Məhkəmə qərarları › İş №1(073)-13/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-13/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-13/2025 15.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 İsgəndər oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs - xx.xx.1981-ci ildə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Cəlilabad rayonunun Üçtəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan 2023-cü ilin dekabr ayında ********** qeydiyyat nömrəli, 18 dekabr 2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “ÇİXARİŞ”a əsasən həmkəndlisi Zərərçəkmiş şəxs mülkiyyətində olan Cəlilabad rayonu, Üçtəpə kəndi ərazisində yerləşən 0,03 hektar torpaq sahəsinin qanunsuz olaraq 150 kvadrat metr hissəsini tutmaqla qeyd olunan həmin tutduğu torpaq sahəsinin üzərində 89 kvadrat metr özbaşına tikinti işləri aparmış, bununla da zərərçəkmiş şəxsin mülkiyyətində olan torpaq sahəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tikinti işlərini aparma cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda üzrə özünü təqsirili bilməyərək verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Üçtəpə kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. O, 2013-cü ildə həmkəndlisi X1 0,05 ha torpaq sahəsi almış, həmin torpaq sahəsini də notariat qaydada sənədləşdirərək torpağına dair də sənədləri olmaqla onun mülkiyyətindədir. Zərərçəkmiş şəxs onun həmkəndlisi olmaqla uzaq qohumluq əlaqələri var. X5 kəndində yolun kənarında mağazası var. X12 Seyfullayevin mağazasının yan hissəsində mişar daşlarından tkinti tikmiş, lakin tikinti yarımçıq qalmışdıe. 2011-ci ilin mart ayının 8-də atası Mikayıl vəfat etmişdir. 2023-cü ilin dekabr ayında o, həmin tikinti işini davam etdirmək və oradan özünə ev tikmək qərarına gəlmişdir. Ona görə də mişar daşları alaraq tikinti işlərini davam etdirməyə başlamışdır. Tikinti işlərini apararkən Əlkiram X2muş, Əlkiramın oğlu Şahid gələrək ona tikilini satarsa almaq üçün 5000 manat pul verəcəyini demiş, lakin o, Rahibin sözü ilə razılaşmamış, sonra Rahib ona tikinti tikdiyi torpaq sahəsi onların olduğunu və orada tikinti işlərini dayandırmasını demişdir. Lakin o, Rahibin sözü ilə razılaşmayaraq tikinti işlərini davam etdirərək başa çatdırmışdır. Bundan sonra Rahibgil onun barəsində Cəlilabad RPŞ-nə şikayət ərizələri ilə müraciət edərək təhqiqat bölməsində araşdırma aparılmışdır. Araşdırma zamanı da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reystri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin mütəxəssisi dəvət olunaraq həmin yerə baxış keçirilmiş, baxış zamanı da Zərərçəkmiş şəxs tikdirmiş olduğu mağazanın 3 metr hissəsi onun mülkiyyətində olan torpaq sahəsinə düşdüyü müəyyən olunmuş, ölçü aparan mütəxəssis ona Zərərçəkmiş şəxslə razılaşmasını o, öz tiklisində qalmasını və Əlkiram da öz tiklisində qalmasını demiş, lakin o, razılaşmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Üçtəpə kəndində yaşayaraq fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2013-cü ildə Cəlilabad rayonu, Üçtəpə bələdiyyəsinin mülkiyyətində olan 0.03 ha torpaq sahəsini alaraq torpaq sahəsinin sənədləri olmaqla da onun mülkiyyətinə verilib. Həmin torpaq sahəsinin bir hissəsində mağaza tikdirərək bir hissəsində isə tikinti aparmamış və boş qalmışdı. Təqsirləndirilən şəxs onun həmkəndlisi olmaqla uzaq qohumluq əlaqələri var. 2023-cü ilin dekabr ayında Moskva şəhərinə getmiş, Moskva şəhərinə gedəndən bir-iki gün sonra oğlu Şahid ona zəng edərək Təqsirləndirilən şəxs onun mağazasının yan hissəsində ona aid olan torpaq sahəsində mişar daşları gətirərək orada tikinti işləri apardığını demişdir. O da telefonda Rahibə gedib Təqsirləndirilən şəxs izah etməsini və torpaq sahəsi onların olduğunu və orada tikinti işləri aparmamasını və tikintini dayandırmasını bildirmişdir. Onun bu sözündən sonra Rahib Xalidə torpaq sahəsi onların olduğunu tikinti işlərini dayandırmasını tələb etsə də Xalid onun sözünə əhəmiyyət verməyərək tikinti işlərini davam etdirmişdi. Ona görə də Rahib onun barəsində DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və polis şöbəsinə də şikayət ərizəsi ilə müraciət etmişlər. 2024-cü ilin yanvar ayının 8-də Moskva şəhərindən yaşadığı evə qayıtmış, gələndən sonra da Xalid ona məxsus olan torpaq sahəsinin 150 kv.metrini zəbt edərək orada təxmiən hündürlüyü 3 metrə yaxın mişar daşlarından tikinti işləri apardığını görmüşdür. Xalidə irad bildirsə də sonuncu tikintini dayandırmayaraq torpaq sahəsi onlara məxsus olduğunu iddia etmişdir. Onların şikayəti əsasında Cəlilabad RPŞ-nin təhqiqat bölməsində aparılan araşdırma zamanı da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reystri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin mütəxəssisi dəvət olunaraq həmin yerə baxış keçirilmiş, baxış zamanı da həqiqətən onun mülkiyyətimdə olan torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən zəpt olunaraq tikinti aparıldığı müəyyən olunmuş və bu barədə mütəxəssis rəyi verilmişdir. Mütəxəssis rəyi verilsə də, Təqsirləndirilən şəxs həmin rəylə razılaşmayaraq onun torpaq sahəsindən çıxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu, Üçtəpə kəndində ailə üvləri ilə birlikdə yaşayır. X8 2013-cü ildə Cəlilabad rayonu, Üçtəpə bələdiyyəsinin mülkiyyətində olan 0.03 ha torpaq sahəsini alaraq torpaq sahəsinin sənədləri olmaqla da onun atasının mülkiyyətinə verilib. Həmin torpaq sahəsinin bir hissəsində atası mağaza tikmiş, bir hissəsi isə boş qalmışdır. Təqsirləndirilən şəxs onların həmkəndlisi olmaqla həm də uzaq qohumdurlar. 2023-cü ilin dekabr ayında atası Moskva şəhərinə getmiş, Moskva şəhərinə gedəndən bir-iki gün sonra Təqsirləndirilən şəxs onların mağazasının yan hissəsində onlara aid olan torpaq sahəsində mişar daşları gətirərək orada tikinti işləri aparmağa başlamışdır. O, da, X8ə zəng edərək məlumat verimiş atası da, ona telefonda gedib Təqsirləndirilən şəxs izah etməsini və torpaq sahəsi onların olduğunu və orada tikinti işləri aparmamasını və tikintini dayandırmasını tələb etməsini bildirmişdir. Onun bu sözündən sonra Xalidə torpaq sahəsinin onlara məxsus olduğunu, tikinti işlərini dayndırmasını desə də, Xalid onun sözünə əhəmiyyət verməyərək tikinti işlərini davam etdirmişdir. Ona görə də, Xalidin barəsində DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və polis şöbəsinə də şikayət ərizəsi ilə müraciət etmişlər. Xalid onlara məxsus olan torpaq sahəsinin 150 kv.metrini zəbt edərək orada təxmiən hündürlüyü 3 metrə yaxın mişar daşlarından tikinti işləri aparmışdır. Sonuncuya irad bildirsə də, o, tikinti işlərini dayandırmamışdır. Onların şikayəti əsasında Cəlilabad RPŞ-nin təhqiqat bölməsində aparılan araşdırma zamanı da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reystri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin mütəxəssisi dəvət olunaraq həmin yerə baxış keçirilmiş, baxış zamanı da həqiqətən onun mülkiyyətimdə olan torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən zəpt olunaraq tikinti aparıldığı müəyyən olunmuş və bu barədə mütəxəssis rəyi verilmişdir. Mütəxəssis rəyi verilsə də Təqsirləndirilən şəxs həmin rəylə razılaşmayaraq onun torpaq sahəsindən çıxmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 İsgəndər oğlunun vəsatəti əsasında şahid qismində dindirilmiş Üçtəpə bələdiyyəsinin sədri X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 0.05 ha həyətyanı torpaq sahəsini Xanımgül Təhməzovadan almışdır. Həmin həyətyanı torpaq sahəsinin şərq hissəsidə Seyfulayev Əlikiram alqı-satqı müqaviləsinə əsasən Üçpəpə bələdiyyəsinə məxsus olan 0.04 ha həyətyanı torpaq sahəsini almışdır. Lakin sonradan Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında torpaq sahəsinə görə mübahisə yaranmış və sonradan 8 saylı Cəlilabad Ərazi İdarəsində müəyyən olunmuşdur ki, torpaq şərq istiqamətinə verilməli olduğu halda, qərb istiqamətində verilmişdir. Bələdiyyənin veriyi torpaq sahəsi kadasdır planına uyğun olaraq verilmiş torpaq sahəsindir, əgər onda vətəndaş mülkiyyəti olmuş olsaydı, 8 saylı Cəlilabad Ərazi İdarəsi həmin torpaq sahəsini heç kimə verə bilməzdi. 8 saylı Cəlilabad Ərazi İdarəsinin verdiyi çıxarışla hər iki tərəf üçün onların arasında 30 metr fərq olmuşdur. Təqsirləndirilən şəxs yeri asfaltın üzərinə düşmüşdür amma X7 Cahangirova satdığı yer onun evinin şərq istiqamətinə yəni gün çıxan tərəfdə olmalı idi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 İsgəndər oğlunun vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, 8 saylı Cəlilabad Ərazi İdarəsində mütəxəssis vəzifəsində işləyir. Cəlilabad RPŞ-nin müraciəti əsasında Zərərçəkmiş şəxs torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən zəpt olunması ilə bağı mütəxəssis kimi iştrak edərək, hər iki tərəfin iştrak ilə iddia olunan torpaq sahəsi və zəpt olunmuş torpaq sahələrinin ölçüləri götürülərək kommunal şəraitdə araşdırma nəticəsində ölkədə aparılmış torpaqların elektron kadasdır sisteminin baza məlumatlarına əsasən Zərərçəkmiş şəxs istifadəsinə verilmiş 0.03 ha torpaq sahəsi mülkiyyət hüquqi təsdiq edilmiş dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin 150 kv metri Təqsirləndirilən şəxs faktiki istifadəsindədir və həmin 150 kv metirin 89 kv metiri yarimçıq inşa edilmiş tikli altındadır. Təqsirləndirilən şəxs verilmiş mülkiyyət hüququ tanınmış çıxarışı həmin onların faktiki istifadə etdikləri torpaq sahəsindən şimal-qərb istiqamətində yerləşir və mərkəzi yolun üstünə düşür. Həmin mübahisəli torpaq sahələrinə mülkiyyət hüququ tanınmış, amma asfaltın üstünə mükiyyət hüququ verilə bilməz. O, mülkiyyət hüququ köhnə ləğv olunmuş xəritəçəkmə komitəsində hazırlıanmış DVJ xəritəsinə əsasında verilmişdir. Həmin xəritələr də bu günləri naturaya uyğun gəlmir. Həmin o, çıxarışlar həmin xəritə əsasında verilmiş və həmin xəritə əsasında da şəhadətnamə çıxarılmışdır. Həmin o, torpaq sahəsi Xanımgül Təhməzovanın mülkiyyətinə verilmiş 0.41 ha torpaq sahəsinin 0.05 ha torpaq sahəsi sadəcə olaraq şimal-şərq tərəfdən verilməli olduğu halda, həmin torpaq sahəsi ora, sadəcə yolun qırağı olduğuna görə torpağı alan şəxsin qeyri yaşayış obyekti tikmək üçün, həmin o torpaq sahəsi şimal-qərb hissəyə düşmüş, kordinatlar o hissəyə vurulmuş və onun da əlində çıxarış olduğuna görə iddia edir ki torpaq sahəsi onundur. Onlar araşdırma nəticəsində görmüşlər ki, həmin o, torpaq sahəsi hamısı bələdiyyə mülkiyyəti olmuşdur, amma buna baxmayaraq vətəndaşların əllərində çıxarışlar vardır. Sahibkarlıq məqsədi ilə verilmiş 0.03 ha torpaq sahəsi bir və 0.01 ha torpaq sahəsi bir həmin o, 0.03 ha torpaq sahəsi həm də 0.01 ha torpaq sahəsi şəxsi mülkiyyətdən alınmamış bələdiyyə mülkiyyətindən alınmışdır. Əvvəl boş torpaq sahəsi olmuş və boş torpaq sahəsindən alqısatqı olmuşdur. Baza məlumatlarına əsasən təqdim olunmuş çıxarışlara əsasən, həmin rəyi o hazırlamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi Dairəsinin mütəxəssis rəyində göstərilmişdir ki, elektron baza məlumatlarına görə **********53 reystr nömrəli çıxarışın «torpaq sahəsinin planı və ölçüsü» sənədinin döngə nöqtələrinin koordinatlarına görə Zərərçəkmiş şəxs sahibkarlıq məqsədilə mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsinin bir hissəsindən (89 kv.metr qeyri yaşayış tipli yarımçıq tikili olan 150 kv.metr) Təqsirləndirilən şəxs istifadə edir. İşdə olan keçirilmiş məhkəmə tikinti-mühəndislik ekspertizasının 24 iyun 2024-cü il tarixli 3-16-16/2-10/3343 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs mülkiyyətə verilmiş 0,05 ha torpaq sahəsi mübahisəli ərazidən aralıda yerləşməklə mövcud olan yolun üstünə düşdüyü müəyyən edilmişdir. Eyni zamanda torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatlarında Təqsirləndirilən şəxs faktiki istifadəsi kimi qeydə alınmış 0,0476 ha torpaq sahəsi ilə **********53 reystr nömrəli çıxarışın «torpaq sahəsinin planı və ölçüsü» sənədinin döngə nöqtələrinin koordinatlarına görə Zərərçəkmiş şəxs sahibkarlıq məqsədilə mülkiyyətə verilmiş 0,03 ha torpaq sahəsi 150 kv.metr hissədə üstüstə düşdüyü müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Cəlilabad rayon İcra Hakmiyyəti Başıçısının Üçtəpə kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tasrixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2010-cu il təvəllüdlü Fatimə və 2011-ci il təvəllüdlü Zəhra adlı yetkinlik yaşına çatmayan 2 uşağı var və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Belə ki, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə məhkəmə tikintimühəndislik ekspertizasının 24 iyun 2024-cü il tarixli 3-16-16/2-10/3343 saylı ekspertiza rəyi, eləcə də iş üzrə digər sübutların məcmusu ilə məhkəmə hesab edir ki, hazırki ittiham əsaslı olmaqla qanunidir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən, zərərçəkmiş şəxsin, şahidin ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. Mülki Prosesual Məcəlləsinin 14.2-cü maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəlləsinin 217.4-cü maddəsinəəsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə mülki iddia yoxdur. İş üzrə cəmi 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Cəlilabad rayonunun Soyuqbulaq kəndindəki yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökm elan olunduğu və alındığı andan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar