Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-129/2025 18.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 17:20 X8 Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakı ilə xx xxxxxxxx 2000-ci ildə Cəlilabad rayonunun Pərdi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Muğan kəndində qeydiyyatda olan və Cəlilabad şəhəri M.Qaşqay küçəsində nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 12 avqust 2025-ci il tarixdə saat 03 radələrində Cəlilabad şəhəri, Səttarxan küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus qeydiyyat nömrəsiz fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olmuş, daha sonra sonra isə həyətdə yerləşən saxlanc yeri hesab edilən hinə daxil olaraq hindən bir ədədi 13 manat dəyərində olmaqla, ümumilikdə 273 manat dəyərində 21 ədəd ev quşunu (toyuq) gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 13 avqust 2025-ci il tarixdə, saat 02 radələrində Cəlilabad şəhəri, Səttarxan küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus qeydiyyat nömrəsiz fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olmuş, daha sonra sonra isə həyətdə yerləşən saxlanc yeri hesab edilən hinə daxil olaraq hindən bir ədədi 15 manat dəyərində olmaqla, ümumilikdə 165 manat dəyərində 11 ədəd ev quşunu (toyuq) gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 22 avqust 2025-ci il tarixdə, saat 03 radələrində Cəlilabad şəhəri, Səttarxan küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus qeydiyyat nömrəsiz fərdi yaşayış evinin həyətinə qanunsuz olaraq daxil olmuş, daha sonra isə evin zirzəmisinə daxil olaraq oradan 1 ədəd 450 manat dəyərində 2 kilovatlıq “Golden Falcon” markalı işıq generatoru, 1 topu 100 manat dəyərində olan 8 top dördlük ölçüdə mis elektrik naqili, bir ədədi 280 manat dəyərində olan 2 ədəd “Adidas” markalı 28 ölçüdə velosiped, 1 ədəd 640 manat dəyərində “Bosch” markalı tozsoran, 1 ədəd 70 manat dəyərində “Texnolux” markalı şirəçəkən, 1 ədəd 105 manat dəyərində “Sinbo” markalı elektrik qazanı, 1 ədəd 65 manat dəyərində “Blackbird” markalı mikser, 1 ədəd 50 manat dəyərində “He-house” markalı mikser, 1 ədəd 95 manat dəyərində “Aex” markalı fritur, 1 ədəd 180 manat dəyərində “Silvercrest” markalı pərdə ütüsü, 1 ədəd 90 manat dəyərində “Sonifer” markalı elektrik samovarı, hər biri 560 manat dəyərində olan 2 ədəd “Dell” markalı noutbuk, 1 ədəd 20 manat dəyərində “Frauzen” markalı çaydan’ 1 ədəd 60 manat dəyərində “Moulinex” markalı elektrik ətçəkən, 1 ədəd 110 manat dəyərində “Songsun” markalı qazan dəsti, hər biri 55 manat dəyərində olan 2 ədəd “Hoffmayer” markalı qaşıq-çəngəl dəsti, 1 ədəd 40 manat dəyərində “Zen” markalı çaynik dəsti, 1 ədəd 45 manat dəyərində “Zubr” markalı ovuc daşlayıcı, 1 ədəd 20 manat dəyərində qoyun qırxan aparat, bir ədədi 35 manat dəyərində olan 2 ədəd uşaq üçün skuter, 1 ədəd 55 manat dəyərində elektrikli taxta kəsən mişarı (lobzik), daha sonra isə evin divarında quraşdırılmış 1 ədəd 210 manat dəyərində 24 litrlik “Proton” markalı su qızdırıcısını oğurlamış, yəni özgənin ümumilikdə 4965 manat dəyərində əmlakım gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 23 avqust 2025-ci il tarixdə saat 04 radəiərində Cəlilabad şəhəri Səttarxan küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus üzüm bağına qanunsuz daxil olmuş, daha sonra isə üzüm bağının içərisində yerləşən saxlanc yeri hesab edilən anbara daxil olaraq oradan 1 ədəd 380 manat dəyərində 600 amperlik “Royce” markalı qaynaq aparatını və 1 ədəd 160 manat dəyərində 2600 vattlıq “Makota” markalı ovuc daşlayıcını oğurlamış, yəni özgənin ümumilikdə 540 manat dəyərində əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli hesab edərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 əvvəllər tanımışdır, onlarla heç bir ədavət və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onun qonşularıdır. Heç bir yerdə işləmədiyindən gəlir yeri olmamış, buna görə də oğurluq etmək qərarına gəlmiş və oğurluq etmək üçün yer axtarmışdır. 12 avqust 2025-ci il tarixdə, gecə saat təxminən 03 radələrində Cəlilabad rayonunda Kirovka adlanan ərazidəki küçələrdən birinə daxil olmuşdur. Küçədə toyuq-cücə oğurlamaq üçün münasib ev axtarmışdır. Evdən çıxanda oğurlayacağı toyuq-cücəni yığmaq üçün bir ədəd kisə də götürmüşdür. Evlərdən birinin həyətinin arxa tərəfində setka çəpər olduğunu görüb həmin həyətdən oğurluq etmək qərarına gəlmişdir. Ərtafa baxmış və görmüşdür ki, heç kim yoxdur. Sonra həmin setka çəpərdən keçərək həyətə daxil olmuşdur. Həyətdə olan hini tapmış və hinə doğru getmişdir. Hinin qapısını açıb içəri daxil olmuş, telefonunun işığı ilə hinə nəzər salmış və görmüşdür ki, hində 21 ədəd ədəd toyuq var. Hində olan 21 ədəd toyuğu özü ilə gətirdiyi kisəyə yığıb hindən çıxmış və hinin qapısını bağlamışdır. Daha sonra həyətə daxil olduğu setka çəpərin üzərindən keçərək həyəti tərk etmişdir. Oradan arxa yol ilə Cəlilabad şəhərində “İran Bazarı” adlanan əraziyə doğru getməyə başlamışdır. Bazara toyuqları satmaq üçün getmiş, saat təxminən 05 radələrində artıq bazarda olmuşdur. “İran Bazarı”nda bir az gözləmişdir ki, müştəri gəlsin. Təxminən saat 07 radələrində artıq bazara müştərilər gəlməyə başlamışdır. Bir qədər sonra bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb toyuqları neçəyə satdığını soruşmuşdur. Həmin şəxsə demişdir ki, toyuqların hər birini 10 manata satır. Həmin şəxs onunla razılaşmış və ona 210 manat pul verib toyuqların hamısını ondan almışdır. Oradan çıxıb evinə getmiş və əldə etdiyi pulları gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Pulu xərcləyib qurtardığına görə axşam yenə də oğurluq etmək qərarına gəlmişdir. Qonşusu Zərərçəkmiş şəxs2 evinin həyətindəki hində toyuq-cücə saxlamışdır. Qərara gəlmişdir ki, axşam olandan sonra onun evinin həyətindəki hindən toyuq cücə oğurlasın. 13 avqust 2025-ci il tarixdə, saat təxminən 02 radələrində yaşadığı evi tərk edib “arxa yol” ilə qonşusu Zərərçəkmiş şəxs2 evinə doğru getməyə başlamışdır. Gedəndə oğurlayacağı toyuq-cücəni yığmaq üçün özü ilə bir ədəd kisə götürmüşdür. Zərərçəkmiş şəxs2 evinin həyətinə arxa tərəfdən, setka çəpərin üzərindən daxil olmaq istəmişdir. Balaşanın həyətinin arxa tərəfinə getmiş, ərtafa baxmış, heç kimin olmadığını müəyyən etmiş və həmin həyətin arxa tərəfində olan setka çəpərdən keçərək həyətə daxil olub həyətdə olan hinə doğru getmişdir. Hinin qapısını açıb içəri daxil olmuş, hində 11 ədəd toyuq olmasını müəyyən etmiş və həmin 11 ədəd toyuğu özü ilə gətirdiyi kisəyə yığıb hindən çıxaraq hinin qapsını bağlamışdır. Daha sonra həyətə daxil olduğu setka çəpərin üzərindən keçərək həyəti tərk etmişdir. Oradan əsas küçəyə çıxmış və asfalt yol ilə Cəlilabad rayonunda yerləşən “Baş” adlanan əraziyə doğru getməyə başlamışdır. “Baş” adlanan əraziyə çatdıqdan sonra oradan Cəlilabad şəhərində yerləşən “İran Bazarı” adlanan əraziyə doğru getməyə başlamışdır. Yenə də bazara toyuqları satmaq üçün getmişdir. Saat təxminən 06 radələrində artıq bazarda olmuşdur. Bazarda bir qədər gözləmişdir ki, müştəri gəlsin və toyuqları satsın. Təxminən saat 07 radələrində artıq bazara müştərilər gəlməyə başlamışdır. Saat təxminən 08 radələrində ona bir nəfər tanımadığı şəxs yaxınlaşıb toyuqları neçəyə satdığını soruşmuşdur. Həmin şəxsə demişdir ki, toyuqların hər birini 10 manata satır. Həmin şəxs onunla razılaşmış və ona 110 manat pul verib toyuqların hamısını ondan almışdır. Oradan çıxıb evinə getmiş və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Pulu qurtardıqdan sonra yenə də oğurluq etmək qərarına gəlmiş və oğurluq etmək üçün yer axtarmışdır. Qonşusu Zərərçəkmiş şəxs3 evində heç kim yaşamadığından qərara gəlmişdir ki, onun evinə daxil olub oradan oğurluq etsin. 22 avqust 2025-ci il tarixdə, saat təxminən 02 radələrində onun evinin hasarının üzərindən keçib evin həyətinə daxil olmuşdur. Evlərinin həyəti arxa tərəfdən bir-birinə yaxındır, yəni onun həyətindən sonra Talehin həyətidir. Həyətdə evə daxil olmaq üçün yer axtarmış və zirzəminin qapısı diqqətini cəlb etmişdir. Zirzəminin qapısına təyziq edib qapını açmış və oraya daxil olmuşdur. Zirzəmidə telefonunun işığını yandırıb oğurlamaq üçün əşya axtarmağa başlamışdır. Oradan 2 ədəd “Dell” markalı kompyuter, 2 ədəd 28 ölçüdə velosiped, 1 ədəd laqonda, 1 ədəd elektrikli taxta kəsən mişar, 2 ədəd uşaq üçün skuter, 1 ədəd qoyun qırxan aparat, 1 ədəd işıq generatoru, 1 ədəd tozsoran, 1 ədəd şirəçəkən, 1 ədəd elektrik qazanı, 2 ədəd mikser, 1 ədəd kartof qızardan aparat, 1 ədəd pərdə ütüsü, 1 ədəd elektrik samovarı, 1 ədəd çaydan, 1 ədəd elektrikli ətçəkən, 1 ədəd qazan dəsti, 2 ədəd qaşıq-çəngəl dəsti, 1 ədəd və 8 top elektrik naqili götürüb bir-bir zirzəmidən çıxararaq evin hasarının yanına yığmışdır. Evin yan tərəfindən keçəndə divarda su qızdırıcısı olduğunu görmüş və qərara gəlmişdir ki, onu da oğurlasın. Su qızdırıcısını da yerindən söküb çıxartmış və digər əşyaların yanına gətirmişdir. Daha sonra qayıdıb zirzəminin qapısını bağlamış və həmin əşyaların yanına gəlmişdir. Həmin əşyaları oradan, yəni hasarın üstündən bir-bir evinin həyətinə keçirtmişdir. 2 ədəd “Dell” markalı kompyuter, 1 ədəd 28 ölçüdə velosiped, 1 ədəd tozsoran, 1 ədəd şirəçəkən, 1 ədəd elektrik qazanı, 2 ədəd mikser, 1 ədəd kartof qızardan aparat, 1 ədəd pərdə ütüsü, 1 ədəd elektrik samovarı, 1 ədəd çaydan, 1 ədəd elektrikli ətçəkən, 1 ədəd qazan dəsti və 2 ədəd qaşıq-çəngəl dəstinin öz evlərinin zirzəmisinə yığmış və zirzəminin qapısını bağlamışdır. Daha sonra təxminən saat 5 radələrində evdən çıxıb Cəlilabad şəhərində “Baş” adlanan əraziyə getmiş, oradan bir taksi avtomobili tapıb yaşadığı evə gəlmiş və oğurladığı əşyalardan çöldə qalanları, yəni 1 ədəd 28 ölçüdə velosiped, 1 ədəd laqonda, 1 ədəd elektrikli taxta kəsən mişar, 2 ədəd uşaq üçün skuter, 1 ədəd qoyun qırxan aparat, 1 ədəd işıq generatoru, 8 top elektrik naqili və 1 ədəd su qızdırıcını həmin taksi avtomobilinə yükləyib Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Bit” bazarı adlı yerə aparmışdır. Taksi sürücüsünə onu oraya gətirdiyinə görə 25 manat pul vermişdir. Həmin əşyaların hamısını bazarda bir yerə yığıb müştəri gəlməsini gözləmişdir. Orada ona tanımadığı şəxslər yaxınlaşıb həmin əşyaları neçəyə satdığını soruşmağa başlamış və o, da hər birinə fərqli qiymətlər demişdir. Təxminən 1 saat ərzində həmin əşyaları ümumilikdə 400 manat pul müqabilində tanımadığı şəxslərə satmışdır. Ümumilikdə həmin əşyaları 3 nəfər şəxsə satmış, lakin nəyi kimə satdığını xatırlamır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmiş və axşam saatlarında Cəlilabad rayonuna qayıtmışdır. Həmin gün axşam saatlarında yenə də oğurluq etmək istəmişdir. 23 avqust 2025-ci il tarixdə, saat təxminən 04 radələrində Cəlilabad şəhəri, Səttarxan küçəsinin arxa tərəfində piyada gəzib oğurluq etmək üçün yer axtardığı zaman orada olan Hüseyn adlı şəxsə məxsus üzüm bağı diqqətini cəlb etmişdir. Həmin üzüm bağına yaxınlaşmış və görmüşdür ki, üzüm bağının içərisində tikili var və qərara gəlmişdir ki, həmin tikiliyə daxil olub oradan oğurluq etsin. Ərtafa baxıb heç kimin olmadığını müəyyən etmiş və üzüm bağının giriş qapısının üzərindən keçərək bağın həyətinə daxil olmuşdur. Orada anbara tərəf gedib anbara daxil olmuş və oğurluq etmək üçün əşya axtarmağa başlamışdır. Oradan bir ədəd laqonda və bir ədəd qaynaq aparatı tapmış və onları oradan tapdığı kisəyə yığıb anbardan çıxmışdır. Daha sonra içəri daxil olduğu qapıya tərəf gedib çölə baxmış və görmüşdür ki, heç kim yoxdur. Bundan sonra həmin qapının üzərindən keçib küçəyə çıxmışdır. Oradan Cəlilabad rayonunda “Baş” adlanan əraziyə gedib taksi avtomobili axtarmışdır. Bir qədər sonra bir taksi avtomobili tapmış və onunla Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Bit” bazarına getmişdir. Taksi sürücüsünə onu oraya gətirdiyinə görə 15 manat pul vermişdir. Laqonda və qaynaq aparatını bazarda yerə qoyub satışa çıxartmışdır. Təxminən bir saat sonra laqonda və qaynaq aparatını tanımadığı bir şəxsə 130 manat pul müqabilində satmışdır. Daha sonra oradan çıxıb Cəlilabad rayonuna qayıtmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 26 avqust 2025-ci il tarixdə, təxminən saat 18 radələrində şəxsi işi ilə əlaqədar olaraq Cəlilabad şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olduğu zaman bir nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş və oğurluqda şübhəli olduğu üçün onu Cəlilabad rayon polis şöbəsinə dəvət etmişdir. Polis əməkdaşının dəvətinə etiraz etməmiş və onunla birlikdə şöbəyə getmişdir. Cəzasının ağır olacağını düşündüyündən əvvəllər istintaqa verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 məxsus əşyaların bir qisminin evlərinin zirzəmisində saxlamağı barədə məlumat verməmiş, oğurluq hadisələrini törətdiyi zaman onu heç kim görməmiş, oğurluq hadisələrini tək törətmişdir. Oğurluq hadisələri törətməsindən heç kimin məlumatı olmamışdır. Bu barədə heç kimə məlumat verməmiş, oğurluq hadisələrini qazanc etmək məqsədilə törətməmiş, oğurladığı əşyaları və toyuqları satdığı şəxslərin həmin əşyaların, eləcə də toyuqların oğurluq nəticəsində əldə edilməsindən məlumatı olmamışdır. Onu Bakı şəhərinə aparan taksi sürücülərini tanımamış, avtomobillərinin marka, model və dövlət qeydiyyat nişanını bilməmişdir. Törətdiyi cinayət əməllərindən peşmandır. Oğurluq nəticəsində dəymiş zərəri tam ödəmişdir. Zərərçəkmiş şəxslərin ondan şikayət və tələbləri yoxdur. Bu halları nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, 23 avqust 2025ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 Xidməti Zəng Mərkəzinə müraciət edib Cəlilabad şəhəri ərazisində yerləşən evindən 500 manat dəyərində su qızdırıcısı, velosiped və digər əşyaların oğurlanmasını bildirmişdir. Bundan başqa 23 avqust 2025-ci il tarixdə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət edərək 21 avqust 2025-ci il tarixdən 22 avqust 2025-ci il tarixə keçən gecə yaşadığı evin zirzəmisindən bir ədəd uşaq üçün velosiped və bir ədəd hamamın qızdırıcısının oğurlanmasını və ona 95 manat maddi ziyan dəyməsini bildirmişdir. Cəlilabad şəhəri, Həməşəra küçəsində fərdi yaşayış evi var. Bununla yanaşı həm də Cəlilabad rayonu, Yusifli kəndində yaşayır, yəni orada da evi var. Təxminən 15 avqust 2025-ci il tarixdə həmin şəhərdəki evindən çıxıb kəndə getmişdir. 23 avqust 2025-ci il tarixdə, gecə saatlarında şəhərdə yerləşən evinə gəlmiş, darvazanı açıb həyətə daxil olmuş, evin zirzəmisinin qapısının biraz açıq olduğunu görmüş və müəyyən etmişdir ki, evinə oğru girib. Daha sonra həyəti biraz gəzmiş və görmüşdür ki, divarda olan su qızdırıcısı da yoxdur. Həmin vaxt gecə olduğu üçün polisə müraciət etməmişdir. 23 avqust 2025-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə bağlı 102 Xidməti Zəng Mərkəzinə müraciət etmişdir. Daha sonra evinə polis əməkdaşları gəlmiş, baş vermiş hadisə ilə bağlı ərizə ilə müraciət etmiş və bundan sonra polis əməkdaşları hadisə baş verən yerə baxış keçirib sənədləşmə aparmışdır. Həmin zaman evindən dəqiq olaraq nəyin oğurlandığını bilmədiyi üçün ərizəsində, izahatında və 102 Xidməti Zəng Mərkəzinə etdiyi müraciətində nəyin oğurlanması barədə dəqiq məlumat verə bilməmişdir. Polislər gedəndən sonra evində olan əşyaları bir daha yoxlamış və müəyyən etmişdir ki, evindən 1 ədəd 210 manat dəyərində 24 litrlik “Proton” markalı su qızdırıcısı, 1 ədəd 450 manat dəyərində 2 kilovatlıq “Golden Falcon” markalı işıq generatoru, 1 topu 100 manat dəyərində olan 8 ədəd (top) dördlük ölçüdə mis elektrik naqili, 2 ədəd 280 manat dəyərində “Adidas” markalı 28 ölçüdə velosiped, 1 ədəd 640 manat dəyərində “Bosch” markalı tozsoran, 1 ədəd 70 manat dəyərində “Texnolux” markalı şirəçəkən, 1 ədəd 105 manat dəyərində “Sinbo” markalı elektrik qazanı, 1 ədəd 65 manat dəyərində “Blackbird” markalı mikser, 1 ədəd 50 manat dəyərində “He-house” markalı mikser, 1 ədəd 95 manat dəyərində “Aex” markalı fritur, 1 ədəd 180 manat dəyərində “Silvercrest” markalı pərdə ütüsü, 1 ədəd 90 manat dəyərində “Sonifer” markalı elektrik samovarı, hər biri 560 manat dəyərində olan 2 ədəd “Dell” markalı noutbuk, 1 ədəd 20 manat dəyərində “Frauzen” markalı çaydan, 1 ədəd 60 manat dəyərində “Moulinex” markalı elektrik ətçəkən, 1 ədəd 110 manat dəyərində “Songsun” markalı qazan dəsti, hər biri 55 manat dəyərində olan 2 ədəd “Hoffmayer” markalı qaşıqçəngəl dəsti, 1 ədəd 40 manat dəyərində “Zen” markalı çaynik dəstini, 1 ədəd 45 manat dəyərində “Zubr” markalı laqonda, 1 ədəd 20 manat dəyərində qoyun qırxan aparat, hər biri 35 manat dəyərində 2 ədəd uşaq üçün skuter və 1 ədəd 55 manat dəyərində elektrikli taxta kəsən mişar oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4965 manat maddi ziyan dəymişdir. Evindən oğurlanmış 1 ədəd qoyun qırxan aparat, 2 ədəd uşaq üçün skuter və 1 ədəd elektrikli taxta kəsən mişarın fərqləndrici əlamətləri barədə məlumatı yoxdur. Oğurluq hadisəsinin o, evdə olmadığı vaxt, yəni təxminən 15 avqust 2025-ci il tarixdən 23 avqust 2025-ci il tarixədək olan müddət ərzində baş vermişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən cəza təyin edərkən bunu nəzərə almağı xahiş edir. Zərərçəkmiş şəxs4 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, 26 avqust 2025ci il tarixdə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət edərək Cəlilabad şəhəri, Səttarxan küçəsində yerləşən ona məxsus üzüm bağının anbarından 1 ədəd 160 manat dəyərində laqonda və 1 ədəd 380 manat dəyərində qaynaq aparatının oğurlanmasını bildirmişdir. Cəlilabad şəhəri, Səttarxan küçəsində üzüm bağı var. Həmin üzüm bağının içərisində anbar yerləşir. Həmin anbarda bağda işlədilən əşyalar saxlanılır. 23 avqust 2025-ci il tarixdə, səhər saatlarında üzüm bağının anbarına daxil olmuş və lazım olduğu üçün laqondanı axtarmağa başlamışdır. Həmin zaman laqondanın və qaynaq aparatının anbarda olmadığını müəyyən etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, 22 avqust 2025-ci il tarixdən 23 avqust 2025-ci il tarixə keçən gecə kimsə anbara daxil olaraq oradan laqonda və qaynaq aparatını oğurlayıb. Həmin gün vaxtı olmadığını üçün polisə müraciət etməmişdir. Yalnız 26 avqust 2025-ci il tarixdə vaxt tapıb Cəlilabad RPŞ-nə baş vermiş oğurluq hadisəsi barədə müraciət etmişdir. Daha sonra polis əməkdaşları üzüm bağına gələrək hadisə baş verən yerə baxış keçirib müvafiq sənədləşmə aparmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 540 manat maddi ziyan dəymişdir. Oğurlanan laqonda “Makota” markalı olmuş, təzə almış, işləmə gücü 2600 vatt, qiyməti isə 160 manat olmuşdur. Qaynaq aparatı “Royce” markalı olmuş, cari ilin mart ayında almış, işləmə gücünün 600 amper, qiyməti isə 380 manat olmuşdur. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən cəza təyin edərkən bunu nəzərə almağı xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanındığını, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, onun tərəfindən ona dəymiş ziyan tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, üzrlü səbəbdən məhkəmə baxışına gələ bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X5 onun qardaşıdır. X9 12 avqust 2025-ci il tarixdə DİN-in 102 Xidməti Zəng Mərkəzinə müraciət edərək ona məxsus həyətdən 23 ədəd toyuğun oğurlanmasını bildirmişdir. Bundan başqa özü də 12 avqust 2025-ci il tarixdə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət edərək 12 avqust 2025-ci il tarixdə, gecə saatlarında evinin həyətində yerləşən hindən 21 ədəd toyuğun oğurlanmasını bildirmişdir. Cəlilabad şəhəri, Səttarxan küçəsində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən hində toyuq saxlayır, 21 ədəd toyuğu var, hər gün səhər saatlarında toyuqları hindən açıb buraxır, gecə hava qaraldıqdan sonra toyuqları hinə salıb bir-bir sayır və hinin qapısını örtür. 11 avqust 2025-ci il tarixdə axşam saatlarında, yəni hava qaraldıqdan sonra toyuqları eyni qaydada hinə salıb saymış və hinin qapısını örtmüşdür. Hinə 21 ədəd toyuq salmışdır. 12 avqust 2025-ci il tarixdə, səhər saatlarında həyətə çıxıb hinə doğru getmiş və hinin qapısını açmışdır ki, toyuqları buraxsın. Hinin qapısını açdıqdan sonra görmüşdür ki, hində toyuq yoxdur. Bundan sonra ona məlum olmuşdur ki, 11 avqust 2025-ci il tarixdən 12 avqust 2025-ci il tarixə keçən gecə kimsə onun yaşadığı evin həyətində yerləşən hinə daxil olaraq oradan ona məxsus 21 ədəd toyuğu oğurlayıb. Bundan sonra X9a zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və qardaşı Ceyhun da bu barədə Azərbaycan Respublikası DİN- in 102 Xidməti Zəng Mərkəzinə məlumat vermişdir. Daha sonra onun evimə polis əməkdaşları gəlmiş və baş vermiş oğurluq hadisəsi ilə bağlı Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları hadisə baş verən yerə baxış keçirib müvafiq sənədləşmə aparmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 273 manat maddi ziyan dəymişdir. Əlavə suallara cavab olaraq oğurlanmış toyuğun hər birinin 13 manat dəyərində olmasını, həmin toyuqların təxminən 1 yaşlı, 1 kiloqram 200 qram çəkidə adi, normal həyət toyuqları olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanındığını, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, onun tərəfindən ona dəymiş ziyan tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, üzrlü səbəbdən məhkəmə baxışına gələ bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 14 avqudst 2025-ci İİ tarixdə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət edərək 13 avqudst 2025-ci il tarixdə yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən toyuq hinindən dəyəri 95 manat olan 11 ədəd toyuğun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Yaşadığı evin həyətində yerləşən hində toyuq saxlayır, 11 ədəd toyuğu var, hər gün səhər saatlarında yuxudan oyandıqdan sonra toyuqları hindən açıb buraxır, gecə hava qaraldıqdan sonra toyuqları hinə salıb birbir sayır və hinin qapısını örtür. 12 avqusdt 2025-ci il tarixdə axşam saatlarında, yəni hava qaraldıqdan sonra toyuqları eyni qaydada hinə salıb saymış və hinin qapısını örtmüşdür. Hinə 11 ədəd toyuq salmışdır. 13 avqust 2025-ci il tarixdə yuxudan oyanmış, həyətə çıxıb hinə doğru getmiş və hinin qapısını açmışdır ki, toyuqları buraxsın. Hinin qapısını açdıqdan sonra görmüşdür ki, hində toyuq yoxdur. Bundan sonra ona məlum olmuşdur ki, 12 avqust 2025-ci il tarixdən 13 avqust 2025-ci il tarixə keçən gecə kimsə onun yaşadığı evin həyətində yerləşən hinə daxil olaraq oradan ona mənə məxsus 11 ədəd toyuğu oğurlayıb. Bundan sonra Cəlilabad RPŞ-nə baş vermiş hadisə ilə bağlı müraciət etmişdir. Daha sonra polis əməkdaşları onun yaşadığı evə gələrək hadisə baş verən yerə baxış keçirib müvafiq sənədləşmə aparmışdır. Aparılan araşdırma ilə bağlı hər hansı bir nəticə olmadığından 16 avqust 2025-ci il tarixdə eyni məzmunla Azərbaycan Respublikası DİN-in 102 Xidməti Zəng Mərkəzinə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 165 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsinə görə qorxmuş, həyəcanlı olmuş və bu səbəbdən ərizəsində 95 manat dəyərində 11 ədəd toyuğun oğurlanmasını bildirmişdir. Daha sonra həmin toyuqların dəyərini hesablamış, hər birinin 15 manat dəyərində olmasını, ona ümumilikdə 165 manat maddi ziyan dəyməsini müəyyən etmiş və izahatında da bu barədə məlumat vermişdir. Əlavə suallara cavab olaraq oğurlanmış toyuğun hər birinin 15 manat dəyərində olmasını, həmin toyuqların təxminən 1 yaşh, 1 kiloqram 400 qram çəkidə adi, normal həyət toyuqları olduğunu bildirmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 12 avqust 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Cəlilabad şəhəri, Səttarxan küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətində yerləşən hindən oğurluq edilmişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs1 hadisə yerini təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 avqust 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Cəlilabad şəhəri, Səttarxan küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətində yerləşən hindən oğurluq edilmişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs2 hadisə yerini təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 23 avqust 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Cəlilabad şəhəri, Həməşəra küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən oğurluq edilmişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs3 hadisə yerini təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 avqust 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Cəlilabad şəhəri, Həməşəra küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən oğurluq edilmişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs3 hadisə yerini təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş, “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 16 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, X3 yaşadığı evin zirzəmisindən aşkar etdiyi 1 ədəd “Adidas” markalı 28 ölçüdə velosiped, 1 ədəd “Bosch” markalı tozsoran, 1 ədəd “Texnolux” markalı şirəçəkən, 1 ədəd “Sinbo” markalı elektrik qazanı, 1 ədəd “Blackbird” markalı mikser, 1 ədəd “He-house” markalı mikser, 1 ədəd “Aex” markalı fritur, 1 ədəd “Silvercrest” pərdə ütüsü, 1 ədəd “Sonifer” markalı elektrik samovarı, 2 ədəd “Dell” markalı noutbuk, 1 ədəd “Frauzen” markalı çaydan, 1-^ədəd “Moulinex” markalı elektrik ətçəkən, 1 ədəd “Songsun” markalı qazan dəsti, 2 ədəd “Hoffmayer” markalı qaşıq-çəngəl dəsti və 1 ədəd “Zen” markalı çaynik dəstini təqdim etmişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs3 həmin əşyaları tanıdığını, həmin əşyaların ona məxsus olmasını və həmin əşyaların evindən oğurlanan əşyalar olmasını bildirmişdir. Qeyd olunan əşyalara baxış keçirilmiş və cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarına əlavə olunmuş, “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 22 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Bit bazarı adlı yerdə Təqsirləndirilən şəxsdan aldığı 1 ədəd 2 kilovatlıq “Golden Falcon” markalı işıq generatoru və 1 ədəd 24 litrlik “Proton” markalı su qızdırıcısını təqdim etmişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs3 1 ədəd 2 kilovatlıq “Golden Falcon” markalı işıq generatoru və 1 ədəd 24 litrlik “Proton” markalı su qızdırıcısını tanıdığını, həmin əşyaların ona məxsus olmasını və həmin əşyaların evindən oğurlanan əşyalar olmasını bildirmişdir. Qeyd olunan əşyalara baxış keçirilmiş və cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarına əlavə olunmuş, "xxxx" Şirkətindən daxil olmuş 27 avqust 2025-ci il tarixli, 319 nömrəli məktubda göstərilmişdir ki, 2025-ci ilin avqust ayı üçün 600 amperlik “Royce” markalı qaynaq aparatının orta bazar qiyməti 380 manat, 2600 vattlıq “Makota” markalı ovuc daşlayıcının orta bazar qiyməti isə 160 manat təşkil etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş, "xxxx" Şirkətindən daxil olmuş 27 avqust 2025-ci il tarixli, 320 nömrəli məktubda göstərilmişdir ki, 2025-ci ilin avqust ayı üçün 1 ədəd 24 litrlik “Proton” markalı su qızdırıcısı 210 manat, 1 ədəd 2 kilovätlıq “Golden Falcon” markalı işıq generatoru 450 manat, 1 top dördlük ölçüdə mis elektrik naqili 100 manat, 1 ədəd “Adidas” markalı 28 ölçüdə velosiped 280 manat, 1 ədəd “Bosch” markalı tozsoran 640 manat, 1 ədəd “Texnolux” markalı şirəçəkən 70 manat, 1 ədəd “Sinbo” markalı elektrik qazanı 105 manat, 1 ədəd “Blackbird” markalı mikser 65 manat, 1 ədəd “He-house” markalı mikser 50 manat, 1 ədəd “Aex” markalı fritur 95 manat, 1 ədəd “Silvercrest” markalı pərdə ütüsü 180 manat, 1 ədəd “Sonifer” markalı elektrik samovarı 90 manat, 1 ədəd “Dell” markalı noutbuk 560, 1 ədəd “Frauzen” markalı çaydan 20 manat, 1 ədəd “Moulinex” markalı elektrik ətçəkən 60 manat, 1 ədəd “Songsun” markalı qazan dəsti 110, 1 ədəd “Hoffmayer” markalı qaşıq-çəngəl dəsti 55 manat, 1 ədəd “Zen” markalı çaynik dəsti 40 manat, 1 ədəd “Zubr” markalı ovuc daşlayıcının isə 45 manat orta bazar qiyməti olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş, "xxxx" Şirkətindən daxil olmuş 27 avqust 2025-ci il tarixli, 326 nömrəli məktubda göstərilmişdir ki, 2025-ci ilin avqust ayı üçün 1 yaşlı, 1 kiloqram, 400 qram çəkidə kənd toyuğunun orta bazar qiyməti 15 manat təşkil etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş, "xxxx" Şirkətindən daxil olmuş 27 avqust 2025-ci il tarixli, 329 nömrəli məktubda göstərilmişdir ki, 2025-ci ilin avqust ayı üçün 1 yaşlı, 1 kiloqram, 300 qram çəkidə kənd toyuğunun orta bazar qiyməti 13 manat təşkil etmişdir. Bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs törətdikləri bu cinayət əməllərində təqsirləri tam sübuta yetirilmiş, özünün etiraf ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, eləcə də işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfinən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsi, zərərçəkmiş şəxslərlə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmişlərin ondan şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 26 avqust 2025-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2025-ci il tarixdə saat 16:40-da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli 4(073)-46/2025 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 avqust 2025-ci il tarixdən hesablanmaqla 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək onun barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut – 1 ədəd “Adidas” markalı 28 ölçüdə velosiped, 1 ədəd “Bosch” markalı tozsoran, 1 ədəd “Texnolux” markalı şirəçəkən, 1 ədəd “Sinbo” markalı elektrik qazanı, 1 ədəd “Blackbird” markalı mikser, 1 ədəd “He-house” markalı mikser, 1 ədəd “Aex” markalı fritur, 1 ədəd "Silvercrest” markalı pərdə ütüsü, 1 ədəd “Sonifer” markalı elektrik samovarı, 2 ədəd “Dell” markalı noutbuk, 1 ədəd “Frauzen” markalı çaydan, 1 ədəd “Moulinex” markalı elektrik ətçəkən, 1 ədəd “Songsun” markalı qazan dəsti, 2 ədəd “Hoffmayer” markalı qaşıq-çəngəl dəsti, 1 ədəd “Zen” markalı çaynik dəsti, 1 ədəd 2 kilovatlıq “Golden Falcon” markalı işıq generatoru və 1 ədəd 24 litrlik “Proton” markalı su qızdırıcısının Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarı ilə müəyyən edilmiş hər iş saatı üçün 11 (on bir) manat hesab edilməklə, cəmi 121 (bir yüz iyirmi bir) manat məbləğində pul vəsaiti Cəlilabad rayon Vəkil Bürosunun Azərvaycan X2 filialındakı AZ49İBAZ-******************** əmanət hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 26 avqust 2025-ci il tarixdən 27 noyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 1 (bir) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 6 (altı) ay 2 (iki) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 2 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad şəhəri M.Qaşqay küçəsində yerləşən yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 1 ədəd “Adidas” markalı 28 ölçüdə velosiped, 1 ədəd “Bosch” markalı tozsoran, 1 ədəd “Texnolux” markalı şirəçəkən, 1 ədəd “Sinbo” markalı elektrik qazanı, 1 ədəd “Blackbird” markalı mikser, 1 ədəd “He-house” markalı mikser, 1 ədəd “Aex” markalı fritur, 1 ədəd "Silvercrest” markalı pərdə ütüsü, 1 ədəd “Sonifer” markalı elektrik samovarı, 2 ədəd “Dell” markalı noutbuk, 1 ədəd “Frauzen” markalı çaydan, 1 ədəd “Moulinex” markalı elektrik ətçəkən, 1 ədəd “Songsun” markalı qazan dəsti, 2 ədəd “Hoffmayer” markalı qaşıq-çəngəl dəsti, 1 ədəd “Zen” markalı çaynik dəsti, 1 ədəd 2 kilovatlıq “Golden Falcon” markalı işıq generatoru və 1 ədəd 24 litrlik “Proton” markalı su qızdırıcısının Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarı ilə müəyyən edilmiş hər iş saatı üçün 11 (on bir) manat hesab edilməklə, cəmi 121 (bir yüz iyirmi bir) manat məbləğində pul vəsaiti Cəlilabad rayon Vəkil Bürosunun Azərvaycan X2 filialındakı AZ49İBAZ-******************** əmanət hesabına köçürülsün. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-129/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-129/2025
18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver