Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-139/2024 23.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Cəlilabad rayonunun Svetlaya-Zarya kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Muğan kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs faktiki olaraq istifadəsində olduğu Cəlilabad rayonu, Muğan kəndində yerləşən “PUB” adlı çay evində 17 mart 2024-cü il tarixdə saat 22 radələrində həmkəndliləri Şahid6, Şahid5, Şahid7, Şahid4 həmin tarixdə saat 22:30 radələrində kart dəsti gətirib, içəriyə kənar şəxslərin daxil olmasının qarşısını alıb, qida və içki məhsulları təqdim edərək pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan, uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədi ilə yer təşkil edib saxlayaraq qeyd edilən şəxslərin və özünün həmin saatdan etibarən kart vasitəsilə “durak” növündə maddi nemət müqabilində qumar oyunu oynamaları üçün verməklə və keçirməklə qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmiş, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 17 mart 2024-cü il tarixdə saat 23 radələrində qeyd edilən çay evinə baxış keçirilən zaman orada Şahid6, Şahid5, Şahid7, Şahid4 və Təqsirləndirilən şəxs qumar oyunu oynadığı müəyyən edilmiş və qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 67 (altmış yeddi) manat məbləğində pul vəsaiti və 1 (bir) ədəd “durak” oyun kartı aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, özü İİ Qarabağ müharibəsi veteranıdır, veteranlığa görə 80 manat təqaüd alır, lakin əlilliyi yoxdur. O, Muğan kəndində “PUB” adlı kafesi işlədir, həmin kafedə çay və pivə satır. Həmin kafenin sənədləri olmasa da, torpaq sahəsinin sənədləri mövcuddur. Həmin kafeni saat 09 radələrində açır, axşam saat 23 radələrində isə bağlayır. xx.xx.2024-cü il tarixdə axşam saat 22:30 radələrində Cəlilabad rayonu, Muğan kəndində yerləşən ona məxsus “PUB” kafesində tanışları Şahid6, Şahid5, Şahid7, X10 ilə qumar oynamaq qərarına gəlmişlər, o, kafenin sahibi olsa da özü də qumar oyunu təşkil etməklə yanaşı oynamışdır. Aralarında olan razılaşmaya görə qumar oyununu təşkil etmək üçün oyun zamanı kartların hesablanması zamanı bərabərlik olan zaman “seka pulu” olaraq ona 1 (bir) manat pul verməli imişlər. Onlar 1 (bir) manatdan bir neçə oyun oynadıqdan sonra polis əməkdaşları ona məxsus kafeyə gələrərək qumar oynadıqlarını aşar etmişlər və onları Cəlilabad RPŞ-yə dəvət etdilər. RPŞ-nə gəldikdən sonra onun və digər iştirakçıların izahatları alınmışdır. Onlar qumar oyununu xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində Cəlilabad rayonu, Muğan kəndində yerləşən ona məxsus olan “PUB” kafesində oynamışlar. Qumar oyununu o təşkil etmişdir. O, tanışları Cəlilabad rayon sakinləri Şahid6, Şahid5, Şahid7, X11 ilə oynamışdır. Həmin vaxt yanlarında X15, X12, X16, X6, X2, X17, X13 olmuş, lakin həmin şəxslər kənarda olmuşlar, onlar qumar oynamamışlar, sadəcə olaraq tamaşa etmişlər. O, əvvəllər qumar oyunları təşkil etməmiş, sadəcə bayram olduğuna görə qumar oyunu təşkil etmiş, özü də əvvəllər də qumar oynamışdır. Qumar oyunu ilə bağlı videogörüntü mövcuddur, həmçinin masadan 1 qutu “Duraka” kartı və ümumilikdə 67 manat pul götürülmüşdür. Qumar oynanılan yerdə və həmin yerə yaxın olan yerdə müşahidə və mühafizə kamerası olmamışdır. Qumar oynanılan zaman ona bir neçə dəfə 1 (bir) manat olmaqla pul verilibdir, təxmini sayı bilmir. Ona qarşı hər hansı fiziki zor tətbiq olunmayıbdır. Onun barəsində bu vaxta kimi qumar oyunu oynamağa görə inzibati protokol tərtib olunmamışdır. O, qumar oyunu təşkil etməyin cinayət məsuliyyətinə səbəb olmasını bilmiş, lakin bayram olduğuna görə buna şərait yaratmışdır. Hazırda əməlindən səmimi peşmandır. X27 iştirakçısıdır, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında saat təxminən 22:30 radələrində polis əməkdaşları ilə Cəlilabad rayonu Muğan kəndi ərazisində yerləşən “Pub” adlı çayxanada qumar oynanılması ilə əlaqədar olaraq daxil olmuş məlumata əsasən həmin ünvana getmişlər, çayxanaya daxil olan zaman 5 nəfər şəxsin masa ətrafında əyləşib pul qarşılığında kağız kartla qumar oynamasının şahidi olmuşlar. Onlar həmin şəxsləri və qumara tamaşa edən şəxsləri kart və 67 manat pulla birlikdə tədbir görülməsindən ötrü RPŞ-nə gətirmişlər. Aidiyyəti əməkdaş müvafiq qaydada raport tərtib edib rəhbərliyə məruzə etmişdir. Şöbədə məlum olmuşdur ki, masa arxasında qumar oynayan şəxslər Təqsirləndirilən şəxs, Şahid4, Şahid7, Şahid6 və X4r, həmçinin Təqsirləndirilən şəxs qumar oyununu təşkil etmişdir. Digər şəxslər, yəni Sahib Əsgərov, Xəyal Alışanov, Əflatun Yusubov, Mansur Rzayev, Ruhid Babayev, Anar Əsgərov və Vüqar Hüseynov isə qumar oynamamış, sadəcə olaraq qumara tamaşa etmişlər. Masada olan kart və 67 manat pul maddi sübut kimi götürülərək RPŞnə baş təhqiqatçı Elvin Soltanzadəyə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində Cəlilabad rayonu, Muğan kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus “PUB” kafesinə çay içmək üçün getmiş, həmin zaman kafenin içərisində otaqda Təqsirləndirilən şəxs, X7, Şahid7 və X10 ilə qumar oynamışlar. O da həmin qumar oyununa tamaşa etmişdir. Stolda “Duraka” kartı və müəyyən miqdarda pul olmuşdur. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları içəri girmişdir. O, həmin zaman qumar oynamamış, sadəcə olaraq həmin oyuna tamaşa etmişdir. Qumar oyununu Təqsirləndirilən şəxs təşkil etmişdir. Həmin vaxt yanlarında X15, X12, X16, X6, X2, X17, X13 olmuşlar, lakin həmin şəxslər kənarda olmuşlar, sadəcə olaraq onlar qumar oyununa tamaşa etmişlər, onlar qumar oynamamışlar. Ona qarşı hər hansı fiziki zor tətbiq olunmamışdır. Onun barəsində bu vaxta kimi qumar oyunu oynamağa görə inzibati protokol tərtib olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında tanışları Ruhid Babayev, Əflatun Yusubov və Mansur Rzayev çay içmək üçün Cəlilabad rayonu Muğan kəndində yerləşən “Pub” adlı kafeyə gəlmişlər, onlar birlikdə oturub çay içmişlər, həmin vaxt kimin orada qumar oynaması barədə heç nə deyə bilməz, orada əyləşən zaman qumar oyunu oynanılmışdır. Bir müddət sonra polis əməkdaşları qumar oynanılan kafeyə gələrərək qumar oyununu aşkar etmişlər və onları Cəlilabad RPŞ-yə dəvət etmişlər. O, 17 mart 2024-cü il tarixdə qumar oynamamış, qumar oynayanların kimliyi barədə heç nə deyə bilməz. O, özü qumar oynamamış, sadəcə oturub qumar oyununun oynanılmasına tamaşa etmişdir. Həmin vaxt yanlarında X15, X12, X16, X6, X2, X17, X14 olmuş, lakin həmin şəxslər kənarda olmuşlar, sadəcə tamaşa etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Cəlilabad rayonu, Muğan kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus “PUB” kafesində tanışları Təqsirləndirilən şəxs, X7, Şahid7, Şahid6 Rasm oğlu ilə qumar oynamaq qərarına gəlmişlər. Təqsirləndirilən şəxs kafenin sahibi olsa da özü də qumar oyunu təşkil etməklə yanaşı onlarla oynamışdır. Aralarında olan razılaşmaya görə qumar oyununu təşkil etmək üçün oyun zamanı kartların hesablanması zamanı bərabərlik olan zaman “seka pulu” olaraq Təqsirləndirilən şəxs 1 (bir) manat pul verməli imişlər. Onlar 1 (bir) manatdan bir neçə oyun oynadıqdan sonra polis əməkdaşları qumar oynadıqları kafeyə gələrərək qumar oynadıqlarını aşkar etmişlər və onları Cəlilabad RPŞ-yə dəvət etmişlər. Həmçinin duraka kartı və 67 manat pul götürülmüşdür. Onlar qumar oyununu xx.xx.2024-cü il tarixdə axşam saatlarında Cəlilabad rayonu, Muğan kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus olan “PUB” kafesində oynamışlar. Qumar oyununu Təqsirləndirilən şəxs təşkil etmişdir. O, tanışları Cəlilabad rayon sakinləri Təqsirləndirilən şəxs, X7, Şahid7, X5 ilə oynamışdır. Həmin vaxt yanlarında X15, X12, X16, X6, X2, X17, X13 olmuşlar, lakin həmin şəxslər kənarda olmuşlar, sadəcə olaraq onlar qumar oyununa tamaşa etmişlər, onlar qumar oynamamışlar. Ona qarşı hər hansı fiziki zor tətbiq olunmamışdır. Onun barəsində bu vaxta kimi qumar oyunu oynamağa görə inzibati protokol tərtib olunmamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Cəlilabad rayonu, Muğan kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus “PUB” kafesində tanışları Təqsirləndirilən şəxs, Şahid4, Şahid7, X8 ilə qumar oynamaq qərarına gəlmişlər. Təqsirləndirilən şəxs kafenin sahibi olsa da özü də qumar oyunu təşkil etməklə yanaşı onlarla oynamışdır. Aralarında olan razılaşmaya görə qumar oyununu təşkil etmək üçün oyun zamanı kartların hesablanması zamanı bərabərlik olan zaman “seka pulu” olaraq Təqsirləndirilən şəxs 1 (bir) manat pul verməli imişlər. Onlar 1 (bir) manatdan bir neçə oyun oynadıqdan sonra polis əməkdaşları qumar oynadıqları kafeyə gələrərək qumar oynadıqlarını aşkar etmişlər və onları Cəlilabad RPŞ-yə dəvət etmişlər. Həmçinin duraka kartı və 67 manat pul götürülmüşdür. Onlar qumar oyununu xx.xx.2024-cü il tarixdə axşam saatlarında Cəlilabad rayonu, Muğan kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus olan “PUB” kafesində oynamışlar. Qumar oyununu Təqsirləndirilən şəxs təşkil etmişdir. O, tanışları Cəlilabad rayon sakinləri Təqsirləndirilən şəxs, Şahid4, Şahid7, X5 ilə oynamışdır. Həmin vaxt yanlarında X15, X12, X16, X6, X2, X17, X14 olmuşlar, lakin həmin şəxslər kənarda olmuşlar, sadəcə olaraq onlar qumar oyununa tamaşa etmişlər, onlar qumar oynamamışlar. Ona qarşı hər hansı fiziki zor tətbiq olunmamışdır. Onun barəsində bu vaxta kimi qumar oyunu oynamağa görə inzibati protokol tərtib olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X3 X32 Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1781 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıbdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi yoxdur. İşdə olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmə iclası zamanı baxış keçirilmiş maddi sübut olan DVD diskdəki videogörüntüdən müəyyən olunmuşdur ki, polis əməkdaşları kafenin içərisinə daxil olur və təqsirləndirilən şəxs və digər şahidləri qumar oynayan zaman saxlayır. Beləliklə, məhkəmə tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri və cinayət işi materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyul 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Cəlilabad rayon İHB-nın Muğan kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, Vətən Müharibəsi iştirakçısı olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən barəsində cərimə cəzası təyin etməklə islah etmək mümkündür. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs istifadəsində olan çay evində qumar oynanılması zamanı aşkar edilərək götürülmüş 1 ədəd “Durak” kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan çay evində qumar oynanılması zamanı aşkar edilərək götürülmüş 67 manat pul dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs istifadəsində olan çay evində qumar oynanılması zamanı aşkar edilərək götürülmüş 1 ədəd “Durak” kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan çay evində qumar oynanılması zamanı aşkar edilərək götürülmüş 67 (altmış yeddi) manat pul dövlət nəfinə müsadirə edilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-139/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-139/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver