Məhkəmə qərarları › İş №1(073)-14/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-14/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-14/2025 28.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx.xx.1979-ci ildə Cəlilabad rayonu, Naftuluq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Söyüdlü kəndində qeydiyyatda olmaqla, Cəlilabad rayonu, Muğan kəndində yaşayan, Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1985-ci ildə Cəlilabad rayonu, Muğan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, DOST mərkəzində təmizlik işləri üzrə köməkçi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Muğan kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs2 02 aprel 2024-cü il tarixdə saat 09 radələrində Cəlilabad rayonu Muğan kəndində yerləşən Elçin Qasımova məxsus çayxananın qarşısında insanların gur toplaşdığı yerdə orada olan insanlara heç bir əhəmiyyət verməyib hər hansı əsaslı səbəb olmadan nalayiq söyüşlər söyərək, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş, davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs1 onun ünvanına nalayiq söyüşlər söyməsini bəhanə edərək hər hansı bir əsaslı səbəb olmadan, Təqsirləndirilən şəxs1 üz nahiyəsinə yumruqla bir dəfə qəsdən vuraraq ərazidə yerə tökülmüş mişar daşlarının üzərinə yıxaraq sonuncuya qarının sağ yarısının ön divarında qançır və sıyrıqla nəticələnən xəsarət, daha sonra xuliqanlıq hərəkətlərinə davam edərək yerdə uzanıqlı vəziyyətdə Təqsirləndirilən şəxs1 üz nahiyəsinə yumruqla və bud nahiyəsinə təpiklə vurmağa davam edərək, sağ almacıq nahiyəsində qançır və sağ baldır nahiyəsində sıyrıqla nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1 02 aprel 2024-cü il tarixdə saat 09 radələrində Cəlilabad rayonu Muğan kəndində yerləşən Elçin Qasımova məxsus çayxananın qarşısında insanların gur toplaşdığı yerdə orada olan insanlara heç bir əhəmiyyət verməyib hər hansı əsaslı səbəb olmadan nalayiq söyüşlər söyərək, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş, davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs2 onun ünvanına nalayiq söyüşlər söyməsini bəhanə edərək hər hansı bir əsaslı səbəb olmadan, boyun nahiyəsindən əlləri ilə tutaraq sıxaraq və qəsdən yumruqla Təqsirləndirilən şəxs2 üz nahiyəsinə 1 (bir) neçə dəfə vuraraq, sağ tərəfli alınsağ gözətrafı- sağ almacıq nahiyəsində hematoma, boyunun sol yarısının ön səthində qançırla nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmiş, Təqsirləndirilən şəxs1 hərəktlərində isə həmin məcəllənin 221.3-cü maddəsi ilə deyil, 221.1-ci maddəsinin tərkibi əlamətləri müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək, verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu, Naftluq kəndində anadan olmuş, hazırda Cəlilabad rayonu Muğan kəndində ailə üzvlərilə birlikdə yaşayır. Ailəlidir, 4 övladı var. Ailəsini fərdi əməklə məşğul olaraq dolandırır. Belə ki, o, özünə məxsus pay torpağında qarğıdalı və noxud bitkilərini əkir. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. Elnurla əvvəllər mübahisəsi və nifaqı olmamışdır. 02 aprel 2024-cü il tarixdə DİN-nin 102 xidmətinə və Cəlilabad RPŞ-nin Göytəpə PB-nə ərizə ilə o, müraciət etmişdir. Müraciətilə bağlı bildirir ki, 02 aprel 2024-cü il tarixdə saat 09 radələrində Cəlilabad rayon Muğan kəndində yerləşən “Əli” marketdən siqaret alıb çıxmışdır ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil ilə yanına yaxınlaşmış və ona avtomobilinə oturmağını, söz deyəcəyini bildirmişdir. O, da, Elnur ilə əvvəllər ədavəti olmadığı üçün Elnurun avtomobilinə əyləşmiş, o, avtomobilə əyləşən kimi Elnur onun guya Elnur haqqında orda-burda nalayiq ifadələr işlətdiyini demiş və buna görə də onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, Elnura heç bir yerdə xoşagəlməz sözlər işlətmədiyini, Elnurun dediklərinin yalan olmasını, onun ünvanına işlətdiyi söyüşlərin ona aid olmasını demiş və avtomobildən düşüb getmişdir. Təqsirləndirilən şəxs1 isə avtomobili həmin ərazidə firlayıb, oradan yüksək surətlə uzaqlaşmışdır. O, piyada hərəkət edərək kəndin mərkəzinə tərəf getmiş, kəndin mərkəzinə çatanda Elnurun avtomobilinin Elçin Qasımova məxsus çayxananın qarşısında dayanmasını görmüşdür. O, çayxananın qarşısına çatanda Elnur avtomobildən düşüb onu yanına çağırmış, o, Elnurun yanına çatarkən Elnur onun boğaz nahiyəsindən tutaraq sıxmağa başlamış və yüksək səslə “məni niyə vurursan? Mən iş başındayam”-kimi sözlər işlədərək onu ətrafdakı insanlara Elnuru vururmuş kimi göstərməyə çalışmışdır. Həmin an onu yıxmağa çalışaraq onun üz nahiyəsinə şillə və yumruqlarla vurmuşdur. Olanları mobil telefonu ilə videoya çəkmək istəyərkən Təqsirləndirilən şəxs1 yerdən daş parçasını götürüb, daş parçası ilə sağ göz nahiyəsindən vurmuşdur. Həmin an onun gözü qaralmış və əlindəki mobil telefon yerə düşmüşdür. Mobil telefonunun ekranı yerə düşərkən sınmışdır. O, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 isə kəndin İcra Nümayəndəsi Şahid2 zəng vurub hadisə yerinə çağırmışdır. Bir müddət sonra Şahid2 ora gəlmiş və onun üzərinə düşərək yüksək səslə niyə mübahisə etdiyini, işçilərinə haqqsızlıq etdiyini bildirmişdir. O, da, Rövşənin də, şər atacağını düşünüb çıxıb oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 o, vurmamış, Elnurun dedikləri yalandır. Həmçinin bildirmişdir ki, icra nümayəndəsi tərəfindən tərtib olunmuş akta imza etmiş şəxslər hadisə yerində olmamışlar və onunla qərəzli olduqları üçün yalandan akta qol çəkərək onun barəsində həqiqətə uyğun olmayan sözlər demişlər. Mübahisə 02 aprel 2024-cü il tarixdə 09 radələrində Cəlilabad şəhəri Muğan kəndinin mərkəzində yerləşən Elçin Qasımova məxsus çayxananın qarşısında baş vermişdir. Mübahisə mübahisə 25-30 dəqiqə çəkmişdir. Hadisə zamanı ətrafa təxminən 50 nəfərə yaxın şəxslər toplaşmış, həmin şəxslərdən Şahid11, Şahid6, Şahid10, Şahid7 və Şahid8 yadında qalmışdır. Həmin şəxslər Elnuru ondan ayıraraq sakitləşdirmişlər. İcra nümayəndəsi Şahid2 isə Elnur onu döydükdən və mübahisə sakitləşdikdən sonra hadisə yerinə gəlmişdir. Şahid1, Şahid3 və Şahid4 mübahisə zamanı hadisə yerində olmamışlar. Elnur onu birinci dəfə “Əli”marketin qarşısında avtomobilə dəvət edəndə onun yaxınlığında X4 olmuşdur. Təqsirləndirilən şəxs1 daş parçası ilə onun sağ gözündən vurması nəticəsində onun mobil telefonu yerə düşmüş və ona 150 manat maddi ziyan dəymişdir. O, ilkin izahatında da Təqsirləndirilən şəxs1 onun daş parçası ilə vurmasını bildirmişdir. Təhqiqatçının hansı səbəbə həmin xüsusatı qeyd etmədiyini bilmir. O, mübahisə zamanı Təqsirləndirilən şəxs1 vurmamış, Elnura qarşı nalayiq ifadə işlətməmişdir. Təqsirləndirilən şəxs1 onun guya Elnur haqqında orda-burda danışmağını bəhanə edərək, onu səbəbsiz yerə söyüb təhqir etmiş və yumruq və daş parçası ilə üz nahiyəsinə xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs1 ilə onun arasında olan mübahisə şəhid olmuş bacısı oğlu X1 adını daşıyan küçədə baş vermişdir. O, təbii ki də həmin küçəni zibilləməmişdir. İmamyarla bağlı söhbəti də Elnurun uydurması olmuşdur. Ona görə də məhkəmədən barəsində olan cinayət işinə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək, verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu, Muğan kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Ailəlidir, 2 övladı var. “DOST” iş mərkəzində təmizlik işləri üzrə köməkçi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir. Tərlan ilə əvvəllər mübahisəsi və nifaqı olmamışdır. 02 aprel 2024-cü il tarixdə DİN-nin 102 xidmətinə və Cəlilabad RPŞ-nin Göytəpə PB-nə ərizə ilə o, müraciət etmişdir. Müraciətilə bağlı bildirir ki, 02 aprel 2024-cü il tarixdə saat 09 radələrində Cəlilabad rayon Muğan kəndində işi ilə əlaqədar olaraq kənd ərazisini zibillərdən təmizləmişdir. Ona bu işdə iş yoldaşı Şahid1 da kömək etmişdir. O, ərazidən götürdüyü zibil salafanlarını etibarnamə əsasında idarə etdiyi VAZ 2107 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqaj yerinə yığmışdır. Kəndin mərkəzində təmizlik elədikdən sonra avtomobilini Elçin Qasımova məxsus çayxananın yaxınlığında saxlamışdır. Şahid1 avtomobildən düşərək tualetə getmişdir. O, təmizlədiyi yerə həmkəndlisi Təqsirləndirilən şəxs2 zibil atdığını görüb, Tərlana oranı təmizlədiyini, zibil atmamasını bildirmişdir. Tərlan isə ona “sən onu İmamyara kömək edib İcra Başçısının qəbuluna salanda biləydin”-deyib, bu səbəbdən ona pislik etdiyini demişdir. O, isə cavabında Tərlana İmamyarı heç bir vəzifəli şəxsin qəbuluna salmadığını, dediklərinin yalan olduğunu demişdir. Tərlan sonra ona yaxınlaşıb küçə söyüşləri ilə təhqir edib üzərinə hücum çəkmişdir. Təqsirləndirilən şəxs2 ona yaxınlaşan kimi yumruqla 1 dəfə üz nahiyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən o, huşunu itirərək üzü üstə həmin ərazidə yerə tökülmüş mişar daşlarının üzərinə yıxılmışdır. Yerdə olarkən Tərlan yaxasından tutaraq yerdə vurmağa davam etmiş, huşu özündə olmadığı üçün o, həmin hərəkətləri xatırlamır. Həmin vaxt o, qarın, dodaq və sağ gözaltı nahiyələrindən xəsarətlər almışdır. Sonradan öyrənmişdir ki, həmin vaxt onu Tərlanın əlindən yeznəsi Şahid5 almışdır. Onun huşu özünə gələndə ətrafda çoxlu sayda insanların toplaşmasını görmüşdür. Həmin şəxslər Tərlanın qabağına durmuşlar ki, Tərlan yenidən üzərinə gəlməsin. O, Tərlana “bu belə qalmayacaq, məni döydüyünü sənə sübut edəcəm”demişdir. Bu zaman Tərlan yenidən ona yaxınlaşaraq yumruqla vurmaq istəmişdir. O, arxaya çəkildiyi üçün Tərlanın yumruğu boşa çıxmış, bu zaman Tərlan təpiklə onun sağ ayağ nahiyəsinə 1 dəfə vurmuşdur. Yenidən ətrafa toplaşmış insanlar onları aralaşdırmışlar. O, dərhal DİN-nin 102 xidmətinə müraciət edərək bu barədə məlumat vermişdir. Bundan başqa o, kəndin icra nümayədəsi Şahid2 zəng edərək, ora çağırmışdır. Təxminən 20 dəqiqə sonra Şahid2 hadisə yerinə gəlmiş və Tərlana acıqlanaraq oradan uzaqlaşdırmışdır. Təxminən 1 saat sonra Şahid2 və bir neçə şəxsin iştirakı ilə akt tərtib olunmuş və o, orada akta imza etmişdir. Mübahisə 02 aprel 2024-cü il tarixdə 09 radələrində Cəlilabad şəhəri Muğan kəndinin mərkəzində yerləşən Elçin Qasımova məxsus çayxananın qarşısında baş vermişdir. Mübahisə təxminən mübahisə 25-30 dəqiqə çəkmişdir. Hadisə zamanı ətrafa təxminən 50 nəfərə yaxın şəxslər toplaşmışdır. Həmin şəxslərdən Şahid4 Sucaət oğlu, Şahid7 və Şahid1 yadımda qalıb. Həmin şəxslər Tərlanı ondan ayıraraq sakitləşdirmişlər. O, mübahisə zamanı Təqsirləndirilən şəxs2 vurmamış, Tərlana qarşı nalayiq ifadə işlətməmişdir. Bir daha bildirir ki, o Təqsirləndirilən şəxs2 döyməmiş, Tərlana nalayiq küçə söyüşləri söyməmiş, Təqsirləndirilən şəxs2 hadisədən sonra özü-özünə xəsarətlər yetirmişdir. Ona görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu, Maşlıq kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, 2 övladı var. 2021-ci il tarixdən Cəlilabad rayonu Muğan kənd İƏD-də icra nümayəndəsi kimi işləyir. Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu Muğan kəndindən tanıyır. Elnurla əvvələr münaqişəsi və nifaqı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 “DOST” mərkəzi tərəfindən kənd ərazisində təmizlik işlərinə baxır. Təqsirləndirilən şəxs2 da Cəlilabad rayonu Muğan kəndindən tanıyır. Tərlanla da nifaqı və münaqişəsi olmamışdır. 02 aprel 2024-cü il tarixdə saat 09 radələrində Cəlilabad rayonu Maşlıq kəndində olarkən “DOST” mərkəzinin əməkdaşı Təqsirləndirilən şəxs1 ona zəng edərək, Təqsirləndirilən şəxs2 ona mane olmasını və mübahisə etməsini bildirmişdir. O, təxminən 20 dəqiqəyə Cəlilabad rayonu Muğan kəndinin mərkəzinə, hadisə yerinə gəlmiş, o, hadisə yerinə çatanda mübahisə sakitləşmişdir. O, birinci Təqsirləndirilən şəxs2 yaxınlaşıb “qoy zibilini təmizləsin niyə imkan vermirsən təmizləsinlər”-deyə acıqlanmışdır. Tərlan isə ona “niyə Elnurun tərəfin saxlayırsan?”-demişdir. Daha sonra o, Təqsirləndirilən şəxs1 yaxınlaşıb həmin ərazidən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 yaxınlaşan zaman göz nahiyəsində, sağ ayağında və qarnın sağ hissəsində qızartılar olduğunu görmüşdür. O, bununla bağlı İcra Hakimiyyətinə məlumat vermiş, hadisədən təxminən yarım saat sonra o, həmin hadisəni görən şəxslərin iştirakı ilə akt tərtib etmişdir. Akta, Təqsirləndirilən şəxs1, Şahid1, Şahid3, Şahid4 və Şahid7 imza eləmişlər. Həmçinin, o, hadisəni görən şəxslərdən öyrənmişdir ki, mübahisənin başlamasının səbəbkarı Təqsirləndirilən şəxs2 olmuşdur. O, hadisə yerinə çatandan mobil telefonunun kamerasını işə salaraq ətrafı çəkmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 üzündə hər hansı bir xəsarət izinin olmaması görünür. Mübahisə 02 aprel 2024-cü il tarixdə 09 radələrində Cəlilabad şəhəri Muğan kəndinin mərkəzində yerləşən Elçin Qasımova məxsus çayxananın qarşısında baş vermişdir. Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında olan mübahisə 25-30 dəqiqə çəkmişdir. Hadisə zamanı ətrafa 50 nəfərə yaxın şəxslər toplaşmış, həmin şəxslərdən Şahid4 Sücaət oğlu, X5 və Şahid1 yadında qalmışdır. Həmin şəxslər və o, Tərlan ilə Elnuru ayırıb sakitləşdirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu, Maşlıq kəndində anadan olmuş, hazırda Cəlilabad rayonu Muğan kəndində ailə üzvlərilə birlikdə yaşayır. O, “ DOST” mərkəzində fəhlə kimi çalışır. Təqsirləndirilən şəxs1 həmkəndlisi olaraq tanıyır, həmçinin o, 2019-cu il tarixdən Elnur ilə birlikdə “DOST” mərkəzində birlikdə çalışmışlar. Elnurla əvvəllər nifaq və münaqişəsi olmamışdır. Təqsirləndirilən şəxs2 da onun həmkəndlisidir. Tərlanla arasında əvvəllər münaqişə və nifaq olmamışdır. 02 aprel 2024-cü il tarixdə səhər 09 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə Cəlilabad rayonu Muğan kəndinin mərkəzini zibillərdən təmizləmişlər. Cəlilabad rayonu Muğan kəndinin mərkəzində Elçin Qasımova məxsus çayxananın yaxınlığında o, ayaqyoluna getmiş, ayaqyolundan çıxarkən çayxananın qarşısından səs küy gəlməsini və çoxlu sayda şəxslərin toplaşmasını eşitmiş və görmüşdür. O, həmin kütləyə yaxınlaşanda Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 əlbəyaxa dalaşdıqlarını, Təqsirləndirilən şəxs2 Elnurun üzərində sol əli ilə Elnurun yaxasından tutub, sağ əl ilə Elnurun baş nahiyəsinə zərbələr endirməsini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs2 Elnuru döyərkən “sən kimsən İmamyara kömək edirsən, İcra başçısının yanına aparırsan”-deyə qışqırmışdır. Hadisə zamanı o, ətrafa toplaşmış kənd sakinlərinin köməkliyi ilə Tərlan ilə Elnuru aralaşdırmış və mübahisə sakitləşmişdir. Hadisənin sonunda kənd icra nümayəndəsi Şahid2 gəlmiş və ətrafa toplaşmış insanları dağıtmışdır. Təxminən 1-2 saat sonra hadisə ilə bağlı icra nümayəndiliyinə getmiş, orada Rövşən müəllim və bir neçə şəxsin iştirakı ilə akt tərtib olunmuş və o, orada akta imza etmişdir. Mübahisə 02 aprel 2024-cü il tarixdə 09 radələrində Cəlilabad şəhəri Muğan kəndinin mərkəzində yerləşən Elçin Qasımova məxsus çayxananın qarşısında baş vermişdir. Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında olan mübahisə 30-40 dəqiqə çəkmişdir. Hadisə zamanı ətrafa 50 nəfərə yaxın şəxslər toplaşmışdır. Həmin şəxslərdən X6, Şahid2, Şahid7 və Şahid3 yadında qalmışdır. Həmin şəxslər və o, Tərlan ilə Elnuru ayırıb sakitləşdirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs1la əvvəllər nifaq və münaqişəsi olmamışdır. Təqsirləndirilən şəxs2 da onun həmkəndlisidir. Təqsirləndirilən şəxs2lə də arasında əvvəllər münaqişə və nifaq olmamışdır. Cəlilabad rayonu Muğan kəndinin mərkəzində Elçin Qasımova məxsus çayxananın yaxınlığında o, telefonla danışan zaman səs-küy düşdüyünü görmüş və o da hamı kimi hadisə yerinə yaxılaşaraq görmüşdür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yerə yıxaraq yerdə baş nahiyyəsindən vurur və onun atasının adını çəkərərk Elnur sən kimsən ki, İmaniyara kömək edirəsən, Təqsirləndirilən şəxs1 isə heç kimə kömək etmədiyini deyirdi. O, da, qorxmuş və problemə düşməsin deyə onlara yaxınlaşmamışdır. Hadisə olmamışdan əvvəl o, telefonla danışdığına görə hadisənin əvvəlini görməmişdir. Hadisə olan yerlə onun arasında olan məsafə təxminən 20-30 metr olarmış, o hadisə yerinə çatanda artıq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yıxıb baş nahiyyəsindən vurduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayon Muğan kəndində yaşamaqla və fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Onun Təqsirləndirilən şəxs1la əvvəllər nifaq və münaqişəsi olmamışdır. Təqsirləndirilən şəxs2 da onun həmkəndlisidir. Təqsirləndirilən şəxs2lə də arasında əvvəllər münaqişə və nifaq olmamışdır. Hər gün olduğu kimi həmin gün də, o, fəhlə işləmək üçün kəndin mərkəzinə gemişdir. Cəlilabad rayonu Muğan kəndinin mərkəzində Elçin Qasımova məxsus çayxananın yaxınlığında o, telefonla danışan zaman səs-küy düşdüyünü və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 bir əli ilə tutaraq digər əli ilə vurduğunu görmuşdür. Bir necə dəqiqə keçəndən sonra Cəlilabad rayonu Muğan kənd İƏD-də icra nümayəndəsi işləyən Şahid2 gələrək və orda olan kənd camahatı ilə onları ayırmışlar, amma adam çox olduğundan tam olaraq kimlərin ayırdığını xatırlamır. O, yalnız Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 vurduğunu görmüşdür, hadisədən uzun zaman kediyinə görə Tərlanın Elnuru yerə yıxıb vurmasını xatırlamır, dava-dalaşdan sonra Təqsirləndirilən şəxs2 üz və sifət nahiyyəsində xəsarət görməmişdir. Təqsirləndirilən şəxs1 isə dodağında qan və gözündə qızartı görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayon Muğan kəndində yaşamaqla və fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Onun Təqsirləndirilən şəxs1la əvvəllər nifaq və münaqişəsi olmamışdır. Təqsirləndirilən şəxs2 da, onun həmkəndlisidir. Təqsirləndirilən şəxs2lə də arasında əvvəllər münaqişə və nifaq olmamışdır. xx.xx.2024-cü il tarixdə səhər-səhər evdən çıxaraq kəndinin mərkəzində Elçin Qasımova məxsus çayxananın yaxınlığında camahatın yığışdığını və mübahisə görərək maşını saxlamış, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 dava etdiyini görmüş, o, dava olan yerə catanda artıq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yumruqla başına vurduğunu görmüş, aralarına girərək onları ayırmış, həmin vaxtı Şahid11 də, onunla birlikdə olmuşdur. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 vuran görməmişdir. O, 10-15 dəqidə gözləyəndən sonra işi olduğu üçün oradan getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu, Muğan kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Subaydır. Ailəsini fərdi əməklə məşğul olaraq dolandırır. Həmçinin yaşadığı kəndin mərkəzində yerləşən köhnə “kolxoz”un binasında atası Elçin Qasımova məxsus çayxananı işlədir. Təqsirləndirilən şəxs1 həmkəndlisi olaraq tanıyır, Elnur ilə əvvəllər nifaq və münaqişəsi olmamışdır. Təqsirləndirilən şəxs2 da onun həmkəndlisidir. Tərlan ilə də nifaqı və münaqişəsi olmamışdır. 02 aprel 2024-cü il tarixdə saat 09 radələrində o çayxanada müştərilərə xidmət edərkən, çöldən səs-küy səsi gəlmiş və çölə çıxmış, çayxananın qarşısında çoxlu sayda şəxslərin toplaşmasını görmüşdür. O, həmin insan kütləsinə yaxınlaşanda Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 birbirlərinin ünvanına nalayiq ifadələr işlətdiklərini görmüş, lakin bir birlərini vurduqlarını görməmişdir. Hadisənin sonuna kənd icra nümayəndəsi Şahid2 gəlmiş və ətrafa toplaşmış insanları dağıtmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Əlisehran oğlu ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu, Muğan kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Ailəsini fərdi əməklə məşğul olaraq dolandırır. Təqsirləndirilən şəxs1 onun əmisinin nəvəsidir. Elnur ilə əvvəllər mübahisəsi və nifaqı olmamışdır. Təqsirləndirilən şəxs2 həmkəndlisi olaraq tanıyır, həmçinin Tərlan ilə bir sinifdə oxumuşdur. Tərlanla da mübahisəsi və nifaqı olmamışdır. 02 aprel 2024-cü il tarixdə saat 08:47 radələrində Cəlilabad rayon Muğan kəndi ilə velosiped ilə hərəkət edən zaman, kəndin mərkəzində yerləşən Elçin Qasımova məxsus kafenin yaxınlığından keçərkən o, siqaret almaq üçün “Əli” marketə girmiş, lakin market açıq olsa da, satıcı marketdə olmamış, və o marketdən çölə çıxaraq təxminən 50-100 metr kənardan Təqsirləndirilən şəxs1 arxa tərəfdən Təqsirləndirilən şəxs2 boğazını qolu ilə sıxaraq boğduğunu görmüş, hər ikisinin münasibətlərinin yaxşı olmasını bildiyi üçün əvvəlcə onların zarafat etməsini düşünmüşdür. Təqsirləndirilən şəxs1 təxminən 4-5 dəqiqə Tərlanın boğazını sıxdıqdan sonra buraxmış və hər ikisi mübahisə etməyə davam etmişlər. Ətrafa toplaşan şəxslərin köməkliyi ilə hər ikisini aralaşdırmışlar. Sonra həmin yerə kəndin icra nümayəndəsi Şahid2 gəlmiş, Şahid2 təxminən 2-3 dəqiqə orda qaldıqdan sonra avtomaşını ilə oradan uzaqlaşmışdır. O da mübahisənin sakitləşməsini görüb hadisə yerindən uzaqlaşmışdır. Sonra Ramal ona telefonla zəng edərək Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 xəsarət yetirdiyini demişlər. O, özü Elnurla Tərlanın bir-birilərini vurduqlarını görməmiş, sadəcə bir birlərini mübahisə edən zaman təhqir etdiklərini görmüşdür. Bunda başqa Təqsirləndirilən şəxs1 və Cəlilabad rayon Muğan kənd İƏD üzrə nümayəndəsi Şahid2 onun yaşadığı ünvana gələrək məhkəmə iclasında şahid qismində iştrak edəcəyi təqdirdə onun özünü şərləyəcəyini bildirmişlər, həmçinin komunnal təsərrüfatının işçilərini də yalan ifadə verməyə məcbur etmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu, Muğan kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Azərpoçtun Cəlilabad rayon şöbəsində əməliyyatçı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 həmkəndlisi olaraq tanıyır, Elnur ilə əvvəllər nifaq və münaqişəsi olmamışdır. Təqsirləndirilən şəxs2 da onun həmkəndlisidir. Tərlan ilə də nifaqı və münaqişəsi olmamışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarıda özünə məxsus avtomaşını ilə işə gedən zaman yaşadıqları kəndin mərkəzində Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 söhbət edən görmüşdür. Lakin o avtomaşını ilə oradan sürətlə keçib getmiş, sonradan ona zənn edərək bildirmişləri ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 xəsarət yetirmişdir. Lakin o özü nə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 vurduğunu nə də ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 vuran görməmişdir. O, qayıdanda isə artıq dava-dalaş bitmişdir. Əhməd Əhmədovun ondan qabaq hadisə olan yerə getdiyini görmüşdür. O, telefonla danışan zaman Təqsirləndirilən şəxs2 yolun digər tərəfinə keçdiyini və Təqsirləndirilən şəxs1 isə yolun o biri tərəfində oturduğunu görmüşdür. O, hadisə yerində təxminən 10-15 dəqiq olmuşdur. Hadisə yerinə çatanda artıq onları orda olan kənd camaatı ayırmışdır. Təqsirləndirilən şəxs2 onun yanında DİNnin 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. O Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xəsarət olmalarını görməmişdir. Məhkəmə istintaqı zamaı ifadəsi elan və tətqiq edilmiş Şahid8 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu, Muğan kəndində anadan olmuş, hazırda Cəlilabad rayonu Muğan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 həmkəndlisidir. Elnur ilə əvvəllər mübahisəsi və nifaqı olmamışdır. Təqsirləndirilən şəxs2 həmkəndlisi olaraq tanıyır, həmçinin Tərlanla da əvvəllər nifaqı və münaqişəsi olmamışdır. 02 aprel 2024-cü il tarixdə saat 09 radələrində Cəlilabad rayon Muğan kəndinin mərkəzində Elçin Qasımova məxsus çayxanada çay içərkən, həmin vaxt çöldə səs küy yaranmış, o, çayxanada olan digər həmkəndlilərilə birlikdə çayxananın qarşısına çıxmış, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 uzaqdan bir birləri ilə sözlə mübahisə etdiklərini görmüş, mübahisə zamanı Elnur Tərlanın ünvanına nalayiq ifadələr işlətmişdir. Lakin onların dalaşdıqlarını, həmçinin bir birlərinə xəsarət yetirmələrini görməmişdir. Həmin vaxt işi olduğu üçün ətrafdakı şəxslərdən də, hadisənin mahiyyəti soruşmayaraq bir neçə dəqiqə sonra oradan uzaqlaşmışdır. Hadisədən uzun müddət sonra Tərlanın özü ona Təqsirləndirilən şəxs1 tərəfindən daş ilə vurulduğunu bildirmişdir. Lakin bu barədə başqa heç bir kəsdən hər hansı məlumat almamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 X2 üz nahiyəsinə istintaqla müəyyən edilməyən silah qismində istifadə etdiyi daş parçası ilə 1 (bir) dəfə vuraraq xəsartə yetirməsi barədə göstərilənlər məhkəmə istintaqında təkzib olunduğundan, həmin hissədə sübut kimi qəbul olunmamalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş 09 aprel 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin Cəlilabad rayonu Muğan kəndində yerləşən Elçin Qasımova məxsus çayxananın qarşısında olması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 10 aprel 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin Cəlilabad rayonu Muğan kəndində yerləşən Elçin Qasımova məxsus çayxananın qarşısında olması müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomoiya ETT Birliyinin Cəlilabad Rayon Şöbəsinin 05 aprel 2024-cü il tarixli 217 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 sağ almacıq nahiyəsində qançır, qarının sağ yarısının öv divarında qançır və sıyrıq, alt dodağın selikli qişasında əzilmiş səthi yara və sağ baldır nahiyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəsəsi təyin edilmir. 2) Təqsirləndirilən şəxs1 aşkar olunan xəsarətlər onun bədəninin öz əli çatan nahiyəsində yerləşmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomoiya ETT Birliyinin Cəlilabad Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 218 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 sağ tərəfli alın-sağ gözətrafı- sağ almacıq nahiyəsində hematoma, boyunun sol yarısının ön səthində qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs2 aşkar olunan xəsarətlər onun bədəninin öz əli çatan nahiyəsində yerləşmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Əməlin tövsifi Azərbaycan Respublikası CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası CM-nin 244.1ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə üz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalıqlara gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərarxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, qüvvədə olan cinayət qanunvericiliyinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun hüquqi mövqelərinə əsaslanaraq xuliqanlığın anlayışına, əlamətlərinə və mahiyyətinə aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsvir edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin əməli düzgün olaraq xuliqanlıqla tövsif olunmuşdur. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs1 münasibətdə onun əməlini Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarında olan Cəlilabad RPŞ-nin rəis müavini Turab Əsgərov tərəfindən cinayət işi üzrə müstəntiqin əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, 02 aprel 2024-cü il tarixdə saat 09 radələrində Cəlilabad rayonu Muğan kəndində yerləşən Elçin Qasımova məxsus çayxananın qarşısında Təqsirləndirilən şəxs2 həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə bir-birlərinin ünvanına nalayiq ifadələr işlədərək mübahisə edib dalaşmışlar. Həmin mübahisəni Muğan kəndin mərkəzində yerləşən çayxananın yaxınlığında xeyli sayda şəxslər görmüşlər. Lakin keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq həmin şahidlər dairəsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa hadisə zamanı Təqsirləndirilən şəxs1 cinayət törədərkən istifadə etdiyi ehtimal daş parçasını və həmin əşyanın yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs2 barəsində verilmiş məhkəmə- tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 218 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 sağ tərəfli alın-sağ gözətrafı- sağ almacıq nahiyəsində hematoma, boyunun sol yarısının ön səthində qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs2 aşkar olunan xəsarətlər onun bədəninin öz əli çatan nahiyəsində yerləşmişdir. Göründüyü kimi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla hadisə zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üz nahiyəsinə istintaqla müəyyən edilməyən silah qismində istifadə etdiyi daş parçası ilə 1 (bir) dəfə vuraraq xəsarət yetirməsi, hadisə zamanı əlində daş parçası olması öz təsdiqini tapmamışdır. Qeyd edilən bütün şübhəli məqamlar isə təqsirləndirilən şəxsin xeyrinə həll olunmalı hallardır. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə təqsirlənləndirilən şəxslərin özlərini xuliqanlıq cinayəti törətməmələri ilə bağlı verdikləri ifadələrini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəlləsinin 139-cu maddəsinə müvafiq olaraq cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İşdə olan xx.xx.2024-cü il tarixli, 5-41/2-21-488/2024 saylı Cəlilabad rayon Muğan kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində 2007-ci il təvəllüdlü Nural və 2008-ci il təvəllüdlü Nurlan adlı iki yetkinlik yaşına catmayan uşaqları vardır. İşdə olan xx.xx.2024-cü il tarixli, 5-41/2-21-488/2024 saylı Cəlilabad rayon Muğan kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində 2007-ci il təvəllüdlü Məhəmməd və 2009-ci il təvəllüdlü Mehdi adlı iki yetkinlik yaşına catmayan uşaqları vardır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xuliqanlıq cinayəti törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyi biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlərinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək hqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341- 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırki iş üzrə 30 oktyabr 2024-cü il tarixdən 28 yanvar 2025ci il tarixə kimi həbsdə qaldığı 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 6 (altı) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Cəlilabad rayonu, Muğan kəndində yerləşən evi tərk etməmək, Cəlilabad rayon hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, Ədiyyə Nazirliyinin Penitensiyar Xidmətinin Bakı İstintaq Təcridxanasında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs2 aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar