Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-14/2023 18.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X2 iştirakı ilə Təqsirləndirilən şəxs1, xx.xx.1993-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 180.1, 234.1-ci maddələri təqsirli bilinib, CM-nin 66.2, 67.1 və 68.2-ci maddələrinə əsasən qəti olaraq 2800 manat cərimə cəzasına və 01 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2, xx.xx.1991-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sonuncu dəfə Yevlax rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olmuş, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 118 qeydiyyatda olmaqla Cəlilabad şəhəri M.Hüseynzadə küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 24 avqust 2022-ci il tarixdə saat 20 radələrində tanışı Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, M.Hüseyn küçəsində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1(bir) ədəd bükümdəümumi təmiz çəkisi -0,629 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib daşımaqla üzərində saxlamış, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 24 avqust 2022-ci il tarixdə, saat 22 radələrində Cəlilabad şəhəri, M.Hüseyn küçəsindəkeçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq RPŞ-yə gətirilmiş və onun üzərindəşəxsi axtarış aparılan zaman həmin heroin əynindəki şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən 1,00 qram çəkidə 5 bükümdə heroini və 0,816 qram çəkidə 2 bükümdə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 24 avqust 2022-ci il tarixdə saat 20 radələrində Cəlilabad şəhəri ərazisində həmin narkotik vasitədən bir bükümdə olan 0,629 qramını Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq 20 manat müqabilində satmış, həmin gün saat 23 radələrində Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri ərazisində keçirilmişəməliyyat tədbiri nəticəsində saxlanılaraq Cəlilabad rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərindəşəxsi axtarış aparılan zaman qalan narkotik vasitə heroinin 0,371 qramı 4 bükümdən ibarət şəffaf selllofana bükülmüş halda və 2 ədəd bükümdəümumi təmiz çəkisi 0,816 qram psixotrop maddə metamfetamin əynindəki şalvarın cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində Cəlilabad şəhəri, M.Hüseynzadəküçəsi ilə piyada hərəkətdə olan zaman ona bir neçə nəfər mülkü formada olan şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını və üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da həmin şəxslərəüzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Cəlilabad rayon polis şöbəsinə gətirmişlər, polis şöbəsində onun üzərində vəkilinin və polis əməkdaşlarının iştrakları ilə videoçəkilişləşəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, əynində qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə narkotik maddə olan heroini təqdim etmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırılaraq zərfə qoyulmuş vəüzərindəşəxsi axtarış aparılması barədə protokol tərtib edilmişdir. O vəşəxsi axtarış zamanı həmin otaqda olan bütün şəxslər protokola və zərfin üzərinə imza etmişlər. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində Rəfail adlışəxsdən 20 manat müqabilindəəldə etmişdir. O, həmin narkotik vasitəni istifadə etmək məqsədiləəldə etmişdir. O, uzun müddətdir ki, narkotik vasitə istifadə edirmiş. O, xx.xx.2022-ci il tarixdə 20 manat müqabilində Rəfaildən narkotik vasitə olan heroin əldə etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zor tətbiq edilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, himayəsində bir azyaşlı uşağı vardır, ailəsinin yeganə qazanc gətirənidir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 cəza çəkmə müəssisəsində çəza çəkərkən tanıyır. Onunla arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində olan zaman ona bir neçə mülkü formada olan şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını və üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da həmin şəxslərə üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Cəlilabad rayon polis şöbəsinə gətirmişlər, polis şöbəsində onun üzərində vəkilinin və polis əməkdaşlarının iştrakları ilə videoçəkilişləşəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, əynində olan boz rənglişalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılqda 6 ədəd bükümdə olmaqla 4 bükümü narkotik vasitə heroin və 2 ədəd bükümü psixotrop maddə metamfetamini təqdim etmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq zərfə qoyulmuş və üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmişdir. O və şəxsi axtarış zamanı həmin otaqda olan bütün şəxslər protokola və zərfin üzərinə imza etmişlər. O, həmin narkotik vasitəni və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə Cəlilabad şəhəri ərazisində yerləşən Rəmzi marketin yaxınlığında yerdən tapmış,istifadə etmək və satmaq məqsədi ilə üzərində gəzdirirmiş. O, uzun müddətdir ki, narkotik vasitə istifadə edirmiş. Dostu Təqsirləndirilən şəxs1 onda narkotik vasitə olmasını bilirmiş və o xx.xx.2022-ci il tarixdə ona narkotik vasitə olan heroin satmışdır. O, həmişə narkotik vasitəni yerdən tapırmış. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zor tətbiq edilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır. Himayəsində az yaşlı uşaqlarının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alınıb cəza təyini zamanı nəzərə alınmasını xahiş edir. Törədilmiş cinayət əməlləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin etirafedici ifadələrindən başqa, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olan məlumatlara görə tərəflərindən Təqsirləndirilən şəxs1 ola biləcəyi yer müəyyən edilərək Cəlilabad şəhəri, M.Hüseyin küçəsində müşahidəyə götürülmüşdür. 24 avqust 2022-ci il tarixdə təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs1 həmin ərazidə görmüşlər. Onlar ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs1 isə üzərində 1 ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından orada Təqsirləndirilən şəxs1 üzərindəşəxsi axtarış aparılması məqsədi ilə onu Cəlilabad RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 də onlara etiraz etməyərək birlikdə RPŞ-yə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuş. Sonra isə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş vəşəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 dəəynində olan qara rəngli cins şalvarın cibindən 1 ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və onun üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli, xüsusi iyə malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və Təqsirləndirilən şəxs1 üzərindəşəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütləni Cəlilabad şəhər sakini Rəfail adlışəxsdən əldə etdiyini bildirmişdir. Əməliyyat axtarış tədbirlərinin davamı olaraq Rəfail adlışəxsin şəxsiyyəti müəyyən edilərək onun Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. 24 avqust 2022-ci il tarixdə təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, M.Hüseyin küçəsində görmüşlər. Onlar Təqsirləndirilən şəxs2 yaxınlaşaraq onun narkotik vasitələin qanunsuz dövriyyəsində şübhəli olduğunu vəüzərində narkotik vasitə olub-olmamasını ondan soruşmuşlar. Təqsirləndirilən şəxs2 da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onlarla birlikdə Cəlilabad RPŞ-yə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs2 üzərindəşəxsi axtarış aparılacağı barədə məlumat verilmiş vəşəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 da üzərində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmiş və şalvarının cibindən çıxardaraq həmin kütlələri təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli, xüsusi iyə malik narkotik vasitə heroinə bənzər maddə və şəffaf rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar olunmuşdur. Həmin maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroin satdığını bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş şahid Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsindən görünür ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olan məlumatlara görə tərəflərindən Təqsirləndirilən şəxs1 ola biləcəyi yer müəyyən edilərək Cəlilabad şəhəri, M.Hüseyin küçəsində müşahidəyə götürülmüşdür. 24 avqust 2022-ci il tarixdə təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs1 həmin ərazidə görmüşlər. Onlar ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs1 isəüzərində 1 ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından orada Təqsirləndirilən şəxs1 üzərindəşəxsi axtarış aparılması məqsədi ilə onu Cəlilabad RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 də onlara etiraz etməyərək birlikdə RPŞ-yə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuş. Sonra isə Təqsirləndirilən şəxs1üzərindəşəxsi axtarış aparılacağı barədə məlumat verilmiş vəşəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 dəəynində olan qara rəngli cins şalvarın cibindən 1 ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindəşəxsi axtarış aparılmış və onun üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli, xüsusi iyə malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və Təqsirləndirilən şəxs1 üzərindəşəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütləni Cəlilabad şəhər sakini Rəfail adlışəxsdən əldə etdiyini bildirmişdir. Əməliyyat axtarış tədbirlərinin davamı olaraq Rəfail adlışəxsin şəxsiyyəti müəyyən edilərək onun Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. 24 avqust 2022-ci il tarixdə təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, M.Hüseyin küçəsində görmüşlər. Onlar Təqsirləndirilən şəxs2 yaxınlaşaraq onun narkotik vasitələin qanunsuz dövriyyəsindəşübhəli olduğunu vəüzərində narkotik vasitə olub-olmamasını ondan soruşmuşlar. Təqsirləndirilən şəxs2 da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onlarla birlikdə Cəlilabad RPŞ-yə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs2 üzərindəşəxsi axtarış aparılacağı barədə məlumat verilmiş vəşəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 da üzərində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmiş vəşalvarının cibindən çıxardaraq həmin kütlələri təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli, xüsusi iyə malik narkotik vasitə heroinə bənzər maddə vəşəffaf rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar olunmuşdur. Həmin maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və Təqsirləndirilən şəxs2 üzərindəşəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroin satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nin taqım komandiri, polis baş leytenantı Şahid2 oğlu, Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfərləri, Şahid3 və Cəlilabad RPŞ-nin KTQ-nin ekspert kriminalisti X1 Dadaşovun ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərindəşəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən narkotik vasitə heroinə bənzər 01 ədəd bükümdə kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 üzərindəşəxsi axtarış aparılan zaman üzərindən 4 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və 2 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan, Azərbaycan RespublikasıƏN-nin MEM-nin X8 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 19/878 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmişüzərində “...Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə......” sözlər və imzalar olan 1 ədəd bükümdə təmiz çəkisi -0,629 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Qeyd: - heroinin təmiz çəkisi – 0,629 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq –0,579 qram. İşdə olan, Azərbaycan RespublikasıƏN-nin MEM-nin X8 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 19/879 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmişüzərində “...Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə......” sözlər və imzalar olan 4 ədəd bükümlərdə ayrı-ayrılqda təmiz çəkiləri 0,023 qr, 0,024qr, 0,023 qr, 0,301 qram ümumi təmiz çəkisi -0,371 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponentinə görə bir-biriləri ilə eynidirlər, 2 ədəd bükümlərdə ayrı-ayrılqda təmiz çəkiləri 0,426 qr, 0,390 qram, ümumi təmiz çəkisi 0,816 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponentlərinə görə birbiriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmişüzərlərində “...Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə......” və “ Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd bükümdə heroin Rəy №19/878.....” sözlər və imzalar olan iki ədəd zərflərdəki heroinlər xarici görünüşlərinə və kimyəvi komponentlərinə görə bir-biriləri ilə eynidirlər. Qeyd: - heroinin təmiz çəkisi –0,371 qram, tədqiqata sərf edildi – 0,08 qram, qalıq –0,291 qram. Metamfetaminin ümumi təmiz çəkisi -0,816 qr, cəmi tədqiqata sərf edildi 0,1 qram, qalıq 0,716 qram. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X3 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1084 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X3 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1083 saylı rəyindən görünür ki, müayinə zamanı X5 Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirləri tam sübuta yetirilmiş, bu əməllər onların özlərinin etirafları, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, X6 törətdiyi cinayət əməli isə istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 180.1, 234.1-ci maddələri təqsirli bilinib, CM-nin 66.2, 67.1 və 68.2-ci maddələrinə əsasən qəti olaraq 2800 manat cərimə cəzasına və 01 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. İşdə olan, Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7 (002)-1180/2021ci il nömrəli qərarından görünür ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 180.1, 234.1-ci maddələri təqsirli bilinib, CM-nin 66.2, 67.1 və 68.2-ci maddələrinə əsasən qəti olaraq 2800 manat cərimə cəzasına və 01 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 barəsində “8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 11 ay 12 gün azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmışdır. İş materiallarında olan Cəlilabad rayon İcra və Probasiya şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ona Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2800 manat cərimə cəzasını ödəməməmişdir. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 417 nömrəli arayışından və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2014-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4 -ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinəəsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə novundə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növundə cəzanın ciddi rejimli cəzacəkmə muəssisələrində cəkilməsi müəyyən edilir. İşdə olan 24 avqust 2022-ciil tarixli şübhəli şəxs qismində tutulma haqqında protokoldan ki, Təqsirləndirilən şəxs1 24 avqust 2022-ciildə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Cəlilabad rayon məhkəməsinin 26 avqust 2022-ciil tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətindəhəbs qətimkan tədbiri seçilmişdir və həbsetmənin əvvəli 24 avqust 2022-ciil tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə hökmlərin məcmusu ilə cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə, iş üzrə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir vəərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş materiallarında olan, Yevlax şəhər İHB-nin Yevla şəhər 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 49/20 nömrəli xasiyyətnamədən və uşaqlarının doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki Təqsirləndirilən şəxs2 yaşadığı ter üzrə müsbət xarakterizə olunur və Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2008, xx.xx.2010, xx.xx.2013, xx.xx.2015, xx.xx.2016, xx.xx.2018 və xx.xx.2021-cu il təvəllüdlü 1 yetkinlik yaşına çatmamış və 6 az yaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Yevlax rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. İşdə olan, Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7 (002)-1015/2021ci il nömrəli qərarından görünür ki, Yevlax rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi təqsirli bilinib, CM-nin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 01 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 barəsində “8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 8 ay 12 gün azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində 6 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4 -ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran haldır.. İşdə olan 25 avqust 2022-ciil tarixli şübhəli şəxs qismində tutulma haqqında protokoldan ki, Təqsirləndirilən şəxs2 25 avqust 2022-ciildə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Cəlilabad rayon məhkəməsinin 26 avqust 2022-ciil tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətindəhəbs qətimkan tədbiri seçilmişdir və həbsetmənin əvvəli 25 avqust 2022-ciil tarixdən hesablanmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X7 təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,87 qr olan narkotik vasitə heroin və 0,716 qr psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydad alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Cəlilabad rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş və ödənilməmiş 2.800 (iki min səkkiz yüz) manat cərimə cəzası hazırkı hökümlə təyin edilmiş 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə üzərində qəti olaraq 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 2.800 (iki min səkkiz yüz) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cəzalar müstəqil icra olunsun. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 24 avqust 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 25 avqust 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,87 qr olan narkotik vasitə heroin və 0,716 qr psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-14/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-14/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver