Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-124/2025 02.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi (vəkil) Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi (vəkil) Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu ildə Cəlilabad rayonunun Üçtəpə kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Cəlilabad rayonunun Qarazəncir kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1993-cü ildə Cəlilabad rayonunun Sabirabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəlilabad rayonunun Sabirabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında,açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən Zərərçəkmiş şəxs məxsus dənli bitkilər saxlanılan anbardan noxud məhsulu oğurlamaq barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 27 iyul 2025-ci il tarixdə, saat 02 radələrində Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən Zərərçəkmiş şəxs məxsus dənli bitkilər saxlanılan anbarın yaxınlığına gəlib ətrafda kiminsə olmadığına əmin olduqdan sonra birlikdə anbarın açıq vəziyyətdə olan pəncərəsindən anbarın içərisinə qanunsuz daxil olaraq anbarın içərisində olan 1 kiloqramının dəyəri 3 manat, 50 qəpik təşkil edən, ümumi dəyəri 3500 manat olan, 20 ədəd kisədə, ümumilikdə 1000 kiloqram çəkidə “meksika noxudu” adlı noxud məhsulunu götürməklə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən Zərərçəkmiş şəxs məxsus dənli bitkilər saxlanılan anbardan noxud məhsulu oğurlamaq barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 27 iyul 2025-ci il tarixdə, saat 02 radələrində Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən Zərərçəkmiş şəxs məxsus dənli bitkilər saxlanılan anbarın yaxınlığına gəlib ətrafda kiminsə olmadığına əmin olduqdan sonra birlikdə anbarın açıq vəziyyətdə olan pəncərəsindən anbarın içərisinə qanunsuz daxil olaraq anbarın içərisində olan 1 kiloqramının dəyəri 3 manat, 50 qəpik təşkil edən, ümumi dəyəri 3500 manat olan, 20 ədəd kisədə, ümumilikdə 1000 kiloqram çəkidə “meksika noxudu” adlı noxud məhsulunu götürməklə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətməkdə təqsirləri özlərinin ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək, verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun tanışıdır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. 26 iyul 2025-ci il tarixdə, təxminən saat 18 radələrində Rüfətin böyük qardaşı Camalın işlətdiyi “Dostluq” kafesində Rüfətlə oturub pivə içmiş və söhbət etməyə başlamışlar. Təxminən saat 23 radələrində masadan qalxmış və bir taksi avtomobili tapıb evinə getmişdir. Təxminən yarım saat sonra, evində olduğu vaxt Rüfət onun mobil telefonuna zəng etmişdir. Ona demişdir ki, qardaşının işlətdiyi kafenin içərisində dənli bitkilər var, onları daşımaq lazımdır. Onunla razılaşmışdır. Rüfət ona demişdir ki, çıx küçənin başına, gəlirəm. Evini tərk edib küçənin başına çıxmış, küçənin başında təxminən 20 dəqiqə gözləmiş, Rüfət gümüşü rəngli, Vaz 2107 markalı avtomobili ilə küçənin başına gəlmiş və o da Rüfətin avtomobilinə əyləşmişdir. Rüfət avtomobili oradan kafenin yanına doğru sürmüş, kafe ilə anbarın arasında saxlamış və avtomobildən düşmüşlər. İlk öncə Rüfət, ondan sonra da özü həmin yerə daxil olmuşdur. Rüfətin arxası ilə getmiş, kafedə anbara bitişik olan saxlanc yerində noxudları tapmışlar. Oradan ilk öncə 20 kisə noxudu götürüb çölə çıxaraq Rüfətin avtomobilinə yığmışlar. Bundan sonra Rüfət həmin noxudları ona məxsus Ford Transit markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığmağı təklif etmişdir. Onunla razılaşmış, avtomobilə əyləşmişlər, Rüfət avtomobili Cəlilabad rayonunda arxa yol deyilən əraziyə sürmüş və yaşadığı evin qarşısında avtomobili saxlamışdır. X5 Transit markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili dayanmışdır. Avtomobildən düşüb ərtafa baxaraq heç kimin olmadığını müəyyən etmişlər və həmin 10 kisə noxudu bir-bir Vaz 2107 markalı avtomobildən Ford Transit markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləmişlər. Daha sonra avtomobilə əyləşib həmin yerə qayıtmışlar və qalan 10 kisə noxudu da Vaz 2107 markalı avtomobilə yükləmişlər. Daha sonra avtomobilə əyləşmişlər və Rüfət avtomobili evinin yanına sürüb orada saxlamışdır. Orada Vaz 2107 markalı avtomobildə olan 10 kisə noxudu da Ford Transit markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığmışlar. Sonra Rüfətə demişdir ki, onu evə aparsın. Rüfət onu avtomobili ilə evə aparmış və onu düşürtdükdən sonra özü də çıxıb evinə getmişdir. xx.xx.2025-ci il tarixdə, saat təxminən 15 radələrində Rüfətlə birlikdə Cəlilabad rayonu, Sabirabad kəndi ərazisində piyada hərəkətdə olduqları zaman bir nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özünü təqdim edib polis əməkdaşı olduğunu bildirmiş və onları Cəlilabad rayon polis şöbəsinə dəvət etmişdir. Onlar da polis əməkdaşının dəvətinə etiraz etməyərək onunla birlikdə polis şöbəsinə getmişdir. Əlavə suallara cavab olaraq oğurluq hadisəsini törətdikləri zaman onları heç kim görmədiyini, həmin oğurluq hadisəsini törətməsindən başqa heç kimin məlumatının olmadığını, bu barədə heç kimə məlumat verməmişdir. Həmin malların oğurluq olmasından xəbəri olmamışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan, yəni zərərçəkmişə məxsus 1 ton məhsul ibtidai istintaq vaxtı tam şəkildə geri qaytarılmışdır. Himayəsində iki azyaşlı uşağı var və ailədə yeganə qaanc gətirən şəxsdir. Törətdiyi əməldən peşmandır. Qeyd edilənlərin nəzarə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək, verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun tanışıdır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. 26 iyul 2025-ci il tarixdə, təxminən günorta saatlarında böyük qardaşı Camal Rasiflə onu Biləsuvar rayonuna balıq tutmağa aparmışdır. Təxminən bir-iki saat sonra Biləsuvardan Cəlilabad rayonunda yerləşən qardaşı Camalın işlətdiyi “Dostluq” kafesinə gəlmişlər. Üçü də birlikdə kafedə oturub pivə içmiş və söhbət etməyə başlamışlar. Təxminən saat 23 radələrində Rasif çıxıb evinə getmişdir. 27 iyul 2025-ci il tarixdə, saat təxminən 02 radələrində kafedə olan hamı çıxıb getmişdir. O, da, hamı gedəndən sonra kafeni bağlayıb getməyi düşündüyü üçün bir-bir kafedə olan kabinetləri bağlamışdır. Onların kafesinin yanında dənli bitkilər satılan anbar var. Kafe ilə anbarın arasında yerləşən ərazidə obyektin saxlancı kimi istifadə olunan yerdə bir neçə kisə mal olduğunu görmüş və həmin kisələrin kimə məxsus olduğunu bilməmişdir. Bundan sonra həmin kisələrin kənar şəxslər tərəfindən oğurlanmaması üçün öz avtomobilinə yükləyərək götürməyi qərara almış və bu məqsədlə ona kömək etməsi üçün tanışı Rasifə zəng edib bu barədə bildirmişdir. Rasif də, bekar olduğu üçün onunla razılaşmışdır. Daha sonra Rasifi yaşadığı küçədən götürüb kafeyə gətirmiş, birlikdə avtomobildən düşüb həmin yerə doğru getmişlər. Ətrafa baxıb heç kimin olmadığını müəyyən etdikdən sonra ikisi obyektdə olan həmin saxlanc yerinə daxil olaraq ilk olaraq oradan 10 kisə noxud məhsulunu Rasiflə götürüb anbarın qapısından çölə çıxarmışlar. Həmin noxud kisələrini avtomobilə yükləyərək yaşadığı evin qarşısında olan özünə məxsus Ford markalı yük avtomobilinə yükləmiş, daha sonra orada qalmış 10 kisə noxud məhsulunu götürmək üçün birlikdə geri qayıtmışlar. Bundan sonra eyni qaydada 10 kisə noxud məhsulunu da VAZ 2107 markalı avtomobilə yükləyərək yaşadığı evə aparmış və həmin kisələri də evin qarşısında olan Ford markalı avtomobilə yükləmişdir. Daha sonra Rasifi evinə aparmışdır. Həmin malların zərərçəkmişə məxsus olmasından xəbəri olmamışdır. Səhərisi gün faktla bağlı polisdə araşdırma aparıldığını bilmiş, polis şöbəsinə getmiş və malların onun yük maşınında olduğunu bildirmişdir. Törətdiyi əmələ görə peşmandır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, ailə münasibətlərində gərginlik olduğu üçün zərərçəkmişin yanına göndərəcəyi, onunla barışıq edəcək böyükləri yoxdur. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ibtidai istintaq vaxtı tam şəkildə qaytarılmışdır. Himayəsində iki azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə verdiyi ifadəsində göstərmişdir ki, cinayət işi üzrə 1 ton noxud ibtidai istintaq vaxtı onlara qaytarılmışdır. Lakin onların yerindən 1 ton yox, 7 ton noxud oğurlanmışdır. Həmin 6 ton noxudun oğurluğu ilə bağlı hazırda polisdə ibtidai istintaq aparılır. Hadisə ilə bağlı bildirir ki, noxud onun qardaşına və özünə məxsus olan anbardan oğurlanıb. Təqsirləndirilən şəxs2 qardaşının işlətdiyi kafe ilə onun anbarının divarı bitişikdir, kafedən anbara keçmək üçün pəncərə var. Hər iki təqsirləndirilən şəxs həmin pəncərədən daxil olub və noxudları oğurlayıblar. Hadisənin baş vermə mexanizmi polis tərəfindən müəyyən edilib. Yəni, təqsirləndirilən şəxslərin ifadələri özünü müdafiə məqsədi daşıyır. Hazırda təqsirləndirilən şəxslərin hər ikisindən şikayətçidir. İnanmazdı ki, təqsirləndirilən şəxslər ona qarşı belə bir əməl törədərlər. İş gedən bütün bu müddət ərzində isə təqsirləndirilən şəxslər tərəfindən heç kim onunla əlaqə saxlamamış, barışığa cəhd etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ibtidai istintaqda vermiş olduğu ifadəsindən görünür ki, 27 iyul 2025-ci il tarixdə DİN-in 102 Xidməti Zəng Mərkəzinə müraciət edib ona məxsus anbara kiminsə pəncərədən daxil olaraq 1 ton noxud məhsulu oğurlamasını bildirmişdir. Bundan başqa 27 iyul 2025-ci il tarixdə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət edərək 27 iyul 2025-ci il tarixdə, gecə saatlarında Cəlilabad şəhəri, Qurutuluş prospektində yerləşən anbardan 3500 manat dəyərində 1 ton noxudun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən anbar kimi fəaliyyət göstərən tikinli İskəndərov Elman adlı şəxsdən icarə əsasında alıb orada dənli bitkilər saxlayır. Təxminən iyul ayının 5-də həmin anbara 82 ton 740 kiloqram noxud məhsulu yığmışdır. 27 iyul 2025-ci il tarixdə anbarda təmizlik işləri gördürdüyü zaman aşkar etmişdir ki, 20 ədəd kisədə, 1 ton çəkidə noxud məhsulu yoxdur. Bundan sonra ona aydın olmuşdur ki, kimsə anbardan noxud oğurlayıb. Dərhal bu barədə polisə məlumat vermişdir. Bir neçə dəqiqə sonra oraya polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, oğurlanmış noxud məhsulunun 1 kiloqramının dəyəri 3 manat 50 qəpik təşkil edir, Meksika noxudu növü adlanır və baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3500 manat maddi ziyan dəymişdir. İşdə olan "xxxx" Şirkətindən daxil olmuş 30 iyul 2025-ci il tarixli, 207 nömrəli məktubdan göünür ki, 2025-ci ilin iyul ayı üçün “meksika noxudu” adlı noxud məhsulunun 1 kiloqramının orta bazar qiyməti 3 manat,50 qəpik təşkil etmişdir. İşdə olan qəbzdən görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 20 ədəd kisə olan 1000 kiloqram noxud Zərərçəkmiş şəxs qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən və məhkəmə hökmündən görünür ki, Nuriyev X3 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü il maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək xx.xx.2025-ci il tarixdə Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək xx.xx.2025-ci il tarixdə Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətməkdə təqsirlərinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və buna görə də onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş ziyanın qaytarılmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşmanlığını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə Təqsirləndirilən şəxs2 iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın qaytarılmasını, himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitidən təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə maddi sübut olan 20 ədəd kisədə 1000 kiloqram noxudun ibtidai istintaq zamanı qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) il 3 (üç) ay azadlıqdan mərhum etmə cəzasına bərabər tutulmaqla Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ibtidai istinaq zamanı 07 may 2025-ci ildən 09 may 2025ci ilədək və 28 iyul 2025-ci ildən 30 iyul 2025-ci ilədək şübhəli şəxs kimi tutulduğu 4 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 02 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 tapşırılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətəə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə ibtidai istinaq zamanı 28 iyul 2025-ci ildən 30 iyul 2025-ci ilədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək Cəlilabad rayonunun Qarazəncir kəndində yerləşən yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan 20 ədəd kisədə 1000 kiloqram noxud məhsulunun ibtidai istintaq zamanı qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin və ya həbsdə saxlanılma yerinin müdiriyyətinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-124/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-124/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver