Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-137/2025 11.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Cəlilabad rayonu, Kövüzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olmaqla Cəlilabad şəhəri, M.Hadi küçəsi, fərdi yaşayış evində yaşamış, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, 15 fevral 2025-ci il tarixli həbsdə olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən, həmçinin, vaxtda və şəraitdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onun külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İİ siyahısına əsasən xeyli miqdarda, 1,108 qram psixotrop maddə metamfetamini əldə edib Cəlilabad şəhəri, M.Hadi küçəsində yerləşən yaşadığı evdə saxlamış, daha sonra həmin psixotrop maddə olan metamfetamini 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükülüdə 15 fevral 2025-ci il tarixdə, saat 14 radələrində Cəlilabad şəhəri, M.Hadi küçəsində yerləşən yaşadığı evdə tanışı Şahid6 satmış, 15 fevral 2025-ci il tarixdə, saat 16:50-də Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid6 Cəlilabad şəhəri, Babək küçəsində piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq həmin ünvanda onun üzərindəə yoxlama və götürmə keçirilərkən, 01 (bir) ədəd şəffaf rəngli sellofan bükülüdə həmin psixotrop maddə metamfetamin Şahid6 əynindəki boz rəngli gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdir ki, o, saxlanılan zamana kimi ailəsiylə birlikdə Cəlilabad şəhəri, M.Hadi küçəsində yerləşən fərdi yaşayış evində kirayə yaşamışdır. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunmuşdur. 2022-ci ilin yanvar ayında cəzasını çəkib qurtardıqdan sonra azadlığa çıxmış və həmin vaxtdan narkotik vasitə qəbul etməmişdir. 15 fevral 2025-ci il tarixdə, o, yaşadığı evdən çıxıb dayısı oğlu X6 yaşadığı Cəlilabad rayonu, Uzuntəpə kəndinə getmişdir. O, Ramini götürüb ona məxsus olan “Vaz-2106” markalı avtomobili təmir etmək məqsədilə yaşadığı evə gəlmişdir. Həmin vaxt arvadı X7 da evdə olmuşdur. O, Raminlə yaşadığı evin qarşısında yerləşən darvazanın yanında avtomobili təmir etməyə başlamışdır. Təxminən 15-20 dəqiqə sonra əvvəllər tanıdığı Nəbi, Rəhman, Famil, İzzət və başqa bir neçə nəfər tanımadığı mülki geyimdə olan şəxslər yaşadığı evin qarşısında onlara hücum etmiş və onları məcburi şəkildə avtombillərə mindirmişlər. Bildirmişdir ki, həmin şəxslər onu gəldikləri avtomobilə, Ramini isə onun avtomobilinə əyləşdirmişlər. Daha sonra onun üzərində yoxlama aparmış, yoxlama zamanı üzərindən iki manat pul, ona məxsus olan 01 ədəd “Samsung A21” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və avtomobilə aid sənədləri aşkar edilmişdir. Həmin vaxt üzərindən qanunla qadağan edilmiş narkotik vasitə, əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra adını və vəzifəsini sonradan öyrəndiyi rəis müavini Turab müəllim yaşadığı evə basqın etmişdir. Həmin vaxt onu avtomobildə saxlamış və döymüşlər. Təxminən 2-3 dəqiqə sonra onu avtomobildən düşürüb yaşadığı evə aparmışlar. Yaşadığı evə apardıqdan sonra ona və arvadı Faizə Baxşəliyevaya demişlər ki, narkotik vasitəni ver. Onlar isə bildirmişdir ki, evdə narkotik vasitə yoxdur. Bundan sonra yaşadığı evin içərisində onu döyməyə başlamışlar. Həmin vaxt arvadı Faizə polislərin ayağının altına yıxılaraq onu vurmamaları üçün onlara yalvarmışdır. Lakin onlar arvadının sözlərinə baxmayaraq onu döymüşlər. Təxminən 1 saat onu yumruq və təpiklə döymüşlər. Onu döydükdən sonra evin girişdən sol tərəfdə yerləşən otaqda o və İzzət adlı polis əməkdaşı kresloda, 3 nəfər polis nəfəri isə evin qapısının qarşısında gözləməyə başlamışdır. Digər polis əməkdaşları isə çıxıb getmişlər. O, İzzətlə birlikdə təxminən 3 saat evdə oturub gözləmişdir. Təxminən saat 17 radələrində polis əməkdaşları gəlib onu Cəlilabad rayon polis şöbəsinə gətirmişlər. Şöbəyə gəldikdən sonra onu inzibati binanın 2ci mərtəbəsinə qaldırmış və təxminən 2 saata yaxın müddətdə həmin mərtəbədə otaqların birində saxlamışlar. Daha sonra onu Nəbi adlı polis əməkdaşının xidməti otağına aparmış və ona demişlər ki, evə baxış keçirilməsi üçün ərizə yazmalısan. Həmin vaxt onlara bildirmişdir ki, onsuz evə baxış keçirmisiz və evin altını üstünə çevirmisiz və evdən qanunsuz əşya və ya predmet aşkar etməmisiz. Lakin ona demişlər ki, o və arvadı ərizə yazmalıdırlar ki, evə yenidən baxış keçirilsin. Bundan sonra onlarla razılaşaraq ərizə yazmış və öz imzasıyla həmin ərizəni təsdiq etmişdir. Daha sonra onun üzərində videoçəkiliş aparılmaqla axtarış aparılmış və üzərində narkotik vasitə və qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onu polis şöbəsinin birinci mərtəbəsinə salıb yenidən döyməyə başlamışlar. Buna səbəb onların dediklərini, yəni Saməddinin onun yaşadığı evdə psixotrop maddəni götürməsini deməyini istəmələri olmuşdur. Təxminən saat 22 radələrində onu polis şöbəsinin arxa hissəsində avtomobilə mindirib yaşadığı evə aparmışlar. Yaşadığı evə çatanda Nəbi onun yaşadığı evdə olmuşdur. Daha sonra videoçəkiliş aparılmağa başlanılmışdır. Polis əməkdaşları qapını döymüş və arvadı qapını açmışdır. Bundan sonra evə daxil olmuşlar. Ona demişlər ki, narkotik vasitəni təqdim etsin. O isə onlara demişdir ki, özünüz qoymusunuz və özünüzdə götürün. Həmin vaxt çəkilişi saxlamış və videoçəkiliş yenidən başlamışdır. Onların dedikləri ilə razılaşmadığı üçün 4 dəfə evə baxış keçirilməsi barədə videoçəkiliş olmuşdur. Daha sonra o, arvadının pis vəziyyətə düşdüyünü görüb, qərara gəlmişdir ki, narkotik vasitəni özü təqdim etsin. Həmin vaxt həm də Nəbi ona söz vermişdir ki, onlar deyən kimi etsə ona kömək edəcəklər. Bundan sonra yenidən videoçəkiliş aparılmaqla evə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı o, evdə olan kreslonun küncündən bir büküm psixotrop maddəni, bir ədəd elektron tərəzini və bir ədəd narkotik vasitə və psixotrop maddə istifadə etmək üçün istifadə edilən bir ədəd şüşə borucuğu təqdim etmişdir. Bundan başqa videoçəkiliş zamanı o, bildirmişdir ki, bibisi oğlu Şahid6 üzərindən aşkar edilmiş psixotrop maddəni o özü onun yaşadığı evdən götürmüşdür. Bunu deməyinə səbəb isə polis şöbəsində polis əməkdaşları onu döyərək bu formada deməli olduğunu bildirmələri olmuşdur. Videoçəkiliş bitdikdən sonra onu polis şöbəsinə gətirmiş və daha sonra müvafiq sənədləşmə işləri görüldükdən sonra onu müvəqqəti saxlama yerinə təhvil vermişlər. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Şahid6 ona 15 fevral 2025-ci il tarixdə təxminən saat 11 radələrində zəng edərək onun uşağına verməli olduğu mobil telefonu ona verməyini istəmişdir. Ona Raminlə birlikdə olduğunu və bir qədər gözləməyini demişdir. Raminlə birlikdə evə gəldikdən təxminən 3-5 dəqiqə sonra Saməddin özünə məxsus avtomobillə onlara gəlmişdir. Ona mobil telefonu vermiş və Saməddin Raminə avtomobilinin su göstəricinin düz işləmədiyini demiş və bundan sonra Ramin də onun avtomobilini təmir etmişdir. Daha sonra Saməddin çıxıb getmişdir. Təxminən yarım saat sonra polis əməkdaşları yaşadığı evə gəlmiş və yuxarıda qeyd etdiyi hadisələr olmuşdur. Polis əməkdaşları onu döyərkən o, sağ qulağından, sol bilək nahiyəsindən və sağ sinə nahiyəsindən xəsarətlər almışdır. O, ilkin ifadələrini təzyiq altında qalaraq demiş, o, heç kimdən psixotrop maddə əldə etməmişdir. Şahid6 ondan psixotrop maddə istəməmiş və ümumiyyətlə yaşadığı evdə psixotrop maddə olmamışdır. Həmin psixotrop maddəni yaşadığı evə Nəbi adlı polis əməkdaşı tərəfindən qoyulmuşdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs onun doğma dayısı oğludur. Onunla əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 15 fevral 2025-ci il tarixdə torpaq pulu çıxarmaq üçün Cəlilabad şəhərinə gəlmiş, Bu zaman Rafəddin ona zəng vurub, mobil telefon satdığını bildirmiş, o da borclarını verəndən sonra pulu qalsa Rafəddinə xəbər edəcəyini bildirmiş. Torpaq pulunu çıxardandan sonbra Rafəddinə zəng vuraraq onlara getmiş, günorta vaxtı idi saat 12 radələri olarmış. Çay işmiş, çörək yemiş Rafəddingildə, telefonu alıb qayıtdım, təxminən bunlardan 300-400 metr uzaqlaşandan sonra yolda onu ilk olaraq YPX saxlamış sonradan mülki geymidə tanımadığı şəxslər gəlmiş, saat təxminən 11:30-da onu saxlamışlar, oz avtomobilində arxada otuzdurub avtomobili də özləri idarə edib RPŞ-ya gəlmişlər. RPŞ-də onu ilk cərimə meydançasında onu birinci döymüşlər, ona Rafəddindən mal aldığını bildirmişlər, o da narkotik almadığını telefon aldığını bildirmiş, telefon aldığını bildirəndən sonra həmin teleofon yoxa çıxmış, hələdə ondan bir xəbər yoxdur. Ondan sonra onu salmışlar içəri, o, dayısı oğlu ilə 3 dəfə narkotik vasitə istifadə etdiyini etraf etmiş, hazırda dayısı oğlu həbsidə olduğuna görə o da narkotik vasitəsinin qəbul etmkdən imtina etmişdir hətta siqareti belə tərgitmişdir. Hazırda da istənilən analiz də verə bilər. Ondan sonra onu döyə-döyə salafanda narkotik vasitəsini qoymuşlar cibinə. Onu döymuşlər sifəti partlamış və burunu qanamışdır. Onun boynuna zorla qoymuşlar, əyər boynyna almasaydı videoçəklişlə gedib evinin həyətindən çıxaracaqlar və onu 12 il həbsə göndərəcəklər. O çox qorxmuş, ona görə də hər şeyi boynuna götürmüşdür. Sonradan onu aparmış Cəlilabad şəhəri, Babək küçəsində çəkliş aparmışlar, orda çəkliş aparılarkən üzündə olan yaralara orda krem vurmuşlar, ki, yarası görsənməsin sonradan çəkliş bitəndə sonra getmiş əl üzünü yumuş krem yuyuldüqdan sonra üzündə olan yaralar görsənmiş, hətta orda barmaq izləri götürüləndə fotoşəkilləri də çəkilmiş həmin fotolarda uzundə olan xəsarətlə aydın görsənmişdir. Özünə də sonda 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Daş karvanxanasında fəhlə işləyərək xəstə valideyinlərinə baxır, indi isə evdən çölə çıxa bilmir RPŞ-də ilk dəfə tutulduğu vaxt ifadəsi alınmış, qalan sənədlərə sadəcə qol çəkib. Məhkəmədə ifadə verəndə onlar nə deyiblərsə o da onlar dediyini demiş, ona Rafəddinə kömək etmək istəyirsə onlar dediyini esin onun üzərindən stopunu götürəcəklər, o da bir başa deyə bilməmişdir ki, narkotik vasitıni cibinə qoymuşlar, o polisdən qorxdu üçün deməyib. O, Rafəddingilə gedəndə onlarda kəndçiləri Ramin var idi. Ramin maşın düzəldəndə o, evdə çay içirmiş, O, Rafəddindən narkotik vasitə almayıb, RPŞ-də döyüldüyü üçün etraf edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 15 fevral 2025-ci il tarixdə Cəlilabad RPŞ-yə Cəlilabad rayonu, Kövüzbulaq sakini Şahid6 Cəlilabad rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o, Cəlilabad RPŞ-nin Cinayət Axtarışı Bölməsinin əməliyyat Şahid3 Rafail oğlundan, həmin Bölmənin əməliyyat müvəkkili Şahid4, Cəllabad RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid5 və Cəlilabad RPŞ-nin X3 əməliyyat müvəkkili Şahid1 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 15 fevral 2025-ci il tarixdə, saat 16 radələrində Şahid6 ola biləcəyi yerlər müəyyən edilərək o, Cəlilabad şəhəri, Babək küçəsində VAZ 2106 markalı avtomobili saxlayan zaman tərəflərindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə müşahidə etdikdən sonra onlar Şahid6 yaxınlaşıb özlərini təqdim etmişlər və ona polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Saməddinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Şahid6 hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Şahid6 saxlanıldığı yerdə üstünün yoxlanılması və götürmə keçirilməsi üçün şərait olduğundan həmin yerdə Şahid6 üzərində yoxlama və götürmə aparılacağını bildirmişdir. Şahid6 hüquq və vəzifələri elan edildikdən sonra videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra Şahid6 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Bu təklifdən sonra Şahid6 əynində gödəkçəsinin cibindən bir ədəd şəffaf sellofanın içərisindəki bükülünü təqdim etmiş və həmin bükülüdə psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Həmin bükülü açıldıqdan sonra içərisində psixotrop maddəyə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Daha sonra müvafiq qaydada qablaşdırılıb möhrü ilə möhürlənmişdir. Şahid6 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni haradan və nə məqsədlə əldə edilməsi soruşulmuşdur. Şahid6 üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni 15 fevral 2025-ci il tarixdə, günorta saatlarında Cəlilabad şəhər sakini Rafəddindən aldığını, üzərindən aşkar edilmiş həmin psixotrop maddəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, lakin həmin psixotrop maddədən istifadə etmədiyini bildirmişdir. Daha sonra Şahid6 tərəflərindən Cəlilabad RPŞ-yə dəvət edilmişdir. Polis Şöbəsinə gəldikdən sonra Şahid6 üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər kütlə və yoxlama və götürmə aparılmasının özündə əks etdirən DVD disk ilə birlikdə təhqiqatçıya təhvil verilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq əməliyyat yolu ilə Cəlilabad şəhər sakini Rafəddin adlı şəxsin Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olmaqla Cəlilabad şəhəri, M.Hadi küçəsi, ev 5-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə Şahid6 üzərindən aşkar olunaraq götürlümüş psixotrop maddəni Təqsirləndirilən şəxs tərəfindən satılması, onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, əldə etməsi, üzərində saxlaması, daşıması və satması barədə daxil olmuş əməliyyat məlumatına əsasən xidməti vəzifəsilə əlaqədar olaraq şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən yaradılmış əməliyyat qrupu ilə birlikdə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Cəlilabad şəhəri, M.Hadi küçəsinin ətrafı müşahidəyə götürülmüşdür. Təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs həmin küçədə yanında bir nəfər şəxslə hərəkət edərkən görmüş və onu 10-15 dəqiqə müşahidə etdikdən sonra onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə onlardan üzərində psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Onun yanında olan şəxs isə özünü X2 təqdim edib üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs və Ramin Ağayevi şöbəyə dəvət etmişlər. Onlar etiraz etməyərək şöbəyə gəlmişlər. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid6 onun bibisi oğludur. Onunla 15 fevral 2025-ci il tarixdə günorta saatlarında öz evlərində psixotrop maddə istifadə etmişdir. Saməddin öz evinə gedən zaman onun yanında masanın üzərində qalmış bir bükümdə psixotrop maddəni özü götürüb aparmışdır. Ona psixotrop maddə verməmişdir. Həmin maddələri iki gün əvvəl Bakı şəhərində “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanımadığı şəxsdən 40 manat müqabilində əldə etmişdir. Bundan başqa yaşadığı evdə bir bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmin evə daxil olduqda girişdən solda yerləşən otaqdakı kreslonun sağ küncündən bir ədəd qara rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamini, bir ədəd borucuq və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin madəni xx.xx.2025-ci il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən aldığını, həmin maddədən istifadə etdiyini və həmin maddədən bir bükümü də Saməddinin götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda orada ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra həmin maddə və predmetlər ekspertizaya göndərilməsi üçün zərfə qoyulmuş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Bu barədə heç bir şikayəti və tələbi yoxdur. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəllabad RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid5 ifadəsində göstərdi ki, 15 fevral 2025-ci il tarixdə Cəlilabad RPŞ-yə Cəlilabad rayonu, Kövüzbulaq sakini Şahid6 Cəlilabad rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o, Cəlilabad RPŞ-nin Cinayət Axtarışı Bölməsinin əməliyyat Şahid3 Rafail oğlu, həmin Bölmənin əməliyyat müvəkkili Şahid4, Cəlilabad RPŞ-nin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 və Cəlilabad RPŞ-nin X3 əməliyyat müvəkkili Şahid1 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 15 fevral 2025-ci il tarixdə, saat 16 radələrində Şahid6 ola biləcəyi yerlər müəyyən edilərək o, Cəlilabad şəhəri, Babək küçəsində VAZ 2106 markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomobili saxlayan zaman tərəflərindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5-10 dəqiqə müşahidə etdikdən sonra onlar Şahid6 yaxınlaşıb özlərini təqdim etmişlər. Saməddinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olubolmamasını soruşan zaman Şahid6 hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Şahid6 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Şahid6 cibindən bir ədəd şəffaf sellofanın içərisindəki bükülünü təqdim etmiş və həmin bükülüdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükülü açıldıqdan sonra içərisində psixotrop maddəyə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Daha sonra müvafiq qaydada qablaşdırılıb möhrü ilə möhürlənmişdir. Şahid6 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni haradan və nə məqsədlə əldə edilməsi soruşulmuşdur. Şahid6 üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni 15 fevral 2025-ci il tarixdə, günorta saatlarında Cəlilabad şəhər sakini Rafəddindən aldığını, üzərindən aşkar edilmiş həmin psixotrop maddəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, lakin həmin psixotrop maddədən istifadə etmədiyini bildirmişdir. Daha sonra Şahid6 tərəflərindən Cəlilabad RPŞ-yə dəvət edilmişdir. Polis Şöbəsinə gəldikdən sonra Şahid6 üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər kütlə və yoxlama və götürmə aparılmasının özündə əks etdirən DVD disk ilə birlikdə təhqiqatçıya təhvil verilmişdir. Cəlilabad RPŞ-nin videoçəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən Şahid6 üstünün yoxlanılmasının videoçəkilişinə baxış keçirilmişdir. Bundan sonra Şahid6 aşkar edilmiş psixotrop maddəyə bənzər kütlə olan 1 ədəd bükümün qablaşdırıldığı bükümə baxış keçirildikdən sonra həmin maddə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq əməliyyat yolu ilə Cəlilabad şəhər sakini Rafəddin adlı şəxsin Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olmaqla Cəlilabad şəhəri, M.Hadi küçəsi, ev 5-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə Şahid6 üzərindən aşkar olunaraq götürlümüş psixotrop maddəni Təqsirləndirilən şəxs tərəfindən satılması, onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, əldə etməsi, üzərində saxlaması, daşıması və satması barədə daxil olmuş əməliyyat məlumatına əsasən xidməti vəzifəsilə əlaqədar olaraq şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən yaradılmış əməliyyat qrupu ilə birlikdə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Cəlilabad şəhəri, M.Hadi küçəsinin ətrafı müşahidəyə götürülmüşdür. Təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs həmin küçədə yanında bir nəfər şəxslə hərəkət edərkən görmüş və onu 10-15 dəqiqə müşahidə etdikdən sonra onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə onlardan üzərində psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Onun yanında olan şəxs isə özünü X2 təqdim edib üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs və Ramin Ağayevi şöbəyə dəvət etmişlər. Onlar etiraz etməyərək şöbəyə gəlmişlər. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid6 onun bibisi oğludur. Onunla 15 fevral 2025-ci il tarixdə günorta saatlarında öz evlərində psixotrop maddə istifadə etmişdir. Saməddin öz evinə gedən zaman onun yanında masanın üzərində qalmış bir bükümdə psixotrop maddəni özü götürüb aparmışdır. Ona psixotrop maddə verməmişdir. Həmin maddələri iki gün əvvəl Bakı şəhərində “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanımadığı şəxsdən 40 manat müqabilində əldə etmişdir. Bundan başqa yaşadığı evdə bir bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmin evə daxil olduqda girişdən solda yerləşən otaqdakı kreslonun sağ küncündən bir ədəd qara rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamini, bir ədəd borucuq və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin madəni xx.xx.2025-ci il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən aldığını, həmin maddədən istifadə etdiyini və həmin maddədən bir bükümü də Saməddinin götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda orada ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra həmin maddə və predmetlər ekspertizaya göndərilməsi üçün zərfə qoyulmuş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Bu barədə heç bir şikayəti və tələbi yoxdur. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin X3 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 15 fevral 2025-ci il tarixdə Cəlilabad RPŞ-yə Cəlilabad rayonu, Kövüzbulaq sakini Şahid6 Cəlilabad rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o, Cəlilabad RPŞ-nin Cinayət Axtarışı Bölməsinin əməliyyat Şahid3 Rafail oğlu, həmin Bölmənin əməliyyat müvəkkili Şahid4, Cəlilabad RPŞnin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 və Cəllabad RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid5 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 15 fevral 2025-ci il tarixdə, saat 16 radələrində Şahid6 ola biləcəyi yerlər müəyyən edilərək o, Cəlilabad şəhəri, Babək küçəsində VAZ 2106 markalı avtomobili saxlayan zaman tərəflərindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə müşahidə etdikdən sonra onlar Şahid6 yaxınlaşıb özlərini təqdim etmiş və ona polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Saməddinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şahid6 hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofanın içərisindəki bükülünü təqdim etmiş və həmin bükülüdə psixotrop maddə olan metamfetamin olduğunu qeyd etmişdir. Həmin bükülü açıldıqdan sonra içərisində psixotrop maddəyə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şahid6 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni haradan və nə məqsədlə əldə edilməsi soruşulmuşdur. Şahid6 üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni 15 fevral 2025-ci il tarixdə, Cəlilabad şəhər sakini Rafəddindən aldığını, bildirmişdir. Daha sonra Şahid6 tərəflərindən Cəlilabad RPŞ-yə dəvət edilmiş və digər prosessual hərəkətlər aparılmışdır. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq əməliyyat yolu ilə Cəlilabad şəhər sakini Rafəddin adlı şəxsin Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olmaqla Cəlilabad şəhəri, M.Hadi küçəsi, ev 5-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən yaradılmış əməliyyat qrupu ilə birlikdə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Cəlilabad şəhəri, M.Hadi küçəsinin ətrafı müşahidəyə götürülmüşdür. Təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs həmin küçədə yanında bir nəfər şəxslə hərəkət edərkən görmüş və onu 10 dəqiqə müşahidə etdikdən sonra onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə onlardan üzərində psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Onun yanında olan şəxs isə özünü X2 təqdim edib üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs və Ramin Ağayevi şöbəyə dəvət etmişlər. Onlar etiraz etməyərək şöbəyə gəlmişlər. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid6 onun bibisi oğludur. Onunla 15 fevral 2025-ci il tarixdə günorta saatlarında öz evlərində psixotrop maddə istifadə etmişdir. Saməddin öz evinə gedən zaman onun yanında masanın üzərində qalmış bir bükümdə psixotrop maddəni özü götürüb aparmışdır. Ona psixotrop maddə verməmişdir. Həmin maddələri iki gün əvvəl Bakı şəhərində “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanımadığı şəxsdən 40 manat müqabilində əldə etmişdir. Bundan başqa yaşadığı evdə bir bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmin evə daxil olduqda girişdən solda yerləşən otaqdakı kreslonun sağ küncündən bir ədəd qara rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamini, bir ədəd borucuq və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin madəni xx.xx.2025-ci il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən aldığını, həmin maddədən istifadə etdiyini və həmin maddədən bir bükümü də Saməddinin götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda orada ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra həmin maddə və predmetlər ekspertizaya göndərilməsi üçün zərfə qoyulmuş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Bu barədə heç bir şikayəti və tələbi yoxdur. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəllabad RPŞ-nin Bölmənin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 15 fevral 2025-ci il tarixdə Cəlilabad RPŞ-yə Cəlilabad rayonu, Kövüzbulaq sakini Şahid6 Cəlilabad rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o, Cəlilabad RPŞ-nin Cinayət Axtarışı Bölməsinin əməliyyat Şahid3 Rafail oğlu, həmin bölmənin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid5, Cəlilabad RPŞ-nin X3 əməliyyat müvəkkili Şahid1 və Cəlilabad RPŞ-nin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 15 fevral 2025-ci il tarixdə, saat 16 radələrində Şahid6 ola biləcəyi yerlər müəyyən edilərək o, Cəlilabad şəhəri, Babək küçəsində VAZ 2106 markalı avtomobili saxlayan zaman tərəflərindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə müşahidə etdikdən sonra onlar Şahid6 yaxınlaşıb özlərini təqdim etmiş və ona polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Saməddinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şahid6 hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofanın içərisindəki bükülünü təqdim etmiş və həmin bükülüdə psixotrop maddə olan metamfetamin olduğunu qeyd etmişdir. Həmin bükülü açıldıqdan sonra içərisində psixotrop maddəyə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şahid6 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni haradan və nə məqsədlə əldə edilməsi soruşulmuşdur. Şahid6 üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni 15 fevral 2025-ci il tarixdə, Cəlilabad şəhər sakini Rafəddindən aldığını, bildirmişdir. Daha sonra Şahid6 tərəflərindən Cəlilabad RPŞ-yə dəvət edilmiş və digər prosessual hərəkətlər aparılmışdır. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq əməliyyat yolu ilə Cəlilabad şəhər sakini Rafəddin adlı şəxsin Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olmaqla Cəlilabad şəhəri, M.Hadi küçəsi, ev 5-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən yaradılmış əməliyyat qrupu ilə birlikdə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Cəlilabad şəhəri, M.Hadi küçəsinin ətrafı müşahidəyə götürülmüşdür. Təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs həmin küçədə yanında bir nəfər şəxslə hərəkət edərkən görmüş və onu 10 dəqiqə müşahidə etdikdən sonra onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə onlardan üzərində psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Onun yanında olan şəxs isə özünü X2 təqdim edib üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs və Ramin Ağayevi şöbəyə dəvət etmişlər. Onlar etiraz etməyərək şöbəyə gəlmişlər. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid6 onun bibisi oğludur. Onunla 15 fevral 2025-ci il tarixdə günorta saatlarında öz evlərində psixotrop maddə istifadə etmişdir. Saməddin öz evinə gedən zaman onun yanında masanın üzərində qalmış bir bükümdə psixotrop maddəni özü götürüb aparmışdır. Ona psixotrop maddə verməmişdir. Həmin maddələri iki gün əvvəl Bakı şəhərində “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanımadığı şəxsdən 40 manat müqabilində əldə etmişdir. Bundan başqa yaşadığı evdə bir bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmin evə daxil olduqda girişdən solda yerləşən otaqdakı kreslonun sağ küncündən bir ədəd qara rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamini, bir ədəd borucuq və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin madəni xx.xx.2025-ci il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən aldığını, həmin maddədən istifadə etdiyini və həmin maddədən bir bükümü də Saməddinin götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda orada ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra həmin maddə və predmetlər ekspertizaya göndərilməsi üçün zərfə qoyulmuş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Bu barədə heç bir şikayəti və tələbi yoxdur. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin Cinayət Axtarışı Bölməsinin əməliyyat Şahid3 Rafail oğlu ifadəsində göstərmişdir ki, 15 fevral 2025-ci il tarixdə Cəlilabad RPŞ-yə Cəlilabad rayonu, Kövüzbulaq sakini Şahid6 Cəlilabad rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o, Cəlilabad RPŞ-nin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili Şahid4, Cəllabad RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid5, Cəlilabad RPŞ-nin X3 əməliyyat müvəkkili Şahid1 və Cəlilabad RPŞ-nin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 15 fevral 2025-ci il tarixdə, saat 16 radələrində Şahid6 ola biləcəyi yerlər müəyyən edilərək o, Cəlilabad şəhəri, Babək küçəsində VAZ 2106 markalı avtomobili saxlayan zaman tərəflərindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə müşahidə etdikdən sonra onlar Şahid6 yaxınlaşıb özlərini təqdim etmiş və ona polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Saməddinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şahid6 hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofanın içərisindəki bükülünü təqdim etmiş və həmin bükülüdə psixotrop maddə olan metamfetamin olduğunu qeyd etmişdir. Həmin bükülü açıldıqdan sonra içərisində psixotrop maddəyə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şahid6 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni haradan və nə məqsədlə əldə edilməsi soruşulmuşdur. Şahid6 üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni 15 fevral 2025-ci il tarixdə, Cəlilabad şəhər sakini Rafəddindən aldığını, bildirmişdir. Daha sonra Şahid6 tərəflərindən Cəlilabad RPŞ-yə dəvət edilmiş və digər prosessual hərəkətlər aparılmışdır. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq əməliyyat yolu ilə Cəlilabad şəhər sakini Rafəddin adlı şəxsin Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olmaqla Cəlilabad şəhəri, M.Hadi küçəsi, ev 5-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən yaradılmış əməliyyat qrupu ilə birlikdə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Cəlilabad şəhəri, M.Hadi küçəsinin ətrafı müşahidəyə götürülmüşdür. Təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs həmin küçədə yanında bir nəfər şəxslə hərəkət edərkən görmüş və onu 10 dəqiqə müşahidə etdikdən sonra onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə onlardan üzərində psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Onun yanında olan şəxs isə özünü X2 təqdim edib üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs və Ramin Ağayevi şöbəyə dəvət etmişlər. Onlar etiraz etməyərək şöbəyə gəlmişlər. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid6 onun bibisi oğludur. Onunla 15 fevral 2025-ci il tarixdə günorta saatlarında öz evlərində psixotrop maddə istifadə etmişdir. Saməddin öz evinə gedən zaman onun yanında masanın üzərində qalmış bir bükümdə psixotrop maddəni özü götürüb aparmışdır. Ona psixotrop maddə verməmişdir. Həmin maddələri iki gün əvvəl Bakı şəhərində “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanımadığı şəxsdən 40 manat müqabilində əldə etmişdir. Bundan başqa yaşadığı evdə bir bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmin evə daxil olduqda girişdən solda yerləşən otaqdakı kreslonun sağ küncündən bir ədəd qara rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamini, bir ədəd borucuq və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin madəni xx.xx.2025-ci il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən aldığını, həmin maddədən istifadə etdiyini və həmin maddədən bir bükümü də Saməddinin götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda orada ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra həmin maddə və predmetlər ekspertizaya göndərilməsi üçün zərfə qoyulmuş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Bu barədə heç bir şikayəti və tələbi yoxdur. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan “İş materiallarında olan “baxış keçirilməsi və götürmə“ haqqında 15 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və həyat yoldaşı X4 yazılı ərizələri əsasında Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmişlər. Həmin evə daxil olduqda girişdən solda yerləşən otaqdakı kreslonun sağ küncündən bir ədəd qara rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamini, bir ədəd borucuq və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin madəni xx.xx.2025-ci il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən aldığını, həmin maddədən istifadə etdiyini və həmin maddədən bir bükümü də Saməddin götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda orada ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 1(bir) ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilən zaman elektron tərəzi həmin bükümün çəkisini 1,65 qram olaraq göstərmişdir. Daha sonra həmin maddə və predmetlər ekspertizaya göndərilməsi üçün zərfə qoyulmuş, zərfin üstü “DİN Zərflər üçün №141” möhürü ilə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Bu barədə heç bir şikayəti və tələbi yoxdur. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM-nin X9 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 fevral 2025-ci il tarixli, 19/61 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid6 üzərindən aşkarlanaraq götürülmüş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi -1,108 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Məhkəmə-Psixiatrik ekspertizasının 04 aprel 2025-ci il tarixli, 1003 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs psixi xəstəlik aşkar olunmamışdır. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk edir. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacı yoxdur. Hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi qeyd olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 109-№-li rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sol qulaq seyvanında və sol mil-bilək oynağı nahiyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sol qulaq seyvanında sıyrıqın törənmə müddəti müayinədən 4-6 gün əvvələ uyğun gəlir və qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlmir. Sol mil-bilək oynağı nahiyəsində sıyrığın törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan telefon danışıqlarına baxış keçirilməsi haqqında 29 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə müxtəlif nömrələr arasında telefon və sms danışıqları olmuşdur. Həmin telefon danışıqlarında iş üçün əhəmiyyət kəsb edən hallar aşkar olunmamışdır. İş materiallarında olan telefon danışıqlarına baxış keçirilməsi haqqında 10 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, +**********70 saylı, +**********98 saylı, +**********32 saylı və +**********81 saylı mobil nömrələrə 14 fevral 2025-ci il tarixdən 16 fevral 2025-ci il tarixədək daxil olan və çıxan telefon zəngləri, zənglərin aid olduğu telefon nömrələrinin sahibləri barədə məlumatlar, qeyd edilən mobil nömrələrin həmin tarixlərə aid anten dairəsi məlumatlarına, həmin nömrələrə daxil olmuş və çıxmış sms-lər, sms-lərin mətnləri, həmin nömrələrin sahibləri barədə məlumatlara baxış keçirilmiş, lakin baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir xüsusat aşkar edilməmişdir. İş materiallarında olan Cəlilabad rayon İHB-nın Kövüzbulaq kənd İƏDÜ nümayəndəliyindən verilmiş, 12 mart 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Cəlilabad rayonu, Kövüzbulaq kənd sakini Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşayır və ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək ifadəsində göstərdiyi, Şahid6 psixotrop maddə satmadığını, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edildiyi üçün üzərində şəxsi axtarış zamanı Şahid6 üzərindən aşkar edilmiş həmin psixotrop maddənin ona məxsus olduğunu, yaşadığı ünvanda olan zaman Şahid6 ondan psixotrop maddə istədiyini, buna etiraz etmədiyi üçün Şahid6 özü həmin psixotrop maddəni götürüb getdiyini qeyd etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirmiş olduğu dəlillər yoxlanılarkən özünün etiraf xarakterli ilkin ifadələri ilə yanaşı, “şəxsi axtarış və götürmə aparılması haqqında” 15 fevral 2023-cü il tarixli protokol və ona əlavə edilən DVD disk, şahid ifədələri, Azərbaycan Respublikası ƏN-nin MEM-nin X9 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 fevral 2025-ci il tarixli, 19/61 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X5 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2025-ci il tarixli, 204 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Məhkəmə- Psixiatrik ekspertizasının 04 aprel 2025-ci il tarixli, 1003 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 109 nömrəli rəyləri, üzləşmədə dindirmə protokolları, maddi sübutlar və digər sənədlərlə kifayət qədər sübuta yetirildiyindən məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə özünü müdafiə kimi qiymətləndirilərək rədd edilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 4(073)-8/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 fevral 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 1(073)-68/2025 nömrəli, 03 iyun 2025-ci il tarixli hökmündən görünür ki, Şahid6 ifadəsindəüzərindən aşkar edərək götürülmüş narkotik vasitə olan metamfetamini Təqsirləndirilən şəxs əldə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2012-ci il tarixli, 1(101)-413 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin 14 may 2013-cü il tarixli, 1(003)-276/2013 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsilə 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Masallı Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 7(050)-190/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 il 02 ay 10 gün vaxtından əvvəl cəzadan şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X5 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2025-ci il tarixli, 204 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs metamfetaminin qəbulundan yaranan asılılıq sindiromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda təqsirli bilməməsi özünü müdafiə xarakterlidir, Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamın məhkəmə istintaqı zamanı tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2012-ci il tarixli, 1(101)-413 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 7(050)-190/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 il 02 ay 10 gün vaxtından əvvəl cəzadan şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə məhkumluğu hazırda ittiham olunduğu CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətlərin residivi yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum olunmasını, buna baxmayaraq onun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 15 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Cəlilabad Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə bunlardan əlavə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 fevral 2025-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №1(073)-137/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-137/2025
11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver