Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-125/2025 17.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 2000-ci ildə Cəlilabad rayonu, Naftluq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Muğan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində xx.xx.2025-ci il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 28 avqust 2025-ci il tarixdə saat 19:45-də Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “köhnə avtobaza” adlanan ərazidə saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd siqaret qutusunun içərisində xeyli miqdarda, yəni təmiz çəkisi 8,31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki boz rəngli parça şalvarın sol yan cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Cəlilabad rayonu, Muğan kəndində ailə üzvləri ilə birlikdə yaşayır və əkin sahəsində işləyir. 28 avqust 2025-ci il tarixdə saat 14 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində piyada gəzərkən zibil qabının yanında yerdə 1 ədəd üzərinə “Keno” sözü yazılmış siqaret qutusunu görmüş və ətrafda da heç kim olmamışdır. Həmin siqaret qutusu ona şübhəli gəldiyi üçün yerdən götürüb içərisinə baxmış və bu zaman qutunun içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə olduğunu görmüşdür. Özü əvvəllər bir-iki dəfə narkotik vasitə “nəşədən” istifadə etdiyi üçün həmin narkotik vasitəni dərhal tanımışdır. Ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra narkotik vasitəni əynində olan boz rəngli parça şalvarın sol yan cibinə qoymuş və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirmişdir. Lakin istifadə etməmişdir. 28 avqust 2025-ci il tarixdə saat 19 radələrində Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “köhnə avtobaza” adlanan əraziyə hava almaq məqsədilə piyada gəzməyə çıxmış və bu zaman mülki geyimdə üç nəfər şəxs ona yaxınlaşaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişdir. Mülki geyimdə olan və özünü Cəlilabad rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanıldığını bildirmişdir. Əməliyyat müvəkkili Şahid1 ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşdur. O da həmin şəxsə üzərində qanunla qadağan edilmiş predmetlərin olduğunu bildirmişdir. Əməliyyat müvəkkili onun üstünün yoxlanılması zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə üstünün yoxlanılması barədə əməliyyat müvəkkili məlumat vermişdir. Əməliyyat müvəkkili üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini istəməsi barədə təklif etmişdir. O, əynində olan boz rəngli parça şalvarın sol yan cibindən 1 ədəd üzərinə “Keno” sözü yazılmış siqaret qutusunda olan narkotik vasitə marixuananı çıxarıb təqdim etmişdir. Əməliyyat müvəkkili Şahid1, üstünü yoxlayarkən əynindəki boz rəngli parça şalvarın sağ yan cibindən 3 manat pul aşkar edilmişdir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən üstünün yoxlanılması davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Ondan götürülmüş 3 manat pul isə iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Əməliyyat müvəkkili Şahid1 tərəfindən onun təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 12,58 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra əməliyyat müvəkkili ona hüquqlarını izah edib barəsində müvafiq sənədləşmələr aparılması üçün əlverişli şərait olmadığından onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlməsini bildirmişdir. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Əməliyyat müvəkkili tərəfindən üstünün yoxlanılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra polis geyimində olan və özünü Cəlilabad rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Samid Əliyev kimi təqdim edən şəxs, əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş 1 ədəd zərfə və 1 ədəd DVD formatlı diskə baxış keçirəcəyini bildirmişdir. Təhqiqatçı, təqdim olunmuş 1 ədəd DVD formatlı diski kompyuterə daxil edərək onun və əməliyyat müvəkkilləri Şahid1, Şahid4, Şahid3 iştirakı ilə video-görüntüyə baxış keçirmişdir. Daha sonra video-çəkilişə baxıb qurtardıqdan sonra təhqiqatçı Samid Əliyev, möhürlənərək qablaşdırılmış 1 ədəd zərfi açmış və həmin zərfin içərisində olan “Keno” sözü yazılmış siqaret qutusuna baxış keçirilmişdir. Həmin qutunun içərisində olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 13,34 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə yenidən zərfə qoyularaq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Ona Cəlilabad rayon vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və razılığı ilə Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə tutulması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Narkomanlar arasında narkotik vasitə olan qurudulmuş marixuanaya onlar nəşə dediyinə görə o, üstünün yoxlanılması zamanı aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya nəşə demişdir. Onu polis əməkdaşları tutan zaman, üstünü yoxlamağa başlamazdan əvvəl və həmçinin üstünü yoxlayan zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri, psixi təzyiq etməmişlər. Üzərində aşkar olunan narkotik vasitədən heç kimin məlumatı olmamış, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Sadəcə olaraq istifadə etmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. İlk dəfədir ki, cinayət törədir, ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli təqsirləndirilən şəxs Tahir Əzizovun özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad rayon polis şöbəsinin Cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 avqust 2025-ci il tarixdə Cəlilabad rayonu, Muğan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, Cəlilabad rayon polis şöbəsinə gətirilməsi və müvafiq qaydada onun üstünün yoxlanılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Cəlilabad rayon polis şöbəsinin rəhbərliyinin əmri ilə qrup üzvü kimi ondan, Cəlilabad RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2, NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. 28 avqust 2025-ci il tarixdə saat 19:45-də Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “köhnə avtobaza” adlanan ərazidə saxlayaraq, Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Sadiq də onlara üzərində qanunla qadağan edilmiş predmetlərin olduğunu bildirmişdir. Tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılması keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara məlumat vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli parça şalvarın sol yan cibindən 1 ədəd üzərinə “Keno” sözü yazılmış siqaret qutusunda olan narkotik vasitə marixuananı çıxarıb təqdim etmişdir. O, həmin bir ədəd üzərinə “Keno” sözü yazılmış siqaret qutusunda olan narkotik vasitə marixuananaya bənzər kütləni Təqsirləndirilən şəxs haradan əldə etməsini soruşduqda sonuncu, həmin kütləni Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində piyada gəzərkən zibil qabının yanında yerdən tapdığını və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. O, şübhəli şəxs Təqsirləndirilən şəxs üstünü yoxlayarkən əynindəki boz rəngli parça şalvarın sağ yan cibindən 3 manat pul aşkar etmişdir. Daha sonra onun üstünün yoxlanılması davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs götürülmüş 3 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd siqaret qutusunun içərisinə baxış keçirilən zaman narkotik vasitə marixuanaya bənzər kütlə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin ümumilikdə çəkisi 12,58 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarını izah edib barəsində müvafiq sənədləşmələr aparmaq üçün əlverişli şərait olmadığından onu Cəlilabad rayon polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsinə gəldikdən sonra xidməti otaqda tərəfindən şübhəli şəxsin üstünün yoxlanılması barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onlar, RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Samid Əliyevin xidməti otağına gəlmiş və təhqiqatçı Samid Əliyev təqdim olunmuş əşyalara baxış keçirilən zaman keçirilən zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı, əvvəl 1 ədəd DVD formatlı diski “HP” markalı kompyuterə daxil edərək onun, əməliyyat müvəkkilləri Şahid4, Şahid3 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə video-görüntüyə baxış keçirmişdir. Daha sonra videoçəkilişə baxıb qurtardıqdan sonra təhqiqatçı Samid Əliyev, möhürlənərək qablaşdırılmış 1 ədəd zərfi açmış və içərisində olan “Keno” sözü yazılmış siqaret qutusuna baxış keçirmişdir. Həmin siqaret qutusunun içərisində olan narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 13,34 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə yenidən zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2, NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 və KTQ-nun inspektor kriminalisti X1 Bədirovun ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişdir. İş materiallarına əlavə olunmuş 28 avqust 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı o, əynində olan boz rəngli parça şalvarın sol yan cibindən bir ədəd üzərinə “Keno” sözü yazılmış siqaret qutusunu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin siqaret qutusunun içərisində narkotik vasitə olmasını bildirmiş, həmin siqaret qutusuna baxış keçirilən zaman içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin X6 tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 29 avqust 2025-ci il tarixli, 19/348 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd siqaret qutusunda təmiz çəkisi 8,31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X2 Məhkəmənarkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 482 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd siqaret qutusunda təmiz çəkisi -8,31 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs üstünün yoxlanılmasını və təqdim olunan əşyaya baxış keçirilməsini özündə əks etdirən 2 ədəd DVD formatlı disk 01 sentyabr 2025-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilərək müvafiq olaraq ekspertiza tədqiqatı zamanı qalıq çəkisi 8,21 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanması üçün Cəlilabad rayon Polis şöbəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasını və təqdim olunan əşyaya baxış keçirilməsini özündə əks etdirən 2 ədəd DVD formatlı disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 sentyabr 2025-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Cəlilabad Rayon İcra Hakimiyyəti Muğan kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Həmidov X4 rayonu, Muğan kəndində qeydiyyatdadır ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə 1müsbət xarakterizə olunur Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 28 avqust 2025-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2025-ci il tarixdə saat 19:45-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 30 avqust 2025-ci il tarixli “Təqsirləndirilən şəxs MSYdən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 avqust 2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, saat 16:50-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 8,21 qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 28 avqust 2025-ci il tarixdən 30 avqust 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılmasının 04 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan saat 06:00-dək yaşadığı Cəlilabad rayonu, Muğan kəndində yerləşən evi tərk etməmək, Cəlilabad şəhərinin hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 8,21 qram qalan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-125/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-125/2025
17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver