Məhkəmə qərarları › İş №1(073)-133/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-133/2025

18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-133/2025 18.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 16:50 X9 Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 iştirakları ilə

1. xx xxxxxx 1995-ci il tarixdə Cəlilabad rayonu Sərhədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Sərhədabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1

2. xx xxxx 1988-ci il tarixdə Cəlilabad rayonu Sərhədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Sərhədabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2

3. xx xxxxxxx 2004-cü il tarixdə Cəlilabad rayonu Sərhədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Sərhədabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,

MÜƏYYƏN ETDİ:

Təqsirləndirilən şəxs1 31 avqust 2025-ci il tarixdə saat 20 radələrində Cəlilabad şəhəri M.Hüseynzadə küçəsində yerləşən “Nur” şadlıq sarayında iştirak etdiyi toy məclisindən çıxaraq şadlıq sarayının qarşısına gəlib, qohumu X4 polis əməkdaşları tərəfindən Cəlilabad RPŞ-nin inzibati binasına əsassız yerə aparılmasını bəhanə gətirərək, qardaşı Təqsirləndirilən şəxs2 və qohumu Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs təşkil edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, küçədə olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək özünü ətrafdakı şəxslərin fövqündə qoymuş, Təqsirləndirilən şəxs2 heç bir əsaslı səbəb olmadan ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs1 başının arxa nahiyəsindən yumruq zərbəsi vuraraq başın sağ ənsə nahiyəsində şişkinlik və qançır əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsindən sonra Təqsirləndirilən şəxs3 sonuncunun qarın nahiyəsinə təpik zərbəsi vuraraq qarının sağ yan səthində qançır əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, belə bir şəraitdə o, onları sakitləşdirməyə çalışan digər polis əməkdaşı Zərərçəkmiş şəxs3 alın nahiyəsinə yumruq zərbəsi vuraraq, alın nahiyəsində sıyrıq əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, Təqsirləndirilən şəxs2 sonuncunun zərbə nəticəsində yerə yıxılmasından sonra onun sağ qol və sol əl nahiyələrinə təpik zərbələri vuraraq, sağ said və sol əl nahiyəsində sıyrıqlar əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, Təqsirləndirilən şəxs3 isə hadisə yerinə köməyə gəlmiş ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələri olan digər polis əməkdaşı Zərərçəkmiş şəxs4 sol ayaq nahiyəsinə təpik zərbəsi vuraraq, sol ayaq pəncəsində hematoma əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, o, onları sakitləşdirməyə çalışan digər polis əməkdaşı Zərərçəkmiş şəxs5 sağ əl nahiyəsinə təpiklə zərbə vuraraq sağ əlin arxa səthində əzilmiş səthi yara əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, Təqsirləndirilən şəxs2 onları sakitləşdirməyə çalışan digər polis əməkdaşı Zərərçəkmiş şəxs2 sol baldır nahiyəsinə nizamsız təpik zərbələri vuraraq, sol baldır nahiyəsində qançır əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə müşayiət edilən qərəzli xuliqanlıq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 31 avqust 2025-ci il tarixdə, saat 20 radələrində Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Nur” şadlıq sarayında iştirak etdiyi toy məclisindən çıxaraq şadlıq sarayının qarşısına gəlib, qohumu X4 polis əməkdaşları tərəfindən Cəlilabad RPŞ-nin inzibati binasına əsassız yerə aparılmasını bəhanə gətirərək, qardaşı Təqsirləndirilən şəxs1 və qohumu Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs təşkil edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, küçədə olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək özünü ətrafdakı şəxslərin fövqündə qoymuş, heç bir əsaslı səbəb olmadan ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi Cəlilabad RPŞnin PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs1 başının arxa nahiyəsindən yumruq zərbəsi vuraraq başın sağ ənsə nahiyəsində şişkinlik və qançır əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsindən sonra Təqsirləndirilən şəxs3 sonuncunun qarın nahiyəsinə təpik zərbəsi vuraraq qarının sağ yan səthində qançır əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, belə bir şəraitdə Təqsirləndirilən şəxs1 onları sakitləşdirməyə çalışan digər polis əməkdaşı Zərərçəkmiş şəxs3 alın nahiyəsinə yumruq zərbəsi vuraraq, alın nahiyəsində sıyrıq əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, o, sonuncunun zərbə nəticəsində yerə yıxılmasından sonra onun sağ qol və sol əl nahiyələrinə təpik zərbələri vuraraq, sağ said və sol əl nahiyəsində sıyrıqlar əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, Təqsirləndirilən şəxs3 hadisə yerinə köməyə gəlmiş ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələri olan digər polis əməkdaşı Zərərçəkmiş şəxs4 sol ayaq nahiyəsinə təpik zərbəsi vuraraq, sol ayaq pəncəsində hematoma əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, Təqsirləndirilən şəxs1 isə onları sakitləşdirməyə çalışan digər polis əməkdaşı Zərərçəkmiş şəxs5 sağ əl nahiyəsinə təpiklə zərbə vuraraq sağ əlin arxa səthində əzilmiş səthi yara əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, o, onları sakitləşdirməyə çalışan digər polis əməkdaşı Zərərçəkmiş şəxs2 sol baldır nahiyəsinə nizamsız təpik zərbələri vuraraq, sol baldır nahiyəsində qançır əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə müşayiət edilən qərəzli xuliqanlıq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs3 31 avqust 2025-ci il tarixdə, saat 20 radələrində Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Nur” şadlıq sarayında iştirak etdiyi toy məclisindən çıxaraq şadlıq sarayının qarşısına gəlib, qohumu X4 polis əməkdaşları tərəfindən Cəlilabad RPŞ-nin inzibati binasına əsassız yerə aparılmasını bəhanə gətirərək, digər qohumları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs təşkil edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, küçədə olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək özünü ətrafdakı şəxslərin fövqündə qoymuş, sonuncunun heç bir əsaslı səbəb olmadan ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs1 başının arxa nahiyəsindən yumruq zərbəsi vuraraq başın sağ ənsə nahiyəsində şişkinlik və qançır əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsindən sonra o, sonuncunun qarın nahiyəsinə təpik zərbəsi vuraraq qarının sağ yan səthində qançır əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, belə bir şəraitdə Təqsirləndirilən şəxs1 onları sakitləşdirməyə çalışan digər polis əməkdaşı Zərərçəkmiş şəxs3 alın nahiyəsinə yumruq zərbəsi vuraraq, alın nahiyəsində sıyrıq əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, sonuncunun zərbə nəticəsində yerə yıxılmasından sonra Təqsirləndirilən şəxs2 onun sağ qol və sol əl nahiyələrinə təpik zərbələri vuraraq, sağ said və sol əl nahiyəsində sıyrıqlar əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, o, hadisə yerinə köməyə gəlmiş ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələri olan digər polis əməkdaşı Zərərçəkmiş şəxs4 sol ayaq nahiyəsinə təpik zərbəsi vuraraq, sol ayaq pəncəsində hematoma əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, Təqsirləndirilən şəxs1 isə onları sakitləşdirməyə çalışan digər polis əməkdaşı Zərərçəkmiş şəxs5 sağ əl nahiyəsinə təpiklə zərbə vuraraq sağ əlin arxa səthində əzilmiş səthi yara əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 sol baldır nahiyəsinə nizamsız təpik zərbələri vuraraq, sol baldır nahiyəsində qançır əmələ gəlməsi ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə müşayiət edilən qərəzli xuliqanlıq cinayəti törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları cinayəti törətmələri onların özlərinin etiraflarından əlavə işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla da aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 31 avqust 2025-ci il tarixdə, saat 20 radələrində Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Nur” şadlıq evində həmkəndlisi Elşənin oğlunun kiçik toy məclisində olmuş və toyda spirtli içki qəbul etmişdir. Həmin vaxt restoranın həyətində mübahisə düşdüyünü eşitmişdir. O, çölə çıxmış, həyətdə ona məlum olmuşdur ki, mübahisə baş vermiş və polis əməkdaşları onun kürəkəni İlqarla birlikdə bir neçə şəxsi Cəlilabad RPŞ-yə aparmışlar. O, qardaşı Niyaməddin və qohumu Daşqınla birlikdə şadlıq evinin qarşısında dayanan tanımadığı 2 nəfər polis əməkdaşına yaxınlaşaraq, İlqarın nə üçün Cəlilabad RPŞ-yə aparılmasını soruşmuşlar. Polis əməkdaşları onlara normal olaraq, bu barədə məlumat almaq üçün Cəlilabad RPŞ-nin inzibati binasına yaxınlaşmalarını izah etmişlər. Lakin, onlar hər üçü sərxoş vəziyyətdə olduqları üçün polis əməkdaşlarının cavabı onlara xoş təsir bağışlamamış və təkidlə yüksək səslə polis əməkdaşlarından İlqarın nə üçün Cəlilabad RPŞ-yə aparılmasını soruşmuşlar. Həmin vaxt onların səs-küyünə ətrafa başqa insanlar da toplaşmışdır. Bir neçə dəqiqə sözlü mübahisədən sonra Təqsirləndirilən şəxs2 polis əməkdaşlarından birinin baş nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs3 da mübahisəyə qoşularaq, polis əməkdaşlarına yumruq və təpik zərbələri endirməyə başlamışlar. Bir neçə dəqiqə sonra təxminən əlavə 6 nəfər polis əməkdaşı mübahisə etdikləri yerə yaxınlaşmışdır. Həmin polis əməkdaşları da onları intizama dəvət etmələrinə baxmayaraq, onlar mübahisə etməyə davam edərək, onlara da yumruq və təpik zərbələri endirməyə başlamışlar. O, sərxoş vəziyyətdə olduğundan və havanın qaranlıq olması səbəbindən kimə hansı xəsarətlər yetirməyini bilməmişdir. Həmçinin mübahisə etdiyi polis əməkdaşlarının da heç birisini tanımamışdır. Polis əməkdaşları onları Cəlilabad RPŞ-yə dəvət etsələr də, onlar polis əməkdaşlarına müqavimət göstərərək xidməti avtomobilə oturmaq istəməmişlər. Həmin vaxt polis əməkdaşları tərəfindən onlar avtomobilə əyləşdirilərkən Niyaməddin və Daşqın xəsarətlər almışlar. Yəni, onları polis əməkdaşlarından heç kim qəsdən vurmamışdır. Sadəcə olaraq Daşqın və Niyaməddin polis əməkdaşları tərəfindən avtomobilə əyləşdirilərkən onlara müqavimət göstərəndə xəsarət almışlar. Mübahisə zamanı ətrafdan oraya təxminən 40-50 nəfər toplaşmışdır. Hava qaranlıq olduğu üçün mübahisəni kimin görməsi barədə məlumatı yoxdur. Ümumiyyətlə mübahisə zamanı sərxoş vəziyyətdə olduğu üçün mübahisə zamanı qeyd etdiklərindən başqa heç bir məlumatı yoxdur. Mübahisə təxminən 20-25 dəqiqə davam etmişdir. Törətdiyi cinayət əməlindən peşimandır. Zərərçəkmiş şəxslərlə barışımışdır, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Bu halları nəzərə alıb ona həbslə əlaqəli olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 31 avqust 2025-ci il tarixdə, saat 20 radələrində Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Nur” şadlıq evində həmkəndlisi Elşənin oğlunun kiçik toy məclisində olmuş və toyda spirtli içki qəbul etmişdir. Həmin vaxt restoranın həyətində mübahisə düşdüyünü eşitmiş və çölə çıxmışdır. Həyətdə ona məlum olmuşdur ki, mübahisə baş vermiş və polis əməkdaşları onun kürəkəni İlqarla birlikdə bir neçə şəxsi Cəlilabad RPŞ-yə aparmışlar. O, qardaşı Təqsirləndirilən şəxs1 və qohumu Təqsirləndirilən şəxs3la birlikdə şadlıq evinin qarşısında dayanan tanımadığı 2 nəfər polis əməkdaşına yaxınlaşaraq, İlqarın nə üçün Cəlilabad RPŞ-yə aparılmasını soruşmuşlar. Polis əməkdaşları onlara normal olaraq, bu barədə məlumat almaq üçün Cəlilabad RPŞnin inzibati binasına yaxınlaşmalarını izah etmişlər. Lakin, onlar hər üçü sərxoş vəziyyətdə olduğu üçün polis əməkdaşlarının cavabı onlara xoş təsir bağışlamamış və təkidlə yüksək səslə polis əməkdaşlarından İlqarın nə üçün Cəlilabad RPŞ-yə aparılmasını soruşmuşlar. Həmin vaxt onların səs-küyünə ətrafa başqa insanlar da toplaşmışdır. Bir neçə dəqiqə sözlü mübahisədən sonra o, polis əməkdaşlarından birinin baş nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Bundan sonra, qardaşı Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 da mübahisəyə qoşularaq, polis əməkdaşlarına yumruq və təpik zərbələri endirməyə başlamışlar. Bir neçə dəqiqə sonra təxminən əlavə 6 nəfər polis əməkdaşı mübahisə etdikləri yerə yaxınlaşmışdır. Həmin polis əməkdaşları da onları intizama dəvət etmələrinə baxmayaraq, onlar mübahisə etməyə davam edərək, onlara da yumruq və təpik zərbələri endirməyə başlamışlar. O, sərxoş vəziyyətdə olduğundan və havanın qaranlıq olması səbəbindən kimə hansı xəsarətlər yetirməyini bilməmişdir. Həmçinin mübahisə etdiyi polis əməkdaşlarının da heç birisini tanımamışdır. Polis əməkdaşları onları Cəlilabad RPŞ-yə dəvət etsələr də, onlar polis əməkdaşlarına müqavimət göstərərək xidməti avtomobilə oturmaq istəməmişlər. Həmin vaxt polis əməkdaşları tərəfindən o, avtomobilə əyləşdirilərkən sol göz nahiyəsindən xəsarət almışdır. Yəni, onu polis əməkdaşlarından heç kim qəsdən vurmamışdır. Sadəcə olaraq polis əməkdaşları tərəfindən avtomobilə əyləşdirilərkən onlara müqavimət göstərəndə xəsarət almışdır. Baş vermiş mübahisə zamanı ona heç kim qəsdən xəsarət yetirməmişdir. Sadəcə olaraq polis əməkdaşları tərəfindən avtomobilə əyləşdirilərkən onlara müqavimət göstərəndə xəsarət almışdır. Mübahisə zamanı ətrafdan oraya təxminən 40-50 nəfər toplaşmışdır. Hava qaranlıq olduğu üçün mübahisəni kimin görməsi barədə məlumatı yoxdur. Ümumiyyətlə mübahisə zamanı sərxoş vəziyyətdə olduğu üçün mübahisə zamanı qeyd etdiklərindən başqa heç bir məlumatı yoxdur. Mübahisə təxminən 20-25 dəqiqə davam etmişdir. Törətdiyi cinayət əməlindən peşimandır. Zərərçəkmiş şəxslərlə barışımışdır, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Bu halları nəzərə alıb ona həbslə əlaqəli olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 31 avqust 2025-ci il tarixdə, saat 20 radələrində Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Nur” şadlıq evində həmkəndlisi Elşənin oğlunun kiçik toy məclisində olmuş və toyda spirtli içki qəbul etmişdir. Həmin vaxt restoranın həyətində mübahisə düşdüyünü eşidərək çölə çıxmışdır. Həyətdə ona məlum olmuşdur ki, mübahisə baş vermiş və polis əməkdaşları onun dayısı oğlu İlqarla birlikdə bir neçə şəxsi Cəlilabad RPŞ-yə aparmışlar. O, qohumları Niyaməddin və Təqsirləndirilən şəxs1larla birlikdə şadlıq evinin qarşısında dayanan tanımadığı 2 nəfər polis əməkdaşına yaxınlaşaraq, İlqarın nə üçün Cəlilabad RPŞ-yə aparılmasını soruşmuşlar. Polis əməkdaşları onlara normal olaraq, bu barədə məlumat almaq üçün Cəlilabad RPŞ-nin inzibati binasına yaxınlaşmalarını izah etmişlər. Lakin, onların hər üçü sərxoş vəziyyətdə olduğu üçün polis əməkdaşlarının cavabı onlara xoş təsir bağışlamadığından, təkidlə yüksək səsdən polis əməkdaşlarından İlqarın nə üçün Cəlilabad RPŞ-yə aparılmasını soruşmuşlar. Həmin vaxt onların səs-küyünə ətrafa başqa insanlar da toplaşmışdır. Bir neçə dəqiqə sözlü mübahisədən sonra Təqsirləndirilən şəxs2 polis əməkdaşlarından birinin baş nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs1la o, da mübahisəyə qoşularaq, polis əməkdaşlarına yumruq və təpik zərbələri endirməyə başlamışlar. Bir neçə dəqiqə sonra təxminən əlavə 6 nəfər polis əməkdaşı mübahisə etdikləri yerə yaxınlaşmışdır. Həmin polis əməkdaşları da onları intizama dəvət etmələrinə baxmayaraq, onlar mübahisə etməyə davam edərək, onlara da yumruq və təpik zərbələri endirməyə başlamışlar. O, sərxoş vəziyyətdə olduğundan və havanın qaranlıq olması səbəbindən kimə hansı xəsarətlər yetirməyini bilməmişdir. Həmçinin mübahisə etdiyi polis əməkdaşlarının da heç birisini tanımamışdır. Polis əməkdaşları onları Cəlilabad RPŞ-yə dəvət etsələr də, onlar polis əməkdaşlarına müqavimət göstərərək xidməti avtomobilə oturmaq istəməmişlər. Həmin vaxt polis əməkdaşları tərəfindən o, avtomobilə əyləşdirilərkən döş qəfəsindən və sol baldır nahiyəsindən xəsarət almışdır. Yəni, onu polis əməkdaşlarından heç kim qəsdən vurmamışdır. Sadəcə olaraq polis əməkdaşları tərəfindən avtomobilə əyləşdirilərkən onlara müqavimət göstərəndə xəsarət almışdır. Baş vermiş mübahisə zamanı ona heç kim qəsdən xəsarət yetirməmişdir. Sadəcə olaraq polis əməkdaşları tərəfindən avtomobilə əyləşdirilərkən onlara müqavimət göstərəndə xəsarət almışdır. O, polis əməkdaşlarına xəsarətlər yetirmişdir. O, sərxoş vəziyyətdə olduğundan və havanın qaranlıq olması səbəbindən kimə hansı xəsarətlər yetirməyini bilməmişdir. Mübahisə zamanı ətrafdan oraya təxminən 40-50 nəfər toplaşmışdır. Hava qaranlıq olduğu üçün mübahisəni kimin görməsi barədə məlumatı yoxdur. Ümumiyyətlə mübahisə zamanı sərxoş vəziyyətdə olduğu üçün mübahisə zamanı qeyd etdiklərindən başqa heç bir məlumatı yoxdur. Mübahisə təxminən 20-25 dəqiqə davam etmişdir. Törətdiyi cinayət əməlindən peşimandır. Zərərçəkmiş şəxslərlə barışımışdır, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Bu halları nəzərə alıb ona həbslə əlaqəli olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, 31 avqust 2025-ci il tarixdə, saat 20 radələrində 8 nömrəli piyada marşurutunda Zərərçəkmiş şəxs3 ilə xidmətdə olmuşdur. Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində xidmətdə olan zaman “Nur” şadlıq sarayının qarşısında bir neçə şəxsin bir-biriləri ilə uca səslə mübahisə etdikərini görüb həmin yerə yaxınlaşmışlar. Həmin yerdə PPXB-nin digər əməkdaşları Zərərçəkmiş şəxs5, Ağabəy Ağazadə, Əli Əmirov və Zərərçəkmiş şəxs4 tanımadığı 3 nəfər vətəndaşı intizama dəvət etmişlər. Sonradan həmin şəxslərin X6, X3 və X7 olması müəyyən edilmişdir. Həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymayaraq, uca səslə onlarla sözlü mübahisə etməyə başlamışlar. Həmin şəxslər ətrafdakı şəxsləri narahat etdiyi üçün onları Cəlilabad RPŞ-yə apararaq bu barədə şöbə rəhbərliyinə rəsmi məlumat vermişlər. Bundan sonra dərhal Zərərçəkmiş şəxs3la birlikdə xidməti ərazilərinə qayıtmışlar. Əraziyə qayıtdıqdan sonra “Nur” şadlıq sarayının qarşısında yenə də insanların toplaşdığını, ucadan səs-küy gəldiyini görüb, Zərərçəkmiş şəxs3la həmin yerə yaxınlaşmışlar. 3 nəfər şəxsin aqressiv formada ucadan nalayiq ifadələr işlətməsini müşahidə etmişlər. Həmin 3 nəfər şəxs onlara yaxınlaşaraq qeyri-etik formada qohumları İlqarın nə üçün Cəlilabad RPŞ-yə aparıldığını soruşaraq, onlara narazılıqlarını bildirmişlər. Onlar isə həmin şəxslərə normal qaydada izah verərək, bu barədə məlumat almaq üçün Cəlilabad RPŞ-yə yaxınlaşmalarını xahiş etmişlər. Sonradan həmin şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olduqlarını müəyyən etmişlər. Onların həmin vaxt sərxoş vəziyyətdə olmaları hiss olunmuşdur. Onlar həmin şəxsləri intizama dəvət edərək, səs-küy salmamaları və ictimai qaydanı pozmamaları barədə xəbərdar etmişlər. Lakin həmin şəxslər onlara məhəl qoymayıb, daha da aqressiv formada ucadan səs-küy salaraq onlara etiraz etmişlər. Onlar həmin şəxsləri sakitləşdirməyə çalışsalar da, həmin vətəndaşlar heç bir əsaslı səbəb olmadan onların üzərinə hücum çəkmişlər. Həmin vaxt Niyaməddin onun başının arxa nahiyəsinə yumruqla zərbə endirmişdir. Daşqın isə onun qarın nahiyəsinə təpik zərbəsi vurmuşdur. İlham dərhal rabitə vasitəsi ilə digər əməkdaşları köməyə çağırmışdır. Həmin vaxt İlhamla o, həmin şəxsləri təkidlə intizama dəvət etmələrinə baxmayaraq, onlar öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 İlhamın alın nahiyəsinə yumruq zərbəsi vurmuşdur. İlham zərbə nəticəsində yerə yıxılmışdır. Təqsirləndirilən şəxs2 İlhamın yerdə olmasından istifadə edərək onun sağ qol və sol əl nahiyələrinə təpik zərbələri vurmuşdur. Təxminən 2-3 dəqiqə sonra PPXB-nin digər əməkdaşları Şahid2, Şahid3, Şahid1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 onlara köməyə gəlmişlər. Onlar gəldikdən sonra da Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunsuz hərəkətlərinə davam edərək onlara müqavimət göstərmişlər. Daşqın Zərərçəkmiş şəxs4 sol ayağına təpiklə zərbə vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 təpiklə Zərərçəkmiş şəxs5 sağ əlinə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 sakitləşdirmək istəyəndə Təqsirləndirilən şəxs2 onun sol baldır nahiyəsinə nizamsız təpik zərbələri endirmişdir. Təxminən 20-25 dəqiqə davam edən mübahisədən sonra onlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cəlilabad RPŞ-yə gətirmişlər. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışımışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən cəza təyin edərkən bunu nəzərə almağı xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, 31 avqust 2025-ci il tarixdə, saat 20 radələrində avtopatrul marşurutunda Şahid1 ilə xidmətdə olmuşdur. Rabitə vasitəsi ilə Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Nur” şadlıq sarayının qarşısında bir qrup şəxsin polis əməkdaşlarına hücum etməsi, kömək lazım olması barədə məlumat almışlar. O, Rəşidlə birlikdə dərhal həmin əraziyə yaxınlaşmışdır. Onlarla təxminən eyni vaxtda PPXB-nin digər əməkdaşları Zərərçəkmiş şəxs5, Şahid3, Bədir Xələfli və Şahid2 da oraya köməyə gəlmişlər. Onlar ora çatdıqda 3 nəfər tanımadığı şəxsin Kamran və İlhama yumruq və təpik zərbələri atdığını görmüşlər. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3dur. Onlar həmin şəxsləri intizama dəvət edib sakitləşdirməyə çalışsalar da, həmin şəxslər müqavimət göstərməyə başlamışlar. Təqsirləndirilən şəxs3 heç bir əsaslı səbəb olmadan Bədirin sol ayağına təpiklə zərbə vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 təpiklə Xalid İbrahimılinin sağ əlinə zərbə vurmuşdur. O, Təqsirləndirilən şəxs1 sakitləşdirmək istəyəndə Təqsirləndirilən şəxs2 onun sol baldır nahiyəsinə nizamsız təpik zərbələri endirmişdir. Təxminən 20-25 dəqiqə davam edən mübahisədən sonra onlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cəlilabad RPŞ-yə gətirmişlər. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışımışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən cəza təyin edərkən bunu nəzərə almağı xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, 31 avqust 2025-ci il tarixdə, saat 20 radələrində 8 nömrəli piyada marşurutunda Zərərçəkmiş şəxs1 ilə xidmətdə olmuşdur. Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində xidmətdə olan zaman “Nur” şadlıq sarayının qarşısında bir neçə şəxsin bir-biriləri ilə uca səslə mübahisə etdikərini görüb həmin yerə yaxınlaşmışlar. Həmin yerdə PPXB-nin digər əməkdaşları Zərərçəkmiş şəxs5, Ağabəy Ağazadə, Əli Əmirov və Zərərçəkmiş şəxs4 tanımadığı 3 nəfər vətəndaşı intizama dəvət etmişlər. Sonradan həmin şəxslərin X6, X3 və X7 olması müəyyən edilmişdir. Həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymayaraq, uca səslə onlarla sözlü mübahisə etməyə başlamışlar. Həmin şəxslər ətrafdakı şəxsləri narahat etdiyi üçün onları Cəlilabad RPŞ-yə apararaq bu barədə şöbə rəhbərliyinə rəsmi məlumat vermişlər. Bundan sonra dərhal Zərərçəkmiş şəxs1la birlikdə xidməti ərazilərinə qayıtmışlar. Əraziyə qayıtdıqdan sonra “Nur” şadlıq sarayının qarşısında yenə də insanların toplaşdığını, ucadan səs-küy gəldiyini görüb, Zərərçəkmiş şəxs1la həmin yerə yaxınlaşmışlar. 3 nəfər şəxsin aqressiv formada ucadan nalayiq ifadələr işlətməsini müşahidə etmişlər. Həmin 3 nəfər şəxs onlara yaxınlaşaraq qeyri-etik formada qohumları İlqarın nə üçün Cəlilabad RPŞ-yə aparıldığını soruşaraq, onlara narazılıqlarını bildirmişlər. Onlar isə həmin şəxslərə normal qaydada izah verərək, bu barədə məlumat almaq üçün Cəlilabad RPŞ-yə yaxınlaşmaqlarını xahiş etmişlər. Sonradan həmin şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olduqlarını müəyyən etmişlər. Həmin şəxslərin həmin vaxt sərxoş vəziyyətdə olmaqları hiss olunmuşdur. Onlar həmin şəxsləri intizama dəvət edərək, səs-küy salmamaları və ictimai qaydanı pozmamaları barədə xəbərdar etmişlər. Lakin həmin şəxslər onlara məhəl qoymayıb, daha da aqressiv formada ucadan səs-küy salaraq onlara etiraz etmişlər. Onlar həmin vətəndaşları sakitləşdirməyə çalışsalar da, həmin 3 nəfər şəxs heç bir əsaslı səbəb olmadan onların üzərinə hücum çəkmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 Kamranın başının arxa nahiyəsinə yumruqla zərbə endirmişdir. Təqsirləndirilən şəxs3 isə onun qarın nahiyəsinə təpik zərbəsi vurmuşdur. O, dərhal rabitə vasitəsi ilə digər əməkdaşları köməyə çağırmışdır. Həmin vaxt Kamranla o, həmin şəxsləri təkidlə intizama dəvət etmələrinə baxmayaraq, onlar öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 onun alın nahiyəsinə yumruq zərbəsi vurmuşdur. O, zərbə nəticəsində yerə yıxılmışdır. Təqsirləndirilən şəxs2 onun yerdə olmağından istifadə edərək, onun sağ qol və sol əl nahiyələrinə təpik zərbələri vurmuşdur. Təxminən 2-3 dəqiqə sonra PPXB-nin digər əməkdaşları Şahid2, Şahid3, Şahid1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 onlara köməyə gəlmişlər. Onlar gəldikdən sonra da Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunsuz hərəkətlərinə davam edərək onlara müqavimət göstərmişlər. Təqsirləndirilən şəxs3 Bədirin sol ayağına təpiklə zərbə vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 təpiklə Xalidin sağ əlinə zərbə vurmuşdur. Murad Təqsirləndirilən şəxs1 sakitləşdirmək istəyəndə Təqsirləndirilən şəxs2 onun sol baldır nahiyəsinə nizamsız təpik zərbələri endirmişdir. Təxminən 20-25 dəqiqə davam edən mübahisədən sonra onlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cəlilabad RPŞ-yə gətirmişlər. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışımışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən cəza təyin edərkən bunu nəzərə almağı xahiş edir. Zərərçəkmiş şəxs4 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, 31 avqust 2025-ci il tarixdə, saat 20 radələrində avtopatrul marşurutunda Zərərçəkmiş şəxs5, Əli Əmirov və Ağabəy Ağazadə ilə xidmətdə olmuşdur. Rabitə vasitəsi ilə Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Nur” şadlıq sarayının qarşısında bir qrup şəxsin birbiriləri mübahisə etmələri barədə məlumat almışlar. Onlar dərhal həmin əraziyə yaxınlaşmışlar. Özlərini təqdim edərək həmin şəxsləri intizama dəvət edib, səs-küy salmamaları və ictimai qaydanı pozmamaları barədə xəbərdar etmişlər. Sonradan mübahisə edən vətəndaşların X6, X3 və X7 olması müəyyən edilmişdir. Həmin vaxt hadisə yerinə PPXB-nin digər əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 da yaxınlaşmışdır. Səs-küy salan vətəndaşlar onların qanuni tələblərinə məhəl qoymayaraq, uca səslə onlarla sözlü mübahisə etməyə başlamışlar. Həmin şəxslər ətrafdakı şəxsləri narahat etdiyi üçün onları Cəlilabad RPŞ-yə apararaq bu barədə şöbə rəhbərliyinə rəsmi məlumat vermişlər. Həmin vaxt rabitə vasitəsi ilə Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Nur” şadlıq sarayının qarşısında bir qrup şəxsin polis əməkdaşlarına hücum etməsi, kömək lazım olması barədə məlumat almışlar. O, Zərərçəkmiş şəxs5 ilə birlikdə dərhal həmin əraziyə yaxınlaşmışdır. Onlarla təxminən eyni vaxtda PPXB-nin digər əməkdaşları Şahid1, Şahid3, Zərərçəkmiş şəxs2 və Şahid2 da oraya köməyə gəlmişlər. Onlar ora çatdıqda 3 nəfər tanımadığı şəxsin Kamran və İlhama yumruq və təpik zərbələri atdığını görmüşlər. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3dur. Onlar həmin vətəndaşları intizama dəvət edib sakitləşdirməyə çalışsalar da, onlar müqavimət göstərməyə başlamışlar. Təqsirləndirilən şəxs3 heç bir əsaslı səbəb olmadan onun sol ayağına təpiklə zərbə vurmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs1 təpiklə Xalidin sağ əlinə zərbə vurmuşdur. Murad Təqsirləndirilən şəxs1 sakitləşdirmək istəyəndə Təqsirləndirilən şəxs2 onun sol baldır nahiyəsinə nizamsız təpik zərbələri endirmişdir. Təxminən 20-25 dəqiqə davam edən mübahisədən sonra onlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cəlilabad RPŞ-yə gətirmişlər. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışımışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən cəza təyin edərkən bunu nəzərə almağı xahiş edir. Zərərçəkmiş şəxs5 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, 31 avqust 2025-ci il tarixdə, saat 20 radələrində avtopatrul marşurutunda Zərərçəkmiş şəxs4, Əli Əmirov və Ağabəy Ağazadə ilə xidmətdə olmuşdur. Rabitə vasitəsi ilə Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Nur” şadlıq sarayının qarşısında bir qrup şəxsin birbiriləri mübahisə etmələri barədə məlumat almışlar. Onlar dərhal həmin əraziyə yaxınlaşmışlar. Özlərini təqdim edərək həmin şəxsləri intizama dəvət edib, səs-küy salmamaları və ictimai qaydanı pozmamaları barədə xəbərdar etmişlər. Sonradan mübahisə edən vətəndaşların X6, X3 və X7 olması müəyyən edilmişdir. Həmin vaxt hadisə yerinə PPXB-nin digər əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 da yaxınlaşmışdır. Səs-küy salan vətəndaşlar onların qanuni tələblərinə məhəl qoymayaraq, uca səslə onlarla sözlü mübahisə etməyə başlamışlar. Həmin şəxslər ətrafdakı şəxsləri narahat etdiyi üçün onlar həmin vətəndaşları Cəlilabad RPŞ-yə apararaq bu barədə şöbə rəhbərliyinə rəsmi məlumat vermişlər. Həmin vaxt rabitə vasitəsi ilə Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Nur” şadlıq sarayının qarşısında bir qrup şəxsin polis əməkdaşlarına hücum etməsi, kömək lazım olması barədə məlumat almışlar. O, Zərərçəkmiş şəxs4ylə birlikdə dərhal həmin əraziyə yaxınlaşmışdır. Onlarla təxminən eyni vaxtda PPXB-nin digər əməkdaşları Şahid1, Şahid3, Zərərçəkmiş şəxs2 və Şahid2 da oraya köməyə gəlmişlər. Onlar ora çatdıqda 3 nəfər tanımadığı şəxsin Kamran və İlhama yumruq və təpik zərbələri atdığını görmüşlər. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3dur. Onlar həmin vətəndaşları intizama dəvət edib sakitləşdirməyə çalışsalar da, onlar müqavimət göstərməyə başlamışlar. Təqsirləndirilən şəxs3 heç bir əsaslı səbəb olmadan Bədirin sol ayağına təpiklə zərbə vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 təpiklə onun sağ əlinə zərbə vurmuşdur. Murad Təqsirləndirilən şəxs1 sakitləşdirmək istəyəndə Təqsirləndirilən şəxs2 onun sol baldır nahiyəsinə nizamsız təpik zərbələri endirmişdir. Təxminən 20-25 dəqiqə davam edən mübahisədən sonra onlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cəlilabad RPŞ-yə gətirmişlər. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışımışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən cəza təyin edərkən bunu nəzərə almağı xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Cəlilabad rayon sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəlcədən tanımamışdır. Onlarla heç bir ədavət və düşmənçiliyi yoxdur. 31 avqust 2025-ci il tarixdə, saat 20 radələrində avtopatrul marşurutunda Zərərçəkmiş şəxs2 ilə xidmətdə olmuşdur. Rabitə vasitəsi ilə Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Nur” şadlıq sarayının qarşısında bir qrup şəxsin polis əməkdaşlarına hücum etməsi, kömək lazım olması barədə məlumat almışlar. O, Muradla birlikdə dərhal həmin əraziyə yaxınlaşmışdır. Onlarla təxminən eyni vaxtda PPXB-nin digər əməkdaşları Zərərçəkmiş şəxs5, Şahid3, Bədir Xələfli və Şahid2 da oraya köməyə gəlmişlər. Onlar ora çatdıqda 3 nəfər tanımadığı şəxsin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 yumruq və təpik zərbələri atdığını görmüşlər. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3dur. Onlar həmin vətəndaşları intizama dəvət edib sakitləşdirməyə çalışsalar da, onlar hamısına müqavimət göstərməyə başlamışlar. Təqsirləndirilən şəxs3 heç bir əsaslı səbəb olmadan Bədirin sol ayağına təpiklə zərbə vurmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs1 təpiklə Xalidin sağ əlinə zərbə vurmuşdur. Murad Təqsirləndirilən şəxs1 sakitləşdirmək istəyəndə Niyaməddin onun sol baldır nahiyəsinə nizamsız təpik zərbələri endirmişdir. Təxminən 20-25 dəqiqə davam edən mübahisədən sonra onlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cəlilabad RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş, “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, mübahisə Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Nur” şadlıq sarayının qarşısında baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs1 hadisənin törədildiyi yeri göstərmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji xəstəxanasından verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2025-ci il tarixli, 001446 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin vaxt yüngül orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji xəstəxanasından verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2025-ci il tarixli, 001447 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin vaxt yüngül orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji xəstəxanasından verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2025-ci il tarixli, 001448 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin vaxt yüngül orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin PHŞ Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 01 sentyabr 2025-ci tarixli 611 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs5 sağ əlin arxa səthində əzilmiş səthi yara müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 31 avqust 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin PHŞ Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 01 sentyabr 2025-ci tarixli 612 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 başın sağ ənsə nahiyəsində şişkinlik və qançır, qarının sağ yan səthində qançır müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın və ya əşyaların təsirindən törənmişdir, törənmə müddəti 31 avqust 2025-ci il tarixə uyğun gəlir, ümumilikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin PHŞ Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 01 sentyabr 2025-ci tarixli 613 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs3 alın, sağ said və sol əl nahiyəsində sıyrıqlar müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın və ya əşyaların təsirindən törənmişdir, törənmə müddəti 31 avqust 2025ci il tarixə uyğun gəlir, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin PHŞ Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 01 sentyabr 2025-ci tarixli 615 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 sol baldır nahiyəsində qançır müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 31 avqust 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin PHŞ Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 01 sentyabr 2025-ci tarixli 618 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs4 sol ayaq pəncəsində hematoma müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 31 avqust 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş, Cəlilabad rayon X5 Hüquqi şəxsdən daxil olmuş 09 oktyabr 2025-ci il tarixli, 18-1-32/2-1696/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Qasımov X2 rayon Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində xəstə kimi qeydiyyatda durmurlar. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmuyu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə tövsif edilmişdir və onlar, həmin maddələrlə cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Cəlilabad rayonu İHB-nin Sərhədabad kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışması Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, yaşayış yerində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 01 sentyabr 2025-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01 sentyabr 2025-ci il tarixdə saat 02:00-da Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş, Cəlilabad rayon Məhkəməsinin 02 sentyabr 2025ci il tarixli, 4(073)-48/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsa almanın əvvəli 01 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş, Cəlilabad rayon Məhkəməsinin 30 dekabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmə iclası zalından dərhal həbsdən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Cəlilabad rayonu İHB-nin Sərhədabad kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışması Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, yaşayış yerində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 01 sentyabr 2025-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 01 sentyabr 2025-ci il tarixdə saat 03:55-da Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş, Cəlilabad rayon Məhkəməsinin 02 sentyabr 2025ci il tarixli, 4(073)-48/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsa almanın əvvəli 01 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş, Cəlilabad rayon Məhkəməsinin 30 dekabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmə iclası zalından dərhal həbsdən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Cəlilabad rayonu İHB-nin Sərhədabad kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslərlə barışması Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs3 əməlindən peşman olmasını, yaşayış yerində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 01 sentyabr 2025-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 01 sentyabr 2025-ci il tarixdə saat 05:10-da Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş, Cəlilabad rayon Məhkəməsinin 02 sentyabr 2025ci il tarixli, 4(073)-48/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsa almanın əvvəli 01 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş, Cəlilabad rayon Məhkəməsinin 30 dekabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmə iclası zalından dərhal həbsdən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun hazırkı iş üzrə 01 sentyabr 2025-ci il tarixdən 30 dekabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 29 (iyirmi doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad rayonu, Sərhədabad kəndindəki yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun hazırkı iş üzrə 01 sentyabr 2025-ci il tarixdən 30 dekabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 29 (iyirmi doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 2 (iki) gün gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad rayonu, Sərhədabad kəndindəki yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun hazırkı iş üzrə 01 sentyabr 2025-ci il tarixdən 30 dekabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 29 (iyirmi doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad rayonu, Sərhədabad kəndindəki yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar.

Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar