Məhkəmə qərarları › İş №1(073)-127/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-127/2025

19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-127/2025 19.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləmdirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxx 1972-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, ev 28A, mənzil 18-də qeydiyyatda olmaqla yaşayan və xx.xx.2025-ci il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü təhsil və tədris sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək həmin sahədə istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib tanış olduğu Cəlilabad rayonu Astanlı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun xalası X4 müəllimlərin işə qəbulu üçün təşkil olunan imtahandan keçirib və sertifikasiya alacağına dair yalan vəd verib aldadaraq, bu adla 2024-cü ilin iyun ayının 4-də Cəlilabad şəhəri, 28 may küçəsində yerləşən “Bazarstore” marketinin qarşısında quraşdırılmış “Expresspay” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs tərəfindən "xxxx" ASC-yə məxsus 4098....50582208 saylı kart hesabına göndərmiş olduğu 3000 manat, 2024-cü ilin iyun ayının 5-də "xxxx" ASC-yə məxsus 4127........1632 saylı kart hesabı vasitəsilə "xxxx" ASC-yə məxsus 4098....50582208 saylı kart hesabına göndərmiş olduğu 500 manat və 2024-cü ilin iyun ayının 15-də Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən Yaşar adlı şəxs məxsus ərzaq mağazasının qarşısında quraşdırılmış “MİLLİÖN” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs "xxxx" ASC-yə məxsus 4098....50582208 saylı kart hesabına göndərmiş olduğu 1500 manat pul olmaqla ümumilikdə 5000 manat pulu, yəni, özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirtməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxsnun həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadələri və işdə olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Şahid 3 ildən artıqdır ki, tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs isə Şahid sayəsində tanımışdır. O, Şahid valideyinlərinin yaşadığı Cəlilabad rayonu, Zopun kəndində onların ünvanında 4-5 dəfə olmuş, ailəvi dostluqları vardır. 2024-cü ilin aprel ayında Şahid ona demişdir ki, qohumu Məlahət adlı şəxs müəllimdir, onu imtahandan keçirtmək lazımdır. O da Şahid demişdir ki, maraqlanıb məlumat verəcəkdir. Şahid və Məlahətin bacısı oğlu Zərərçəkmiş şəxs ona dəfələrlə zəng etmiş və ondan xahiş etmişdir ki, bu işi düzəltsin. O da demişdir ki, 5.000 (beş min) manat pul lazımdır ki, Məlahət imtahandan keçirilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq bir neçə gün ərzində onun Araza verdiyi hesab kartlarına 5.000 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə Məlahət sertfikasiya imtahanı vermiş, lakin imtahandan kəsilmişdir. Bundan sonra Araz və Ceyhun ondan pulu tələb etməyə başlamış, o isə bildirmişdir ki, narhat olma 5000 manat pulunu qaytaracaq, lakin imkanı olmadığı üçün Cehunun pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs aldığı 5000 manat pulu heç kimə verməmiş, həmin pulu ehtiyacı olduğu üçün özü xərcləmişdir. O, pulun Zərərçəkmiş şəxs aid olmasını bilmişdir. Həmin şəxsdən pul almaqda məqsədi onun pulunu ələ keçirtmək olmuş, niyyəti diplomu təsdiqlətdirmək və sertfikat almaq olmamışdır. Pul aldığı zaman həmin pulu hər hansı vəzifəli şəxsə, yəni, həmin pulu hər hansı vəzifədə işləyən konkret şəxsə verəcəyini bildirməmiş, sadəcə olaraq tanışlarının olduğu, bu işə köməklik edəcəyi adı ilə həmin şəxsləri aldatmışdır. O pulu tək almış, almış olduğu pulu özünə xərcləmiş, aldığı puldan heç kimə verməmiş, heç kimin ona pul verməsindən məlumatı olmamışdır. Əməlindən peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. O,hazırda zərərçəkmiş şəxs X6 ilə barışmışdır. Ona dəymiş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Şahid ilə ana tərəfdən qohumluq münasibətləri vardır. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs iki dəfə görmüş, Arazın vasitəsi ilə onu tanımış, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. X1 məktəbdə imtahanla bağlı problemi olmuş, yəni imtahandan kəsildiyi üçün sertfikat almamışdır. Bu barədə o, Şahid demiş, Şahid da demişdir ki, onun tanışı var, adı Hüsniyyədir vəkil işləyir, onunla söhbət edib nəticəsini deyər. Bundan bir müddət sonra Şahid ona demişdir ki, Təqsirləndirilən şəxs bu işin həll edilməsi üçün 5000 manat pul istəyir. O, bu barədə xalası Məlahətə məlumat vermiş, lakin xalasının pulu olmamış, həmin pulu özünün verəcəyini demiş, bu işi həll etməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə yaşadığı evdə Araza 3000 manat pul vermiş, Araz da həmin pulu Hüsniyyənin kart hesabına göndərərək ona məlumat vermişdir ki, pulu göndərib. Səhəri gün isə 500 manat da kart vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Təxminən bundan 10 gün sonra 1500 manat pulu isə o, Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən Yaşar adlı şəxsin mağazasında yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə Arazın ona dediyi kart hesabına göndərmiş, lakin həmin qəbzi itirmişdir. Bundan bir müddət sonra isə işin düzəlməyəcəyini görüb, o, Təqsirləndirilən şəxs pulunu istəmiş, lakin Hüsniyyə onun 5000 manat pulunu geri qaytarmamışdır. Onun pul verməsinə Şahid olmuşdur. Təqsirləndirilən şəxs ona "xxxx"-a məxsus 4098...50582208 nömrəli kart hesabına göndərmiş, həmin kart hesabı Təqsirləndirilən şəxs məxsus olmasını bilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam ödənmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs ilə qohumluq münasibətləri vardır. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs X1 məktəbdə imtahanla bağlı problemi olmuş, yəni imtahandan kəsildiyi üçün sertfikat almamışdır. Bu barədə Ceyhun ona demiş o da Ceyhuna onun tanışı var adı Hüsniyyədir vəkil işləyir, onunla söhbət edib nəticəsini deyər. Bundan bir müddət sonra Hüsniyyəyə demiş, sonuncu bu işin həll edilməsi üçün 5000 manat pul istəmişdir. O, bu barədə Ceyhuna demiş, Ceyhun da xalası Məlahətə məlumat vermiş, lakin xalasının pulu olmamış, həmin pulu özünün verəcəyini demiş, bu işi həll etməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə yaşadığı evdə Ceyhun ona 3000 manat pul vermiş, o da həmin pulu Hüsniyyənin kart hesabına göndərərək ona məlumat vermişdir ki, pulu göndərib. Səhəri gün isə 500 manat da kart vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Təxminən bundan 10 gün sonra 1500 manat pulu isə o, Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən Yaşar adlı şəxsin mağazasında yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə Ceyhun Hüsniyyənin ona dediyi kart hesabına göndərmiş, lakin həmin qəbzi itirmişdir. Bundan bir müddət sonra isə işin düzəlməyəcəyini görmüş və Təqsirləndirilən şəxs pulunu istəmiş, lakin Hüsniyyə onun 5000 manat pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ona "xxxx"-a məxsus 4098...50582208 nömrəli kart hesabına göndərmiş, həmin kart hesabı Təqsirləndirilən şəxs məxsus olmasını bilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Bakı şəhəri Nərimanov rayon 33 saylı MKT-nın 22 sentyabr 2025-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatda ailə üzvləri ilə birlkdə yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan xx.xx.2025-ci il tarixli, 691 nömrəli istintaq zamanı Zərərçəkmiş şəxs 5.000 manat pulu Təqsirləndirilən şəxs nə zaman harada, hansı məqsədlə kimlərin yanında verməsini müəyyənləşdirmək üçün RPŞ-nin CAB-na əməliyyat tapşırığı verilmiş, həmin tapşırığa cavab verilərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 5000 manat pulu Məlahət Əliyevanı sertfikasiya imtahanında keçirdəcəyi adı ilə alması, lakin vədinə əməl etməməsi, hadisə ilə bağlı əlavə şahidlərin dairəsinin müəyyən edilməməsi göstərilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş 5000 manat ziyan tam şəkildə ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxsnun ərizəsində görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmişdir. Onunla barışmışdır, əməlindən peşimandır. İşin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mühüm və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlilidir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, zərərçəkmiş şəxs X5 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələbi olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə verərək əməlindən peşiman olmasını, zərərçəkmiş şəxs X3 dəymiş ziyanı tam ödədiyini, onunla barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını göstərərək barəsində olan işin icraatına xitam verilməklə cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş zərəri tam ödəməsini nəzərə alaraq Cinayət Məcəlləsinin 73-1.1ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməklə Təqsirləndirilən şəxsnun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etdi. Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə işin hallarını, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin barışmaqla işin icraatına xitam verilməsini xahiş etmələrini, dövlət ittihamçısının CM-nin 73-1.1-ci maddəsi tətbiq edilməklə cinayət işinin icraatına xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini təkilf etməsini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnun barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar