Məhkəmə qərarları › İş №1(073)-140/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-140/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-140/2023 20.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafəçisi X2 iştirakları ilə, xx.xx.1983-cü ildə Cəlilabad rayonu Alar kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, fəhlə işləyən, Cəlilabad rayonu Alar kəndində qeydiyyatda olmaqla yaşayan, 09 iyun 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 11 iyun 2020-ci ildən başlayaraq 06 iyun 2009-cu il təvəllüdlü Məhəmməd Niftullayevin, 13 mart 2011-ci il təvəllüdlü Məşi Niftullayevin və 25 sentyabr 2012-ci il təvəllüdlü Dönməz Niftullayevin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90,00 manat, cəmi 270,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2(073)-1372/2020 saylıqətnaməsiniüzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2022-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2022-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 13 fevral 2023-cü il tarixədək Zərərçəkmiş şəxs 6380,00 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə faktiki evlənərək, nikahlarını 18 mart 2011-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 06 iyun 2009-cu il təvəllüdlü Məhəmməd, 13 mart 2011-ci il təvəllüdlü Məşi və 25 sentyabr 2012-ci il təvəllüdlü Dönməz adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra Aida ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Odur ki, Aida aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasəncavabdeh kimi 11 iyun 2020-ci ildən başlayaraq 06 iyun 2009-cu il təvəllüdlü Məhəmməd Niftullayevin, 13 mart 2011-ci il təvəllüdlü Məşi Niftullayevin və 25 sentyabr 2012-ci il təvəllüdlü Dönməz Niftullayevin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90,00 manat, cəmi 270,00 manat sabit pul məbləğində aliment alınıb Zərərçəkmiş şəxs ödəməlidir. Bu barədə icra sənədi Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. Cəlilabad Rayon İcra və Probasiya Şzbəsində həmin icra sənədlərinə gzrə icra işi başlanılmış və ona bildiriş verilmişdir.Qalıq borclarını vaxtında ödəmədiyindən dəfələrlə icra Şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra Şöbəsinin protokoluna əsasən Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda fəhlə işləyir. Aylıq qazancı 450,00 manat olur. Qazancını özünə xərcləyir. Qətnamə üzrə aliment borcundan Aidaya 100,00 manat ödəniş etmişdir. Adına daşınar və daşınmaz əmlak yoxdur. Qalıq aliment borcunu ödəmədiyindən qətnaməni icra etməmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır, ağciyər xəstəliyindən əziyyət çəkir. Odur ki, bu halları nəzərə alaraq ona cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri onun özünün etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. İş üzrə zərərçəkmiş şəxs X3 məhkəməyə ərizə təqdim edərək himayəsində az yaşlı uşaqlarının olması səbəbindən iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini, eləcə də dəymiş ziyanı tələb etdiyini və ziyan ödənilməyəcəyi təqdirdə Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş zərərçəkmiş şəxs X1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə faktiki evlənərək, nikahlarını 18 mart 2011-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 06 iyun 2009-cu il təvəllüdlü Məhəmməd, 13 mart 2011-ci il təvəllüdlü Məşi və 25 sentyabr 2012-ci il təvəllüdlü Dönməz adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Zahid uşaqları ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasənTəqsirləndirilən şəxs cavabdeh kimi ondan 11 iyun 2020-ci ildən başlayaraq 06 iyun 2009-cu il təvəllüdlü Məhəmməd Niftullayevin, 13 mart 2011-ci il təvəllüdlü Məşi Niftullayevin və 25 sentyabr 2012-ci il təvəllüdlü Dönməz Niftullayevin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90,00 manat, cəmi 270,00 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir.Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs ev ustası işləyir. Aylıq 1000,00 manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsəmdə, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxs aliment borcundan icra müddətində cəmi 100,00 manat ödəniş etmişdir. Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Odur ki, Təqsirləndirilən şəxs qalıq alimentin alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-1372/2020 nömrəliqətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2022-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(050)-290/2022 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs 6480,00 manat aliment borcundan cəmi 100,00 manat ödəmiş, 6380,00 manat ödənilməmiş borcu qalmışdır.Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən tarixədək məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 2(073)-1372/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə 11 iyun 2020-ci ildən başlayaraq 06 iyun 2009-cu il təvəllüdlü Məhəmməd Niftullayevin, 13 mart 2011-ci il təvəllüdlü Məşi Niftullayevin və 25 sentyabr 2012-ci il təvəllüdlü Dönməz Niftullayevin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90,00 manat, cəmi 270,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan Cəlilabad rayon icra şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlama haqqında qərarından və xx.xx.2020-ci il tarixli, 193795/30-9 saylı bildirişindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-1372/2020 nömrəli icra vərəqəsi icraata qəbul edilmiş və Təqsirləndirilən şəxs on gün müddətində icranı təmin etməsi təklif olunmuşdur. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3-(073)-708/2022 saylı qərarından görünür ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan Cəlilabad rayon icra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli, 193795/30-1 saylı bildirişdən görünür ki, icra orqanı tərəfindən Təqsirləndirilən şəxs yaranmış aliment borcunun 20 gün müddətində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə cinayət işinin başlanması üçün müvafiq orqana təqdimatla müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İşdə olan Cəlilabad rayon icra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli, 193795/30-1 saylı bildirişdən görünür ki, icra orqanı tərəfindən Təqsirləndirilən şəxs yaranmış aliment borcunun 20 gün müddətində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə cinayət işinin başlanması üçün müvafiq orqana təqdimatla müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İşdə olan Cəlilabad rayon icra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli, 193795/30-1 saylı bildirişdən görünür ki, icra orqanı tərəfindən Təqsirləndirilən şəxs yaranmış aliment borcunun 20 gün müddətində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə cinayət işinin başlanması üçün müvafiq orqana təqdimatla müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ibtidai istintaq hərəkəti protokolları ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə həmin sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədəəvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinəəsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təyin edilmiş cəzanı cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə… Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Cəlialabad rayonu, Alar kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədəəvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın.. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar