Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-130/2025 12.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayeva Aynur İsa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2003-cü ildə Cəlilabad rayon Şötüklü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, hal-hazırda Cəlilabad rayon Şötüklü kəndində yaşayan və barəsində - 20 oktyabr 2025ci ildə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 13 sentyabr 2025-ci ildə saat 11:30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Ford Transıt” yük markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobillə köhnə Ələt- Astara–İran sərhədi avtomobil yolunun Cəlilabad rayon Alar kəndi ərazisindən keçən 127ci km\də, Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib, eyni istiqamətdə yolun sol hissəsindən sağ ehtiyyat hissəsinə doğru adi qaçışla keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomaşının qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ körpücükakromion birləşməsi aralanması, asimmetriyası, sağ qulaq seyvanında əzilmiş yara hər iki gözətrafı nahiyədə hematoma, sağ bazu və sağ dirsək oynağı nahiyyəsində sıyrıq kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına, həmçinin sağlamlığına az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, “Ford Transit” yük markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 13 sentyabr 2025-ci ildə saat 11:30-da idarə etdiyi “Ford Transıt” yük markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə saatda 30 km sürətlə sağ zolaqla hərəkətdə olmuşdur. Cəlilabad rayon Alar kəndi ərazisindən keçdikdə yolun sol hissəsində olan, sonradan adını bildiyi piyada Zərərçəkmiş şəxs yolun sağına doğru qaçaraq keçmək istədiyini görmüş, bu zaman avtomaşının əyləcini basmış, lakin idarə etdiyi avtomobilin qabaq hissəsi piyadaya dəymişdir. Zərbədən sonra piyada bir qədər irəliyə düşməklə xəsarət almışdır. Daha sonra avtomaşını saxlamaqla piyadaya yardım etmiş və sonuncunu yol maşını ilə Cəlilabad RMX-na yola salmışdır. Zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Cinayət təqibiniə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə hazırlıq iclasında verdiyi ifadəsində göstərmişdir ki, sürücü Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 13 sentyabr 2025-ci ildə saat 11:30 radələrində Cəlilabad rayon Alar kəndi ərazisində olduğu zaman köhnə Ələt-Astara yolunun digər tərəfinə piyada keçmək istəmiş, bu məqsədlə yolu qaçaraq keçəndə Ələt istiqamətdə hərəkətdə olan sonradan adını bildiyi Elcanın idarə etdiyi “Ford Transıt” yük markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomaşın tərəfindən vurulmuşdur. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı hər hansı tələbi yoxdur, şəxsin cinayət məsuliyyətindən azad edilməsinə etiraz etmir. İşdə olan BDYPİ-nin 29 sentyabr 2025-ci il tarixli 3-13-16\2-194767\2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə BD serialı 438006 nömrəli “B1, B, C1,C” katiqoriyalı sürücülük vəsiqənin verilməsi barədə informasiya mövcuddur. Sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. İşdə olan DİN-in BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. 13 sentyabr 2025-ci ildə saat 12:01-də sürücü Təqsirləndirilən şəxs “Jupiter X” markalı alkotester vasitəsi ilə sərxoşluğunun olub-olmaması yoxlanılmış və hadisə zamanı onun sərxoş olmadığı müəyyən edilmişdir. Cəlilabad rayon “MTE və PA” şöbəsinin 03 oktyabr 2025-ci il tarixli 728 nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi, sağ körpücük-akromion birləşməsi aralanması, asimmeriyası, sağ qulaq seyvanında əzilmiş yara hər iki gözətrafı nahiyədə hematoma, sağ bazu və sağ dirsək oynağı nahiyyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 13 sentyabr 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 14 oktyabr 2025-ci il tarixli 3-16-16\2- 8\2094\2025 nömrəli rəyindən görünür ki, “Ford Transit” yük markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdıqlarını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. İş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. İctimai təhlükəli əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə “Ford Transit” yük markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 128 (bir yüz səksən ) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-130/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-130/2025
12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver