Məhkəmə qərarları › İş №1(073)-13/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-13/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-13/2023 11.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1988-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq... Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda -0,732 qram çəkidətiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitəheroini əldə edib daşımaqla üzərində saxlamış,12sentyabr 2022-ci il tarixdə, saat 00:05-də Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, Ə.Vahid küçəsi ərazisindəkeçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərindəşəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş01 ədəd bükümdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək, verdiyi ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə heroin istifadə edir. 12 sentyabr 2022-ci il tarixdə gecə saatlarında yaşadığı Cəlilabad şəhəri, Ə.Vahid küçəsində piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimdə tanımadığışəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra isəüzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da həmin şəxslərəüzərində narkotik vasitə heroin olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Cəlilabad rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində onun üzərində hüquqlarını müdafiə etməsi üçün ona təqdim edilmiş vəkilin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişləşəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman o, üzərindəşəxsi istifadəsi üçün gəzdirdiyi bir büküm narkotik vasitə heroini təqdim etmişdir. Həmin narkotik vasitə onun iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı o, bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroini təxminən üç gün əvvəl Bakışəhərində olan zaman Əli kimi tanıdığışəxsdən 30 manat pul müqabilində almış vəşəxsi istifadəsi üçün üzərində daşımışdır. Həmin narkotik vasitə heroindən bir dəfə istifadə etmişdir. Qalan hissəsini də gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirmişdir.Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad rayon Polis ŞöbəsininCinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 verdiyi ifadəsində göstərdi ki, Cəlilabad rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində qanunsuz olaraq nakotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı rayon polis şöbəsinəəməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuşəməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə o və Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 12 sentyabr 2022-ci il tarixdə, saat 00:05-də Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, Ə.Vahid küçəsində piyada hərəkət edən zaman onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isəüzərində qanunla qadağan edilmiş narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərindəşəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onların dəvətinə etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs Cəlilabad rayon polis şöbəsinin təhqiqatçısıƏflatun Məmmədov tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti X3 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları iləşəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet vardırsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş bükülünüçıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni 09 sentyabr 2022-ci il tarixdə Bakışəhəri, Binəqədi rayonu ərazisində yerləşən parkda Əli adlı şəxsdən öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış vəşəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalisti X3 və Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Emin Əliyevin ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişdir. İş materiallarına əlavə olunmuş 12 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükülü çıxararaq təqdim etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X1 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2022-ci il tarixli, 965 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xətəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X7 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 19/957 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 bükümdə narkotik vasitəyə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,732 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Narkotik vasitə heroinin ümumi təmiz çəkisi 0,732 qram, cəmi tədqiqata sərf olunmuş 0,05 qram və 0,682 qram qalıq qalmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona, təqsirli bilindiyi həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, təqsirləndirilən şəxs İbadov X4 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi ilə təqsirli bilinib 6 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “ƏFV” sərəncamına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bundan başqa İbadov X2 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinib 1 il 6 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021ci il tarixli qərarının surətindən görünür ki, «08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4cü bəndinə uyğun olaraq, Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş , Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilmişdir. «08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndinə görə bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilməmiş və götürülməmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli 53/14 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X9 adında bir uşağı vardır. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olması vəyaşayış yerində müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinəəsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə novundə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növundə cəzanın ciddi rejimli cəzacəkmə muəssisələrində cəkilməsi müəyyən edilir. İşdə olan 12 sentyabr 2022-ciil tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ciildə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Cəlilabad rayon məhkəməsinin 13 sentyabr 2022-ciil tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətindəhəbs qətimkan tədbiri seçilmişdir və həbsetmənin əvvəli 12 sentyabr 2022-ciil tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə, iş üzrə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir vəərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0,682 qram olan narkotik vasitə heroin qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə cəmi 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************)keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsindənarkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0,682qram olan narkotik vasitə heroin qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə cəmi 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) ödənilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökm elan olunduğu və alındığı andan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar