Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-130/2024 10.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X3, onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1991-ci ildə Cəlilabad rayonu, Hacıismayıllı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Hacıismayıllı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 31 may 2024-cü il tarixli qərarla başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, 11 avqust 1984-cü ildə Cəlilabad rayonu, Şiləvəngə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ASC X7 filialında baş xəzinədar işləyən, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Şiləvəngə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 15 iyun 2024-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X6, 21 yanvar 2024-cü il tarixdə, saat 15:35-də sürücülük vəsiqəsi əsasında etibarnamə olmadan idarə etdiyi “VAZ 21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə Qurtuluş prospekti istiqamətində hərəkətdə olarkən 1 saylı tam orta məktəbin qarşısında sola dönmək üçün manevr edərkən, əks istiqamətdə hərəkətdə olan Təqsirləndirilən şəxs2 qanuni əsaslarla idarə etdiyi “Opel Astra” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə sərnişin üçün nəzərdə tutulan arxa sağ oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs alının sağ yarısında əzilmiş yara, sağ almacıq-gözətrafı nahiyədə şişkinlik, hematoma və qançır, sağ maksilyar sinusun ön divarında orbitanın alt divarını əhatə edən sınıq, sağ maksilyar sinusun bayır divarının minimal yerdəyişmiş sınıqları, sağ orbitanın arxa bayır divarının yerdəyişməmiş sınığı, sağ almacıq qövsünün yerini dəyişmiş sınığı, sağ incik sümüyünün orta 1/3-nin qapalı sınığı ilə müşaiyət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2, o, 21 yanvar 2024-cü il tarixdə, saat 15:35-də qanuni əsaslarla idarə etdiyi “Opel Astra” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna riayət etməyərək, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, həmçinin yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin, bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda buna riayət etməyərək, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni, 70-80 km/saat sürətlə idarə edib həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə Şiləvəngə kəndi istiqamətində hərəkətdə olarkən 1 saylı tam orta məktəbin qarşısında əks istiqamətdə hərəkətdə olmaqla sola dönmək üçün manevr edən Təqsirləndirilən şəxs1 sürücülük vəsiqəsi əsasında etibarnamə olmadan idarə etdiyi “VAZ 21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncunun idarə etdiyi avtomobildə sərnişin üçün nəzərdə tutulan arxa sağ oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs alının sağ yarısında əzilmiş yara, sağ almacıq-gözətrafı nahiyədə şişkinlik, hematoma və qançır, sağ maksilyar sinusun ön divarında orbitanın alt divarını əhatə edən sınıq, sağ maksilyar sinusun bayır divarının minimal yerdəyişmiş sınıqları, sağ orbitanın arxa bayır divarının yerdəyişməmiş sınığı, sağ almacıq qövsünün yerini dəyişmiş sınığı, sağ incik sümüyünün orta 1/3-nin qapalı sınığı ilə müşaiyət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsini törətmiş, belə bir şəraitdə xəsarət alan Zərərçəkmiş şəxs köməksiz vəziyyətdə olduğunu dərk etdiyi, habelə hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi yerindən qəsdən qaçmışdır. Həmin əməllərinə görə təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və digər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə ittiham elan edilmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 yanvar 2024-cü il tarixdə şəxsi işiylə əlaqədar şəxsi avtomobili olmadığı üçün qohumu Nayildən ona məxsus “Vaz 21074“ markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili götürmüşdür. Təxminən saat 15 radələrində yaşadığı Hacıismayıllı kəndindən Cəlilabad şəhərinə gəlmişdir. Arxa oturacaqda isə qohumu Əsgər və onun qardaşı Elxan oturmuşdur. H.Əliyev prospekti ilə dairə istiqamətində hərəkətdə olarkən 1 saylı tam orta məktəbin qarşısında solda yerləşən küçəyə dönmək istəmişdir. Qarşı hərəkət zolağına baxmış və avtomobil gəlmədiyini görmüşdür. Təxminən sürəti 15 km/saat olmuşdur. Sola dönmə işıq sıqnalını yandırdıqdan sonra sola tərəf dönməyə başlamışdır. Anidən idarə etdiyi avtomobilə hansısa avtomobil dəymişdir. Güman etmişdir ki, həmin avtomobilin surəti çox yüksək olduğu üçün o, həmin avtomobili görməmişdir. O, sola manevr etməyə başladığı andan toqquşma yerinə qədər təxminən 8 metr məsafə qət etmişdir. Toqquşmadan sonra dərhal avtomobildən düşmüşdür. Onun idarə etdiyi avtomobili Opel markalı avtomobil vurmuşdur. Nəticədə arxa qapı sıxışmışdır. Kənardan yaxınlaşan şəxslərin köməkliyi ilə qapını açmışlar və Əsgər yerə düşmüşdür. Elxanı isə xəsarətlər aldığı üçün avtomobildən çıxarıb yolun kənarına qoymuşlar. Bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobili gəlmiş və Elxanla Əsgəri xəstəxanaya aparmışlar. O, əvvəl heç bir şey hiss etməsə də, sonra bədəni ağrımağa başlamışdır. Həmin vaxt tanımadığı bir şəxsdən onu xəstəxanaya aparmasını xahiş etmişdir. Onlar xəstəxanaya getmişlər və polis əməkdaşları da oraya gəlmişlər. O da hadisə barəsində polis əməkdaşlarına məlumat vermişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışlar və ona dəyən ziyanı ödəmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində olan CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Opel astra” minik markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində idarə etdiyi avtomobil ilə Cəlilabad şəhəri dairə adlanan ərazidən H.Əliyev prospekti ilə Şiləvəngə kəndi istiqamətində hərəkət etmişdir. Təxminən onun sürəti 60 km/saat olmuşdur. O, öz yaşadığı evə getmişdir. 1 saylı tam orta məktəbin qarşısında olarkən qarşı tərəfdən tanımadığı “Vaz 2107” markalı avtomobil gəlmişdir. Onun ona çatmağına təxminən 3-4 metr qalmış o, sol tərəfinə dönməyə başlamışdır. O, çatdırıb əyləc pedalından istifadə edə bilməmiş və onların avtomobilləri toqquşmuşdur. “Vaz 2107” markalı avtomobilin içərisində 3 nəfər tanımadığı şəxs olmuşdur. O, hadisə nəticəsində həyəcandan özünü itirmişdir. Bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobili gəlmiş və həmin 3 nəfəri xəstəxanaya aparmışdır. Təxminən hadisə yerində 20-25 dəqiqə qaldıqdan sonra Cəlilabad rayonu, Şiləvəngə kəndində yerləşən yaşadığı evə getmişdir. O, hadisədən 1 gün sonra Cəlilabad RPŞ-yə gələrək bu barədə məlumat vermişdir. O, həyacanlı olduğu üçün hadisə yerinə təcili tibbi yardım avtomobili gəlib-getdikdən sonra polis əməkdaşları gələnə kimi artıq Cəlilabad rayonu, Şiləvəngə kəndində yerləşən yaşadığı evə getmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışlar və ona dəyən ziyanı ödəmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində olan CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsini və CM-nin 264-cü maddəsi ilə yüngül cəza verilməsini xahiş etdi. İşin məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 21 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində şəxsi işləri ilə əlaqədar qardaşı Əsgərlə birlikdə Orxanın idarə etdiyi “Vaz 21074“ markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hacıismayıllı kəndindən Cəlilabad şəhərinə gəlmişlər. Əsgərlə birlikdə arxa oturacaqda oturmuşlar. Sonra nə olduğunu xatırlamamışdır. Özünə gəldikdə Cəlilabad rayon mərkəzi xəstəxanasında olmuşdur. O, xəsarətlər almış və xəsarətlər nəticəsində huşunu itirmişdir. Xəstəxanada ayıldıqdan sonra ailə üzvləri yol-nəqliyyat hadisəsi baş verdiyini, onun da həmin hadisə zamanı xəsarət aldığını bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, Orxanın idarə etdiyi “Vaz 21074“ markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əvvəlcədən tanımadığı Rasim adlı şəxsin idarə etdiyi “Opel” markalı avtomobil toqquşmuş və sözügedən yol-nəqliyyat hadisəsi baş vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 21 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində şəxsi işləri ilə əlaqədar qardaşı Elxanla birlikdə Orxanın idarə etdiyi “Vaz 21074“ markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hacıismayıllı kəndindən Cəlilabad şəhərinə gəlmişlər. Elxanla birlikdə arxa oturacaqda oturmuşlar. Onlar H.Əliyev prospekti ilə dairə istiqamətində hərəkətdə olarkən Orxan 1 saylı tam orta məktəbin qarşısında solda yerləşən küçəyə dönmək istəmişdir. Həmin vaxt o, mobil telefonunda nəyəsə baxmışdır. Anidən yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə arxa qapı sıxışmışdır. Orxanın və kənardan yaxınlaşan şəxslərin köməkliyi ilə qapını açmışlar və o, yerə düşmüşdür. Elxanı isə xəsarətlər aldığı üçün avtomobildən çıxarıb yolun kənarına qoymuşlar. Bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobili gəlmiş və Elxanla onu xəstəxanaya aparmışlar. Həmin vaxt Orxan hadisə yerində qalmışdır. Sonradan onun da halı pisləşdiyi üçün onu xəstəxanaya gətirmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı təyin edilmiş 17 iyun 2024-cü il tarixli qərarla Cəlilabad RPŞ-nin “Təhlükəsiz şəhər” xidmətinin kamerasında qeydə alınan yol-nəqliyyat hadisəsinin görüntüsü əks etdirilmiş 1 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 13 mart 2024-ci il tarixli, 8/540 saylı rəydən görünür ki, VAZ-21074 markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci madəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Opel Astra markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci madəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və Qanunun 50-ci madəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsindən verilən 27 mart 2024-cü il tarixli, 196 saylı rəydən görünür ki, vət. Zərərçəkmiş şəxs alının sağ yarısında əzilmiş yara, sağ almacıq-gözətrafı nahiyədə şişkinlik, hematoma və qançır, sağ maksilyar sinusun ön divarında orbitanın alt divarını əhatə edən sınıq, sağ maksilyar sinusun bayır divarının minimal yerdəyişmiş sınıqları, sağ orbitanın arxa bayır divarının yerədyişməmiş sınığı, sağ almacıq qövsünün yerini dəyişmiş sınığı, sağ incik sümüyünün orta 1/3-nin qapalı sınığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın və ya əşyaların təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin Lənkəran RQİ və TBŞ-də daxil olmuş 15 may 2024-cü il tarixli, 3-13-16-5/2-4089/2024 saylı məktubdan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Cəlilabad rayonu, Hacıismayıllı kənd sakini xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx.xx.2016-cı il tarixdə “BC” kateqoriyalı AC-525048 saylı, Cəlilabad rayonu, Şiləvəngə kənd sakini xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixdə “BC” kateqoriyalı AF-127550 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş 21 yanvar 2024-cü il tarixli, 17 saylı sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə alkotester müayinəsinin nəticəsindən görünür ki, X6 avtomobili idarə edərkən praktiki ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş 22 yanvar 2024-cü il tarixli, 18 saylı sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə alkotester müayinəsinin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs2 avtomobili idarə edərkən praktiki ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamənin cavabından görünür ki, X6 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, X6 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini tam təqsirli bilmələrinə baxmayaraq məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar təqsirləndirilən şəxslər X4 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, X3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 16-cı bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CM-nin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, CM-nin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 yanvar 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni CM-nin 264-cü maddəsi CM-nin 143cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, CM-nin 263 və 263- 1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun CM-nin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Fərahim oğlu tərəfindən imzalanmış və 1 saylı Sumqayıt Regional ASAN Xidməti Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiqlənmiş (reyestr № 8İ-26826) ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş ziyanı tam olaraq ödəmişdir və aralarında barışıq əldə olunmuşdur. Ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. QEYD: Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən “Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin və şahidin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs2 böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətmələrini, zərərçəkmiş şəxslə barışmaqlarını, zərərçəkmiş şəxsin onlara qarşı şikayətlərinin olmamasını və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın ödənildiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-in 263.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə həmin maddə ilə cinayət işinin icraatına xitam verilməlidir. İş üzrə “Opel Astra” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “VAZ 21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzrər alınmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 128 (bir yüz səksən ) manat X1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinin AZ.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə... QƏRARAALDİ: X5 və Təqsirləndirilən şəxs2 barələrində başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddələri ilə icraata xitam verilsin və onlar həmin maddələr ilə cinayət məsuliyyətindən azad edilsinlər. İş üzrə “Opel Astra” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “VAZ 21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzrər alınsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 128 (bir yüz səksən ) manat X1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinin AZ.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-130/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-130/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver