Məhkəmə qərarları › İş №1(073)-131/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-131/2025

28.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-131/2025 28.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1, Xüsusi ittihamçı X6 iştrakı ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyən etdi: Xüsusi ittihamçı X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 onu ağır cinayətdə ittiham etməklə təhqir etdiyinə görə Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı qaydasında şikayət vermiş şəxs X8 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əfsər Abdullayev tərəfindən tərtib edilərərk hüquq-mühafiszə orqanlarına təqdim edilmiş “xasiyyətnamə” adlı sənəd hüquqi və faktiki baxımından tam əsassız olub, böhtan və təhqir xarakteril yaıan məlumatlardan ibarətdir. Həmin sənəddə onun barəsində əsasız və ləkələyici ifadələr, güya ki, “şantajçı”, “dələduz”, “ictimai təhlükə mənbəyi”, “You Tube müxalif kanalları ilə əlaqədə olan şəxs”, sözlər yer almışdır. Bu məlumatlar əsassızdır, heç bir sənədlə sübut edilməmiş və məqsədli şəkildə onun şəxsi nüfuzunu ləkələməyə, hüquq mühafizə orqanlarını və məhkəməni yanıltmağa yönəlmişdir. O, xüsusi ittiham qaydasında şikayətində X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq xüsusi ittihamçı qaydasında şikayət vermiş şəxs X8 və barəsində şikayət verilən şəxs X5 məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti və işdə olan sənədləri araşdırıb hesab edir ki, Azərbaycan Respublikası CPM-in 302.1.7-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərar çıxarır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilir. İş materiallarından göründüyü kimi xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293 və 302-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: X6 şikayəti əsasında X3 barəsində Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar