Məhkəmə qərarları › İş №1(073)-124/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-124/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-124/2024 07.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 16:20 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtiram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakı ilə

1. xx xxxxxx 2000-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu Babalı kəndində qeydiyyatda olan və Cəlilabad şəhəri Azərbaycan küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1

2. 23 sentyabr 1993-cü ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Cəlilabad şəhəri Xanlar küçəsində qeydiyyatda olan və Cəlilabad şəhəri H.Əliyev prospektində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyətilə özgənin əmlakını talamaq məqsədi ilə gizli olaraq 21 fevral 2024-cü il tarixdə saat 20 radələrində Cəlilabad şəhəri M.Hüseyn küçəsində yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin həyətinə məftil hasardan keçərək evin pəncərəsinin yanına gəldikdən sonra aralarında olan rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 əlləri ilə pəncərini aralamış, o isə istintaqla müəyyən edilməyən dəmir parçası ilə pəncərəni açıb evə daxil olmaqla orada olan yataq otağındakı paltar dolabından qutunun içərisində olan Zərərçəkmiş şəxs1 məxsus ayrı-ayrılıqda hər birinin qiyməti 600 (altı yüz) manat olan 2 ədəd qızıl üzüyü və ayrı-ayrılıqda hər birinin qiyməti 100 (bir yüz) manat olan 2 cüt qızıl sırğanı, ümumilikdə 1.400 (bir min dörd yüz) manat dəyərində qızıl-zinət əşyalarını götürüb-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyətilə özgənin əmlakını talamaq məqsədi ilə gizli olaraq 23 fevral 2024-cü il tarixdə saat 20 radələrində Cəlilabad şəhəri M.Hüseyn küçəsində yerləşən Şahid4 məxsus fərdi yaşayış evinin həyətinə daş hasardan keçərək evin pəncərəsinin yanına gəldikdən sonra aralarında olan rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 əlləri ilə pəncərəni aralamış, o isə istintaqla müəyyən edilməyən dəmir parçasını sonuncuya verdikdən sonra həmin predmetlə pəncərini açıb evə daxil olmaqla orada olan yataq otağındakı əşya masasını üzərində olan qutunun içərisindəki dəyəri 180 (bir yüz səksən) manat olan Zərərçəkmiş şəxs5 məxsus 1 (bir) ədəd qol saatını götürüb-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyətilə özgənin əmlakını talamaq məqsədi ilə gizli olaraq 25 fevral 2024-cü il tarixdə saat 20 radələrində Cəlilabad şəhəri Səttərxan küçəsində yerləşən Şahid2 məxsus fərdi yaşayış evinin həyətinə daş hasardan keçərək evin pəncərəsinin yanına gəlib aralarında olan rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 əlləri ilə pəncərini aralamış, o isə istintaqla müəyyən edilməyən dəmir parçasını sonuncuya verdikdən sonra həmin predmetlə pəncərəni açıb evə daxil olmaqla orada olan pəncərənin qarşısından Zərərçəkmiş şəxs2 məxsus 46 (qırx altı) manat nəğd pulu, asılqanda asılmış qadın çantasından 114 (bir yüz on dörd) manat nəğd pulu, yataq otağındakı əşya masasını üzərində olan qutunun içərisindəki dəyəri 400 (dörd yüz) manat olan 1 (bir) ədəd qızıl boyunbağını və Zərərçəkmiş şəxs3 məxsus dəyəri 200 (iki yüz) manat olan 1 (bir) çüt sırğanı götürüb-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyətilə özgənin əmlakını talamaq məqsədi ilə gizli olaraq 25 fevral 2024-cü il tarixdə saat 22 radələrində Cəlilabad şəhəri Həməşara küçəsində yerləşən X1 məxsus fərdi yaşayış evinin həyətinə daş hasardan keçərək evin pəncərəsinin yanına gəlib aralarında olan rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 əlləri ilə pəncərəni aralamış, o isə istintaqla müəyyən edilməyən dəmir parçasını sonuncuya verdikdən sonra o, həmin predmetlə pəncərini açıb evə daxil olmaqla orada olan yataq otağındakı əşya masasının içərisində olan pulqabıdakı Zərərçəkmiş şəxs4 məxsus dəyəri 150 (bir yüz əlli) manat olan 1 (bir) cüt sırğanı və 250 (iki yüz əlli) manat nəğd pulu götürüb-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyətilə özgənin əmlakını talamaq məqsədi ilə gizli olaraq 21 fevral 2024-cü il tarixdə saat 20 radələrində Cəlilabad şəhəri M.Hüseyn küçəsində yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin həyətinə məftil hasardan keçərək evin pəncərəsinin yanına gəldikdən sonra aralarında olan rol bölgüsünə uyğun olaraq əlləri ilə pəncərini aralamış, Təqsirləndirilən şəxs1 isə istintaqla müəyyən edilməyən dəmir parçası ilə pəncərəni açıb evə daxil olmaqla orada olan yataq otağındakı paltar dolabından qutunun içərisində olan Zərərçəkmiş şəxs1 məxsus ayrı-ayrılıqda hər birinin qiyməti 600 (altı yüz) manat olan 2 ədəd qızıl üzüyü və ayrı-ayrılıqda hər birinin qiyməti 100 (bir yüz) manat olan 2 cüt qızıl sırğanı, ümumilikdə 1.400 (bir min dörd yüz) manat dəyərində qızıl-zinət əşyalarını götürüb-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyətilə özgənin əmlakını talamaq məqsədi ilə gizli olaraq 23 fevral 2024-cü il tarixdə saat 20 radələrində Cəlilabad şəhəri M.Hüseyn küçəsində yerləşən Şahid4 məxsus fərdi yaşayış evinin həyətinə daş hasardan keçərək evin pəncərəsinin yanına gəldikdən sonra aralarında olan rol bölgüsünə uyğun olaraq əlləri ilə pəncərəni aralamış, Təqsirləndirilən şəxs1 isə istintaqla müəyyən edilməyən dəmir parçasını ona verdikdən sonra həmin predmetlə pəncərəni açıb evə daxil olmaqla orada olan yataq otağındakı əşya masasını üzərində olan qutunun içərisindəki dəyəri 180 (bir yüz səksən) manat olan Zərərçəkmiş şəxs5 məxsus 1 (bir) ədəd qol saatını götürübqabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyətilə özgənin əmlakını talamaq məqsədi ilə gizli olaraq 25 fevral 2024-cü il tarixdə saat 20 radələrində Cəlilabad şəhəri Səttərxan küçəsində yerləşən Şahid2 məxsus fərdi yaşayış evinin həyətinə daş hasardan keçərək evin pəncərəsinin yanına gəlib aralarında olan rol bölgüsünə uyğun olaraq əlləri ilə pəncərini aralamış, Təqsirləndirilən şəxs1 isə istintaqla müəyyən edilməyən dəmir parçasını ona verdikdən sonra həmin predmetlə pəncərəni açıb evə daxil olmaqla orada olan pəncərənin qarşısından Zərərçəkmiş şəxs2 məxsus 46 (qırx altı) manat nəğd pulu, asılqanda asılmış qadın çantasından 114 (bir yüz on dörd) manat nəğd pulu, yataq otağındakı əşya masasını üzərində olan qutunun içərisindəki dəyəri 400 (dörd yüz) manat olan 1 (bir) ədəd qızıl boyunbağını və Zərərçəkmiş şəxs3 məxsus dəyəri 200 (iki yüz) manat olan 1 (bir) çüt sırğanı götürüb-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyətilə özgənin əmlakını talamaq məqsədi ilə gizli olaraq 25 fevral 2024-cü il tarixdə saat 22 radələrində Cəlilabad şəhəri Həməşara küçəsində yerləşən X1 məxsus fərdi yaşayış evinin həyətinə daş hasardan keçərək evin pəncərəsinin yanına gəlib aralarında olan rol bölgüsünə uyğun olaraq əlləri ilə pəncərini aralamış, Təqsirləndirilən şəxs1 isə istintaqla müəyyən edilməyən dəmir parçasını ona verdikdən sonra həmin predmetlə pəncərəni açıb evə daxil olmaqla orada olan yataq otağındakı əşya masasının içərisində olan pul qabıdakı Zərərçəkmiş şəxs4 məxsus dəyəri 150 (bir yüz əlli) manat olan 1 (bir) cüt sırğanı və 250 (iki yüz əlli) manat nəğd pulu götürüb-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli hesab edərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Lakin son 4-5 ildir münasibətləri daha yaxşı olmuşdur. Təxminən fevral ayının əvvələrində Təqsirləndirilən şəxs2la birlikdə yaşadıqları məhlədə görüşüb söhbət edən zaman maddi vəziyyətinin yaxşı olmadığını ona bildirmişdir. Şəhadət də ona işlərinin yolunda olmadığını və maddi imkanının zəif olduğunu bildirmişdir. Bununla bağlı onlar söhbət edən zaman qərara gəlmişdir ki, oğurluq etsinlər. Buna görə də 21 fevral 2024-cü il tarixdə təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs2la zəngləşib görüşmüşdür. Həmin vaxt onlar qəti olaraq qərara gəlmişdir ki, oğurluq etsinlər. Buna görə də piyada gəzərək boş ev axtarmağa başlamışlar. Həmin vaxt o, yerdə dəmir parçası olduğunu görüb onun lazım olacağını fikirləşmiş və götürüb şalvarının cibinə qoymuşdur. Təxminən saat 20 radələrində Cəlilabad şəhəri Qarabağ küçəsində olan zaman bir mərtəbəli evin qapısında kilid olduğunu görmüşdür. Həmçinin evin işıqlarının da yanmadığını görmüşlər. Onlar həmin evin boş olduğuna əmin olduqdan sonra qərara gəlmişdir ki, həmin evə girib oğurluq etsinlər. Bu məqsədlə birinci Təqsirləndirilən şəxs2, daha sonra isə o, evin məftil hasarından tullanaraq evin həyətinə daxil olmuşdur. Evə yaxınlaşdıqdan sonra Şəhadət evin plastikdən olan pəncərəsini əlləri ilə aralamışdır. O da cibində olan dəmir parçasını onun araladığı pəncərəyə saldıqdan sonra pəncərə açılmışdır. Pəncərə açıldıqdan sonra ilk olaraq Şəhadət evə daxil olmuşdur. Daha sonra isə o, evə daxil olmuşdur. Evin mətbəxdən başqa bir eyvan və iki otaqlarını mobil telefonun işığı ilə axtarmaqa başlamışlar. Yataq otağının birində axtarış aparan zaman Şəhadət paltar dolabının aşağı hissəsindən kiçik qutu tapmış və həmin qutunun içərisinə nəzər saldıqda orada qızıl olduğunu görmüşlər. Belə ki, həmin əşyaların üzərində qramını və əyyarını göstərən etiklər olmuşdur. Şəhadət həmin qutunu cibinə qoyduqdan sonra onlar evi daxil olduqları üsulla tərk etmişlər. Onlar öz evlərinə gedən zaman həmin qutunun içərisinə baxdıqda orada iki ədəd qızıl üzük və iki ədəd qızıl sırğa olduğunu görmüşlər. Daha sonra Şəhadət həmin qutunu cibinə qoyduqdan sonra onlar hər ikisi öz evlərinə getmişlər. Onlar evə getməmişdən qərara gəlmişlər ki, növbəti gün Bakı şəhərinə gedib həmin qızılları satsınlar. 22 fevral 2024-cü il tarixdə təxminən saat 13 radələrində Təqsirləndirilən şəxs2la görüşüb taksi ilə Bakı şəhərinə getmişlər. Orada “Əcəmi” adlanan ərazidə olan zaman Şəhadət qızıl alqı-satqısı ilə məşğul olan tanışının olduğunu bildirib həmin qızılları ona satmağı təklif etmiş və o da ona etiraz etməmişdir. Bundan sonra onlar qızıl satılan dükana daxil olmuşlar. Orada Şəhadət satıcı ilə salamlaşdıqdan sonra ona qızıl satmaq istədiklərini bildirmişlər. Həmin şəxs qızıllara baxdıqdan sonra onlara 650 manat pul təklif etmiş və onlar onunla razılaşmışdır. Daha sonra onlardan şəxsiyyət vəsiqəsi istəmişdir. O, ona öz vəsiqəsini vermişdir. Onlar pulu aldıqdan sonra puldan hərəsi 325 manat götürmüş və taksi ilə rayona qayıtmışlar. Bundan başqa, 23 fevral 2024cü il tarixdə yenə Təqsirləndirilən şəxs2la zəngləşib görüşmüşdür. Onlar yenə qərara gəlmişdir ki, oğurluq etsinlər. Təxminən saat 20 radələrində Cəlilabad şəhəri, M.Hüseyn küçəsində olan zaman bir mərtəbəli evin qapısının bağlı olduğunu, işıqlarının da yanmadığını görmüşlər. Onlar həmin evin boş olduğuna əmin olduqdan sonra qərara gəlmişlər ki, həmin evə girib oğurluq etsinlər. Bu məqsədlə birinci o, daha sonra isə Şəhadət evin daş hasarından tullanaraq evin həyətinə daxil olmuşdur. Evə yaxınlaşdıqdan sonra o, Şəhadəti çiyinlərinin üzərində yuxarı qaldırmış və o, evin plastikdən olan pəncərəsini əlləri ilə aralamışdır. Daha sonra o, cibində olan dəmir parçasını Şəhadətə vermiş və araladığı pəncərəyə saldıqdan sonra pəncərə açılmışdır. Pəncərə açıldıqdan sonra ilk olaraq Şəhadət evə daxil olmuşdur. Daha sonra isə o, evə daxil olmuşdur. Evin mətbəxdən başqa bütün otaqlarını mobil telefonun işığı ilə axtarmağa başlamışdır. Həmin vaxt Şəhadət yataq otağının birində axtarış aparan zaman o, əşya masasının saxlanc yerində kiçik qutu tapmış və həmin qutunun içərisinə nəzər saldıqda orada saat olduğunu görmüşlər. O, həmin qutunun içindəki saatı götürüb cibinə qoyduqdan sonra onlar evi daxil olduqları üsulla tərk etmişlər. Bundan başqa 25 fevral 2024-cü il tarixdə Şəhadətlə zəngləşib görüşmüşdür. Onlar yenə qərara gəlmişdir ki, oğurluq etsinlər. Təxminən saat 20 radələrində Cəlilabad şəhəri, Səttərxan küçəsində olan zaman bir mərtəbəli evin qapısının bağlı olduğunu görmüşlər. Həmçinin evin işıqlarının da yanmadığını görmüşlər. Onlar həmin evin boş olduğuna əmin olduqdan sonra qərara gəlmişlər ki, həmin evə girib oğurluq etsinlər. Bu məqsədlə birinci o, daha sonra isə Təqsirləndirilən şəxs2 evin daş hasarından tullanaraq evin həyətinə daxil olmuşlar. Evə yaxınlaşdıqdan sonra o, Şəhadəti çiyinlərinin üzərində yuxarı qaldırmış və o, evin plastikdən olan pəncərəsini əlləri ilə aralamışdır. Daha sonra o, cibində olan dəmir parçasını Şəhadətə vermiş və araladığı pəncərəyə saldıqdan sonra pəncərə açılmışdır. Pəncərə açıldıqdan sonra ilk olaraq Şəhadət evə daxil olmuşdur. Daha sonra isə o, evə daxil olmuşdur. Evin mətbəxdən başqa bütün otaqlarını mobil telefonun işığı ilə axtarmaqa başlamışlar. Həmin vaxt Şəhadət pəncərənin qabağında pul olduğunu görmüş və onu götürmüşdür. Daha sonra paltar asılqanında olan qadın çantasını götürmüş və onun içərisində olan pulları da götürmüşdür. Yataq otağının birində axtarış aparan zaman o, əşya masasının saxlanc yerində kiçik qutu tapmış və həmin qutunun içərisinə nəzər saldıqda orada qızıl olduğunu görmüşlər. Belə ki, həmin əşyaların üzərində qramını və əyyarını göstərən etiklər olmuşdur. O, həmin qutunu cibinə qoyduqdan sonra onlar evi daxil olduqları üsulla tərk etmişlər. Onlar öz evlərinə gedən yolda pulu saymış və pəncərinin ağzından götürdükləri 46 (qırx altı) manat, çantadan götdürdükləri isə 114 (bir yüz on dörd) manat olmuşdur. Həmin pulu onlar yarıyarıya bölmüşlər. Qutunun içərisində isə 1 (bir ədəd) qızıl sırğa və 1 (bir) ədəd boyunbağı olmuşdur. Onu da o, Şəhadətlə birlikdə satmaq məqsədi ilə saxlamışdır. Bundan əlavə onlar həmin gün yenə küçədə piyada gəzməyə başlamışlar. Təxminən saat 22 radələrində Cəlilabad şəhəri, Həməşara küçəsində olan zaman bir mərtəbəli evin qapısının bağlı olduğunu və işıqlarının da yanmadığını görmüşlər. Onlar həmin evin boş olduğuna əmin olduqdan sonra qərara gəlmişlər ki, həmin evə girib oğurluq etsinlər. Bu məqsədlə birinci o, daha sonra isə Təqsirləndirilən şəxs2 evin daş hasarından tullanaraq evin həyətinə daxil olmuşdur. Evə yaxınlaşdıqdan sonra o, Şəhadəti çiyinlərinin üzərində yuxarı qaldırmış və o, evin plastikdən olan pəncərəsini əlləri ilə aralamışdır. Daha sonra o, cibində olan dəmir parçasını Şəhadətə vermişdir və araladığı pəncərəyə saldıqdan sonra pəncərə açılmışdır. Pəncərə açıldıqdan sonra ilk olaraq Şəhadət evə daxil olmuşdur. Daha sonra isə o, evə daxil olmuşdur. Evin mətbəxdən başqa bütün otaqlarını mobil telefonun işığı ilə axtarmaqa başlamışlar. Həmin vaxt Şəhadət yataq otağının birində axtarış aparan zaman əşya masasının saxlanc yerində kiçik pul qabı tapmış və həmin qutunun içərisinə nəzər saldıqda orada qızıl və pul olduğunu görmüşlər. Belə ki, həmin əşyanın üzərində qramını və əyyarını göstərən etiklər olmuşdur. O, həmin qutunu cibinə qoyduqdan sonra onlar evi daxil olduqları üsulla tərk etmişlər. Onlar öz evlərinə gedən zaman yolda pulu saymış və həmin pullar 250 (iki yüz əlli) manat olmuşdur. Həmin pulu onlar yarı-yarıya bölmüşlər. Daha sonra Şəhadət həmin qızıl sırğanı cibinə qoyduqdan sonra onlar hər ikisi öz evinə getmişdir. Onlar evə getməmişdən qərara gəlmişdir ki, növbəti gün Bakı şəhərinə gedib həmin qızılları satsınlar. 26 fevral 2024-cü il tarixdə təxminən saat 13 radələrində Şəhadətlə görüşüb taksi ilə Bakı şəhərinə getmişlər. Orada “Əcəmi” adlanan ərazidə olan zaman Şəhadət qızıl alqı-satqısı ilə məşğul olan tanışının olduğunu bildirib həmin qızılları ona satmağı təklif etmiş və ona etiraz etməmişdir. Bundan sonra onlar qızıl satılan dükana daxil olmuşdur. Orada Şəhadət satıcı ilə salamlaşdıqdan sonra ona qızıl satmaq istədiklərini bildirmişdir. Həmin şəxs qızıllara baxdıqdan sonra onlara 500 manat pul təklif etmiş və onlar onunla razılşamışdır. Daha sonra onlardan şəxsiyyət vəsiqəsi istəmişdir. Ona öz vəsiqəsini vermişdir. Onlar pulu aldıqdan sonra 250 manat yarı-yarıya götürmüş və taksi ilə rayona qayıtmışlar. Lakin saatı isə sata bilməmişlər. Həmin saatı istintaqa təqdim etmişdir. Bakı şəhərində qızıl zinət əşyalarını satdıqları şəxsi tanımır və həmin şəxsə qızılların kimə məxsus olması barədə məlumat vermişlər. Şahid1, Şahid2, X2 və Şahid4 tanımır və onlarla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Maddi imkanı zəif olduğu üçün oğurluq etmişdir. Oğurluq edən zaman evə daxil olarkən və ya çıxarkən onları görən olmamışdır. Törətdiyi cinayət əməllərindən peşmandır. Oğurluq nəticəsində dəymiş zərəri tam ödəmişlər. Zərərçəkmiş şəxslərin onlardan şikayət və tələbləri yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır, ailəsinin yeganə qazanc gətirənidir. Bu halları nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Lakin son 4-5 ildir münasibətləri daha yaxşı olmuşdur. Təxminən fevral ayının əvvələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadıqları məhlədə görüşüb söhbət edən zaman maddi vəziyyətinin yaxşı olmadığını ona bildirmişdir. Teymur da ona işlərinin yolunda olmadığını və maddi imkanının zəif olduğunu bildirmişdir. Bununla bağlı onlar söhbət edən zaman qərara gəlmişdir ki, oğurluq etsinlər. Buna görə də 21 fevral 2024-cü il tarixdə təxminən saat 19 radələrində Teymurla zəngləşib görüşmüşdür. Həmin vaxt onlar qərara gəlmişdir ki, oğurluq etsinlər. Buna görə də piyada gəzərək boş ev axtarmağa başlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 yerdə dəmir parçası olduğunu görüb onun lazım olacağını fikirləşmiş və götürüb şalvarının cibinə qoymuşdur. Təxminən saat 20 radələrində Cəlilabad şəhəri, Qarabağ küçəsində olan zaman bir mərtəbəli evin qapısında kilid olduğunu görmüşlər. Həmçinin evin işıqlarının da yanmadığını görmüşlər. Onlar həmin evin boş olduğuna əmin olduqdan sonra qərara gəlmişdir ki, həmin evə girib oğurluq etsinlər. Bu məqsədlə birinci o, daha sonra isə Təqsirləndirilən şəxs1 evin məftil hasarından tullanaraq evin həyətinə daxil olmuşdur. Evə yaxınlaşdıqdan sonra o, evin plastikdən olan pəncərəsini əlləri ilə aralamışdır. Teymur da cibində olan dəmir parçasını onun araladığı pəncərəyə saldıqdan sonra pəncərə açılmışdır. Pəncərə açıldıqdan sonra ilk olaraq o, evə daxil olmuşdur. Daha sonra isə Teymur evə daxil olmuşdur. Evin mətbəxdən başqa bir eyvan və iki otaqlarını mobil telefonun işığı ilə axtarmaqa başlamışlar. Yataq otağının birində axtarış aparan zaman o, paltar dolabının aşağı hissəsindən kiçik qutu tapmış və həmin qutunun içərisinə nəzər saldıqda orada qızıl olduğunu görmüşdür. Belə ki, həmin əşyaların üzərində qramını və əyyarını göstərən etiketlər olmuşdur. O, həmin qutunu cibinə qoyduqdan sonra onlar evi daxil olduqları üsulla evi tərk etmişlər. Evlərinə gedən zaman həmin qutunun içərisinə baxdıqda orada iki ədəd qızıl üzük və iki ədəd qızıl sırğa olduğunu görmüşlər. Daha sonra o, həmin qutunu cibinə qoyduqdan sonra onlar hər ikisi öz evlərinə getmişlər. Onlar evə getməmişdən qərara gəlmişlər ki, növbəti gün Bakı şəhərinə gedib həmin qızılları satsınlar. 22 fevral 2024-cü il tarixdə təxminən saat 13 radələrində Teymurla görüşüb taksi ilə Bakı şəhərinə getmişlər. Orada “Əcəmi” adlanan ərazidə olan zaman o, qızıl alqı-satqısı ilə məşğul olan tanışının olduğunu bildirib, həmin qızılları ona satmağı təklif etmiş və Teymur da ona etiraz etməmişdir. Bundan sonra onlar qızıl satılan dükana daxil olmuşlar. Orada o, satıcı ilə salamlaşdıqdan sonra ona qızıl satmaq istədiyini bildirmişdir. Həmin şəxs qızıllara baxdıqdan sonra ona 650 manat pul təklif etmiş və onlar onunla razılaşmışdır. Daha sonra onlardan şəxsiyyət vəsiqəsi istəmişdir. Təqsirləndirilən şəxs1 ona öz vəsiqəsini vermişdir. Onlar pulu aldıqdan sonra yarı-yarıya bölmüşlər və taksi ilə rayona qayıtmışlar. Bundan başqa, 23 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə zəngləşib görüşmüşdür. Onlar yenə qərara gəlmişlər ki, oğurluq etsinlər. Təxminən saat 20 radələrində Cəlilabad şəhəri, M.Hüseyn küçəsində olan zaman bir mərtəbəli evin qapısının bağlı olduğunu və evin işıqlarının da yanmadığını görmüşlər. Onlar həmin evin boş olduğuna əmin olduqdan sonra qərara gəlmişlər ki, həmin evə girib oğurluq etsinlər. Bu məqsədlə birinci Təqsirləndirilən şəxs1, daha sonra isə o, evin daş hasarından tullanaraq evin həyətinə daxil olmuşlar. Evə yaxınlaşdıqdan sonra Teymur onu çiyinlərinin üzərində yuxarı qaldırmış və o, evin plastikdən olan pəncərəsini əlləri ilə aralamışdır. Daha sonra Teymur cibində olan dəmir parçasını ona vermiş və araladığı pəncərəyə saldıqdan sonra pəncərə açılmışdır. Pəncərə açıldıqdan sonra ilk olaraq o, evə daxil olmuşdur. Daha sonra isə Teymur evə daxil olmuşdur. Evin mətbəxdən başqa bütün otaqlarını mobil telefonun işığı ilə axtarmağa başlamışlar. Həmin vaxt o, yataq otağının birində axtarış aparan zaman Teymur əşya masasının saxlanc yerində kiçik qutu tapmış və həmin qutunun içərisinə nəzər saldıqda orada saat olduğunu görmüşlər. Teymur həmin qutunun içindəki saatı götürüb cibinə qoyduqdan sonra onlar evi daxil olduqları üsulla evi tərk etmişlər. Bundan başqa, 25 fevral 2024-cü il tarixdə Teymurla zəngləşib görüşmüşlər. Onlar yenə qərara gəlmişlər ki, oğurluq etsinlər. Təxminən saat 20 radələrində Cəlilabad şəhəri, Səttərxan küçəsində olan zaman bir mərtəbəli evin qapısının bağlı olduğunu görmüşlər. Həmçinin evin işıqlarının da yanmadığını görmüşlər. Onlar həmin evin boş olduğuna əmin olduqdan sonra qərara gəlmişlər ki, həmin evə girib oğurluq etsinlər. Bu məqsədlə birinci Teymur daha sonra isə o, evin daş hasarından tullanaraq evin həyətinə daxil olmuşdur. Evə yaxınlaşdıqdan sonra Teymur onu çiyinlərinin üzərində yuxarı qaldırmış və o, evin plastikdən olan pəncərəsini əlləri ilə aralamışdır. Daha sonra Teymur cibində olan dəmir parçasını ona vermiş və araladığı pəncərəyə saldıqdan sonra pəncərə açılmışdır. Pəncərə açıldıqdan sonra ilk olaraq o, evə daxil olmuşdur. Daha sonra isə Teymur evə daxil olmuşdur. Evin mətbəxdən başqa bütün otaqlarını mobil telefonun işığı ilə axtarmağa başlamışlar. Həmin vaxt o, pəncərənin qabağında pul olduğunu görmüş və götürmüşdür. Daha sonra paltar asılqanında olan qadın çantasını götürmüş və onun içərisində olan pulları da götürmüşdür. Yataq otağının birində axtarış aparan zaman Teymur əşya masasının saxlanc yerində kiçik qutu tapmış və həmin qutunun içərisinə nəzər saldıqda orada qızıl olduğunu görmüşlər. Belə ki, həmin əşyaların üzərində qramını və əyyarını göstərən etiketlər olmuşdur. Teymur həmin qutunu cibinə qoyduqdan sonra onlar evi daxil olduqları üsulla evi tərk etmişlər. Onlar öz evlərinə gedən yolda pulu saymış və pəncərinin ağzından götürdükləri 46 (qırx altı) manat, çantadan götdürdükləri isə 114 (bir yüz on dörd) manat olmuşdur. Həmin pulu onlar yarı-yarıya bölmüşlər. Bundan əlavə, onlar həmin gün yenə küçədə piyada gəzməyə başlamışlar. Təxminən saat 22 radələrində Cəlilabad şəhəri, Həməşara küçəsində olan zaman bir mərtəbəli evin qapısının bağlı olduğunu, evin işıqlarının da yanmadığını görmüşlər. Onlar həmin evin boş olduğuna əmin olduqdan sonra qərara gəlmişlər ki, həmin evə girib oğurluq etsinlər. Bu məqsədlə birinci Təqsirləndirilən şəxs1, daha sonra isə o, evin daş hasarından tullanaraq evin həyətinə daxil olmuşdur. Evə yaxınlaşdıqdan sonra Teymur onu çiyinlərinin üzərində yuxarı qaldırmış və o, evin plastikdən olan pəncərəsini əlləri ilə aralamışdır. Daha sonra Teymur cibində olan dəmir parçasını ona vermiş və o, araladığı pəncərəyə saldıqdan sonra pəncərə açılmışdır. Pəncərə açıldıqdan sonra ilk olaraq o, evə daxil olmuşdur. Daha sonra isə Teymur evə daxil olmuşdur. Evin mətbəxdən başqa bütün otaqlarını mobil telefonun işığı ilə axtarmaqa başlamışlar. Həmin vaxt o, yataq otağının birində axtarış aparan zaman əşya masasının saxlanc yerində kiçik pul qabı tapmış və həmin qutunun içərisinə nəzər saldıqda orada qızıl və pul olduğunu görmüşlər. Belə ki, həmin əşyanın üzərində qramını və əyyarını göstərən etiketlər olmuşdur. Teymur həmin qutunu cibinə qoyduqdan sonra onlar evi daxil olduqları üsulla evi tərk etmişlər. Onlar öz evlərinə gedən zaman yolda pulu saymış və həmin pullar 250 (iki yüz əlli) manat olmuşdur. Həmin pulu onlar yarı-yarıya bölmüşlər. Daha sonra o, həmin qızıl sırğanı cibinə qoyduqdan sonra onlar hər ikisi öz evlərinə getmişlər. Onlar evə getməmişdən qərara gəlmişlər ki, növbəti gün Bakı şəhərinə gedib həmin qızılları satsınlar. 26 fevral 2024-cü il tarixdə təxminən saat 13 radələrində Teymurla görüşüb taksi ilə Bakı şəhərinə getmişlər. Orada “Əcəmi” adlanan ərazidə olan zaman o, qızıl alqı-satqısı ilə məşğul olan tanışının olduğunu bildirib həmin qızılları ona satmağı təklif etmiş və Teymur ona etiraz etməmişdir. Bundan sonra, onlar qızıl satılan dükana daxil olmuşlar. Orada o, satıcı ilə salamlaşdıqdan sonra ona qızıl satmaq istədikləri bildirmişlər. Həmin şəxs qızıllara baxdıqdan sonra satıcı onlara 500 manat pul təklif etmiş və onlar da onunla razılaşmışdır. Daha sonra onlardan şəxsiyyət vəsiqəsini istəmişdir. Teymur satıcıya öz vəsiqəsini vermişdir. Onlar pulu aldıqdan sonra 250 manat yarı-yarıya götürmüş və taksi ilə rayona qayıtmışlar. Əlavə suallara cavab olaraq bildirmişdir ki, o, həmin qızılların əlamətlini xatırlamır. Bakı şəhərinə getidikləri taksinin hansı markalı və dövlət nömrə nişanlı avtomobil olmasına baxmamışdır. Bakı şəhərində qızıl zinət əşyalarını satdığı şəxsin uzun illər əvəl Bakı şəhərində rəngsaz işləyən zaman avtmobilini rəngləmişdir. Onu həmin vaxtdan tanımışdır. Lakin adını bilmir. Həmin şəxsə qızılların özlərinə məxsus olduğunu demişlər. O, Şahid1, Şahid2, X2 tanımır. Onlarla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Maddi imkanı zəif olduğu üçün oğurluq etmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Cinyət nəticəsində vurulmuş ziyanı tam ödəmişlər, zərərçəkmişlərin ondan heç bir şikayəti və tələbi yoxdur. Bu halları nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, Cəlilabad şəhəri Qarabağ küçəsində həyat yoldaşına məxsus iki mərtəbədən ibarət evləri vardır. Həmin evin ətrafı daş və məftil hasarla əhatlənmişdir. 21 fevral 2024-cü il tarixdə təxminən saat 17 radələrində həyat yoldaşı ilə birlikdə onlardan bir qədər kənarda, yəni, Cəlilabad şəhəri, Səttərxan küçəsində yaşayan qaynı Siyasət Abdıyevin evinə qonaq getmişlər. Orada təxminən 3 saat oturub söhbət etdikdən sonra öz evlərinə qayıtmışlar. Həyətə daxil olduqda o, evin aşağıda yerləşən plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Qapının kilidini açıb evə daxil olduqdan sonra evə girmiş və evin otaqlarının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Həyat yoldaşı ilə birlikdə otaqlara nəzər saldıqda qızının yataq otağındakı çəhrayı rəngli əşya masasının içərisində olan iki cüt sırğanın orada olmadığını görmüşlər. Daha sonra öz yataq otaqlarına nəzər saldıqda həmin otağda olan paltar dolabının yuxarı hissəsində ona məxsus 2 ədəd qızıl üzüyün orada olmadığını görmüşlər. Həmin qızılların oğurlanmasını anlamışlar. Daha sonra bu barədə ərizə ilə şikayət etmişlər. Həmin qızıl sırğaları o, nəvəsinə təxminən 10 il bundan qabaq almışdır. Həmin sırğaların qiyməti bir cütünün dəyəri 100 (bir yüz) manat olmuşdur. Qızıl üzükləri də həmin vaxt bir ədədini 600 (altı yüz) manata almışdır. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən cəza təyin edərkən bunu nəzərə almağı xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, Cəlilabad şəhəri, Səttərxan küçəsində həyat yoldaşına məxsus iki mərtəbədən ibarət evləri vardır. Həmin evin ətrafı daş hasarla əhatlənmişdir. Həmin evin çöl divarları boz rəngdə, qarşısında yuxarı hissədə 2 ədəd plastik pəncərə və yan hissədə isə 2 ədəd plastik pəncərə olmaqla 3 otaq, 1 dəhliz və 1 mətbəxdən ibarətdir. O, 25 fevral 2024-cü il tarixdə təxminən saat 20 radələrində həyat yoldaşı ilə birlikdə onlardan bir qədər kənarda, yəni, Cəlilabad şəhəri, Səttərxan küçəsində yaşayan qohumları Seymur İsbarovun evinə qonaq getmişlər. Orada təxminən 3 saat oturub söhbət etdikdən sonra öz evlərinə qayıtmılar. Həyat yoldaşı həyətə daxil olmaq üçün darvazanın kilidini açmaq istəmişdir. Lakin kilid açılmadığı üçün həyat yoldaşı hasardan tullanb həyətə daxil olduqda onlar evin yan hissəsində yerləşən plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşlər. Qapının kilidini açıb evə daxil olduqdan sonra evə girmiş və evin otaqlarının dağınıq vəziyyətdə olduğunu görmüşlər. Onlar birlikdə otaqlara nəzərə saldıqda qızının yataq otağındakı qəhvəyi rəngli əşya masasının üzərində olan bir cüt sırğanın orada olmadığını görmüşlər. Daha sonra onlar yataq otaqlarına nəzər saldıqda həmin otağda olan paltar dolabının yuxarı hissəsində ona məxsus 1 ədəd qızıl boyunbağının orada olmadığını görmüşlər. Daha sonra evin pəncərəsinin qarşında olan ona məxsus 46 (qırx altı) manat nəğd pul və asılqanda olan çantasından 114 (bir yüz on dörd) manat nəğd pulun yerində olmadığını görmüşlər. Həmin qızılların və pulların oğurlanmasını anlamışlar. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən cəza təyin edərkən bunu nəzərə almağı xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, Cəlilabad şəhəri, Səttərxan küçəsində atasına məxsus iki mərtəbədən ibarət evləri vardır. Həmin evin ətrafı daş hasarla əhatlənmişdir. O, 25 fevral 2024-cü il tarixdə təxminən saat 20 radələrində valideynləri ilə birlikdə onlardan bir qədər kənarda, yəni, Cəlilabad şəhəri, Səttərxan küçəsində yaşayan qohumları Seymur İsbarovun evinə qonaq getmişlər. Orada təxminən 3 saat oturub söhbət etdikdən sonra öz evlərinə qayıtmışlar. Atası həyətə daxil olmaq üçün darvazanın kilidini açmaq istəmişdir. Lakin kilid açılmadığı üçün o, hasardan tullanıb həyətə daxil olduqda onlar evin yan hissəsində yerləşən plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşlər. Qapının kilidini açıb evə daxil olduqdan sonra evə girmiş və evin otaqlarının dağınıq vəziyyətdə olduğunu görmüşlər. Onlar birlikdə otaqlara nəzərə saldıqda onun yataq otağındakı qəhvəyi rəngli əşya masasının üzərində olan bir cüt sırğanın orada olmadığını görmüşlər. Daha sonra valideynləri yataq otaqlarına nəzər saldıqda həmin otağda olan paltar dolabının yuxarı hissəsində anasına məxsus 1 ədəd qızıl boyunbağının orada olmadığını görmüşlər. Daha sonra evin pəncərəsinin qarşında olan anasına məxsus 46 (qırx altı) manat nəğd pul və asılqanda olan çantasından 114 (bir yüz on dörd) manat nəğd pulun yerində olmadığını görmüşlər. Həmin qızılların və pulların oğurlanmasını anlamışlar. Daha sonra atası bu barədə ərizə ilə şikayət etmişdir. Həmin qızıl sırğanı 200 manata və boyunbağını 400 manata atası ona və anasına 3-4 il bundan qabaq Cəlilabad rayonunda yerləşən qızıl dükanından almışdır. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən cəza təyin edərkən bunu nəzərə almağı xahiş edir. Zərərçəkmiş şəxs4 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, Cəlilabad şəhəri, Həməşara küçəsində həyat yoldaşına məxsus bir mərtəbədən ibarət evləri vardır. Həmin evin ətrafı daş və məftil hasarla əhatələnmişdir. 25 fevral 2024-cü il tarixdə təxminən saat 19 radələrində həyat yoldaşı ilə birlikdə onlardan bir qədər kənarda, yəni Cəlilabad şəhəri, H.Əliyev prospektində yaşayan qohumları Qılıncxanın evinə qonaq getmişlər. Orada təxminən 3 saat oturub söhbət etdikdən sonra öz evlərinə qayıtmışlar. Həyətə daxil olduqda o, evin yan hissədə yerləşən plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Qapının kilidini açıb evə daxil olduqdan sonra evə girmiş və evin otaqlarının dağınıq vəziyyətdə olduğunu görmüşlər. Həyat yoldaşı ilə birlikdə otaqlara nəzərə saldıqda qızının yataq otağındakı ağ və qəhvəyi rəngli əşya masasının içərisində olan ona məxsus pulqabıdakı bir cüt sırğanın və 250 (iki yüz əlli) manat nəğd pulun orada olmadığını görmüşlər. Həmin qızılların və pulların oğurlanmasını anlamışlar. Daha sonra bu barədə ərizə ilə şikayət etmişlər. Oğurlanan pullar və qızıllar ona məxsus olmuşdur. Həmin qızılın qiyməti təxminən 150 manat olmuşdur. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən cəza təyin edərkən bunu nəzərə almağı xahiş edir. Zərərçəkmiş şəxs5 məhkəməyə teleqram göndərərək, üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyini, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirli şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və onun iştirakı olmadan məhkəmənin keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhəri, M.Hüseyn küçəsində atasına məxsus bir mərtəbədən ibarət evləri vardır. Həmin evin ətrafı daş və məftil hasarla əhatlənmişdir. Həmin evin çöl divarları açıq sarı rəngdə, qarşısında yuxarı hissədə 3 ədəd plastik pəncərə və yan hissədə isə bir ədəd plastik pəncərə olmaqla 3 otaq, 1 dəhliz və 1 mətbəxdən ibarətdir. O, 23 fevral 2024-cü il tarixdə təxminən saat 20 radələrində valideynləriylə birlikdə onlardan bir qədər kənarda, yəni Cəlilabad şəhəri, H.Əliyev küçəsində yaşayan qohumları Nəsiminin evinə qonaq getmişlrər. Orada təxminən 3 saat oturub söhbət etdikdən sonra öz evlərinə qayıtmışlar. Həyətə daxil olduqda o, evin yan hissəsində yerləşən plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Qapının kilidini açıb evə daxil olduqdan sonra evə girmiş və evin otaqlarının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Valideynləriylə birlikdə otaqlara nəzərə saldıqda onun yataq otağındakı qara rəngli əşya masasının üzərində olan saatın orada olmadığını görmüşlər. Həmin saatın oğurlanmasını anlamışlar. Daha sonra atası bu barədə ərizə ilə şikayət etmişdir. Həmin saat qızılı rəngdə olmaqla qol hissələri yaşıl rəngli dəridən olmuşdur. Həmin saatın markası “Bolun” olmuşdur. Saat ona məxsus olmuşdur. Həmin saatı ona nişanlısı 180 (bir yüz səksən) manata almışdır. Şahid –Şahid1 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, onun Cəlilabad şəhəri, Qarabağ küçəsində özünə məxsus iki mərtəbədən ibarət evi vardır. Həmin evin ətrafı daş və məftil hasarla əhatlənmişdir. O, 21 fevral 2024-cü il tarixdə təxminən saat 17 radələrində həyat yoldaşı ilə birlikdə onlardan bir qədər kənarda, yəni Cəlilabad şəhəri, Səttərxan küçəsində yaşayan qaynı Siyasət Abdıyevin evinə qonaq getmişlər. Orada təxminən 3 saat oturub söhbət etdikdən sonra öz evlərinə qayıtmışlar. Həyətə daxil olduqda o, evin aşağıda yerləşən plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Qapının kilidini açıb evə daxil olduqdan sonra evin otaqlarının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Həyat yoldaşı ilə birlikdə otaqlara nəzərə saldıqda qızının yataq otağındakı çəhrayı rəngli əşya masasının içərisində olan iki cüt sırğanın orada olmadığını görmüşlər. Daha sonra öz yataq otaqlarına nəzər saldıqda həmin otağda olan paltar dolabının yuxarı hissəsində həyat yoldaşına məxsus 2 ədəd qızıl üzüyün orada olmadığını görmüşlər. Həmin qızılların oğurlanmasını anlamışlar. Daha sonra bu barədə ərizə ilə şikayət etmişdir. Şahid –Şahid2 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, onun Cəlilabad şəhəri, Səttərxan küçəsində özünə məxsus iki mərtəbədən ibarət evi vardır. Həmin evin ətrafı daş hasarla əhatlənmişdir. O, 25 fevral 2024-cü il tarixdə təxminən saat 20 radələrində həyat yoldaşı ilə birlikdə onlardan bir qədər kənarda, yəni Cəlilabad şəhəri, Səttərxan küçəsində yaşayan yeznəsi Seymur İsbarovun evinə qonaq getmişlər. Orada təxminən 3 saat oturub söhbət etdikdən sonra öz evlərinə qayıtmışlar. Həyətə daxil olmaq üçün darvazanın kilidini açmaq istəmişdir. Lakin kilid açılmadığı üçün o, hasardan tullanb həyətə daxil olduqda, evin yan hissəsində yerləşən plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Qapının kilidini açıb evə daxil olduqdan sonra evə girmiş və evin otaqlarının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Həyat yoldaşı ilə birlikdə otaqlara nəzərə saldıqda qızının yataq otağındakı qəhvəyi rəngli əşya masasının üzərində olan bir cüt sırğanın orada olmadığını görmüşlər. Daha sonra öz yataq otaqlarına nəzər saldıqda həmin otağda olan paltar dolabının yuxarı hissəsində həyat yoldaşına məxsus 1 ədəd qızıl boyunbağının orada olmadığını görmüşlər. Daha sonra evin pəncərəsinin qarşısında olan həyat yoldaşına məxsus 46 (qırx altı) manat nəğd pul və asılqanda olan çantasından 114 (bir yüz on dörd) manat nəğd pulun yerində olmadığını görmüşlər. Həmin qızılların və pulların oğurlanmasını anlamışlar. Daha sonra bu barədə ərizə ilə şikayət etmişdir. Şahid –X4 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, onun Cəlilabad şəhəri, Həməşara küçəsində özünə məxsus bir mərtəbədən ibarət evi vardır. Həmin evin ətrafı daş və məftil hasarla əhatlənmişdir. O, 25 fevral 2024-cü il tarixdə təxminən saat 19 radələrində həyat yoldaşı ilə birlikdə onlardan bir qədər kənarda, yəni Cəlilabad şəhəri, H.Əliyev prospektində yaşayan qohumu Qılıncxanın evinə qonaq getmişlər. Orada təxminən 3 saat oturub söhbət etdikdən sonra öz evimizə qayıtmışlar. Həyətə daxil olduqda o, evin yan hissədə yerləşən plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Qapının kilidini açıb evə daxil olduqdan sonra evə girmiş və evin otaqlarının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Həyat yoldaşıyla birlikdə otaqlara nəzərə saldıqda yataq otağındakı ağ və qəhvəyi rəngli əşya masasının içərisində olan pulqabıdakı bir cüt sırğanın və 250 (iki yüz əlli) manat nəğd pulun orada olmadığını görmüşlər. Həmin qızılların və pulların oğurlanmasını anlamışlar. Daha sonra bu barədə ərizə ilə şikayət etmişdir. Şahid –Şahid4 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, onun Cəlilabad şəhəri, M.Hüseyn küçəsində özünə məxsus bir mərtəbədən ibarət evi vardır. Həmin evin ətrafı daş və məftil hasarla əhatlənmişdir. O, 23 fevral 2024-cü il tarixdə təxminən saat 20 radələrində həyat yoldaşı ilə birlikdə onlardan bir qədər kənarda, yəni Cəlilabad şəhəri, H.Əliyev prospektində yaşayan qaynı Nəsiminin evinə qonaq getmişlər. Orada təxminən 3 saat oturub söhbət etdikdən sonra öz evlərinə qayıtmışlar. Həyətə daxil olduqda o, evin yan hissəsində yerləşən plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Qapının kilidini açıb evə daxil olduqdan sonra evə girmiş və evin otaqlarının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Həyat yoldaşı ilə birlikdə otaqlara nəzərə saldıqda qızının yataq otağındakı qara rəngli əşya masasının üzərində olan saatın orada olmadığını görmüşdür. Həmin saatın oğurlanmasını anlamışlar. Daha sonra bu barədə ərizə ilə şikayət etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 06 aprel 2024-cü il tarixli 19/289 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd yaşıl-qızılı rəngli, üzərində “Bolun A507” yazıları olan qadın qol saatının istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin mart ayına olan orta bazar qiyməti təxminən 10,00 manat, təqdim edilməmiş qızıl-zinət əşyalarının 2024-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1869,00 manat müəyyən edilir. Cinayət işinin materiallarına əlavə olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 fevral 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə 21 fevral 2024-cü il tarixdə Cəlilabad şəhəri, Qarabağ küçəsində yaşayan Şahid1 məxsus fərdi yaşayış evində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Şahid1 ona məxsus fərdi yaşayış evindən 1400 (bir min dörd yüz) manat dəyərində 2 (iki) cüt qızıl sırğa və 2 (iki) ədəd qızıl üzüyün oğurlandığı yerləri göstərmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 25 fevral 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə 25 fevral 2024-cü il tarixdə Cəlilabad şəhəri, Həməşara küçəsi, ev 47 Ada yaşayan X1 məxsus fərdi yaşayış evində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən X5 ona məxsus fərdi yaşayış evindən 150 (bir yüz əlli) manat dəyərində 1 (bir) cüt qızıl sırğa və 250 (iki yüz əlli) manat pulun oğurlandığı yerləri göstərmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 01 mart 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə 25 fevral 2024-cü il tarixdə Cəlilabad şəhəri, Cavanşir küçəsində yaşayan Şahid2 məxsus fərdi yaşayış evində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Şahid2 ona məxsus fərdi yaşayış evindən 600 (altı yüz) manat dəyərində 1 (bir) cüt qızıl sırğa, 1 (bir) ədəd qızıl boyunbağının və 160 (bir yüz altmış) manat nəğd pulun oğurlandığı yerləri göstərmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 mart 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə 23 fevral 2024-cü il tarixdə Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yaşayan Şahid4 məxsus fərdi yaşayış evində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Şahid4 ona məxsus fərdi yaşayış evindən 180 (bir yüz səksən) manat dəyərində 1 (bir) ədəd saatın oğurlandığı yeri göstərmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş “Götürmə aparılması haqqında” 05 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 180 (bir yüz səksən) manat dəyərində bir ədəd saatı istintaqa təqdim etmiş, həmin saat götürülərək maddi sübut kimi tanınmışdır. Bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri bu cinayət əməllərində təqsirləri tam sübuta yetirilmiş, özlərinin etiraf ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfinən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Cəlilabad rayon İHB-nin Təklə kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2018-ci il təvəllüdlü Nilay Səxavətli və 2019-cu il təvəllüdlü Aylin Səxavətli adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqlarının olmasını, cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılmasını Azərbaycan Respublikası CMnin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmişlərin ondan şikayət və tələbinin olmamasını, ailəsinin yeganə qazanc gətirəni olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 05 mart 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 05 mart 2024-cü il tarixdə saat 16:15-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 07 mart 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin MSYdən azad edilməsi və qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 07 mart 2024-cü il tarixdə saat 12:30-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırması Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, zərərçəkmişlərin ondan şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 05 mart 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05 mart 2024-cü il tarixdə saat 19:00-da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 07 mart 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin MSYdən azad edilməsi və qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 07 mart 2024-cü il tarixdə saat 17:30-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - 1 ədəd qol saatının Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 05 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad şəhəri Azərbaycan küçəsindəki evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 05 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad şəhəri Heydər Əliyev prospektindəki evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd qol saatının sahibi Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar.

Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar