olaraq xırdabuynuzlu heyvan alaъаğını bildirmişdir. Bu səbəbədən onlar Cəlilabad rayonu Abdullu kənd istiqamətində hərəkətdə olan zaman otlaq sahəsində xırdabuynuzlu heyvanlar görmüşlər. Həmin heyvanların satılıb-satılmadığını öyrənmək üçün Vüsaldan avtomobili yolun kənarında saxlamasını xahiş etmişdir. Vüsal avtomobili yolun kənarında saxlamış və o, avtomobildən düşmüşdür. Bu zaman 4 (dörd) nəfər mülkи formada olan şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını və üzərlərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşмушlar. O da həmin şəxslərə üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onun və Vüsal Bəkirzadənin üzərinə videoçəklişlə baxış keçirilmişdir. Videoçəliş zamanı o, üzərində saxladığı bir bükümdə şəffaf sellafonda olan marixuanaya bənzər kütləni təqdim etmişdir. Təqdim etdiyi bükülü onun iştrakı ilə qablaşdırılmışdır. Vüsal Bəkirzadənin avtomobilinə və üzərinə də baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya və predment aşkar olunmamışdır. Polis şöbəsində bir neçə sənəd tərtib edilmiş və həmin sənədlərə imza elmişdir. Sonra onu polis şöbəsində olan otaqlardan birinə aparmışlar. Orada olan polis əməkdaşı özünü təqdim edərək təhqiqatçı olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən üstündə yoxlama aparılmasının videoçəkilişinə baxış keçirilmişdir. Daha sonra üzərindən aşkar edilmiş bır ədəd zərfdə olan narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Yekunda protokol tərtib edilmiş və həmin protokola imza etmişdir. Onun üzərindən aşkar olunaraq götürülmüş həmin qurudulmuş marixuananı gələcəkdə istifadə etmək məqsədilə üzərində gəzdirmiş, həmin narkotik vasitədən istifadə etməmiş və həmin narkotik vasitəнин onun üzərində olmasından heç kimin məlumatı olmamışdır. Törətdiyi cinayət əməlindən peşmandır, bir də belə hərəkətlərə yol verməyəcək. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Astara rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 13 iyul 2025-ci il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə həmin tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən Cəlilabad RPŞ-nin rəisin müvafiq əmri ilə o, Cəlilabad RPŞ-nin CAB-m əməliyyat müvəkkilləri Şahid3, X2 və Cəlilabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər müəyyən edilmişdir. 13 iyul 2025-ci il tarixdə, təxminən saat 12:47 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad rayonu Abdullu kəndində Bakı şəhər sakini X3 idarə etdiyi 77-N0-902 dövlət qeydiyyat nişanlı "Toyota Aqua" markalı avtomobildə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs və X6 rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarından üstündə videoçəkilişlə yoxlama aparılacağını bildirib buna etirazı olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs və Vüsal Bəkirzadə buna heç bir etirazı olmadığını demişdir. Bundan sonra, əməliyyat müvəkkili Mirəcəb Bədirov tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstündə yoxlama aparılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükülü çıxarıb təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Şifahi sorğu zamanı həmin narkotik vasitə qurudulmuş marixuananı 13 iyul 2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayonunda bazarın yaxınlığında yerləşən zibil yeşiyinin yanında yerdən tapdığını və gələcəkdə istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış və bu zaman o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsun Galaxy A20” markalı mobil telefon təqdim etmişdir. Həmin telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Üzəri axtarılan zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükülüyə baxış keçirilmiş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmiş, elektron tərəzidə çəkilmiş və təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Daha sonra Vüsal Bəkirzadənin idarə etdiyi “Toyota Aqua” markalı, **-NO- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra müvafiq sənədlərin tərtib edilməsi üçün Təqsirləndirilən şəxs və X7 RPŞ-yə dəvət etmişlər və Təqsirləndirilən şəxs və Vüsal Bəkirzadə onların dəvətinə etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Şöbədə müvafiq sənədlər tərtib edildikdən sonra Vüsal Bəkirzadəni və Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı tərəfindən Vüsal Bəkirzadənin izahatı alınaraq sərbəst buraxılmış, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının videoçəkilişinə baxış keçirilmişdir. Daha sonra yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Yekunda protokol tərtib edilmiş və həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Bəhlul oğlu da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bır ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş, Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, baxış zamanı Təqsirləndirilən şəxs 13 iyul 2025-ci il tarixdə, saat 12:57-də Cəlilabad rayonu, Abduilu kəndi ərazisində saxlanılmış, saxlanıldığı yerdə video çəkiliş aparılmaqla üstü yoxlanılmış və əynindəki boz rəngli cins şalvarın sol yan cibindən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd sellofan bükülü aşkar olunaraq götürülmüş, həmin maddəyə baxış keçirilmiş, elektron təzəridə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsi tərəfindən verilmiş 14 iyul 2025-ci il tarixli 19/280 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 bir bükümdə marixuanaya oxşar kütlə..." sözlər və imza olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 9,474 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,1 qram sərf edilmiş, qalıq 9,374 qram olmuşdur. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 16 iyul 2025-ci il tarixli, 393 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs кannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan, Astara rayon İcra Hakimiyyəti Başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 28 iyul 2025-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, yaşayış yerində müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 13 iyul 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2025-ci il tarixdə saat 14:27-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 15 iyul 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin MYSdən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2025-ci il tarixdə saat 13:20-də müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarına əlavə olunmuş, 14 noyabr 2025-ci il tarixli, d13 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 3067-ci məhəllə bina 42, mənzil 403-də yaşayır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 9,374 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən zaman və Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 2 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 13 iyul 2025-ci il tarixdən 15 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan saat 07:00-dək yaşadığı Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 3067-ci məhəllə bina 42, mənzil 403-ü tərk etməmək, Bakı şəhərinin hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 9,374 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən zaman və Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 2 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-121/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-121/2025
11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver