Məhkəmə qərarları › İş №1(073)-142/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-142/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-142/2023 20.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 16:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə 18 avqust 1988-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəl məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 iyun 2023-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı evin qarşısında plastik borunun sınması ilə əlaqədar aralarında yaranan şəxsi münasibətlər zəminində qardaşı Zərərçəkmiş şəxs ilə mübahisə edərkən əlindəki ağac parçası ilə Zərərçəkmiş şəxs vuraraq ona sağ gicgah, sağ yanaq və sağ baldır nahiyəsində sıyrıqlar, sağ yanağın selikli qişasında əzilmiş yara ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, qardaşı Zərərçəkmiş şəxs ilə eyni küçədə və qonşuluqda yaşayır. Şəxsi təsərrüfatında olan mal qaranı həmən küçə ilə örüş sahəsinə aparıb gətirmişdir. 06 iyun 2023-cü il tarixdə örüş sahəsindən inəklərini saat təxminən 18 radələrində evə gətirərək qardaşı Zərərçəkmiş şəxs evinin yanından keçərkən Tehran qapıdan çıxaraq ona hamamının plastik borusunu onun inəklərinin sındırdığını bildirərək, sınan borunu təmir etməsini təkid etmişdir. Buna razı olmadığından Tehranın onu ağır söyüşlə təhqir etmiş, bu səbəbdən də əsəblərini cilovlaya bilməyib əlindəki ağac parçası ilə Zərərçəkmiş şəxs ayaqlarına bir dəfə zərbə vuraraq xəsarət yetirmişdir. Hazırda törətdiyi əməldən peşmandır, qardaşı Zərərçəkmiş şəxsla barışmış, ona dəymiş ziyanı isə tam ödəmişdir. Ona görə də bunları nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdi ki, onun Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində fərdi yaşayış evi vardır. Həmən evin hamamının küçəyə tərəf çıxan platik borusunu, onunla eyni küçədə yaşayan qardaşı Təqsirləndirilən şəxs inəkləri 06 iyun 2023-cü il tarixdə, saat 11-12 radələrində örüş sahəsinə apararkən sındırmışlar. Həmin gün saat 18 radələrində qardaşı Təqsirləndirilən şəxs örüş sahəsindən inəkləri gətirərəkən ona irad tutaraq nəyə görə inəklərinin sındırdığı plastik borunu düzəltmədiyini soruşmuşdur. Qardaşı Təqsirləndirilən şəxs da ona borunu düzəltməyəcəyini deyib onu söyüb təhqir etmiş, üzərinə hücum çəkərək əlindəki ağac parçası ilə bir dəfə zərbə endirməklə hər iki ayaq nahiyyəsinə xəsarət yetirmişdir. Hazırda qardaşı Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 06 iyun 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin həyətində ev işləri ilə məşğul olan zaman evlərinin qapısının qarşısında əri Zərərçəkmiş şəxsla qaynı Təqsirləndirilən şəxs mübahisə səslərini eşitmiş, onlara yaxınlaşaraq dava-dalaş etməyə imkan vermək istəməmişdir. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin PHŞ Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 10 iyun 2023cü tarixli 451 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ gicgah, sağ yanaq və sağ baldır nahiyəsində sıyrıqlar, sağ yanağın selikli qişasında əzilmiş yara müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddəti 06 iyun 2023-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda qardaşı Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyi, ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və barışmalarının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bildiyini, əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmişin ondan heç bir şikayəti və tələbinin olmadığını göstərərək, cinayət məsuliyyətindən azad olunub barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. Böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışmış, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, işin müəyyən olunmuş hallarını, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.5ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci madddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.11, 43.1.2, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar