Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-123/2024 11.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, X4 katibliyiilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Cəlilabad rayonu, Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Cəlilabad rayon məhkəməsi tərəfindən 15 mart 2024-cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda -9.596 qram çəkidə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamış, 14 mart 2024-cü il tarixdə, saat 18 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən Sahil adlı restoranın qarşısında saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sol yan cibindən, 01 ədəd siqaret qutusunun içərisindən, 01 ədəd sellofan bükülüdə həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 3 il əvvəl narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Cəlilabad rayonu Məzil Kommunal Təsərrüfat Birliyində traktor sürücüsü işləyir. 14 mart 2024-cü il tarixdə nahar fasiləsi vaxtında Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən zibillikdə işlədiyi zaman onunla bərabər iki nəfər fəhlə ilə hərbi-hissələrin zibillərini götürüb ondan sonra əkin sahənin zibil qablarını boşaltdıqdan sonar təxminən saaat 13:27 radələrində orada işləyən fəhlələr onları çaya qonaq etmişlər. O, əlini yuyan zaman bir nəfər ona yaxınlaşaraq əlini tutmuş, traktorun sahibini soruşmuş, o da onun olduğunu demişdir. Ona badalaq ataraq yerə yıxdıqdan sonra mercedes avtomaşını ilə əlavə 3 nəfər gəlib onu şöbəyə gətirmişlər. Polis bölməsində ona bir paket narkotik verərək onun olduğunu demişlər, o da razılaşmayaraq onun olmadığını bildirmişdir. Bundan sonra 6 nəfər əməliyyat müəkkilləri onun ayağını stulun arasına salaraq ayağının altına vurmuşlar o, qışqırmasın deye ağzını skoçla bağlamışlar. Döyülükdən sonra onun ürəyi getmişdir, ayılandan sonra isə onun ayağının şiş olduğunu görmüşdur. Onu Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparmışlar, orda ona tibbi yardım göstərilmişdir, həkimə isə guya onun traktordan yıxılmasını bildirmişlər o isə həkimə onu polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Bunda sonra onu Cəlilabad rayon Polis Bölməsinə gətirmişlər və ona narkotik vasitə olan qrudulmuş marixuna verərək heç olmasa bunu götür demişlər, o isə heçnəyi götürməyəcəyini bildirmişdir. Cəlilabad Rayon Polis X1 zaman müstəntiq ora gələrək ona aldadıb 3 günə buraxılacağını deyərək onu inandırmış, o da, imza etmişdir. O, üzərində hər hansı narkotik vasitə olmadığını deyərək məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 14 mart 2024-cü il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə həmin tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmri ilə o, və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər müəyyən edilərək 14 mart 2024-cü il tarixdə, təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən DSXnin N saylı hərbi hissəsinin yaxınlığında piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra Göytəpə şəhərində yerləşən Sahil adlı restoranın qarşısında olduğu zaman ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu Cəlilabad Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etməyərək onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmişdir. Ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş və bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində onların iştirakı ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusu çıxarıb təqdim etmiş və həmin qutunun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Şifahi sorğu zamanı təqdim etdiyi həmin narkotik vasitə qurudulmuş marixuananı 14 mart 2024cü il tarixdə səhər saatlarında Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən zibillikdə yerdən tapdığını, gələcəkdə istifadə etmək məqsədilə üzərində gəzdirdiyini və həmin narkotik vasitə qurudulmuş marixuananın onun üzərində olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olan əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və onlar da həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti X2 Qubadlının ifadəsində göstərdiyi müvafiq hallarla bağlı analoji ifadə vermişdirlər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl şahid ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. İş materiallarına əlavə olunmuş 14 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusundan, 1 ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X3 Məhkəmə Narkoloji Ekspertizasının 06 may 2024-cü il tarixli, 411 nömrəli rəyindən görünür ki, halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmayır. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası ƏN-nin MEM-nin X11 tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizanın xx.xx.2024-cü il tarixli 19/262 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -9.596 qram olan bitki mənşəli kütlə tərkibindən narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi –9.596 qr., cəmi tədqiqata sərf olundu -0.05 qr, qalıq -9.546 qr. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona, təqsirli bilindiyi həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosia lədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Cəlilabad rayon məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 1(073)-123/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Suraxan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(010)-722/2023 saylı qərarına əsasən 03 (üç) ay 15 (on beş) gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzası sona çatmışdır. İşdə olan Cəlilabad RİHB-nın Göytəpə şəhər İƏDÜ nümayəndəliyindən verilmiş, xx.xx.2024-cüil tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2010-cu il təvəllüdlü X10 və 2016-cı il təvəllüdlü X8 adlı yetkinlik yaçına çatmayan iki uşağı var və o yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki yetkinlik yaçına çatmayan uşaqlarının olması və yaşayış yerində müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirə hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə novundə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növundə cəzanın ciddi rejimli cəzacəkmə muəssisələrində cəkilməsi müəyyən edilir. İşdə olan 14 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2024-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə, işüzrə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 9,546 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv dilməlidir. İş üzrə cəmi 60 (altımış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 14 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 9,546 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə cəmi 60 (altımış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) ödənilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökm elan olunduğu və alındığı andan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və yaprotesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-123/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-123/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver