Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-126/2025 16.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Mütəxəssis (tərcüməçi) X2, Müdafiəçi, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2008-ci ildə Cəlilabad rayonunun Bəcirəvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Komanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 29 may 2025-ci il tarixdə Cəlilabad rayonu, Bəcirəvan kəndində yaşadığı evdə internet informasiya ehtiyatında, yəni “TikTok” sosial şəbəkəsində “tam.mexvi.6” saxta istifadəçi adlı “yaniram” səhifəsi ilə qeydiyyatdan keçdiyi profildən istifadə edərək xx xxxx 2004-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, orta təhsilli, subay, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Füzuli rayonu, Merdinli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə əvvəlcədən sonuncunun istifadəsində olan “777” adlı “Tik-Tok” sosial şəbəkə hesabı ilə özünün “Arif&” adlı digər “TikTok” sosial şəbəkə hesablarının direkt bölməsində bir-birinə nalayiq ifadələr və söyüşlər söydüyünə görə Zərərçəkmiş şəxs məxsus üzərində nalayiq ifadələr, yəni “Görtü boşaldiram6azn kim isdiyir yazsın nomre....atım” yazısı yazılmış, əvvəlcədən əldə etdiyi şəklini qəsdən paylaşaraq kütləvi nümayiş etdirib həmin şəkilin xeyli sayda digər şəxslərin görməsinə səbəb olmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs şəxsiyyətinin şərəf və ləyaqətini nalayiq formada alçaltmış, yəni sonuncunu qəsdən qisas məqsədi ilə təhqir etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 2025-ci il tarixdə təqribən mart-aprel aylarında Cəlilabad rayonu, Bəcirəvan kəndində, yəni yaşadığı evdə istifadəsində olan “Redmi 10C” markalı telefonla “Arif&” adlı hesabı ilə “Tik-Tok” sosial şəbəkəsində canlı açdığı zaman “777” adında profil hesabından canlı yayımın rəy bölməsinə “salam necəsiz?” məzmununda mesaj gəlmişdir. Bu zaman canlıda qarşı tərəfə “sağol, siz necəsiniz?” məzmununda cavab vermişdir. Bundan sonra “777” adında profil hesabından, yəni həmin hesabdan istifadəsində olan “Arif&” adlı “Tik-Tok” sosial şəbəkə hesabının direkt bölməsinə “salam, zəhmət olmasa direktə cavab verə bilərsiniz” məzmununda mesaj göndərilmişdir. Bu mesaja cavab olaraq “salam buyurun” cavabını yazmışdır. Zərərçəkmiş şəxs ona istifadəsində olan “777” adlı hesabının spama düşdüyünü, onu spamdan çıxarmaq lazım olduğunu bildirmişdir. O da öz növbəsində bunu edə biləcəyini, bunun üçün də həmin “Tik- Tok” hesabının parolunu deməsini istəmişdir, çünki məqsədi parolu ilə hesabına girib Zərərçəkmiş şəxs hesabını spamdan çıxartmaq olmuşdur. Lakin Zərərçəkmiş şəxs ona “777” adlı “Tik-Tok” hesabının parolunu bilmədiyini demişdir. O, Zərərçəkmiş şəxs məxsus “777” adlı “Tik-Tok” hesabının direkt bölməsinə sonuncunun hesabını spamdan çıxaradacağı təqdirdə 5 manat göndərməsi üçün anası Qanuni nümayəndə adında olan “5239 1517 8698 9718” nömrəli "xxxx" ASC-ə məxsus bank kartının 16 rəqəmini göndərmiş, lakin Zərərçəkmiş şəxs hesabının parolunu dəqiq bilmədiyi və ona göndərmədiyi üçün hesabını spamdan çıxarda bilməmişdir, buna görə də sözügedən bank kartına pul atmamışdır. Bundan sonra da dəfələrlə onun “Arif&” adlı “Tik-Tok” sosial şəbəkə hesabından açdığı canlılara qoşulmuşdur. 29 may 2025-c il tarixdə o, “Arif&” adlı hesabı ilə “Tik-Tok” sosial şəbəkəsində canlı açdığı zaman canlısına profil adlarını dəqiq bilmədiyi 2 qız qoşulmuş və onlarla danışdığı zaman sonradan canlısına daxil olan Zərərçəkmiş şəxs onu həmin qızlara qısqanaraq “Arif&” adlı hesabının direkt bölməsinə müxtəlif məzmunlu söyüşlər yazmağa başlamışdır. Bu söyüşləri yazmağının səbəbini soruşduqda ondan canlısına qoşulan qızların kim olduğunu, niyə onları canlısına qoşduğunu soruşmuş, lakin cavab verməmişdir. Bundan qəzəblənərək “Arif&” adlı hesabının direkt bölməsinə nalayiq ifadələr və söyüşlər yazmağa davam etmişdir. O da sonradan söyüşlərin hamsına direktə qarşılıq vermişdir, ondan sonra Zərərçəkmiş şəxs vaxtı ilə onun direktinə atdığı şəkillərdən birini mahnı ilə editləyərək “Tik-Tok” sosial şəbəkəsində digər saxta hesabı olan “tam.mexvi.6” istifadəçi adlı “yaniram” səhifəsində “Görtü boşaldiram6azn kim isdiyir yazsın nomre....atım”” məzmununda paylaşım etmişdir. Belə ki, “yaniram” adlı hesabını Zərərçəkmiş şəxs şəkillərini paylaşmaq üçün sonradan açmışdır. 30 may 2025-ci il tarixdə, yəni paylaşımı etdiyi gündən bir gün sonra “yaniram” adlı hesabı ilə Zərərçəkmiş şəxs istifadəsində olan “777” adlı “Tik-Tok” hesabına takib atmışdır ki, onunla bağlı etdiyi nalayiq ifadələrlə paylaşdığı paylaşımını görsün. 31 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs onun paylaşdığı postu görəndən sonra “Arif&” adlı hesabının direkt bölməsinə bu paylaşımı niyə etdiyini, məqsədinin nə olduğunu soruşmuş və sonunda söyüş söyməyə başlamış, lakin həmin mesajların heç birisinə cavab verməmişdir. İki gün sonra anası Qanuni nümayəndə istifadəsində olan “***-***-**-**” mobil nömrəsinə tanımadığı “***-***-**-**” nömrəsindən zəng gəlmiş, lakin anası Qanuni nümayəndə həmin zəngi açmamışdır. Bundan az müddət sonra “Whatsapp” mobil tətbiqinə həmin nömrədən mesaj gəlmişdir. Mesajda “Tik-Tok gözəli”, “yola gəl, zəngimi aç, səni evindən çıxardaram” kimi ifadələr yazılmışdır. Bu ifadələri görəndə anası həmin nömrəni bloka atmışdır. Anasının işlədiyi kafenin müdiri gələn zənglərdən sonra anasının narahat olduğunu görərək nə baş verdiyini soruşmuş, anası da tanımadığı nömrədən zənglərin və mesajların gəldiyini, buna görə narahat olduğunu demişdir. Kafenin müdiri həmin nömrəyə zəng edərək məsələnin nə olduğunu soruşmuş, qarşı tərəf isə onun paylaşdığı postlara görə yığdığını demişdir. Anası ondan bu məsələnin nə olduğunu soruşanda o, qorxduğundan xəbərinin olmadığını demişdir. Bu məsələdən bir gün sonra Füzuli Rayon Polis Şöbəsindən onu bu məsələ ilə əlaqədar yığıb çağırmışlar. Növbəti gün rayon Polis şöbəsinə anası Qanuni nümayəndə ilə birlikdə getmişdir. Onun “sixəliyeva” adında “Tik-Tok” hesabı olmamışdır. Rəhim adlı şəxsi “Tik-Tok” sosial şəbəkə hesabında canlılara qoşulduğu üçün tanımış, lakin o, Rəhimə Zərərçəkmiş şəxs məxsus şəkilləri göndərməmişdir. Onun Zərərçəkmiş şəxs məxsus şəkilləri “Tik-Tok” sosial şəbəkəsində “yaniram” adlı digər hesabı ilə paylaşmağının səbəbi Zərərçəkmiş şəxs ona “777” adlı “Tik- Tok” hesabı ilə işlətdiyi nalayiq ifadələr və söyüşlər olmuşdur. Anasına məxsus “5239 1517 8698 9718” nömrəli "xxxx" ASC-ə məxsus bank kartını profil adlarını dəqiq bilmədiyi iki nəfərə atmışdır. Sözügedən bank kartını paylaşmaqda məqsədi həmin videonu görəcək şəxslərdə inam yaratmaq olmuşdur, yəni həmin video vasitəsilə insanları aldadaraq pul almaq olmamışdır. Onun istifadəsində olan “yaniram” adlı “Tik-Tok” sosial şəbəkəsində olan hesabına yuxarıda qeyd etdiyi iki nəfər profil adları dəqiq yadında olmayan şəxslər görüşməklə bağlı yazmış, həmçinin onlardan biri anasına məxsus “5239 1517 8698 9718” nömrəli bank kartına 5 manat məbləğində pul atmışdır. Zərərçəkmiş şəxs onun canlısına qoşulduğu zaman spama düşən hesabları spamdan çıxara bildiyini canlıda əvvəlcədən demişdir. Buna görə də Zərərçəkmiş şəxs bu məsələ ilə bağlı onun “Arif&” adlı “Tik-Tok” sosial şəbəkə hesabının direkt bölməsinə yazmışdır. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə dəfələrlə barışmağa cəhd etmiş, lakin zərərçəkmiş şəxs onunla barışmaqdan imtina etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs mütəxəssis (tərcüməçi) X2 iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 2025-ci il tarixdə dəqiq bilmədiyi ayda “Tik-Tok” sosial şəbəkəsində ona məxsus olan “777” hesabına “sixəliyeva” “Tik-Tok” hesabından məzmununu dəqiq bilmədiyi mesaj gəlmişdir. O, həmin hesabın adminin Təqsirləndirilən şəxs olduğunu bilməmişdir. Çünki hesab qız adında olduğu üçün və özüdə onunla qız kimi danışdığı üçün Təqsirləndirilən şəxs oğlan olduğunu dərk eləməmişdir. Sonradan Təqsirləndirilən şəxs “sixəliyeva” hesabı ilə “Tik- Tok” sosial şəbəkəsində dəfələrlə canlı açmışdır. O, həmin canlılardan birinə qoşulmuşdur. Lakin eşitməyində müəyyən qədər qüsur olduğu üçün canlıda Məhəmməd Musyevin nə danışdığını başa düşməmişdir. Təqsirləndirilən şəxs canlı açdığı zaman üzünü göstərməmək üçün arxa fonda başqa şəkillər qoymuşdur. Təqsirləndirilən şəxs birdən artıq “Tik-Tok” sosial şəbəkəsində hesabları olmuşdur. Təqsirləndirilən şəxs bir müddət sonra “Tik-Tok” sosial şəbəkəsində admini olduğu “sixəliyeva” hesabının adını dəyişərək “Arif&” adını qoymuş və həmin hesab vasitəsilə ona tanışlıq məzmununda mesajlar yazmağa başlamışdır. Rəhim adında tanımadığı oğlan onun “Tik-Tok” sosial şəbəkəsindəki “777” hesabına ona məxsus olan şəkili ataraq tanış olmaq istədiyini demişdir. O, Rəhim adlı oğlanın onun şəklini hardan tapdğını deyəndə ona Məhəmmədin atdığını bildirmişdir. O, Rəhim adında oğlanı ona mesaj yazana kimi kim olduğunu bilməmişdir. Ona Rəhim adlı oğlan Məhəmmədin onun şəklini atmağı ilə bağlı mesajların şəklini çəkib atmışdır. Artıq ordan bilmişdir ki, onun şəklini Rəhim adlı oğlana məhz Məhəmməd atmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs istifadəsində olan “Tik-Tok” sosial şəbəkəsindəki “Arif&” adlı hesaba yazaraq nəyə görə onun şəklini tanımdağı adama atdığını demişdir. Məhəmməd ona cavabında Rəhim adlı oğlanın ondan xoşu gəldiyini və özündən onun şəklini istədiyini, buna görə ona şəklini atdığını demişdir. Rəhim adlı oğlan istifadəsində olan hesabda onun şəklini paylaşaraq üzünü bağlayıb mahnı ilə editləmiş və onu da öz hesabında paylaşmışdır. Həmin postu gördükdə üzü tanınmasa belə onun şəklinin olduğunu bildiyi üçün postun şərh bölməsində “polis.azərbaycan” hesabını etiketləmişdir. Etiketlediyi üçün Rəhim adında oğlan onun postumu öz hesabından silmişdir. Məhəmməd həmin postun altında “polis.azərbaycanı” etiketlədiyi üçün onu söymüş və gəlib polisin özlərini tutacağını bildirmişdir. Bundan əsəbləşərək o da öz növbəsində söyüş söyməyə başlamış və dərhal “Arif&” hesabını bloklamışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs “Tik-Tok” sosial şəbəkəsində “tam.mexvi.6” istifadəçi adlı “yaniram” səhifəsi ilə ona məxsus və vaxtı ilə Rəhim adlı oğlana atdığı şəklini paylaşmış və digər post kimi nalayiq sözlər yazaraq yəni “Görtü boşaldiram6azn kim isdiyir yazsın nomre....atım” məzmununda 3-cü postu paylaşmışdır. Təqsirləndirilən şəxs onun “Tik-Tok” sosial şəbəkəsindəki “777” hesabına “yaniram” səhifəsindən takib atmışdır. O, hesabın içində olan postlara baxanda onun şəklinin olduğu postları görmüş və dərhal həmin hesabı da bloka atmışdır. Bu məsələdə özünü çox pis hiss edərək mətbəxdə iş görən anasına məlumat vermiş, anası da öz növbəsində atasına zəng edərək evə gəlməsini demişdir. Artıq vəziyyəti pis olduğuna görə valideynləri təcili tibbi yardımı çağırmış və “102” çağrı xidmətinə məlumat vermişlər. Təqsirləndirilən şəxs paylaşdığı ona məxsus şəkili əvvəlcədən hardan əldə etdiyini dəqiq bilmədiyini demişdir. Təqsirləndirilən şəxs ondan “Tik-Tok” sosial şəbəkəsindəki “yaniram” hesabında olan ona məxsus şəkilləri silmək qarşılığında, yəni hədə-qorxu gələrək pul tələb etmədiyini, lakin hansı səbəbə görə atdığı yadında olmasa da anasına məxsus kartın nömrəsini ona atdığını bildirmişdir. Həmçinin polisə məlumat verəcəyi halda özünün əmisioğlanlarına onun şəkilini atacağını və daha çox paylaşmasını təmin edəcəyini demişdir. Rəhim adlı şəxs onun şəkillərini öz hesabında nalayiq ifadələr və ya təhqiredici sözlər yazmayaraq, sadəcə mahnı ilə editləyərək paylaşmış, onunla bağlı heç bir şikayət və tələbi olmamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun qızıdır. xx.xx.2025-ci il tarixdə evdə mətbəxdə işləyərkən qızı Zərərçəkmiş şəxs həyəcanlı şəkildə yaxınlaşıb istifadəsində olan telefonu ona göstərərək “Ana buna bax” demişdir. Əvvəl elə bilmişdir ki, qaynının oğlunun nişanında çəkdirdiyi şəkli ona göstərir. Sonra ona həmin şəkli yox, başqasının “Tik-Tok” sosial şəbəkəsində qızına məxsus olan şəklini paylaşdığını görmüşdür. O, həmin posta baxanda qızının şəklini musiqi ilə editlədiyinin fərqində olmamışdır. Hətta postun içində nalayiq sözlər yazılan paylaşımı həmin günün axşamı görmüşdür. Çünki qızı ona şəklini göstərəndə hələ o paylaşım edilməmişdir. Qızı Zərərçəkmiş şəxs vəziyyətinin ağırlaşdığını gördükdə həyat yoldaşı Şahid2 zəng edib təcili evə gəlməsini bildirmişdir. Həyat yoldaşı evə gələndə artıq olanlardan xəbərdar olmuş və hər iksi Daxili İşlər Nazirliyinin “102” çağırış xidmətinə və təcili tibbi yardıma zəng eləmişlər. 2 saat sonra həm polislər, həm də təcili tibbin yardım heyəti evlərinə gəlmişdir. Onun Təqsirləndirilən şəxs ilə qızı Zərərçəkmiş şəxs bir-biri ilə “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə danışdığından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun qızıdır. xx.xx.2025-ci il tarixdə dostları ilə çayxanada nərd oynayarkən həyat yoldaşı Şahid1 ona zəng etmişdir. Zəngdə təcili evə gəlməsini, onunla işinin olduğunu demişdir. 10 dəqiqə sonra evinə çatmışdır. Evdə qızının ağladığını görmüşdür. Nə baş verdiyini soruşduqda qızı Zərərçəkmiş şəxs şəklinin “Tik- Tok” sosial şəbəkəsində paylaşıldığını bildirmişdir. Bundan sonra ona nalayiq formada qızının şəklinin paylaşıldığı postu göstərmişlər. Belə olan halda dərhal Daxili İşlər Nazirliyinin “102” çağırış xidmətinə və təcili tibbi yardıma zəng eləmişlər. 2 saat sonra həm polislər, həm də təcili tibbin yardım heyəti evlərinə gəlmişdir. Onun Təqsirləndirilən şəxs ilə qızı Zərərçəkmiş şəxs bir-biri ilə “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə danışdığından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2025-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs “Redmi 10C” markalı istifadəsində olan telefonla “TikTok” sosial şəbəkəsində “tam.mexvi.6” saxta istifadəçi adlı “yaniram” səhifəsi ilə qeydiyyatdan keçdiyi profildən istifadə edərək canlı açdığı zaman “777” addakı hesabı işlədən Zərərçəkmiş şəxsın şəkillərini paylaşmasını sonradan bilmişdir. Çünki oğlu bu hərəkəti edəndən sonra onun “***-***-**-**” mobil nömrəsinə tanımadığı “***-***-**-**” nömrəsindən “Whatsapp” mobil tətbiqinə mesaj gəlmişdir. Mesajda “Tik-Tok gözəli”, “yola gəl, zəngimi aç, səni evindən çıxardaram” kimi sözlər yazılmışdır. Lakin məsələdən xəbəri olmadığı üçün mesajı göndərən nömrəni bloka atmışdır. Bu zaman onun narahat olduğumu görən işlədiyi kafenin müdiri həmin mesajları yazan şəxslə danışanda saxta profil adından nalayiq ifadələrlə Zərərçəkmiş şəxs şəkillərini paylaşıldığını demişdir. Oğlu Məhəmməddən bu məsələni dəqiqləşdirəndə ona xəbərinin olmadığını demişdir. O da bu məsələnin üstünə düşməmişdir. Bir müddət sonra Füzuli Rayon Polis Şöbəsindən onun nömrəsinə zəng gəlmiş və Füzuli Rayon Polis şöbəsinə dəvət olunmuşlar. Füzuli RPŞ-ə gedəndə də ona oğlu etiraf etmədiyinə görə əvvəlki izahatında bu məsələdən xəbərinin olmadığını bildirmişdir. İndi həqiqətin nə olduğunu etiraf etdiyinə görə Məhəmmədin Zərərçəkmiş şəxs şəkillərini nalayiq ifadələr, yəni “Görtü boşaldiram6azn kim isdiyir yazsın nomre....atım” yazısı yazılmış formada paylaşdığını bilmiş, "xxxx" ASC-ə məxsus “5239 1517 8698 9718”nömrəli bank kartının özünə məxsus olduğunu təsdiqləmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 5/651 saylı rəyindən görünür ki, tədqiq olunan “Xiaomi Redmi 10C” markalı “220333QAG” modelli mobil smartfonun yaddaşında mövcud olan məlumatlar və pozulmuş (təqvim, çat seansı (WhatsApp), kontaktlar, cookie faylları, zaman qeydləri) məlumatlar mövcuddur. Təqdqiq olunan “Xiaomi Poco X3 Pro” markalı “M2102J20SG” modelli mobil smartfonun yaddaşında mövcud olan məlumatlar və pozulmuş (çat (Snapchat, WhatsApp) seansı, kontaktlar, cookie faylları, məkan koordinatları, sosial media, foto təsvirlər və s.) məlumatlar müəyyən olunmuşdur. Tədqiq olunan “Oppo A40M” markalı “CPH2669” modelli mobil smartfonun yaddaşında mövcud olan məlumatlar və pozulmuş (çat senası (WhatsApp) və cookie faylları) məlumatlar müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə ekspert rəyləri arasında tam uyğunluq vardır və onlar arasında ziddiyyət müəyyən olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ibtidai istintaq hərəkəti protokolları ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinin tələbələrinə uyğun əldə edilmişdir. Məhkəmə həmin sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, əməlindən səmimi peşman olmasını və cinayəti yetkin yaşına çatmayan vaxtda törətməsi onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun barəsində təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işləri cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 85.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsə ictimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təyin edilmiş cəzanı cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli hesab edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə 160 (bir yüz altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona gün ərzində 4 saat olmaqla 200 (iki yüz) saat ictimai işlər cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. İş üzrə 160 (bir yüz altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-126/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-126/2025
16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver