Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-122/2023 18.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cəlilabad rayon İcra Hakimiyyəti yanında X4 İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyasının əməkdaşı X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi (vəkil) Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 Atamalı oğlunun iştirakları ilə, xx xxxxxx 2005-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Cəlilabad rayonu, Hasıllı kəndində yaşayan, barəsində xx.xx.2023-cü il tarixli qərarla “polisin nəzarəti alıtna vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 2006-cı il tarixdə Cəlilabad rayonu, Xəlilli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, Cəlilabad rayonu, Xəlilli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəməi clasında baxaraq, məhkəmə... M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 ittiham olunur ondan ötrü ki, o, ünvan 3 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs icarə əsasında fəaliyyət göstərdiyi Cəlilabad şəhəri, H.Əliyev prospektində X5 yerləşən kafedən alkoqollu, enerji və qazlı sərinləşdirici içkilər oğurlamaq barədə tanışı yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 23 yanvar 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs icarə əsasında fəaliyyət göstərdiyi kafenin yaxınlığına gəlib ətrafda kiminsə olmadığına əmin olduqdan sonra birlikdə kafenin açıq vəziyyətdə olan giriş qapısından kafenin içərisinə qanunsuz daxil olaraq kafenin içərisində olan 1 ədədi 1 manat dəyərində olan 48 manat dəyərində dəmir qablaşdırmada 48 ədəd 450 ml “Bizon mavi” enerji içkisi, 1 ədədi 80 qəpik dəyərində olan 38 manat 40 qəpik dəyərində dəmir qablaşdırmada 48 ədəd 250 ml “Bizon mavi” enerji içkisi, 1 ədədi 70 qəpik dəyərində olan 50 manat 40 qəpik dəyərində dəmir qablaşdırmada 72 ədəd 250 ml “Full qazlı” enerji içkisi, 1 ədədi 80 qəpik dəyərində olan 57 manat 60 qəpik dəyərində dəmir qablaşdırmada 72 ədəd “Pitbull” 250 ml enerji içkisi, 1 ədədi 1 manat 50 qəpik dəyərində olan 18 manat dəyərində plastik qablaşdırmada 12 ədəd “Coca cola” 1000 ml sərinləşdirici içkisi, 1 ədədi 1 manat 50 qəpik dəyərində olan 18 manat dəyərində plastik qablaşdırmada 12 ədəd “Fanta” 1000 ml sərinləşdirici içkisi, 1 ədədi 1 manat 20 qəpik dəyərində olan 28 manat 80 qəpik dəyərində palstik qablaşdırmada 24 ədəd “Coca cola” 500 ml sərinləşdirici içkisi, 1 ədədi 1 manat 20 qəpik dəyərində olan 28 manat 80 qəpik dəyərində plastik qablaşdırmada 24 ədəd “Fanta” 500 ml sərinləşdirici içkisi, 1 ədədi 80 qəpik dəyərində olan 57 manat 60 qəpik dəyərində plastik qablaşdırmada 72 ədəd “Coca cola” 330 ml sərinləşdirici içkisi, 1 ədədi 80 qəpik dəyərində olan 38 manat 40 qəpik dəyərində plastik qablaşdırmada 48 ədəd “Fanta” 330 ml sərinləşdirici içkisi, 1 ədədi 2 manat 50 qəpik dəyərində olan 30 manat dəyərində 12 ədəd şüşə qablaşdırmada 500 ml “Baltika kuler pivə” alkoqollu içkisi və 1 ədədi 1 manat 50 qəpik dəyərində olan 108 manat dəyərində dəmir qablaşdırmada 72 ədəd “GO” 500 ml alkoqollu içkisini ümumilikdə 522 manat dəyərində özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 ittiham olunur ondan ötrü ki, o, ünvan 3 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs icarə əsasında fəaliyyət göstərdiyi Cəlilabad şəhəri, H.Əliyev prospektində X5 yerləşən kafedən alkoqollu, enerji və qazlı sərinləşdirici içkilər oğurlamaq barədə tanışı yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 23 yanvar 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs icarə əsasında fəaliyyət göstərdiyi kafenin yaxınlığına gəlib ətrafda kiminsə olmadığına əmin olduqdan sonra birlikdə kafenin açıq vəziyyətdə olan giriş qapısından kafenin içərisinə qanunsuz daxil olaraq kafenin içərisində olan 1 ədədi 1 manat dəyərində olan 48 manat dəyərində dəmir qablaşdırmada 48 ədəd 450 ml “Bizon mavi” enerji içkisi, 1 ədədi 80 qəpik dəyərində olan 38 manat 40 qəpik dəyərində dəmir qablaşdırmada 48 ədəd 250 ml “Bizon mavi” enerji içkisi, 1 ədədi 70 qəpik dəyərində olan 50 manat 40 qəpik dəyərində dəmir qablaşdırmada 72 ədəd 250 ml “Full qazlı” enerji içkisi, 1 ədədi 80 qəpik dəyərində olan 57 manat 60 qəpik dəyərində dəmir qablaşdırmada 72 ədəd “Pitbull” 250 ml enerji içkisi, 1 ədədi 1 manat 50 qəpik dəyərində olan 18 manat dəyərində plastik qablaşdırmada 12 ədəd “Coca cola” 1000 ml sərinləşdirici içkisi, 1 ədədi 1 manat 50 qəpik dəyərində olan 18 manat dəyərində plastik qablaşdırmada 12 ədəd “Fanta” 1000 ml sərinləşdirici içkisi, 1 ədədi 1 manat 20 qəpik dəyərində olan 28 manat 80 qəpik dəyərində palstik qablaşdırmada 24 ədəd “Coca cola” 500 ml sərinləşdirici içkisi, 1 ədədi 1 manat 20 qəpik dəyərində olan 28 manat 80 qəpik dəyərində plastik qablaşdırmada 24 ədəd “Fanta” 500 ml sərinləşdirici içkisi, 1 ədədi 80 qəpik dəyərində olan 57 manat 60 qəpik dəyərində plastik qablaşdırmada 72 ədəd “Coca cola” 330 ml sərinləşdirici içkisi, 1 ədədi 80 qəpik dəyərində olan 38 manat 40 qəpik dəyərində plastik qablaşdırmada 48 ədəd “Fanta” 330 ml sərinləşdirici içkisi, 1 ədədi 2 manat 50 qəpik dəyərində olan 30 manat dəyərində 12 ədəd şüşə qablaşdırmada 500 ml “Baltika kuler pivə” alkoqollu içkisi və 1 ədədi 1 manat 50 qəpik dəyərində olan 108 manat dəyərində dəmir qablaşdırmada 72 ədəd “GO” 500 ml alkoqollu içkisini ümumilikdə 522 manat dəyərində özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində dostu Təqsirləndirilən şəxs1 +994- ***-***-**-** saylı mobil nömrəsinə tanımadığı bir şəxsin telefonunu alıb zəng etmiş, onunla görüşmək istədiyini demiş və onun Cəlilabad rayonu, Hasıllı kəndində yerləşən evinə gəlməyini istəmişdir. Xalid onun evinə gəlməyinin düzgün olmadığını və qonşuların onları görməsini istəmədiyini demişdir. Xalid ona Cəlilabad rayonunda H.Əliyev parkına gəlməsini və orada görüşmələrini bildirmişdir. Xalid ilə razılaşmış və təxminən 20 dəqiqə sonra onunla H.Əliyev parkında görüşmüşlər. Xalid ilə təxminən yarım saat parkda gəzdikdən sonra Xalidə X5 gəmi ilə gəzməyi təklif etmişdir. Onlar Seyrəngaha getmiş və orada olan gəmilər bağlı olduğu üçün təxminən 15 dəqiqə gəmidə oturub söhbət etmişlər. Bundan sonra bir müddət Seyrəngahda gəzmişlər. Daha sonra xx.xx.2023-cü il tarixdə saat təxminən 03 radələrində Xalidə su içmək istədiyini demişdir. Xalid ondan bu vaxt Seyrəngahda haradan su tapacağını soruşmuşdur. Xalidə gölün üzərində olan kafedən su oğurlamağı təklif etmişdir. Xalid onunla razılaşmış və onlar orada olan kafeyə getmişlər. Ətrafda heç kimin olmadığını müəyyən etdikdən sonra Xalid ilə qərara gəlmişlər ki, kafeyə daxil olub oradan içmək üçün su oğurlasınlar. İlk öncə kafenin arxa tərəfində olan qapıya doğru getmiş və qapının bağlı olduğunu görmüşlər. Daha sonra kafenin ön tərəfində olan qapısına doğru getmiş və kafenin ön qapısının qarşısına masa qoyulduğunu görmüşlər. İlk öncə o, masanın altından keçib qapının açıq olub-olmamasını yoxlamış və Xalidə qapının açıq olduğunu demişdir. İlk öncə o, həmin masanın altınadan keçib kafeyə daxil olmuş və ondan sonra Xalid həmin masanın altından keçib kafeyə daxil olmuşdur. Kafenin içərisində olan içkilərdən müəyyən miqdarda götürüb orada olan qara rəngli plastik torbalara doldurmuşlar. Həmin içkiləri oğurlayan zaman işıqları yandırmağa qorxduqları üçün nə qədər miqdarda və hansı növ içkiləri oğurladıqlarını bilməmişlər. Həmin kafedə siqaret satıldığını bildiklərinə görə kafedə Xalid ilə oğurlamaq üçün siqaret axtarmış, lakin tapa bilməmişlər. İlk öncə Xalid kafeyə daxil olduqları qapıdan çıxmışdır. Daha sonra o, masanın altından içərisində kafedən oğurladıqları su və içkilər olan 1 ədəd plastik torbanı Xalidə vermişdir. Xalid həmin torbanı aparıb yaxınlıqda olan yaşıllıqda gizlətmişdir. Daha sonra yenidən kafenin qabaq qapısına doğru gəlmiş və o, içərisində kafedən oğurladıqları su və içkilər olan digər torbanı Xalidə vermiş və özü də masanın altından keçib kafedən çölə çıxmışdır. Qapını çəkib örtmüş və masanı onun qarşısına söykəmişdir. Xalid həmin torbanı aparıb yaşıllıqda digər torbanın yanında gizlətmişdir. Daha sonra Xalid ilə birlikdə həmin torbaları gizlətdiyi yaşıllığa doğru getmişlər. Oradan olan torbalardan birini o, digərini isə Xalid götürmüşdür. Daha sonra oradan piyada onun Cəlilabad rayonu, Hasıllı kəndində olan evinə getmişlər. Evdə Xalid ilə birlikdə həmin torbaları açıb bir yerə boşaltmışlar ki, nə oğurladıqlarına baxsınlar. Torbaları boşaldandan sonra 20 ədəd plastik qablaşdırmada 500 ml coca cola içkisi, 15 ədəd plastik qablaşdırmada 500 ml fanta içkisi, 4 ədəd plastik qablaşdırmada 300 ml coca cola içkisi, 5 ədəd plastik qablaşdırmada 330 ml fanta içkisi, 7 ədəd dəmir qablaşdırmada 450 ml Bizon içkisi, 3 ədəd dəmir qablaşdırmada 250 ml bizon içkisi, 2 ədəd dəmir qablaşdırmada 250 ml full içkisi, 4 ədəd dəmir qablaşdırmada 250 ml pitbull içkisi, 2 ədəd plastik qablaşdırmada 1000 ml coca cola içkisi, 1 ədəd plastik qablaşdırmada 1000 ml fanta içkisi oğurladıqları müəyyən etmişlər. Oğurladıqları içkiləri Xalid ilə birlikdə istifadə etdiklərini bildirmişdir. Hazırda törətmiş olduğu əməldən səmimi peşimandır, dəymiş ziyanın ona aid hissədə 250 manat zərərçəkmiş şəxsə ödədiyini bildirmişdir. Bütün bu qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində +994-***-***-**-** saylı mobil nömrəsinə dostu Təqsirləndirilən şəxs2 zəng etmiş, onunla görüşmək istədiyini demiş və ondan Cəlilabad rayonu, Hasıllı kəndində yerləşən evinə gəlməyini istəmişdir. Əliyə onun evinə gəlməyinin düzgün olmadığını və qonşuların onları görməsini istəmədiyini demişdir. Əliyə Cəlilabad rayonunda H.Əliyev parkına gəlməsini və orada görüşmələrini demişdir. Əli onunla razılaşmış və təxminən 20 dəqiqə sonra onlar H.Əliyev parkında görüşmüşlər. Əli ilə təxminən yarım saat parkda gəzdikdən sonra Əli ona X5 gəmi ilə gəzməyi təklif etmişdir. Onlar Seyrəngaha getmiş və orada olan gəmilər bağlı olduğu üçün təxminən 15 dəqiqə gəmidə oturub söhbət etmişlər. Bundan sonra bir müddət Seyrəngahda gəzmişlər. Daha sonra xx.xx.2023-cü il tarixdə saat təxminən 03 radələrində Əli ona su içmək istədiyini demişdir. Əlidən bu vaxt Seyrəngahda haradan su tapacağını soruşmuşdur. Əli ona gölün üzərində olan kafedən su oğurlamağı təklif etmişdir. Əli ilə razılaşmış və orada olan kafeyə getmişlər. Ətrafda heç kimin olmadığını müəyyən etdikdən sonra Əli ilə qərara gəlmişdirlər ki, kafeyə daxil olub oradan içmək üçün su oğurlasınlar. İlk öncə kafenin arxa tərəfində olan qapıya doğru getmiş və qapının bağlı olduğunu görmüşlər. Daha sonra kafenin ön tərəfində olan qapısına doğru getmiş və kafenin ön qapısının qarşısına masa qoyulduğu görmüşlər. İlk öncə Əli masanın altına keçib qapının açıq olub-olmamasını yoxlamış və qapının açıq olduğu demişdir. İlk öncə Əli həmin masanın altından keçib kafeyə daxil olmuş və ondan sonra o, həmin masanın altından keçib kafeyə daxil olmuşdur. Kafenin içərisində olan içkilərdən müəyyən miqdarda götürüb orada olan qara rəngli plastik torbalara doldurmuşlar. Həmin içkiləri oğurlayan zaman işıqları yandırmağa qorxduqları üçün nə qədər miqdarda və hansı növ içkiləri oğurladıqlarını bilməmişlər. Həmin kafedə siqaret satıldığını bildiklərinə görə kafedə oğurlamaq üçün siqaret axtarmış, lakin tapa bilməmişlər. İlk öncə o, kafeyə daxil olduqları qapıdan çıxmış, daha sonra Əli masanın altından içərisində kafedən oğurladıqları içkilər olan 1 ədəd plastik torbanı ona vermişdir. Həmin torbanı aparıb yaxınlıqda olan yaşıllıqda gizlətmişdir. Daha sonra yenidən kafenin qabaq qapısına doğru getmiş, Əli içərisində kafedən oğurladıqları içkilər olan digər torbanı ona vermiş və özü də masanın altından keçib kafedən çölə çıxmışdır. Əli qapını çəkib örtmüş və masanı qapının qarşısına söykəmişdir. Həmin torbanı da aparıb yaşıllıqda digər torbanın yanında gizlətmişdir. Daha sonra yenə kafeyə doğru getmişdir. Bundan sonra Əli ilə birlikdə həmin torbaları gizlətdiyi yaşıllığa doğru getmişlər. Orada olan torbalardan birini o, digərini isə Əli götürmüşdür. Daha sonra oradan piyada Əlinin Cəlilabad rayonu Hasıllı kəndində olan evinə getmişlər. Evdə Əli ilə birlikdə həmin torbaları açıb bir yerə boşaltmışlar ki, nə oğurladıqlarına baxsınlar. Torbaları boşaldandan sonra 20 ədəd plastik qablaşdırmada 500 ml coca cola içkisi, 15 ədəd plastik qablaşdırmada 500 ml fanta içkisi, 4 ədəd plastik qablaşdırmada 300 ml coca cola içkisi, 5 ədəd plastik qablaşdırmada 330 ml fanta içkisi, 7 ədəd dəmir qablaşdırmada 450 ml Bizon içkisi, 3 ədəd dəmir qablaşdırmada 250 ml bizon içkisi, 2 ədəd dəmir qablaşdırmada 250 ml full içkisi, 4 ədəd dəmir qablaşdırmada 250 ml pitbull içkisi, 2 ədəd plastik qablaşdırmada 1000 ml coca cola içkisi, 1 ədəd plastik qablaşdırmada 1000 ml fanta içkisi oğurladıqlarını müəyyən etmişlər. Oğurladıqları içkiləri Əli ilə birlikdə istifadə etdiklərini bildirmişdir. Hazırda əməlindən peşiman olduğunu, valideynlərinin öldüyünü bildirərək yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qimsində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət edib Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən X1 icarə əsasında işlətdiyi kafedən 700 manat dəyərində içkilərin oğurlanmasını bildirmişdir. Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən X1 gölün üzərində ki, kafeni icarə əsasında işlətdiyini, xx.xx.2023cü il tarixdə həmin kafeni açan zaman kafenin giriş qapısından naməlum şəxs və ya şəxslərin kafeyə daxil olaraq oradan müxtəlif növ içkiləri oğurlamasını müəyyən etmiş və bu barədə polisə məlumat vermişdir. Əlavə suallara cavab olaraq baş vermiş oğurluq hadisəsi nəticəsində ona 522 manat maddi ziyan dəydiyini bildirmişdir. Bundan başqa baş vermiş oğurluq nəticəsində icarə əsasında işlətdiyi kafedən dəmir qablaşdırmada 48 ədəd 450 ml “Bizon mavi” enerji içkisi, dəmir qablaşdırmada 48 ədəd 250 ml “Bizon mavi” enerji içkisi, dəmir qablaşdırmada 72 ədəd 250 ml “Full qazlı” enerji içkisi, dəmir qablaşdırmada 72 ədəd “Pitbull” 250 ml enerji içkisi, qablaşdırmada 12 ədəd “Coca cola” 1000 ml sərinləşdirici içkisi, 18 manat dəyərində plastik qablaşdırmada 12 ədəd “Fanta” 1000 ml sərinləşdirici içkisi, palstik qablaşdırmada 24 ədəd “Coca cola” 500 ml sərinləşdirici içkisi, 24 ədəd “Fanta” 500 ml sərinləşdirici içkisi, 72 ədəd “Coca cola” 330 ml sərinləşdirici içkisi, 48 ədəd “Fanta” 330 ml sərinləşdirici içkisi, şüşə qablaşdırmada 500 ml “Baltika kuler pivə” alkoqollu içkisi və dəmir qablaşdırmada 72 ədəd “GO” 500 ml alkoqollu içki oğurlandığını bildirmiş, həmçinin kafeni bağladıqdan kafenin giriş qapısının açıq və ya bağlı vəziyyətdə olması barədə dəqiq məlumatının olmamışdır, lakin kafenin giriş qapısını örtdükdən sonra orada olan masanı qapının qarşısına söykəmişdir. Hazırda ona dəymiş ziyandan Təqsirləndirilən şəxs2 valideyni tərəfindən ona 250 manat pul ödənildiyini, digər ziyanın ödənilmədiyini və bu səbəbdən Təqsirləndirilən şəxs2 barəsində heç bir şikayət və tələbinin olmadığını, lakin Təqsirləndirilən şəxs1 ödənilməmiş ziyanı tələb etdiyini bildirmişdir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, oğurluq hadisəsi Cəlilabad şəhəri, H.Əliyev prospektində X5 yerləşən kafedə baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs hadisə yerini təqdim etmişdir. İş materiallarında olan "xxxx" Şirkəti tərəfindən verilmiş 31 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 2023-cü ilin yanvar ayında dəmir qablaşdırmada 450 ml “Bizon mavi” enerji içkisinin 1 ədədinin qiyməti 1 manat, dəmir qablaşdırmada 250 ml “Bizon mavi” enerji içkisinin 1 ədədinin qiyməti 80 qəpik, dəmir qablaşdırmada 250 ml “Full qazlı” enerji içkisinin 1 ədədinin qiyməti 70 qəpik, dəmir qablaşdırmada “Pitbull” 250 ml enerji içkisinin 1 ədədinin qiyməti 80 qəpik, plastik qablaşdırmada “Coca cola” 1000 ml sərinləşdirici içkisinin 1 ədədinin qiyməti 1 manat 50 qəpik, plastik qablaşdırmada “Fanta” 1000 ml sərinləşdirici içkisinin 1 ədədinin qiyməti 1 manat 50 qəpik, plastik qablaşdırmada “Coca cola” 500 ml sərinləşdirici içkisi 1 ədədinin qiyməti 1 manat 20 qəpik, plastik qablaşdırmada “Fanta” 500 ml sərinləşdirici içkisinin 1 ədədinin qiyməti 1 manat 20 qəpik, plastik qablaşdırmada “Coca cola” 330 ml sərinləşdirici içkisinin 1 ədədinin qiyməti 80 qəpik, plastik qablaşdırmada “Fanta” 330 ml sərinləşdirici içkisinin 1 ədədinin qiyməti 80 qəpik, şüşə qablaşdırmada 500 ml “Baltika kuler pivə” alkoqollu içkisinin 1 ədədinin qiyməti 2 manat 50 qəpik, dəmir qablaşdırmada “GO” 500 ml alkoqollu içkisinin 1 ədədinin qiyməti 1 manat 50 qəpik dəyərində olmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, iş materialinda olan rəsmi sənədlərlə onlara verilmiş ittiham üzrə cinayəti törətmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarında olan tələbnamədən və Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(073)-180/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 99/2022-30-11 nömrəli xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 18 oktyabr 2023-cü il tarixə 11 (on bir) ay 08 (səkkiz) gün cəza çəkmiş, 06 (altı) ay 22 (iyirmi iki) gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.2 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşiman olmasını, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyandan ona aid hissədə ödəniş etməsini onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından, həmçinin onun islah olunmasına təsirini nəzərə alaraq ona hökmlərin məcmusu üzrə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1374/12 nömrəli arayışdan görünür ki, Qanuni nümayəndə2 xx.xx.2023-cü ildə Cəlilabad rayonunda “beyin ödemi” səbəbindən ölmüşdür. İş materillarında olan xx.xx.2023-cü il tarixli 137/12 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 anası X3 xx.xx.2012-ci ildə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində “suda batma” nəticəsində ölmüşdür İş materiallarında olan tələbnamədən və Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(073)-180/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 atası Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 100/2022-30-11 nömrəli xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 05 sentyabr 2023-cü il tarixə 09 (doqquz) ay 24 (iyirmi dörd) gün cəza çəkmiş, 01 (bir) il 02 (iki) ay 6 (altı) gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.2 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlindən peşiman olmasını, valideynlərin ölməsini, yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından, həmçinin onun islah olunmasına təsirini nəzərə alaraq ona hökmlərin məcmusu üzrə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarına əlavə olunmuş, 24 yanvar 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 24 yanvar 2023-cü il tarixdə saat 20:00-da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 26 yanvar 2023-cü il tarixli “MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 26 yanvar 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, həmin gün saat 16:15-də müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarına əlavə olunmuş, 24 yanvar 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 24 yanvar 2023-cü il tarixdə saat 18:38-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 26 yanvar 2023-cü il tarixli “MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 26 yanvar 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, həmin gün saat 16:15-də müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 4 (106)-97/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Cəlilabad rayon polis şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsini 152.1-ci maddəsi ilə aparılan cinayət işi üzrə Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351- 353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 06 (altı) ay 22 (iyirmi iki) günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinəəsasən 3 (üç) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona 2 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi 2 (iki) gün həbsdə qaldığı müddət nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 28 (iyirimi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkməsinin əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 2 (iki) ay 06 (altı) günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 7 (yeddi) ay 03 (üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi 2 (iki) gün həbsdə qaldığı müddət nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 28 (iyirimi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Şirvan Apelyasiya Məhkəməsinin 4 (106)-97/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının olması nəzərə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkməsinin əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mülki icraat qaydasında müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-122/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-122/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver