Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-141/2025 04.03.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 onun müdafiəçisin Müdafiəçi1v Ramiz oğlunun, Təqsirləndirilən şəxs2 onun müdafiəçisi Müdafiəçi2 oğlunun iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində 03 noyabr 2025-ci il tarixli qərarla başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə xx xxxxxx 1966-cı ildə Masallı rayonu, Abasbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, barəsində 16 noyabr 2025-ci il tarixli qərarla başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 18 aprel 2025-ci il tarixdə, saat 14:27-də qanuni əsaslarla idarə etdiyi “Toyota Prius” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməyib, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Cəlilabad şəhəri, Azərbaycan küçəsi ilə Babək küçəsi istiqamətində hərəkətdə olarkən 7 saylı tam orta məktəbin yaxınlığında əks istiqamətdən geriyə dönmək üçün hərəkətdə olan Təqsirləndirilən şəxs2 qanuni əsaslarla idarə etdiyi “VAZ 2106 minik” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yolun sağ kənarında dayanan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuş, nəticədə sonuncuya sağ baldır sümüklərinin yerinidəyişən açıq sınıqları, sağ baldır nahiyəsində əzilmiş-cırılmış yaralar, sol baldır nahiyəsində əzilmiş səthi yaralar ilə müşaiyət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2 18 aprel 2025-ci il tarixdə, saat 14:27-də qanuni əsaslarla idarə etdiyi “Toyota Prius” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməyib, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Cəlilabad şəhəri, Azərbaycan küçəsi ilə Babək küçəsi istiqamətində hərəkətdə olarkən 7 saylı tam orta məktəbin yaxınlığında əks istiqamətdən geriyə dönmək üçün hərəkətdə olan Təqsirləndirilən şəxs2 qanuni əsaslarla idarə etdiyi “VAZ 2106 minik” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yolun sağ kənarında dayanan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuş, nəticədə sonuncuya sağ baldır sümüklərinin yerinidəyişən açıq sınıqları, sağ baldır nahiyəsində əzilmiş-cırılmış yaralar, sol baldır nahiyəsində əzilmiş səthi yaralar ilə müşaiyət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, idarə etdiyi “Toyota Prius“ markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsus olsa da, rəsmi sənədlərdə X1 adınadır. 18 aprel 2025-ci il tarixdə şəxsi işi ilə əlaqədar özünə məxsus “Toyota Prius“ markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında idarə etmişdir. Təxminən saat 15 radələrində Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən 7 saylı tam orta məktəbin yanında dairə istiqamətindən “Beynəlxalq bank” istiqamətində hərəkət etmişdir. İşıqforun yaşıl işığında yol ayrıcını keçəndən təxminən 6-7 metr sonra qəflətən yolun solunda dayanan Vaz 2106 markalı avtomobil yolun solundan sağına tərəf, yəni geriyə hərəkət etməyə başlamışdır. O, təxminən həmin avtomobilə 2-3 metr qalmışdır ki, o, hərəkət etməyə başlamışdır. O, Vaz 2106 markalı avtomobili vurmamaq üçün əyləc pedalından istifadə edərək avtomobili sağa tərəf qaçırmağa çalışmışdır. Lakin, hadisənin qarşısını ala bilməmiş və onların avtomobilləri toqquşmuşdur. Hadisə zamanı onun surəti təxminən 50 km/saat olmuşdur. VAZ 2106 markalı avtomobilin onun avtomobilinə dəyməsi nəticəsində onun da avtomobili sürüşmüş və nəticədə yolun sağında dayanan piyada zərər çəkmişdir. Bundan sonra X6 zəng vurub hadisə barədə məlumat vermişlər. X8 avtomobili gəlmiş və piyadanı xəstəxanaya aparmışdır. Onlar da hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməsini gözləmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, idarə etdiyi “VAZ 2106“ markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsus olsa da, rəsmi sənədlərdə X2 adınadır. Onun maddi problemləri olduğu üçün öz adına rəsmiləşdirə bilməsə də, avtomobili etibarnamə əsasında idarə etmişdir. 18 aprel 2025-ci il tarixdə şəxsi işi ilə əlaqədar özünə məxsus “Vaz 2106“ markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Təxminən saat 15 radələrində Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən 7 saylı tam orta məktəbin yanında yol ayrıcına 2-3 metr qalmış dairə istiqamətində yolun sağında dayanmışdır. O, geriyə dönmək istəmişdir. Buna görə işıqforun qırmızı işığının yanmasını gözləmişdir ki, təhlükəsiz şərait yaransın və o, geriyə hərəkət etsin. Lakin, işıqforun qırmızı işığı yanmamış o, geriyə hərəkət etməyə başlamışdır. Həmin vaxt qarşı tərəfdən “Toyota” markalı avtomobilin uzaqda olduğunu və rahat şəkildə geriyə dönə biləcəyini zənn etmişdir. O, hərəkətə başlayandan sonra həmin avtomobilin artıq çatdığını görmüşdür. O, geriyə hərəkət edən zaman “Toyota” markalı avtomobil onun avtomobilini vurmuş və ondan sonra yolun sağında olan piyadanı vurmuşdur. Onun hadisə zamanı surəti təxminən 10 km/saat olmuşdur. O, geri dönməyə başlayandan toqquşma yerinə qədər təxminən 8,1 metr məsafə qət etmişdir. Bundan sonra X6 zəng vurub hadisə barədə məlumat vermişlər. X8 avtomobili gəlmiş və piyadanı xəstəxanaya aparmışdır. Onlar da hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməsini gözləmişlər. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində tanınmış və ifadəsi alınmış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 aprel 2025-ci il tarixdə, saat 14 radələrində şəxsi işi ilə əlaqədar Cəlilabad şəhəri, Azərbaycan küçəsində olmuşdur. Həmin küçədə Babək küçəsi istiqamətində yolun sağ kənarında dayanıb taksi gözləmişdir. Qarşı tərəfində üzü Qurtuluş prospekti istiqamətində yolun sağ kənarında “VAZ 2106” markalı avtomobil dayanmışdır. Həmin avtomobil onu müştəri qismində götürmək üçün Babək küçəsi istiqamətində geriyə dönmək istəmişdir. Həmin vaxt əks istiqamətdən “Toyota Prius” markalı avtomobil gəlmişdir. “Toyota Prius” markalı avtomobilin surətinin çox olduğunu görüb, onların toqquşacaqlarını ehtimal etmiş və o, geriyə hərəkət edərək yolun kənarında olan pilləkanın üzərinə çıxmışdır. Düşündüyü kimi “Toyota Prius” markalı avtomobil “VAZ 2106” markalı avtomobillə toqquşmuş və sonra “Toyota Prius” markalı avtomobil ehtiyatsızlıqdan gəlib onu pilləkanın üzərində vurmuşdur. Bir neçə dəqiqə sonra X8 avtomobili hadisə yerinə gəlmiş və onu xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətində maşın ustası kimi fəaliyyət göstərir. Sexin qapısı isə Cəlilabad şəhəri, Azərbaycan küçəsinə açılır. 18 aprel 2025-ci il tarixdə, saat 14 radələrində sexin qarşısında iş görmüşdür. Sərt əyləc səsi gəlmişdir. O, həmin vaxt səs tərəfə baxanda VAZ 2106 markalı avtomobilin Babək küçəsi istiqamətində geriyə hərəkət edərkən Qurtuluş prospekti tərəfdən gələn Toyota Prius markalı avtomobillə toqquşmasını, Toyota Prius markalı avtomobilin özündən sağda yolun kənarında dayanan yaşlı bir kişini vurduğunu görmüşdür. O, onlardan təxminən 20 metr kənarda dayanmışdır. Dərhal hadisə yerinə yaxınlaşaraq, vurulan piyadaya köməklik göstərmişlər. Onun kimi hadisə yerinə yaxınlaşan bir neçə şəxs də olmuşdur. Həmin vaxt sürücülər də vurulan piyadanın yanında olmuşlar. Bilmədiyi şəxs X6 zəng vuraraq, hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra X8 avtomobili hadisə yerinə gəlmişdir və piyadanı xəstəxanaya aparmışdır. Sürücülər isə polis əməkdaşları hadisə yerinə gələnə qədər orada gözləmişlər. İş materiallarında olan 18 aprel 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və sxemdən görünür ki, hadisə Cəlilabad şəhəri, Azərbaycan küçəsinin 7 saylı tam orta məktəbin yaxınlığından keçən hissəsində baş vermişdir. Hadisə baş vermiş yol quru, düz və asfaltbeton örtüklüdür. Yol örtüyünü eni 6,20 metr, hərəkət hissələrinin eni isə 3,10 metr olmuşdur. Hadisə yerində tormoz izi aşkar edilməmişdir. İş materiallarında olan 18 aprel 2025-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, 1 ədəd DVD diskdə 1 ədəd 33 saniyədən ibarət videogörüntü var. Videogörüntüdən görünür ki, 18 aprel 2025-ci il tarixdə, saat 14:27-də “Toyota Prius” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil Cəlilabad şəhəri, Azərbaycan küçəsindən Babək küçəsi istiqamətində hərəkətdə olan zaman əks istiqamətlə geriyə hərəkət edən “VAZ 2106” minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, toqquşmadan sonra “Toyota Prius” minik markalı avtomobil idarə etməni itirərək ehtiyatsızlıqdan yolun sağ kənarında olan piyadanı vurmuşdur. İş materiallarında olan 18 aprel 2025-ci il tarixli, Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs1 ayıq olmuşdur. İş materiallarında olan 18 aprel 2025-ci il tarixli, Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs2 ayıq olmuşdur. İş materiallarında olan 25 aprel 2025-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “VAZ 2106” minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil tünd yaşıl rəngdədir, nömrə nişanları üstündədir. Avtomobilin sağ yan hissəsi çatlamış və zədələr almışdır. İş materiallarında olan 25 aprel 2025-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Toyota Prius” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil gümüşü metallik rəngdədir, nömrə nişanları üstündədir. Avtomobilin sol yan hissəsi çatlamış və zədələr almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsindən verilən 03 iyun 2025-ci il tarixli, 296 saylı rəydən görünür ki, vət. Zərərçəkmiş şəxs sağ baldır sümüklərinin yerinidəyişən açıq sınıqları, sağ baldır nahiyəsində əzilmiş-cırılmış yaralar, sol baldır nahiyəsində əzilmiş səthi yaralar müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın və ya əşyaların təsirindən törənmişdir, yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 16 iyul 2025-ci il tarixli, 8/1351 saylı rəydən görünür ki, VAZ 2106 markalı, 77CH527 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci madəsinin 1-ci hissəsinin, 69-cu madəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Toyota Prius markalı, 77BM378 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci madəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin Lənkəran RQİ və TBŞ-də daxil olmuş 10 oktyabr 2025-ci il tarixli, 3-13-16-5/2-10433/2025 saylı məktubdan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Cəlilabad şəhəri, Azərbaycan küçəsi, ev 81 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə “BC” kateqoriyalı BD-435216 saylı və ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə “BC” kateqoriyalı BD-452229 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. İş materiallarında Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə tibb və yol-nəqliyyat hadisələri haqqında ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli iş materiallarına əlavə edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs2 04 mart 2026-cı il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam ödəməsini və onlarla barışmasını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, “Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir”. “Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda” məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Təqsirləndirilən şəxs2 və zərərçəkmiş şəxsin yazılı vəsatətlərindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tamamilə ödənilmiş və onlar barışmışlar. Zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, dövlət ittihamçısını və digər proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Cinayət işi materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqları vardır. Eyni zamanda Təqsirləndirilən şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin tələbinə əsasən barəsində amnistiya tətbiq edilməsini və cinayət təqibinə xitam verilməklə cəzadan azad olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 24-cü hissəsinə əsasən müdafiə tərəfinin yazılı razılığı olduğundan və Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan uşağı olduğundan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16-cı bəndəndə qeyd edilir ki, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 5.1-ci bəndəndə qeyd edilir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 24-cü hissəsində qeyd edilir ki, birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir. İş materialları ilə müəyyən edilmişdir ki, həmin amnistiya qərarının 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər hazırkı iş üzrə Təqsirləndirilən şəxs1 aid deyildir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə “Toyota Prius” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı və “VAZ 2106” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan yol-nəqliyyat hadisəsinin görüntüsü əks etdirilmiş 1 (bir) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən, o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə “Toyota Prius” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı və “VAZ 2106” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan yol-nəqliyyat hadisəsinin görüntüsü əks etdirilmiş 1 (bir) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilməlidir. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-141/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-141/2025
04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver