Məhkəmə qərarları › İş №1(073)-137/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-137/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-137/2023 30.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X4 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X4 Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Cəlilabad rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Göytəpəşəhəri, S.Əsgərov küçəsi, ev 28-də qeydiyyatda olmaqla Cəlilabad rayonu, Maşlıq kəndində yaşayan, barəsindəpolisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməs dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 26 noyabr 2020-ci il tarixdə, saat 16 radələrində Cəlilabad rayonu, Maşlıq kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus evin qarşısından bibisi Şahid1 ilə birlikdə keçən zaman sonuncu Zərərçəkmiş şəxs ilə aralarında olan ədavətə görə onun ünvanına nalayiq ifadələr işlətdiyindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə nəticəsində qısa müddətli dava-dalaş zamanı Zərərçəkmiş şəxs Şahid1 yerə yıxıb sürüyərək ona sol said bel-oma və hər iki diz oynağı nahiyəsində sıyrıq əmələ gəlməsi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, belə bir şəraitdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol qol nahiyəsinə və alın nahiyəsinə bir neçə yumruq zərbələri, daha sonra isə kürək nahiyəsinə bir təpik zərbəsi vuraraq ona sol said-sol mil-bilək oynağı nahiyəsində böyük ölçülü hematoma və hərəkət məhdudluğu kimi xəsarətlər əmələ gəlməsi ilə müşaiyət olunan, sağlamlığın qısa müddətə pozulmasıına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər və başın alın təpə nahiyəsində sıyrıq, kürəkarası və bel-oma nahiyəsində qançır əmələ gəlməsi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və onun ailə üzvləri onun həmkəndliləridir. Onunla və onun digər ailə üzvləri ilə arasında ədavət və düşmənçilikləri vardır. Belə ki, Kəmalə Əhmədova ailəli qızı Əhmədova Zümrüd Vəkil qızını 2020-ci ilin iyul ayında onu aldadaraq aparıb 22 gün saxladığını iddia edərək onu şərləmişdir. Bununla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılmışdır. Həmin vaxtdan onların Kəmalə Əhmədova və onun ailə üzvləri ilə aralarında ədavətləri yaranmışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 16 radələrində bibisi Şahid1 ilə birlikdə evlərinə tərəf gedirmişlər. O qabaqda bibisi Sevda isə ondan bir xeyli arxada gəlirmiş. O, Zərərçəkmiş şəxs evinin yanından keçən zaman Kəmalə onu görüb yaxınlaşmış və ilk əvvəl sözlü mübahisələri yaranmış, daha sonra Kəmalə ona hücum edən zaman o özünü cilovlaya bilməmiş Kəmaləni yumruq və təpiklə bədənin müxtəlif nahiyələrinə vurmuşdur. Səsə Kəmalənin əri Vəkil gəlmiş və onları aralamışdır. Hazırda törətdiyi əməldən peşimandır, zərərçəkmiş şəxsin onu bağışlamasını istəyir. Barəsində amnistiya aktını tətbiq edərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onunla və onun digər ailəüzvləri ilə aralarında ədavət və düşmənçilikləri var. Belə ki, Təqsirləndirilən şəxs onun ailəli qızı Əhmədova Zümrüd Vəkil qızını 2020-ci ilin iyul ayında aldadaraq aparıb 22 gün saxlamışdır. Daha sonra isə onlar bu barədə polisə müraciət etmişlər və qızı tapılmışdır. Bununla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılmışdır. Həmin vaxtdan onların Təqsirləndirilən şəxs və onun ailə üzvləri ilə aralarında ədavət vardır. xx.xx.2020-ci ildə təxminən saat 16 radələrində o, evdən küçədə olan mallarına nəzarət etmək üçün küçəyə çıxmışdır. Bu zaman küçə ilə ona tərəf gələn həmkəndlisi Təqsirləndirilən şəxs onu görüb ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, ondan nə səbəbə görə onu təhqir etdiyini soruşmuşdur. Onun sözündən sonra Təqsirləndirilən şəxs onun üzərinə gedib ona yumruq, təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür. Elmar onu döyən zaman əri Şahid2 küçə qapılarının ağzına çıxıb Elmarın üzərinə gəlmişdir. Əri Vəkil onu Elmarın əlindən alıb onun bədəninin müxtəlif nahiyyələrinəşillə və təpik zərbələri vuraraq Elmarı ondan uzaqlaşdırmışdır. Daha sonra isə o, bu barədə DİN-nin “102 xidməti-zəng mərkəzinə” və Göytəpə PB-yə şikayət etmişdir. Onu Təqsirləndirilən şəxs vuraraq xəsarət yetirmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığları evin küçə qapısının ağzında öncə onun sol qol nahiyəsinə və alın nahiyəsinə yumruq zərbələri, daha sonra isə kürək nahiyəsinə təpik zərbəsi vurmuş və o, həmin zərbənin təsirindən yerə yıxılmışdır. Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onunla və onun digər ailəüzvləri ilə arasında ədavət və düşmənçiliyi var. Belə ki, Təqsirləndirilən şəxs onun ailəli qızıƏhmədova Zümrüd Vəkil qızını 2020-ci ilin iyul ayında aldadaraq aparıb 22 gün saxlamışdır. Daha sonra isə onlar bu barədə polisə müraciət etmişlər və qızı tapılmışdır. Bununla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılmışdır. Həmin vaxtdan onların Təqsirləndirilən şəxs və onun ailəüzvləri ilə aralarında ədavət var. xx.xx.2020-cil il tarixdə saat 15 radələrində o, yaşadığı evin küçə qapısının ağzına çıxan zaman həmkəndlisi Təqsirləndirilən şəxs arvadı Kəmalə Əhmədovanı döydüyünü görmüşdür. O da dərhal Təqsirləndirilən şəxs üzərinə gəlib arvadı Kəmalə Əhmədovanı onun əlindən almaq üçün Elmarın baş burun və göz nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuşdur. Elmar həmin zərbələrin təsirindən yerə yıxılmışdır. Elmar yerdən qalxıb onun üzərinə hücum etmək istəyən zaman o, onun ayaqlarından tutaraq onu küçə qapılarının ağzından təxminən 5-6 metr kənara doğru sürümüşdür. Elmar onun tərəfindən döyüldüyü üçün yerdən durub qaçmışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisənin baş verdiyi yer Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evin küçə qapısının qarşısıdır. Hadisənin baş verdiyi yerin sağ tərəfində və sol tərəfində fərdi yaşayış evləri var. Heç bir ictimai iaşə obyekti yoxdur. Baxış zamanı hadisə yerində işüçün əhəmiyyət kəsb edən hər hansısa bir alət, predmet və.s əşya aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin Cəlilabad rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 819 saylı rəyində göstərilmişdir ki, X1 said-sol mil-bilək oynağı nahiyəsində böyük ölçülü hematoma və hərəkət məhtudluğu, başın alın təpə nahiyəsində sıyrıq, kürəkarası və bel-oma nahiyəsində qançır müəyyən olunub, müəyyən olunan xəsarət bərk küt əşyanın və ya əşyaların təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sol said-sol mil-bilək oynağı nahiyəsində böyük ölçülü hematoma və hərəkət məhtudluğu sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş,sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarıüçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dənalınmış sorğudan görünür ki,Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır İş materiallarında olan Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi 30 avqust 2023-cü il tarixli ərizədən görünür ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Barəsində xx.xx.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məhkəmə hazırlıq iclasının qərarından görünür ki, təqsirləndirilən şəxs X5 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən ərizədən görünür ki, o, özünü təqsirli bilir, törətdiyi əməlindən peşmandır, barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarını tətbiq edərək cinayət məsuliyyətindən azad etməklə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ifadəsini dinləyib, onun ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının rəyini nəzərə alaraq və iş materiallarını araşdırıb Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-cı bəndi tətbiq olunmaqla Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 28-ci hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində törətdiyi əmələ görə qeyd olunan amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Ona görə də məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Hazırkı işin materiallarından görünür ki, iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanları nəzərə alaraq, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq olunmaqla Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin; barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sərdlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar