Məhkəmə qərarları › İş №1(073)-142/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-142/2025

29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-142/2025 29.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayeva Aynur İsa qızının katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1964-cü il ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Dövlətyarlı ərazi dairəsi, Zərgər kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə 29 iyul 2025-ci il tarixdə, təxminən saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Cəlilabad rayonu, Sərxanlı kəndinin ərazisində yerləşən 8-ci sərhəd zastavasının 8-ci sahəsindən piyada hərəkət etməklə, qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 1964-cü il tarixdə Füzuli rayonunda anadan olmuş, 2009-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq 2010-cu ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkdikdən sonra işləmək məqsədilə Rusiya Federasiyasına getmiş, daha sonra Azərbaycan Respublikasına geri qayıtmış, növbəti dəfə işləmək üçün Ukraynaya getmiş, 2024-cü ilin yanvar ayında Ukraynadan Azərbaycan Respublikasına geri qayıtmış, 2024-cü ilin mart ayında Rusiya Federasiyasında tərəvəz satmaq üçün Türkiyə Respublikasına, ordan isə İran İslam Respublikasının Bəndər-Abbas şəhərnə getmiş, oradan bir tır badımcan alıb Azərbaycan Respublikasından tranzit keçməklə Rusiya Federasiyasına göndərmiş, daha sonra Rusiya Federasiyasına bir tır sarımsaq göndərmək üçün əvvəllər tanıdığı, alver etdiyi İran İslam Respublikasının vətəndaşı olan Hümbət adlı şəxsin Parsabad şəhərindəki evinə getmiş, 2 gün Hümbətin evində qaldıqdan sonra sarımsaq tapa bilmədiyi üçün Hümbət onu avtobusla Tehran şəhərinə göndərmiş, 2024-cü ilin aprel ayının əvvəllərində Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, 2025-ci ilin fevralında Özbəkistan Respublikasına gedərək 20 gün Özbəkistan Respublikasında qaldıqdan sonra 12 mart 2024-cü il tarixdə təyyarə ilə Özbəkistan Respublikasının Daşkənd şəhərindən Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə İran İslam Respublikasının Təbriz şəhərinə getmiş Təbriz şəhərində İran İslam Respublikası vətəndaşı Hadi adlı şəxs onu hava limanında qarşılaşmış, İran İslam Respublikasına getdikdən sonra Hadi işə şərikli biznes fəaliyyətinə başlamış, 2024cü ilin mart ayından başlayaraq Bəndər-Abbas şəhərindən yük avtomobilləri ilə Azərbaycan Respublikasından tranzit keçməklə Rostov şəhərinə meyvə-tərəvəz göndərmiş, bir neçə ay birlikdə işləyəndən sonra 2025-ci ilin may ayında Hadi ilə münasibətlər pisləşmiş, 7000 dollar borcu olduğunu əsas gətirərək Hadi onu pasportunu əlindən almış, pasportu Hadidə olduğu üçün qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasına geri qayıda bilməmiş, 29 iyul 2025-ci il tarixdə səhər saat 11 radələrində taksi ilə İran İslam Respublikasının Parsabad şəhərindən Biləsuvar şəhərinə getmiş, Biləsuvar şəhərinə çatdıqdan sonra qaranlığın düşməyini gözləmiş, 29 iyul 2025-ci il tarixdə saat 21 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə hərəkət etmiş, dəmir dirəklərə bərkidilmiş məftillərdən ibarət olan çəpərləri görmüş, yerə əyilmiş dəmir dirəyin üstündən keçərək Azərbaycan Respublikası ərazisinə doğru hərəkət etmiş, təxminən 1-2 saat piyada hərəkət etdikdən sonra taxta dirəklərə bərkidilmiş məftillərdən ibarət olan çəpərləri görmüş, məftilləri aralayıb arasından keçmiş, təxminən 40-50 dəqiqə piyada hərəkət edəndən sonra işıq yanan ev görüb, həmin evə tərəf getmiş, evin həyətində olan yaşlı kişidən Cəlilabad şəhərinə necə gedə biləcəyini soruşmuş, 2-3 dəqiqə yaşlı kişi ilə söhbət etdikdən sonra sonuncu ona yaxınlıqda mağaza olduğunu, mağazanın yanından Cəlilabad şəhərinə gedə biləcəyini demiş, mağazanın olduğu yerə getdikdən təxminən 1 saat sonra yəni saat 01 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs vərəm xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid4 Bəhruz oğlu ifadəsində göstərmişdir ki, 29 iyul 2025-ci il tarixdə 102 xidmətinə daxil olmuş məlumatda bir nəfər şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçməsi və həmin şəxsin Sərxanlı kəndində olması bildirilmiş, bundan sonra o, sahə rəisi Saleh Nəbiyevlə birlikdə Sərxanlı kəndinə getmiş, Həsənov X1 saxlanıldıqdan sonra onlara İran İslam Respublikasından qanunsuz olaraq sərhədi keçərək Azərbaycan Respublikasına gəldiyini etiraf etmiş, daha sonra sonuncu Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:00-dan növbəti gün 04:00-dək sərhəd naryadının başçısı qismində ”Mobil qrup” xidmətinə təyin olunmuş, xx.xx.2025-ci tarixdə saat 21 radələrində “KS-205 k işarə-verici qurğu”-dan 8-ci sərhəd zastavasının 8-ci sahəsindən həyəcan siqnalı daxil olmuş, ”Mobil qrup” sərhəd naryadı onun başçılığı altında həmin əraziyə hərəkət etmiş, qeyd olunan istiqamətdə baxış keçirilən zaman dövlət sərhədinin pozulması əlamətlərinin olmaması barədə məruzə etmiş, növbəti gün nəzarətedici vasitələrin yoxlanılması və ərazidə aparılan axtarış tədbirləri zamanı 8-ci sərhəd zastavasının 8-ci sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Cəlilabad rayonu Sərxanlı kəndinə doğru hərəkət etmiş və həmin kənddə polis əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs məxsus olması ona məlum olmuşdur. Məhkəmə iclasında digər şahidlər Oruc Qasımlının və Şahid3 ifadələri elan edilmiş, təqsirləndirilən şəxs ifadələrdə hər hansı uyğunsuzluğun olmadığını bildirmişdir. Həmin şəxslər ibtidai istintaq zamanı digər şahidlərlə eyni məzmunlu ifadələr vermişdir. Cinayət işi materiallarında olan N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının rəisi, baş leytenant Şahid2 raportunda göstərmişdir ki, 29 iyul 2025-ci il tarixdə saat 21:15də xx.xx.1964-cü il təvəllüdlü Füzuli rayonu, Yuxarı Zərgər kənd sakini Təqsirləndirilən şəxs 8-ci sərhəd zastavasının 8-ci sahəsindən, 80\2 nömrəli köməkçi sərhəd nişanından təqribən 300 metr sağda, 8-ci sərhəd zastavasından təqribən 2000 metr məsafədən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz keçmiş, daha sonra isə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu, Sərxanlı kəndində saxlanılmışdır. Cinayət işi materiallarında olan30 iyul 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Cəlilabad Rayonu, Sərxanlı kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci sərhəd komendantlığının 8-ci sərhəd zastavasının 8-ci sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 29 iyul 2025-ci il tarixdə N nömrəli hərbi hissənin Cəlilabad rayonu, Sərxanlı kəndi ərazisində yerləşən 8-ci sərhəd zastavasının 8-ci sahəsində 80/2 nömrəli köməkçi sərhəd nişanından təqribən 300 metr sağda, 8-ci sərhəd zastavasından təqribən 2000 metr aralıdan İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçdiyi müəyyən edilmişdir. Bundan başqa 67 və 68-ci taxta dirəkləri arasında əsas nəzarət iz zolağında bir nəfərə məxsus ayaq izi aşkar edilmişdir. Cinayət işi materiallarında olan DSX-nin ƏAB-nin daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə C03517294 nömrəli pasportla qanunla müəyyən edilmiş qaydada “Heydər Əliyev” X2 sərhəd nəzrəti şöbəsindən Azərbaycan Respublikasından Türkiyə Respublikası istiqamətində dövlət sərhədini keçsə də, rəsmi qaydada ölkəyə girişi olmamışdır. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma protokolu”ndan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə saat 13.10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Füzuli rayon Dövlətəyarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin təqdim etdiyi xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Füzuli Rayon Polis Şöbəsinin rəisinin DSX-nin İstintaq və Təhqiqat idarəsinin rəisinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, təqsirləndirilən şəxs rayon ərazisində mənfi xarakterizə olunur. Cinayət işi materiallarında olan tələbnamədən, hökmün surətindən və qərardan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 05 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 206.4 və 66.3-cü maddələri ilə təqsirli bilənərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qərarı ilə 11 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan bir il dörd ay iyirmi səkkiz gününü çəkməkdən ötrü məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, 22 fevral 2020-ci ildə cəzasının sonu ilə cəzadan edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə də təqsirli bilinib cəzalanmalıdır. Bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, özünün etirafı, şahidlərin ifadələri və işin digər materialları ilə də tam təsdiq olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdarın halların olmamasını, onun xəstəliyini nəzərə alaraq, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının yuxarı həddə təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, habelə hesab edir ki, CM-nin 69.4-cü maddəsini rəhbər tutmaqla ona təyin edilən cəza yüngülləşdirilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3000 (üç min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilədək inzibati qaydada tutulduğu 1 gün və xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilə qədər şübhəli şəxs qismində tutulduğu 1 gün, ümumilikdə 2 gün nəzərə alınsın və ona təyin edilmiş cəza yüngülləşdirilməklə üzərində qəti olaraq 2500 manat cərimə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətinə Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar