Məhkəmə qərarları › İş №1(073)-123/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-123/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-123/2025 14.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır.

İşin faktiki halları

2. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, - 0,914 qram psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 23 iyul 2025-ci il tarixdə saat 20:02-də Cəlilabad rayonu, Abdullu kəndi ərazisində sərnişin qismində əyləşdiyi cinayət barədə xəbərsiz olan, əvvəlcədən tanıdığı X1 idarə etdiyi "VAZ-2102" markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən düşdükdən sonra narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq həmin ünvanda onun üzərinə yoxlama və götürmə keçirilərkən həmin psixotrop maddə metamfetamin üzərində olan 01 (bir) ədəd şəffaf rəngli sellofan bükülünün içərisindən aşkar edilərək götürülmüşdür.

3. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir.

Məhkəmə iclasında tədqiq edilmiş və təqsirləndirilən şəxsin təqsirliliyinə dəlalət edən sübutlar:

4. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonuna gedərək çiyələk alıb Bakıda satmaq niyyətinə düşmüşdür. Bu məqsədlə evdən çıxarkən üzərində saxladığı psixotrop maddəni də özü ilə götürmüşdür. Yaşadığı məhəllədə əvvəldən tanıdığı dostu X5 ilə rastlaşmış, ona Cəlilabad rayonuna getmək istədiyini bildirmişdir. Dostundan xahiş etmişdir ki, özünə məxsus avtomobillə onu Cəlilabad rayonuna aparsın. Əvvəlcə razılaşmasa da, sonradan razı olmuşdur. Biz təxminən saat 17:00 radələrində Lökbatan qəsəbəsindən çıxaraq yola düşmüşdük. Təxminən saat 20:00 radələrində Cəlilabad rayonu ərazisinə çatmış, Abdullu kəndi yolu istiqamətində avtomobili saxlayaraq siqaret çəkmək üçün düşmüşdür. Həmin vaxt mülki geyimli polis əməkdaşları onlara yaxınlaşmışdılar. Polis əməkdaşları özlərini təqdim edərək onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlamışdırlar. Onların sualına cavab olaraq üzərində psixotrop maddə olduğunu bildirmişdir. Üzərində olan bir ədəd bükülünü könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Üzərində aparılan axtarış zamanı başqa qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Həmin psixotrop maddəni xx.xx.2025-ci il tarixdə bazar ərazisindən tapdığını və şəxsi istifadə məqsədilə saxladığını bildirmişdir. Həmin maddənin üzərində olması barədə heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir fiziki zor tətbiq edilməmişdir. Əməlindən peşmandır. Himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq barəsində amnistiya tətbiq olunmasını xahiş etmişdir.

5. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 23 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayon sakini Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında onun cinayət əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, Şöbə rəhbərliyinin tapşırığına əsasən əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilmişdir. Həmin gün saat 20 radələrində onun Abdullu kəndi ərazisində “VAZ-2102” markalı avtomobildə sərnişin qismində olması müəyyən edilmişdir. Avtomobil əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə sonra avtomobil dayanmış və iki nəfər avtomobildən düşmüşdür. Biz onlara yaxınlaşaraq özümüzü polis əməkdaşları kimi təqdim etmişik. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu izah edilmişdir. Hər iki şəxsin üzərində və avtomobildə videoçəkilişlə yoxlama aparılacağı bildirilmişdir. Onlar buna etiraz etməmişlər. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd sellofan bükülü təqdim etmişdir. O, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Əlavə baxış zamanı başqa qanunazidd əşya aşkar edilməmişdir. Həmin maddə və Təqsirləndirilən şəxs məxsus mobil telefon qablaşdırılaraq götürülmüşdür. Avtomobilin sürücüsü Fərhad İmanovun üzərində və avtomobildə baxış zamanı hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra hər iki şəxs Cəlilabad RPŞ-na dəvət olunmuşdur. Şöbədə sənədlər tərtib edildikdən sonra aşkar edilmiş maddə və əşyalar təhqiqatçıya təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor tətbiq edilməmişdir.

6. Şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadələrində Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər.

7. Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 23 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Cəlilabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid3 Bəhlul oğlu və Cəlilabad RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Abdullu kəndinin yaxınlığında sərnişin qismində əyləşdiyi X1 idarə etdiyi VAZ 2102 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşdükdən sonra saxlamışdırlar. Ona əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üzərinə yoxlama keçiriləcəyi bildirilmiş, müdafiəçi ilə təmin olunmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu bildirmiş və həmin bükülünü təqdim etmişdir. Həmin psixotrop maddə elektron tərəzidə çəkildikdə 1,05 qram olmuş və zərfə qoyularaq möhürlənmişdir (i.v.10-11);

8. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 23 iyul 2025-ci il tarixli protokoldan görünür ki, təhqiqata təqdim olunan 2 ədəd ağ rəngli zərfə və 1 ədəd DVD diskə baxış keçirildi. Üzərində “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, ev 13-də yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilm iş metamfetaminə bənzər kütlə” yazılan zərfdən 1ədəd şəffaf sellofana bükülmüş halda psixotrop maddə metamfetaminə bənzər kütlə, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Xiaomi markalı mobil telefon” yazılan zərfdən 1 ədəd “Xiaomi” markalı mobil telefon cihazı aşkar edildi. Sonra həmin kütlə və mobil telefon cihazı ayrı-ayrılıqda yenidən qablaşdırılıb möhürlənərək götürülür (i.v.15-16);

9. Məhkəmə-kimyəvi ekspertizasının 24 iyul 2025-ci il tarixli, 19/308 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetaminə bənzər kütlə......”sözlər və imzalar olan bir ədəd zərfdəki bükümdə təmiz çəkisi: -0,914 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,914 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,864 qram qalmışdır (i.v.42-46);

10. Diskə baxış keçirilməsi haqqında 24 iyul 2025-ci il tarixli protokoldan görünür ki, "Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında" 23 iyul 2025-ci il tarixli hərəkətin videoçəkilişi əks olunmuş 01 ədəd DVD diskə və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” haqqında 23 iyul 2025-ci il tarixli hərəkətinin videoçəkilişi əks olunmuş 01 ədəd DVD diskə baxış keçirilmişdir. “Əməliyyat-axtarış tədbirinin keçirilməsı, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 23 iyul 2025-ci il tarixli hərəkətin videoçəkilişi əks olunmuş 01 ədəd DVD diskdə olan videoçəkilişə baxış keçirilən zaman müəyyən edildi ki, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Cəlilabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və X2 üstündə Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 tərəfindən videoçəkiliş aparılmaqla əməliyyat müvəkkili Şahid1 tərəfindən yoxlama keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üstündə yoxlama keçirilmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş əşya və ya predmet vardırsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibində olan şəffaf rəngli sellofan bükülünü təqdim edib içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükülüyə baxış keçirilmiş və içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və üstündən narkotik vasitə psixotrop maddə, qanununla dövriyyəsi qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Xiaomi”markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə əvvəllər tanıdığı və onunla eyni məhlədə yaşayan dostu X5 ilə sonuncunun idarə etdiyi “VAZ-2102” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonuna gəldiyini, özünün əvvəllər psixotrop maddə metamfetamin istifadəçisi olduğunu, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən meyvə-tərəvəz bazarında piyada gəzən zaman yerdən tapdığını və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin psixotrop maddədən istifadə etmədiyini və həmin psixotrop maddənin onun üzərində olması barədə heç kimin məlumatının olmadığını bildirmişdir. Daha sonra digər şəxs X1 üstündə yoxlama keçirilmişdir. Fərhad İmanovun üstü yoxlanılan zaman ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş aşya və ya predmet vardırsa könüllü olaraq təqdim etsin. Fərhad İmanov üzərində narkotik vasitə, psixotrop maddə qanununla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet olmadığını bildirmişdir. Daha sonra Farhad İmanovun üstü yoxlanılmış və üstündən narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Fərhad İmanov narkotik vasitə istifadəçisi olmadığını, Cəlilabad rayonuna əvvəllər tanıdığı Təqsirləndirilən şəxs xahişi ilə onu qanuni əsaslarla idarə etdiyi “VAZ-2102” markalı, **-BB-*** dövlət qeydiyyat nişanı avtomobillə gətirdiyini, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə idarə etdiyi “VAZ-2102” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobila baxış keçirilmiş, baxış zamanı avtomobildən narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” haqqında 23 iyul 2025-ci il tarixli hərəkətinin videoçəkilişi əks olunmuş 01 ədəd DVD diskdə olan videoçəkilişə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 iştirakı və Cəlilabad RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis kapitanı X3 tərəfindən videoçəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən Təqsirləndirilən şəxs və X1 üstünün yoxlanılmasının videoçəkilişinə baxış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər maddənin qablaşdırıldığı bağlamaya baxış keçirilmişdir. Həmin bağlamadan 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, həmin kütləyə baxış keçirilmış və ekspertizaya təqdim edilməsi üçün yenidən qablaşdırılmışdır. Hər iki proses zamanı videoçəkilişlə qeydə alınan 02 ədəd videogörüntülər iş materiallarına əlavə edilmişdir (i.v.57-58);

11. Məhkəmə-narkoloji ekspertizasının 07 avqust 2025-ci il tarixli, 439 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (Toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (i.v.101-102);

12. Sübutların qiymətləndirilməsi haqqında 07 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış aparılan zaman götürülmüş xeyli miqdarda təmiz çəkisi 0,914 qram psixotrop maddə metamfetamini cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin istintaqı başa çatdıqdan sonra ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,864 qram psixotrop maddə metamfetamin saxlanması üçün Cəlilabad RPŞnin maddi sübutların saxlandığı kameraya təhvil verilməsi, “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” istintaq hərəkətinin gedişatını və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” istintaq hərəkətinin gedişatını əks etdirən videogörüntülər olan 02 ədəd "DVD" disk isə maddi sübut qismində tanınaraq cinayət işinə əlavə olunması qərara alınmışdır (i.v.116-127);

13. Şübhəli şəxsin tutulması haqqında 23 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:02 dəqiqədə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.25);

14. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 25 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.82-83);

15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.97);

16. Məhkəmə iclasında tədqiq edilmiş, surəti sənəd qismində əlavə edilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan uşağı vardır.

17. Məhkəmə iclasında tədqiq edilmiş, surəti sənəd qismində əlavə edilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan uşağı vardır.

18. Məhkəmə iclasında iki ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntü əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 23 iyul 2025-ci il tarixli protokollara uyğun olmuşdur.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

19. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

20. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,914 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

21. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146).

22. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq olunmasını xahiş etmişlər.

23. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin:

24. 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir);

25. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.

26. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur.

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının:

27. 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla);

28. 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur.

29. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür.

30. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 234.1- ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur.

31. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir.

32. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır.

33. İş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1).

34. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır.

35. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

36. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

37. İş üzrə mülki iddia yoxdur.

38. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.

39. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-348, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Cəlilabad RPŞ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 bükümdə ümumi təmiz çəkisi 0,914 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0,864 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Cəlilabad Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar