Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-122/2024 04.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 17:20 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 iştirakı ilə xx xxx 1991-ci ildə Masallı rayonunun Səmidxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Masallı rayonu Ətcələr kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Cəlilabad rayonunun Həziabad kəndində yaşayan Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək aldatma yolu ilə əmlakını ələ keçirtmək qərarına gələrək tamah məqsədilə sonuncunun yaşadığı evin həyətində 3 baş balalı inəklərini və 2 baş erkək danalarını 10.000 manata nisyə alıb xeyli miqdarda özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 15 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində Cəlilabad rayonunun Həziabad kəndində yaşayan Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək aldatma yolu ilə əmlakını ələ keçirtmək qərarına gələrək tamah məqsədilə sonuncunun yaşadığı evin həyətində 4 baş erkək danalarını 6.000 manata nisyə alaraq xeyli miqdarda özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 17 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Cəlilabad rayonunun Həziabad kəndində yaşayan Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edərək aldatma yolu ilə əmlakını ələ keçirtmək qərarına gələrək tamah məqsədilə sonuncunun yaşadığı evin həyətində 6 baş erkək danalarını 9.000 manata nisyə alaraq xeyli miqdarda özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 19 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Cəlilabad rayonunun Həziabad kəndində yaşayan Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edərək aldatma yolu ilə əmlakını ələ keçirmək qərarına gələrək tamah məqsədilə 5 baş erkək danalarını 6.000 manata nisyə alaraq, xeyli miqdarda özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 25 oktyabr 2023-cü il tarifdə saat 19 radələrində Cəlilabad rayonunun Həziabad kəndində yaşayan Zərərçəkmiş şəxs5 etibarından suiistifadə edərək aldatma yolu ilə əmlakını ələ keçirtmək qərarına gələrək tamah məqsədilə sonuncunu yaşadığı evin həyətində 4 baş dişi, 6 baş erkək danalarını 9.000 manata nisyə alaraq xeyli miqdarda özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Masallı rayonunun Ətcələr kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Orta təhsilli olmaqla fərdi əməklə məşğul olur. O, 2023-cü ilin fevral ayının axırından heyvan alqı-satqısı ilə məşğul olmağa başlamışdır. Belə ki, o, ayrı-ayrı şəxslərdən iri buynuzlu heyvan alaraq aparıb ətraf rayonların mal bazarında sataraq çörək pulu qazanmışdır. 2023-cü ilin yay ayında Cəlilabad rayonunun Həziabad kənd sakini Elvin Şahmarova 2300 manata bir baş yanı balalı inək satmışdır. Elə həmin vaxtdan Elvinlə onun arasında tanışlıq yaranaraq onun heyvan alqı satqısı ilə məşğul olduğunu bilmişdir. Bundan bir müddət sonra Elvindən bir baş nisyə inək və dana alaraq sonra satıb onun da pulunu vermişdir. Bundan bir qədər sonra Elvin ona zəng edərək həmin kənd sakini Zərərçəkmiş şəxs4 bir baş satılıq erkək dana olduğunu demiş, o kəndə gedib Elvinin vasitəsilə Ceyhunu taparaq onun danasına baxıb dananı 1500 manata nisyə almışdır. Həmin dananı aparıb bazarda sataraq Ceyhunun 1500 manatını vermişdir. Bundan bir qədər sonra 2023-cü ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs4 onun mobil telefonuna zəng edərək qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs1 inək və dana olduğunu, Elnur həmin inək və dananı satmaq istədiyini və müştəri axtardığını demişdir. Ona görə də həmin vaxt Həziabad kəndinə gələrək Zərərçəkmiş şəxs1 satmaq istədiyi inək və danalara baxıb qiymətini razılaşaraq nisyə alıb aparmış, satdıqdan sonra da gətirib ona olan borcunu vermişdir. Bundan sonra yenə də 2023-cü ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 ona zəng edib 3 baş balalı inəklərini və 2 baş erkək danası olduğunu, həmin heyvanlarını satmaq istədiyini demişdir. O da Elnura telefonda heyvanların şəklini telefona çəkib ona göndərməsini və baxacağını demişdir. Elnur inəklərinin və danalarının şəkilini çəkib onun telefonuna göndərmiş, inəklərin və danaların şəkilinə baxaraq onları 10.000 manata nisyə alacağını və satandan sonra onun pulunu verəcəyini demişdir. Elnur da onun sozunə razılıq vermiş, sonra Elnura inəkləri və danaları Masallı rayonunun Kürdabazlı kəndində yaşayan dayısı Zərərçəkmiş şəxs4 həyətinə gətirməsini demişdir. Elnur da onun sözünə razılıq verərək 3 baş yanı balalı inəklərini və 2 baş erkək danalarını ora gətirmişdir. Elnura da inəklərini və danalarını 20 gün müddətinə satıb onun 10000 manat pulunu verəcəyini demişdir. Elnur da onun sözünə razılıq vermiş, sonrakı günlərdə həmin heyvanları satmış, lakin özünün borcu və pula ehtiyacı olduğu üçün Elnurun pulunu verməyərək pulu öz borclarına vermişdir. Həmin kənd sakini Zərərçəkmiş şəxs2 da əvvəllər nisiyə heyvan alaraq sonra satıb onun pulunu vermiş, Elnurun heyvanlarını alandan bir neçə gun sonra Elvin Şahmarov ona zəng edərək Zərərçəkmiş şəxs2 4 baş erkək dana olduğunu və satmaq istədiyini demişdir. Həmin vaxt o, Bakı şəhərində olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs2la telefon əlaqəsi yaradaraq ona Elvinin onun danaları olduğunu və satmaq istədiyini ona dediyini demiş, Saleh də telefonda ona 4 baş erkək danası olduğunu və danalarını satmaq istədiyini, əgər alarsa ona satacağını demişdir. O da Salehə nəğd almağa pulu olmadığını, danalarını nisyə verərsə alıb sataraq sonra onun pulunu verəcəyini demişdir. Saleh də onun sözünə razılıq vermiş, bundan sonra Salehə Bakı şəhərində olduğunu, danalarının şəkilini telefona çəkib göndərməsini və baxacağını demişdir. Saleh danalarının şəkilini çəkib ona göndərmiş, Salehlə 4 baş dananın qiymətini 6000 manata razılaşmışdır. Sonra Salehə maşın göndərəcəyini və danaları həmin maşına yükləyib göndərməsini, danaları satıb 20 gün müddətinə pulunu verəcəyini demişdir. Saleh onun bu sözünə də razılıq vermişdir. Sonra onlarla qonşu Şərəfə kəndində yaşayan taksi kimi fəaliyyət göstərən Murada zəng edib Həziabad kəndindən Zərərçəkmiş şəxs2 4 baş erkək dana aldığını, Murada gedib həmin danaları avtomobilinin qoşqusuna yüklətdirib dayısı Zərərçəkmiş şəxs4 həyətinə aparmasını demişdir. Murad da onun sözünə razılıq verərək gedib danaları dayısı Ceyhunun həyətinə gətirmişdir. Muradın da 40 manat yol pulunu kartına göndərmişdir. Həmin günün səhəri Bakı şəhərindən gələrək danalara baxarkən danalar şəkildə böyük göründüyünü görərək danaları aldığı qiymətə sata bilməyəcəyini başa düşmüşdür. Bakı şəhərindən gəldiyi gün də Salehdən aldığı 4 baş danaları alverçiyə 5000 manata sataraq pulunu öz borclarına verərək Salehə verməmişdir. Bundan təxminən 2-3 gün sonra Zərərçəkmiş şəxs1 ona zəng edib qardaşı Talehin 6 baş erkək danaları olduğunu və Talehin həmin danalarını satmaq istədiyini ona demişdir. O da Elnura danaların şəkilini çəkib onun telefonuna göndərmələrini demişdir. Sonra Elnur qardaşı Talehin 6 baş erkək danalarının şəkilini çəkib ona göndərmiş, danaların şəklinə baxıb Talehlə telefonda 6 baş dananın qiymətini 9000 manata nisiyə razılaşaraq danaları satıb onunda pulunu və Elnurun da danalarının, inəklərinin pulunu verəcəyini demişdir. Taleh də onun sözünə razılaşmış, sonra Elnura danaları dayısı Zərərçəkmiş şəxs4 həyətinə gətirməsini demişdir. Elnur da onun sözünə razılıq verərək elə həmin günü də 6 baş dananı dayısı Ceyhunun həyətinə gətirmişdir. O, həmin danaları aldığı gündən sonra mal alverçilərinə satmış, danaları satarkən də aldığı qiymətdən ucuz qiymətə sata bilmişdir. Həmin danalrın pulunu da uşağı olmadığı üçün həkimlərə və öz borcuna xərcləmişdir. Bundan təxminən 2 gün sonra Həziabad kənd sakini Zərərçəkmiş şəxs4 onun mobil telefonuna zəng edərək 5 baş erkək danası olduğunu və həmin danalarını satmaq istədiyini demişdir. Ceyhuna telefonda danalarının şəkilini çəkib telefonuna göndərməsini demiş, Ceyhun da danalarının şəkilini telefona çəkərək onun telefonuna göndərmişdir. Danaların şəkilinə baxaraq 5 baş dananın qiymətini Ceyhunla 6000 manata nisiyə razılaşaraq danaları satandan sonra onun pulunu verəcəyini demişdir. Ceyhun da ona telefonda nisiyə alıb-satdığını bildiyini deyərək narahatçılıq olmadığını, satandan sonra onun pulunu verməsini demişdir. O da Ceyhunun sözünə razılıq verərək sonra Murada zəng edib Həziabad kəndinə Zərərçəkmiş şəxs4 həyətinə getməsini, ondan 5 baş dana aldığını, həmin danaları avtomobilinin qoşqusuna yüklətdirib dayısı Ceyhunun həyətinə gətirməsini və yol pulunu da verəcəyini demişdir. Ona görə də Murad gedib 5 baş dananı gətirmiş və Murada da 50 manat yol pulu vermişdir. Həmin danaları təxminən 4 gün sonra 500 manat zərərinə alverçilərə sataraq pulunu öz başqa borclarına vermişdir. Bundan təxminən 5-6 gün sonra Elvin Şahmarov ona zəng edərək Salehin oğlu Rasifin danaları olduğunu və Rasifin danalarını satmaq istədiyini demişdir. Bundan sonra Salehlə telefon əlaqəsi saxlayaraq Bakı şəhərində olduğunu və oğlu Rasif danalarını satmaq istədiyini eşitdiyini demişdir. Saleh də ona düz eşitdiyini, Rasifin danalarını satmaq istədiyini demişdir. Sonra Salehin vasitəsi ilə Rasiflə danışaraq danalarının şəkilini çəkib ona göndərməsini demişdir. Rasif danaların şəkilini çəkib ona göndərərək 4 baş dişi, 6 baş erkək dananın qiymətini 9000 manata nisiyə alacağına Rasiflə razılaşmışdır. X4 göndərəcəyini və danaları verməsini, ya həmin axşamı ya da sabah Bakı şəhərindən gəlib atası Salehində heyvanlarının pulunu və onunda danalarının pulunu verəcəyini demişdir. Rasif də onun sözünə razılıq vermişdir. Sonra Murada zəng edib Salehin oğlu Rasifin həyətinə getməsini, ondan 10 baş dana aldığını 2 dəfəyə gətirməsini və 100 manat yol pulu verəcəyini demişdir. Ona görə də Murad gedib danaları onun dayısı Ceyhunun həyətinə gətirmişdir. Həmin danaları da təxminən 4 gündən sonra 6500 manata sataraq 2500 manat ziyan etmiş, həmin pulu da öz başqa borclarına ödəmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyandan ödəyə bilməmişdir. İmkanı olan kimi onların pulunu ödəyəcəkdir. Məhkəmədən bu halları nəzərə alaraq ona həbslə əlaqəli olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxlərin və şahidin ifadələri, eləcə də işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonunun Həziabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Qardaşı Zərərçəkmiş şəxs3 da 1-ci qrup əlil olaraq öz ailəsi ilə onunla bir evdə yaşayırlar. 2023-cü ilin sentyabr ayında həmkəndlisi və bibisinin əri Zərərçəkmiş şəxs4 həyətində təsadüfən Masallı rayonunun Ətcələr kənd sakini Təqsirləndirilən şəxs görərək onu tanımışdır. Həmin vaxtı Orxan Ceyhuna məxsus olan danaları almaq üçün baxmağa gəlmişdir. O da Orxanla orada tanış olandan sonra söhbət zamanı Təqsirləndirilən şəxs ona Bakı şəhərində 2 mərtəbəli qəssabxanası olduğunu, kəsilmiş ətləri orada satdığını, əgər satacağı heyvan olarsa ona xəbər etməsini demişdir. Bundan bır neçə gün sonra yəni, 27 sentyabr 2023-cü il tarixdə o, həyətində olan 1 baş balalı inəyini Orxana satmağa təklif etmişdir. Təqsirləndirilən şəxs həmin günü axşam üstü saat 17 radələrində həyətinə gəlib tövlədə həmin inəyə baxıb bəyənərək, 2000 manata nisiyə almağa razılaşmışlar. Sonra həmin inəyini və balasını Şərəfə kəndindən olan Murad adlı şəxsin qoşqulu “VAZ-2106” markalı avtomobilinə mindirərək aparmışdır. 10 oktyabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs onun 2000 manat pulunu vermişdir. Təqsirləndirilən şəxs həmin günü də ondan 2 baş erkək dananı nisiyə 3800 manata alaraq oktyabr ayının 20-də onun pulunu verəcəyini demişdir. O da Orxanın sözü ilə razılaşmış, lakin Orxan 13 oktyabr 2023-cü il tarixdə onun 3800 manat pulunu vermişdir. Həmin günü də saat təxminən 19 radələrində 3 baş yanı balalı inəklərini və 2 baş erkək danalarını nisiyə Orxana 10000 manata satmışdır. Orxan həmin inəklərin və danaların pulunu 20 oktyabrda verəcəyini demiş, o da Orxanın sözünə razılıq vermişdir. 17 oktyabr 2023-cü il tarixdə Orxana zəng edib qardaşı Talehin 6 baş erkək danaları olduğunu və Talehin həmin danaları satmaq istədiyini demişdir. Orxan da ona danaların şəkilini çəkib telefonla göndərmələrini və baxacağını demişdir. O, bu barədə qardaşı Talehə demiş, Taleh də razılıq vermişdir. Sonra Talehin 6 baş erkək danalarının şəkilini çəkib Orxana göndərmişlər. Orxan danaların şəkilinə baxandan sonra telefonda Talehlə 6 baş dananın qiymətini 9000 manata nisyə razılaşaraq danaları Masallı rayonunun Kürdabaz kəndində yaşayan dayısı Zərərçəkmiş şəxs4 həyətinə göndərmələrini demişdir. Qardaşı Taleh də razılıq verərək özü əlil olduğu üçün 6 baş danasını ondan Orxanın dayısı Zərərçəkmiş şəxs4 həyətinə göndərmişdir. Orxan Talehə də danalarının pulunu 23 oktyabr 2023-cü il tarixdə verəcəyini demişdir. Həmin vaxt gəlib çatmış, lakin Orxan nə onun, nə də qardaşı Talehin pulunu verməmiş, sonrakı günlərdə də Orxanla telefon əlaqəsi saxlayarkən hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Orxanın onları aldatdığını başa düşmüş, ona görə də Orxanın barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs qanuni cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonunun Həziabad kəndində yaşayaraq fərdi təsərrüfatla məşğul olur. O, ağır şəkər və epilepsiyyə xəstəsi olduğu üçün şəxsi təsərrüfatında olan heyvanlarını satmaq qərarına gəlmişdir. X1 Masallı rayonunda mal-qara alverçisi Orxan adlı tanışının olduğunu bilmiş, ona görə də Elvinə 2023-cü ilin oktyabr ayında zəng edib heyvanlarını satmaq üçün ona müştəri tapmasını xahiş etmişdir. Elvin də ona Masallı rayonunun Ətcələr kənd sakini Təqsirləndirilən şəxs tanışlıq verərək özü Orxanla danışıb ona məlumat verəcəyini demişdir. 05 oktyabr 2023-cü il tarixdə Elvin onun mobil telefonla zəng edib Orxanın 3 baş inklərinə görə ona 4200 manat pul verəcəyini və inəkləri aparmaq üçün də maşın göndərəcəyini demişdir. O da razılıq vermiş, bundan təxminən bir-neçə dəqiqə sonra onun həyətinə “VAZ-2106” markalı arxası qoşqulu avtomobil gəlmiş, avtomobilin sürücüsü Murad adlı şəxs olmaqla Masallı rayonunun Şərəfə kənd sakini kimi ona özünü təqdim etmişdir. Sonra Murad ona 3 baş inəklərini Msallı rayonu Ətcələr kənd sakini Təqsirləndirilən şəxs Fizulı oğlu üçün aparmağa gəldiyini və heyvanların pulunu bir neçə günə Orxan özü ona verəcəyini demişdir. O da ortada həmkəndlisi Elvin Şahmarov olduğuna arxayın olaraq həyətində olan 3 baş inəkləri həmin sürücü Murada vermişdir. Murad 3 baş inəkləri “VAZ- 2106” markalı avtomobilinin qoşqusuna yükləyib Masallı rayonuna aparmışdır. Bundan 8 gün sonra yəni, 13 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan 050-974-40- 93 nömrəli mobil telefonu ilə ona zəng vuraraq onun heyvnlarının pulunu vermək üçün onu Masallı şəhəri, «Bazarstore» marketin üstündəki çayxanaya dəvət etmişdir. Ona görə də o ora gedərək Təqsirləndirilən şəxslə görüşmüş, söhbət zamanı Orxan ona özünü mal-qara alverçisi kimi təqdim edərək Bakı şəhərində 3 mərtəbəli obyekti olduğunu və orada kəsilmiş mal-qaranın ətini xarici ölkəyə göndərib satmaqla məşqul olduğunu demişdir. Sonra Təqsirləndirilən şəxs almış olduğu 3 baş inəklərinin 4200 manat pulunu ona vermiş və ona görə də Orxanın sözlərinə tam inanmışdır. Söhbət zamanı Orxan ondan yenə də heyvan alacağını demiş, o da Orxana həyətində yenə də erkək danaları olduğunu və satmaq istəsə ona xəbər edəcəyini demişdir. Orxan da ona 2 günə maşın Bakı şəhərinə heyvan aparacaqını, əgər fikri varsa qalan heyvanlarını da ona nisyə verməsini və onları satıb pulunu ona verəcəyini demişdir. O da orada Orxanla razılaşaraq 2 günə maşın göndərməsini və 4 baş erkək dananı ona 6000 manata nisiyə satacağını demişdir. Orxan da onun sözü ilə razılaşaraq danalarının pulunu 25 oktyabr 2023-cü il tarixdə ona çatdıracağını demişdir. Sonra Orxandan ayrılıb evinə qayıtmış, 15 oktyabr 2023-cü il tarixdə Orxan ona zəng edərək maşın göndərəcəyini və həmin 4 baş erkək danalarını ona göndərməsini demişdir. Bir neçə dəqiqədən sonra yenədə Murad “VAZ-2106” markalı qoşqulu avtomobili ilə onun həyətinə gələrək 4 baş erkək danasını həmin avtomaşının qoşqusuna yüklətdirib Orxan üçün yola salmışdır. 25 oktyabr 2023-cü il tarixdə Orxana zəng edərək ondan nisyə aldığı 4 baş erkək dananın 6000 manat pulunu istəmiş, Orxan telefonda ona Bakı şəhərində olduğunu və gələcəyini, Göytəpə şəhərində görüşüb onun pulunu verəcəyini, hətta Elvinə də bu barədə dediyini ona demişdir. Təxminən 30 dəqiqə sonra Elvin Şahmarov ona zəng edib pulunu Orxan ona özü çatdıracağını demişdir. Həmin günü axşam üstü Elvin ona yenə zəng edərək oğlu Rasifin də heyvanlarını Orxana verməsini, onların pulunu Orxan nağd verəcəyini və səhər tezdən maşın Bakıya çıxacağını demişdir. O da razılıq verərək oğlu Rasifin özünün iştirakı ilə 4 baş dişi, 6 baş isə erkək danalarını 9000 manata Orxanla telefonda razılaşmışlar. Orxan da telefonda danaları götürəndən 1-2 saat sonra onun 6000 manatını, Rasifin isə 9000 manatını gətirəcəyini demişdir. 25 oktyabr 2023-cü il tarixdə, təxminən saat 20-də yenə də Murad qoşqulu “VAZ- 2106” markalı avtomaşınla onunla qonşuluqda yaşayan oğlu Zərərçəkmiş şəxs5 həyətinə gəlmiş, Rasif 10 baş danalarını Murada aparmaq üçün vermişdir. Murad iki dəfəyə həmin günü Rasifin danalarını aparmışdır. Danalar aparılandan 1-2 saat sonra Orxan ona zəng edib işi alınmadığı üçün Bakı şəhərindən çıxa bilmədiyini nə vaxt alınsa çıxanda ona zəng edəcəyi, onun da pulunu, oğlu Rasifin də pulunu gətirib verəcəyini demişdir. Bundan sonrakı günlərdə isə o və oğlu Rasif zəng edib Orxandan pularını istəyərkən hər dəfə müxtəlif bəhanələr gətirərək pullarını verməmişdir. Onlar Orxanın onları aldatdığını başa düşmüş, ona görə də Orxanın barəsində şikayət ərizələri ilə müraciət etmişlər. Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs qanuni cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu, Həziabad kəndində ailə üzvüləri ilə və böyük qardaşı Zərərçəkmiş şəxs1la bir evdə yaşasa da təsərrüfatları ayrıdır və özü də 1-ci qrup əlildir. Qardaşı Zərərçəkmiş şəxs1 iki dəfə Təqsirləndirilən şəxs nisiyə heyvan satmış, Orxan sonra Elnurun pulunu vermişdir. 17 oktyabr 2023-cü il tarixdə o, qardaşı Elnura 6 baş erkək danalarını satmaq istədiyini və Orxana zəng edib deməsini, Orxan alarsa danaları ona satacağını demişdir. Ona görə də Elnur Orxana zəng edib bu barədə demiş, sonra Elnur ona Orxan danaların şəkilini çəkmələrini və telefona göndərmələrini, danaların şəkilinə baxacağını dediyini demişdir. Ona görə də onun 6 baş erkək danalarının şəkilini çəkib Orxana göndərmişlər. Orxan danaların şəkilinə baxandan sonra telefonda onunla 6 baş dananın qiymətini 9000 manata nisyə razılaşmışdır. Sonra Təqsirləndirilən şəxs ona danaları Masallı rayonunun Kürdabaz kəndində yaşayan dayısı Zərərçəkmiş şəxs4 həyətinə göndərməsini, pulunu da 23 oktyabr 2023-cü il tarixdə verəcəyini demişdir. O da Orxanın sözünə razılıq vermişdir. Bundan sonra qardaşı Elnura onun 6 baş danalarını Orxanın dayısı Ceyhunun həyətinə aparmasını demişdir. Ona görə də qardaşı Elnur onun 6 baş danalarını Orxanın dayısı Ceyhunun həyətinə aparmışdır. 23 oktyabr 2023-cü il tarixdə Orxan onun pulunu verməmişdir. Orxan onun qardaşı Elnurdan almış olduğu 3 baş yanı balalı inəklərin və 2 baş erkək danalarında pulunu verməmiş, sonrakı günlərdə də Orxanla telefon əlaqəsi saxlayarkən hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Təqsirləndirilən şəxs onları aldatdığını başa düşmüş, ona görə də qardaşı Elnur Orxanın barəsində şikayət ərizəsi yazmışdır. Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs qanuni cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonunun Həziabad kəndində yaşayır. Masallı rayonu Ətcələr kənd sakini Təqsirləndirilən şəxs ilə 2023-cü ilin sentyabr ayında tanış olmuş, Təqsirləndirilən şəxs daima onların kəndinə gəlib özünü mal-qara alverçisi kimi təqdim etmiş, o da həmin ərəfədə Təqsirləndirilən şəxs 1550 manata 1 baş erkək danasını nisyə satmış və 7 gün sonra Orxan onunla Masallı şəhəri «Seybətin» dairəsi yanında görüşüb onun pulunu vermişdir. Təqsirləndirilən şəxs onun pulunu verərkən yenə də heyvan satmaq istəsə ona xəbər etməsini demişdir. O da Orxanın sözünə razılıq vermişdir. Oğlu Murada toy edərkən pula ehtiyacı olmuş, ona görə də həyətində olan danalarından 5 başını satmaq qərarına gəlmişdir. Elə bu məqsədlə də Təqsirləndirilən şəxs zəng edib ona 5 baş erkək dana satmaq istədiyini demişdir. 19 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Murad adlı şəxsin qoşqulu “VAZ-2106” markalı avtomaşını ilə saat təxmiən 19 radələrində onun həyətinə gələrək tövləsində olan 5 baş erkək danalarını Orxana göstərmişdir. Sonra 5 baş danalarının qiymətini Təqsirləndirilən şəxslə 6000 manata razılaşmış, Orxan ona danaları verməsini və aparandan bir həfətə sonra onun pulunu gətirib verəcəyini demişdir. O da Orxanın sözünə inanaraq 5 baş erkək danalarını ona vermişdir. Orxanın danaları aparandan bir həfətə vaxt keçmiş, lakin onun pulunu gətirməmişdir. Təqsirləndirilən şəxs zəng edib pulunu istəyərkən Orxan ona pul kartı yandığını, ona görə də kartında olan pulu çıxarda bilmədiyini, həftə sonu olduğu üçün bankın işləmədiyini demişdir. Bundan sonrakı günlərdə də Təqsirləndirilən şəxs zəng edib ondan 6000 manat pulunu istəmiş, Orxan da hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüş, ona görə də Orxanın barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs qanuni cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonunun Həziabad kəndində atası Zərərçəkmiş şəxs2la qonşuluqda özünə məxsus olan evdə yaşayaraq fərdi təsərrüfatla məşğul olur. Atası Saleh əvvəllər Təqsirləndirilən şəxs nisiyə heyvan satmış və Orxan da sonra atsının pulunu vermişdir. 15 oktyabr 2023-cü il tarixdə də atası Saleh Təqsirləndirilən şəxs 4 baş erkək danalarını 6000 manata nisiyə satmış, Orxan atası Salehə pulunu 25 oktyabr 2023-cü il tarixdə verəcəyini demişdir. O da özünə məxsus olan 4 baş dişi, 6 baş isə erkək danalarını satmaq qərarına gəlmiş, danalarını satmaq istəməsi barədə atasına demişdir. Atası Saleh də ona Orxan oktyabrın 25 də onun pulunu gətirəcəyini, o da həmin vaxt danalarını Orxana göstərməsini və razılaşarlarsa satmasını demişdir. 25 oktyabr 2023-cü il tarixdə atası Saleh Orxana zəng edərək heyvanlarının 6000 manat pulunu istəyərək və onda da 10 baş satılıq dana olduğunu demişdir. Orxan da axşam gec gəlib çıxacağını, onun danalarının şəkilini telefona çəkib ona göndərmələrini və danaların şəkilinə baxacağını demişdir. Ona görə də onun 10 baş danalarının şəkilini çəkib Təqsirləndirilən şəxs göndərmişlər. Orxan danaların şəkilinə baxaraq 10 baş dananın qiymətini telefonda onunla 9000 manata razılaşaraq maşın göndərəcəyini və danaları həmin maşina yükləyib göndərmələrini, özü də gecə gəlib onun 9000 manatını, atası Salehin də 6000 manatını verəcəyini demişdir. O da razılıq vermiş, elə həmin günü saat təxminən 19 radələrində Orxan Murad adlı sürücünü göndərmiş, əvvəlcə 5 baş dananı Muradın avtomobilinin qoşqsuna yükləyib göndərmiş, sonra Murad qayıdıb gələrək qalan 5 baş dananı da aparmışdır. Orxan həmin gecə nə onun pulunu, nə də atası Salehin pulunu gətirib verməmişdir. Onlar Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlayarkən səhəri günü verəcəyini demişdir. Səhəri günü də onların pulunu verməmiş, sonrakı günlərdə də onlar Orxandan pullarını istəyərkən hər dəfə müxtəlif bəhanələr gətirərək verməmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində şikayət etmişlər. Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs qanuni cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə Şahid məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Masallı rayonunun Kürdəbaz kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Masallı rayonunun Ətcələr kəndində yaşayan Təqsirləndirilən şəxs onun bacısı oğlu olmaqla həmişə münasibətləri yaxşı olmuşdur. 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edib mal-qara alqı-satqısı ilə məşğul olmağa başladığını, Cəlilabad rayonunun Həziabad kəndindən də iri buynuzlu heyvanlar aldığını, heyvanları onun həyətinə gətirəcəyini və oradan aparıb satacağını demişdir. O da Orxanın sözünə razılıq vermiş, sonra Orxan onun həyətinə inək və danalar gətirərək bir neçə saatdan sonra da həmin heyvanları aparıb öz deməsinə görə müxtəlif rayonların mal bazarında satdığını ona demişdir. Təqsirləndirilən şəxs çox vaxt heyvanları onun həyətinə Masallı rayonunun Şərəfli kəndində yaşayan Murad adlı şəxsin “VAZ-2106” markalı avtomobilinin qoşqusuna yüklətdirərək göndərmiş, həmin vaxtlar Cəlilabad rayonunun Həziabad kəndində yaşayan Elnur adlı şəxs də onun həyətinə 11 baş inək və dana gətirərək həmin inək və danaları Təqsirləndirilən şəxs onlardan aldığını demişdir. Elnur həmin heyvanları onun həyətinə gətirərkən Orxan da onun həyətində olmuş, Orxan həmin heyvanları Elnurdan aldığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs həmin heyvanları Zərərçəkmiş şəxs1 hansı qiymətə aldığını o, bilməmişdir. Elə həmin günü də Təqsirləndirilən şəxs həmin heyvanları “Qazel” markalı avtomobilə yükləyərək harasa satmağa aparmışdır. Bundan bir neçə ay sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və onun digər həmkəndlilərindən nisyə almış olduğu heyvanların pulunu aldadıb vermədiyi üçün onun barəsində Cəlilabad rayonunun Göytəpə polis bölməsinə şikayət ərizələri verdiklərini bilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə təqsirələndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Masallı rayonu İHB-nin İ Səmədxanlı kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yerindən mübət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 04 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-122/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-122/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver