Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-143/2023 24.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi (vəkil) Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi (vəkil) Müdafiəçi2 iştirakları ilə, xx.xx.1976-cı ildə Cəlilabad rayonunun Ləzran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Cəlilabad rayonunun Ləzran kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, 13 aprel 2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə, xx.xx.1977-ci ildə Cəlilabad rayonunun Səhrədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, Astanov X8 rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü il maddəsi ilə təqsirli bilinib qəti olaraq 1000 (bir min) manat cərimə cəzasına məhkum edilmiş, cəzası ödənilməmiş, Cəlilabad rayonunun Sərhadabad kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş 15 aprel 2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında,açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 12 fevral 2021-ci il ildə saat 18:30 radələrində, Cəlilabad rayonunun Zopun kəndi ərazisindən çöl sahədən Zərərçəkmiş şəxs1 hər birinin qiyməti 1000 manat olan dörd baş camışlarını gizli olaraq talmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 4000 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 11 avqust 2022-ci il ildə saat 19 radələrində, Cəlilabad rayonunun Çinar kəndi ərazisindən çöl sahədən Zərərçəkmiş şəxs2 hər birinin qiyməti 1600 manat olan iki baş inəklərini, 1500 manat qiymətində bir baş inək düyəsini və qiyməti 800 manat olan bir baş inək düyəsini gizli olaraq talmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 5500 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 07 yanvar 2023-cü il ildə saat 17 radələrində, Cəlilabad rayonunun Çinar kəndi ərazisindən çöl sahədən Zərərçəkmiş şəxs3 hər birinin qiyməti 1500 manat olan üç baş inəklərini gizli olaraq talmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 4500 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 21 fevral 2023-cü il ildə saat 18 radələrində, Cəlilabad rayonunun Musalı kəndi ərazisindən çöl sahədən Zərərçəkmiş şəxs4 hər birinin qiyməti 1500 manat olan üç baş inəklərini, hər birinin qiyməti 1500 manat olan iki baş inək düyələrini gizli olaraq talmaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 7500 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o tamah niyyəti ilə, özgənin əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 12 fevral 2021-ci il ildə saat 18:30 radələrində, Cəlilabad rayonunun Zopun kəndi ərazisindən çöl sahədən Zərərçəkmiş şəxs1 hər birinin qiyməti 1000 manat olan dörd baş camışlarını gizli olaraq talmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 4000 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 11 avqust 2022-ci il ildə saat 19 radələrində, Cəlilabad rayonunun Çinar kəndi ərazisindən çöl sahədən Zərərçəkmiş şəxs2 hər birinin qiyməti 1600 manat olan iki baş inəklərini, 1500 manat qiymətində bir baş inək düyəsini və qiyməti 800 manat olan bir baş inək düyəsini gizli olaraq talmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 5500 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 07 yanvar 2023-cü il ildə saat 17 radələrində, Cəlilabad rayonunun Çinar kəndi ərazisindən çöl sahədən Zərərçəkmiş şəxs3 hər birinin qiyməti 1500 manat olan üç baş inəklərini gizli olaraq talmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 4500 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 21 fevral 2023-cü il ildə saat 18 radələrində, Cəlilabad rayonunun Musalı kəndi ərazisindən çöl sahədən Zərərçəkmiş şəxs4 hər birinin qiyməti 1500 manat olan üç baş inəklərini, hər birinin qiyməti 1500 manat olan iki baş inək düyələrini gizli olaraq talmaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 7500 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 02 aprel 2023-cü il tarixdə saat 03 radələrində, Cəlilabad şəhəri, Cavadxan küçəsi, yeni yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs5 yaşadığı evin həyətindəki saxlanc yeri olan hinə qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 12 manat olan 19 ədəd toyuqları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 228 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 09 aprel 2023-cü il tarixdə saat 02:30 radələrində, Cəlilabad şəhəri, Cavadxan küçəsi, yeni yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs6 yaşadığı evin həyətindəki saxlanc yeri olan hinə qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 11 manat olan 11 ədəd toyuqları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs6 121 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətməkdə təqsirləri özlərinin etirafları, zərərçəkmiş şəxslərin, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Ləzran kəndində ailə üzvüləri ilə ə birlikdə yaşayaraq fərdi əməklə məşğul olmuşdur. Cəlilabad rayonu Sərhadabad kəndində yaşayan Təqsirləndirilən şəxs2 onun tanışı olmaqla münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs2la Bakı şəhərində işləyərkən tanış olmuşdur. Maddi dolanışacağı çətin olduğu üçün 2021-ci ilin fevral ayında çöl sahələrdə olan heyvanlardan oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişdir. Ona görə də 12 fevral 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 zəng edib birlikdə heyvan oğurlayıb satmalarını, əldə etdikləri pulu da öz aralarında bərabər bölmələrini demişdir. Mahir də onun təklifi ilə razılaşmış, elə həmin gün axşam üstü Mahir onların kəndinə gəlib onunla görüşərək saat 18:30 radələrində Cəlilabad rayonu Zopun kəndi ərazisinə çöl sahəyə getmişlər. Onlar çöl sahədə sahibsiz 5 baş camış otladığını görmüş, onlar həmin camışdarın 4 başını oğurlayıb aparmaq qərarına gəlmişlər. Sonra 4 baş camışı piyada Dövlətbəyli kəndi ərazsinə çöl sahəyə gətirərkən 5-ci camışda camışlardan ayrılmayaraq həmin camışlarla gəlmiş, onlar camışları Dövlətbəyli kəndi ərazisinə çatandan sonra o, Cəlilabad şəhərində yaşayan tanışı Urufa zəng edib ona idarə etdiyi Qazel markalı avtomobillə ora gəlməsini demişdir. Bir müddət sonra Uruf onun dediyi yerə gəlmiş, Mahirlə 4 baş camışı Urufun avtomobilinə mindirmişlər, camışın 1 başı isə həmin sahədə qalmışdır. Sonra onlar Camışları Bərdə rayon mal bazarına aparmış, camışları bazarda tanımadıqları şəxsə 2500 manata satmışlar. Bundan sonra isə qayıdıb gələrək həmin puldan 250 manat Urufa yol haqqı verərək qalan pulu isə Mahirlə öz aralarında bölmüşlər. Urufa çamışları avtomobilə yükləyərkən özünün olduğunu və maddi imkanı aşağı olduğuna görə satdığını bildirmişdir.Bundan başqa isə ifadəsində göstərmişdir ki, 11 avqust 2022-ci il tarixdə yenə də Mahirlə zəngləşib ona heyvan oğurlamağı demiş, həmin gün axşam üstü hava qaralana yaxın Mahir onun yaşadığı kəndə gəlmişdir. Sonra onlar piyada Cəlilabad rayonunun Cinar kəndi ərazisində olan biçilmiş taxıl sahəsinə gedərək orada sahibsiz çoxlu sayda inək heyvanlarının otladığını görərək həmin inəklərdən dörd başını ayırıb Cəlilabad rayonu Sərhadabad kəndi ərazisinə çöl sahəyə gətirmişlər. Onlar inəkləri səhəri günü aparıb Bərdə rayon mal bazarında satmaq qərarına gəlmişlər. Mahir inəkləri aparıb Cəlilabad rayonu Sabirabad kəndində saxlayacağını, səhər açıldıqdan sonra da özü aparıb Bərdə bazarında satıb onun payına düşən pulu da gətirib verəcəyini demişdir. O da Mahirin bu sözü ilə razılaşmış, sonra Mahir inəkləri Sabirabad kəndi istiqamətinə aparmış, o isə qayıdıb evinə getmişdir. 12 avqust 2022-ci il tarixdə axşam üstü Mahir ona zəng edib harada olduğunu xəbər almış, o da Cəlilabad şəhərində olduğunu demiş, bir qədərdən sonra Mahir gəlib onunla görüşərək inəkləri cəmi 2200 manata satdığını, inəklərin pulundan inəkləri bazara apardığı sürücüyə 200 manat yol haqqı verdiyini deyərək ona da 1000 manat pul vemişdir. Bundan sonra yəni, 2023-cü ilin yanvar ayının 7-də Təqsirləndirilən şəxs2la yenə çöl sahədən inək oğurlayıb aparıb Bərdə bazarında satmaq qərarına gəlmişlər. Ona görə də Mahirlə onların kəndində görüşərək piyada saat təxminən 17 radələrində Cəlilabad rayonu Çinar kəndi ərazisinə çöl sahəyə getmişlər. Həmin kənd ərazisində çöl sahədə sahibsiz 3 baş inək otladığını görərərək həmin inəkləri Dövlətəlibəyli kəndi ərazsinə çöl sahəyə gətirmişlər. İnəkləri Dövlətəlibəyli kəndi ərazisinə gətirəndən sonra o, Urufun mobil telefonuna zəng edib ona avtomobillə Dövlətbəyli kəndi ərazisinə gəlməsini və Bərdə rayon mal bazarına satmağa heyvan aparacığını demişdir. Ona görə də Uruf avtomobillə onların yanına gəlmiş, Mahirlə birlikdə inəkləri Urufun idarə etdiyi avtomobilə mindirərək elə həmin gecə birlikdə Bərdə rayon mal bazarına gedərək bazarda 3 baş inəyi tanımadıqları şəxsə 2000 manata sataraq qayıdıb gəlmişlər. İnəklərin pulundan 250 manat yol haqqı kimi Urufa verərək qalan pulu isə Mahirlə öz aralarında bərabər bölmüş, bundan sonra o öz evlərinə Mahir də öz evlərinə getmişdir. Bu dəfə də Urufa avtomobilə mindirdikləri inəklərin oğurluq olmadığını və özlərinə məxsus olduğunu demişdir. Bundan sonra isə yəni, 21 fevral 2023-cü il tarixdə Mahirlə yenə heyvan oğurlayıb aparıb satmaq qərarına gəlmişlər. Ona görə də Mahir yenə onların kəndinə gələrək birlikdə saat təxminən 18 radələrində Cəlilabad rayonunun Musalı kəndi ərazisinə çöl sahəyə gedərək çöl sahədə sahibsiz 3 baş inək 2 baş isə inək düyəsi otladığını görmüşlər. Onlar həmin inəkləri və düyələri Ləzran kəndi ərazisinə çöl sahəyə gətirmiş, sonra yenə Urufa zəng edib həmin kənd ərazisinə gəlməsini və Bərdə rayon mal bazarına satmağa inək aparacağlarını demişdir. Ona görə də Uruf idarə etdiyi avtomobillə həmin əraziyə gəlmiş, o, Mahirlə 3 baş inəyi və 2 baş düyəni avtomobilə mindirib həmin gecə də Bərdə rayon mal bazarına apararaq inək və düələri bazarda tanımadıqları şəxslərə cəmi 3200 manata sataraq qayıdıb gələrək puldan 250 manat yol haqqı kimi Urufa vermiş, qalan pulu öz aralarında Mahirlə bərabər bölmüşlər. Yenə də Urufa avtomobilə mindirdikləri inəklərin oğurluq olmadığını və özlərinə məxsus olduğunu demişdir. Hazırda əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslərə dəymiş ziyan tam şəkildə ödəmişdir. Himayəsində 2 az yaşlı uşağı vardır. Zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzarə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Sərhadabad kəndində yaşayaraq fərdi əməklə məşğul olmuşdur. Cəlilabad rayonu Ləzran kəndində yaşayan Təqsirləndirilən şəxs1 onun tanışı olmaqla münasibətləri həmişə yaxşı olmuş, onunla Bakı şəhərində birlikdə işləyərkən tanımışdır. 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs1 ona zəng edib çöl sahələrdən heyvan oğurlayıb aparıb satmalarını və əldə etdiyləri pulu da yarı bölmələrini demişdir. Onun da pula ehtiyacı olduğu üçün Rövşənin təklifi ilə razılaşmış, Rövşən ona zəng edən günü axşam üstü onların kəndinə gedib kənddə onunla görüşmüşdür. Sonra birlikdə saat təxminən 18:30 radələrində Cəlilabad rayonu Zopun kəndi ərazisinə çöl sahəyə gedərək çöl sahədə sahibsiz 5 baş camış otladığını görmüşlər. Onlar həmin camışlardan 4 başını oğurlayıb aparmaq qərarına gəlmiş, həmin 4 baş camışı piyada Dövlətbəyli kəndi ərazisinə çöl sahəyə gətirərkən 5-ci camışda heyvanlardan ayrılmayaraq gəlmiş, onlar gəlib Dövlətbəyli kəndi ərazisinə çatandan sonra Rövşən Cəlilabad şəhər sakini tanışı Urufa zəng edib idarə etdiyi Qazel markalı avtomobillə ora gəlməsini demişdir. Bir qədər sonra Uruf ora gəlmiş, camışları oğurladıqlarını Uruf bilməmiş, sonra Camışlardan 4 başını Urufun idarə etdiyi avtomobilə mindirərək 5-ci camış isə orada qalmışdır. Sonra 4 baş camışı Bərdə rayon mal bazarına apararaq bazarda tanımadıqları şəxsə 2500 manata sataraq qayıdıb gəlib həmin puldan 250 manat Urufa yol haqqı vermişlər, qalan pulu isə Rövşənlə öz aralarında bölmüşlər. Bundan başqa da 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs1 ona zəng edərək çöl sahələrdə sahibsiz otlayan heyvanlardan yenə də oğurlayıb satmalarını demiş, o da Təqsirləndirilən şəxs1 təklifinə razılıq vermiş, ona görə də 11 avqust 2022-ci il tarixdə axşam üstə hava qaralana yaxın Təqsirləndirilən şəxs1 yaşadığı Ləzran kəndinə gedib kənddə onla görüşmüş, sonra isə piyada Cəlilabad rayonunun Cinar kəndi ərazisində olan biçilmiş taxıl sahələrinə getmişlər. Taxıl sahəsində sahibsiz çoxlu sayda inək heyvanları otladığını görərək həmin inəklərdən dörd başını ayırıb Cəlilabad rayonu Sərhadabad kəndi ərazisinin çöl sahəsinə gətirmişlər. Onlar öz aralarında inəkləri səhəri günü aparıb Bərdə rayon mal bazarında satmaq qərarına gəlmişlər. Sonra o, Rövşənə inəkləri özü aparıb Cəlilabad rayonu Sabirabad kəndində saxlayacağını, səhər açıldıqdan sonra da özü aparıb Bərdə bazarında satıb onun payına düşən pulu da gətirib verəcəyini demişdir. Rövşən də onun bu sözünə razılıq vermiş, sonra o, tək piyada inəkləri Cəlilabad rayonu Sabirabad kəndinə aparmışdır. Hava açılandan sonra həmin kəndə çatmış, kənddə bir nəfər Qazel markalı avtomobilin sürücüsünü görərək sürücünün adı İlqar olduğunu və həmin kənddən olduğunu bilmişdir. İlqara inəkləri aldığını və Bərdə rayon mal bazarına satmağa aparmaq istədiyini demişdir. İlqara apararsa onun avtomobili ilə aparmasını demiş, İlqar da heyvanları bazara aparmaq üçün ondan 200 manat yol haqqı istəmiş, o da İlqarın sözü ilə razılaşmış, İlqar inəklərin oğurluq olduğunu bilməmiş, inəkləri orada İlqarın avtomobilinə mindirərək Bardə rayon mal bazarına aparmışdır. Bazarda inəkləri tanımadığı şəxsə 2200 manata sataraq puldan 200 manat İlqara yol pulu vermişdir. Sonra qayıdıb gələrək axşam üstü Rövşənə zəng edib harada olduğunu xəbər almış, Rövşən ona Cəlilabad şəhərində olduğunu demiş, gəlib Rövşənlə görüşərək inəkləri cəmi 2200 manata satdığını, inəklərin pulundan inəkləri bazara apardığı sürücüyə 200 manat yol haqqı verdiyini deyərək qalan pulun 1000 manatını Rövşənə verərək 1000 manatını da özünə götürmüşdür. Bundan sonra isə yəni, 2023-cü ilin yanvar ayının 7-də Təqsirləndirilən şəxs1la yenə çöl sahədən inək oğurlayıb aparıb Bərdə bazarında satmaq qərarına gəlmişlər. Ona görə də Rövşənlə kənddə görüşərək piyada saat təxminən 17 radələrində Cəlilabad rayonu Çinar kəndi ərazisinə çöl sahəyə getmişlər. Həmin kənd ərazisində çöl sahədə sahibsiz 3 baş inək otladığını görərək inəkləri Dövlətbəyli kəndi ərazsinə çöl sahəyə gətirmişlər. Sonra Rövşən tanışı Urufa zəng edərək avtomobillə Dövlətbəyli kəndi ərazisinə gəlməsini və Bərdə rayon mal bazarına satmaqa heyvan aparacağını demişdir. Ona görə də Uruf avtomobillə onların yanına gəlmiş, sonra Rövşənlə birlikdə inəkləri Urufun idarə etdiyi avtomobilə mindirərək elə həmin gecə birlikdə Bərdə rayon mal bazarına getmişlər. Bazarda 3 baş inəyi tanımadıqları şəxsə 2000 manata sataraq qayıdıb gələrək inəklərin pulundan 250 manat yol haqqı kimi Urufa verərək qalan pulu isə Rövşənlə öz aralarında bərabər bölmüşlər. Bundan sonra isə yəni, 21 fevral 2023-cü il tarixdə Rövşənlə yenə heyvan oğurlayıb aparıb satmaq qərarına gəlmişlər. Ona görə də Rövşəngilin kəndinə gedərək birlikdə saat təxminən 18 radələrində Cəlilabad rayonu Musalı kəndi ərazisinə çöl sahəyə getmişlər. Onlar çöl sahədə 3 baş inək, 2 baş isə inək düyəsi otladığını görərək həmin inəkləri və düyələri Ləzran kəndi ərazisinə çöl sahəyə gətirmişlər. X20 zəng edib həmin kənd ərazisinə gəlməsini və Bərdə rayon mal bazarına satmağa inək aparacaqlarını demişdir. Ona görə də Uruf idarə etdiyi avtomobillə həmin əraziyə gələrək onlar 3 baş inəyi və 2 baş düyəni avtomobilə mindirib həmin gecə də Bərdə rayon mal bazarına apararaq inək və düyələri bazarda tanımadıqları ayrı-ayrı şəxslərə 3200 manata satmışlar. Bundan sonra qayıdıb gələrək puldan 250 manat yol haqqı kimi Urufa verərək qalan pulu isə Rövşənlə öz aralarında bərabər bölmüşlər. Bundan başqa isə 02 aprel 2023-cü il tarixdə saat təxminən 03 radələrində Cəlilabad şəhəri Cavadxan küçəsi Yeni yaşayış massivi deyilən ərazidə yerləşən bir həyətə keçib həmin həyətdə olan hinin qapısını açaraq hindən 19 ədəd toyuq oğurlayaraq toyuqları kisəyə yığıb sonra həmin həyətdən çıxıb bir qədər aralandıqdan sonra yenə də tanımadığı taksi avtomobilinə minib toyuqları Biləsuvar rayon bazarına apararaq orada tanımadığı şəxslərə satmışdır. Bundan başqa da o, 09 aprel 2023-cü il tarixdə yenə gecə saat təxminən 02:30 radələrində həmin yaşayış massivində bir həyətə girib həyətdə olan hindən 11 ədəd toyuq oğurlayıb eyni qaydada kisəyə yığıb həyətdən çıxaraq bir qədər uzaqlaşandan sonra yoldan keçən tanımadığı taksi avtomobilinə minərək həmin toyuqları da Biləsuvar rayonuna aparıb bazarda tanımadığı şəxslərə sataraq qayıdıb gəlmişdir. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində bir yetkinlik yaşına çatmamış uşağı vardır və anasının yanında yaşayır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs5 dəymiş ziyanı tam olaraq ödəmişdir. Əməlində peşimandır. Qeyd edilənlərin nəzərə alınaraq ona cəza təyini zamanı nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Zopun kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2021-ci ilin fevral ayında onun 7 baş camışı olmuş, həmin camışları hər gün otlamaq üçün kənd ərazisindəki çöl sahəyə ötürmüş, çöl sahə də yaşadığı evdən təxminən 5 km aralıda yerləşmişdir. Axşam üstü də camışların özləri çöl sahədən həyətə gəlmişdir. 12 fevral 2023-cü il tarixdə də həmişə olduğu kimi saat 08 radələrində 7 baş camışlarını həyətindən çıxardıb aparıb otlamaq üçün çöl sahəyə ötürmüş, sonra isə özü qayıdıb evinə gəlmişdir. Həmin günü saat təxminən 19 radələrindən sonra camışlarının 3 başı həyətinə gələrək 4 baş isə gəlməmişdir. O, camışlarından 4 başının gəlmədiyini görüb çöl sahəyə gedib camışları axtarmış, lakin camışları tapa bilməmişdir. Həmin günün səhəri də çöl sahalərə gedib camışları axtarsa da tapa bilməmişdir. Sonrakı günlərdə isə camışları qonşu kəndlərdə axtarmış, 10 gün camışlarını axtarsa da tapa bilməyib 22 fevral 2021-ci il tarixdə Cəlilabad RPŞ-nə gələrək 4 baş camışının çöl sahədən yoxa çıxması barədə şikayət ərizəsi ilə müraciət edərək camışların tapılmasında ona köməklik olunmasını xahiş etmişdir. Polis əməkdaşları tərəfindən araşdırma aparılsa da heç bir nəticə olmamışdır. 2023-cü ilin aprel ayının ortalarında isə onun camışlarını çöl sahədən Cəlilabad rayonu Ləzran kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Cəlilabad rayonu Sərhədabad kəndində yaşayan Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandığını polis əməkdaşları tərəfindən müəyyən olunduğunu eşitmiş, maraqlanarkən Rövşən və Mahir ondan başqa da bir neçə nəfərin çöl sahələrdən heyvanlarını da oğurladığlarını, ona görə də Rövşən və Mahir polis əməkdaşları tərəfindən tutulduğunu bilmişdir. Oğurluq nəticəsində ona 4000 manat maddi ziyan dəymişdir. Həmin ziyandan Rövşən Əliyev ona aid hissədə 2000 manatı ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 şikayət və tələbi yoxdur. Lakin Təqsirləndirilən şəxs2 üzərinə düşən ziyanı ödəməmişdir. Hazırda həmin ziyanı Mahirdən tələb edir və şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qisminədə dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Çinar kəndində ailə üzvləri ilə birlikdə yaşayaraq fərdi təsərrüfatla məşğul olur. 2023-cü ilin yanvar ayında onun şəxsi təsərrüfatında 7 baş inəyi olmuşdur. Hər gün səhər tezdən inəkləri otlamaq üçün evindən 500 metr aralıda yerləşən çöl sahəyə ötürərək axşam üstü isə gedib çöl sahədən inəklərini həyətinə gətirirmiş. 07 yanvar 2023-cü il tarixdə də həmişə olduğu kimi saat təxminən 09 radələrində 7 baş inəklərini həyətindən çıxardıb otlamaq üçün çöl sahəyə ötürüb evinə geri qayıtmışdır. Həmin günü saat təxmiən 17 radələrindən sonra çöl sahəyə gedib inəklərini gətirmək istəyərkən 4 baş sağmal inəklərinin çöl sahədən evinə tərəf gəldiyini, 3 baş boğaz inəklərinin isə gəlmədjiyini görmüşdür. 3 baş inəklərini çöl sahədə axtarsa da onları tapa bilməmişdir. Həmin vaxtdan sonrakı günlərdə də bir neçə gün inəklərini axtarsa da tapa bilməmiş, ona görə də 11 yanvar 2023-cü il tarixdə Cəlilabad RPŞ-nə gələrək 07 yanvar 2023-cü il tarixdə 3 baş inəyinin çöl sahədən yoxa çıxması barədə şikayət ərizəsi ilə müraciət edərək tapılmasında ona köməklik olunmasını xahiş etmişdir. Polis əməkdaşları tərəfindən araşdırma aparılsa da heç bir nəticə olmamışdır. Bir müddət sonra inəklərini çöl sahədən Cəlilabad rayonu Ləzran kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Cəlilabad rayonu Sərhədabad kəndində yaşayan Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandığı polis əməkdaşları tərəfindən müəyyən olunduğunu eşitmişdir. Oğurluq nəticəsində ona 4500 manat maddi ziyan dəymişdir. Həmin ziyandan Rövşən Əliyev ona aid hissədə 2250 manatı ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 şikayət və tələbi yoxdur. Lakin Təqsirləndirilən şəxs2 üzərinə düşən ziyanı ödəməmişdir. Hazırda həmin ziyanı Mahirdən tələb edir və şikayətçidir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsinin iştirakı ilə dindirilərəkən ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Musalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hər iki gözü anadangəlmə görmədiyi üçün 1-ci qrup əlildir. Onun şəxsi təsərrüfatında 3 baş inəkyi və 4 baş inək düyələri olmuşdur. İnəkləri və inək düyələrini hər gün otlamaq üçün yaşadığı kənd ərazisinin çöl sahəsinə ötürmüşdür. Çöl sahə yaşadığı evdən təxminən 3 km aralıda yerləşmiş, inəkləri və düyələri axşam üstü də çöl sahədən qayıdıb həyətinə gəlmişdir. 21 fevral 2023-cü il tarixdə də həmişə olduğu kimi saat 08 radələrində 3 baş inəklərini və 4 baş inək düyələrini həyətindən çıxardıb aparıb otlamaq üçün çöl sahəyə ötürmüşdür. Həmin günü saat təxminən 18 radələrindən sonra düyələrinin 2 başı həyətinə gələrək 3 baş inəkləri və 2 baş inək düyələri həyətinə gəlməmişdir. Ona görə də ailə üzvüləri ilə birlikdə inəklərini və düyələrini axtarmaq üçün çöl sahəyə getmişlər. Onlar hər tərəfi axtarsalar da inəklərini və düyələrini tapa bilməmişlər. Ona görə də 22 fevral 2023-cü il tarixdə Cəlilabad RPŞ-nə gələrək 5 baş heyvanlarının çöl sahədən yoxa çıxması barədə şikayət ərizəsi ilə müraciət edərək heyvanlarının tapılmasında ona köməklik olunmasını xahiş etmişdir. Polis əməkdaşları tərəfindən araşdırma aparılsa da heç bir nəticə olmamışdır. Sonradan isə onun inəklərini və inək düyələrini çöl sahədən Cəlilabad rayonu Ləzran kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Cəlilabad rayonu Sərhədabad kəndində yaşayan Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandığı polis əməkdaşları tərəfindən ona bildirilmişdir. Oğurluq nəticəsində ona 7500 manat maddi ziyan dəymişdir. Həmin ziyandan Rövşən Əliyev ona aid hissədə 3750 manatı ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 şikayət və tələbi yoxdur. Lakin Təqsirləndirilən şəxs2 üzərinə düşən ziyanı ödəməmişdir. Hazırda həmin ziyanı Mahirdən tələb edir və şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qisminədə dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən evdə ailə üzvləri ilə birlikdə yaşayır. Onun 19 ədəd toyuqları olmuş, hər axşam toyuqlarını həyətindəki daşdan olan hinə salaraq hinin qapısını bağlamış, lakin hinin qapısına qıfıl vurmamışdır. 01 aprel 2023-cü il tarixdə axşam üstü 19 ədəd toyuqları hinə girəndən sonra hinin qapısını bağlayıb evinə keçmiş, 02 aprel 2023-cü il tarixdə saat 08 radələrində həyətə düşüb gedib hinin qapısını açıb toyuqlarını həyətə buraxmaq istəyərkən toyuqlarının hində olmadığını görmüşdür. Toyuqlarının hində olmadığını görəndən sonra gecə kimsə gəlib onun toyuqlarını hindən oğurlayıb apardığını başa düşmüş, bundan bir qədər sonra toyuqlarının oğurlanmasını onunla qonşuluqda yaşayan qardaşı Cavid Abdullayevə demiş, qardaşı Cavid DİN-nin 102 xidmətinə zəng edərək onun toyuqlarının oğurlanması barədə məlumat vermiş, bundan sonra isə o, Cəlilabad RPŞ-nə gələrək 19 ədəd toyuqlarının oğurlanması barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 228 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə iclaslarının keçirilmə yeri və tarixi barədə məlumatlanıdırılsa da iş üzrə Zərərçəkmiş şəxs6 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən evdə ailə üzvüləri ilə birlikdə yaşayır. Onun 11 ədəd toyuqları olmuş, hər axşam toyuqlarını həyətindəki qarşı tərəfi setka ilə əhatəyə alınmış kərpicdən olan hinə salaraq hinin qapısını bağlamış, lakin hinin qapısına qıfıl vurmamışdır. 08 aprel 2023-cü il tarixdə axşam üstü 11 ədəd toyuqları hinə girəndən sonra hinin qapısını bağlayıb evinə keçmişdir. 09 aprel 2023-cü il tarixdə saat 10 radələrində həyətə düşüb gedib hinin qapısını açıb toyuqları həyətə buraxmaq istəyərkən toyuqları hində olmadığını görmüş, toyuqları hində olmadığını görəndən sonra gecə kimsə gəlib onun toyuqlarını hindən oğurladığını başa düşmüşdür. Ona görə də elə həmin günü DİN-nin 102 xidmətinə zəng edərək 11 ədəd toyuqlarının oğurlanması barədə məlumat verərək sonra isə Cəlilabad RPŞ-nə gələrək şikayət ərizəsi ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 121 manat maddi ziyan dəydiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Cəlilabad rayonu Çinar kəndində ailə üzvləri ilə birlikdə yaşayaraq fərdi təsərrüfatla məşğul olur. 2022-ci ilin avqust ayında onun şəxsi təsərrüfatında 10 baş inək və inək düyələri olmuş, hər gün səhər tezdən inək və inək düyələrini otlamaq üçün evinin yaxınlığındakı boş sahəyə ötürmüş, inək və düyələri də axşam üstü yaşadığı evin küçəsinə gəlmiş, yay olduğu üçün inək və düyələrini də tövləyə salmayaraq küçəsində açıq vəziyyətdə saxlamışdır. 11 avqust 2023-cü il tarixdə də inək və düyələrini otlamaq üçün evinin yaxınlığındakı çöl sahəyə ötürmüş, həmin günü inək və düyələri axşam üstü küçəsinə gələndən sonra onlara baxmamış, 12 avqust 2022-ci il tarixdə səhər tezdən küçəyə çıxıb inək və düyələrini çöl sahəyə ötürmək istəyərkən 2 baş inəyinin, 2 baş isə inək düyələrinin heyvanların içərisində olmadığını görmüşdür. O, inəklərini və düyələrini axtarsa da onları tapa bilməmiş, ona görə də 13 avqust 2022-ci il tarixdə Cəlilabad RPŞ-nə gələrək 11 avqust 2022-ci il tarixdə 2 baş inəyinin və 2 baş isə inək düyəsinin çöl sahədən yoxa çıxması barədə şikayət ərizəsi ilə müraciət edərək inəklərinin və inək düyələrinin tapılmasında ona köməklik olunmasını xahiş etmişdir. Polis əməkdaşları tərəfindən araşdırma aparılsa da heç bir nəticə olmamış, inəklərini və inək düyələrini çöl sahədən Cəlilabad rayonu Ləzran kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Cəlilabad rayonu Sərhədabad kəndində yaşayan Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandığı polis əməkdaşları tərəfindən müəyyən olunduğunu eşitmiş, maraqlanarkən Rövşən və Mahir ondan başqa da bir neçə nəfərin çöl sahələrdən heyvanlarını da oğurladıqları, ona görə də Rövşən və Mahir polis əməkdaşları tərəfindən tutulduğu ona məlum olmuşdur. Oğurluq nəticəsində ona 5500 manat maddi ziyan dəymişdir. Həmin ziyandan Rövşən Əliyev ona aid hissədə 2750 manatı ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 şikayət və tələbi yoxdur. Lakin Təqsirləndirilən şəxs2 üzərinə düşən ziyanı ödəməmişdir. Hazırda həmin ziyanı Mahirdən tələb edir və şikayətçidir. Məhkəmə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonunun Sabirabad kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Onun QAZEL yük markalı, ** ZT *** dövlət nömrə nişanlı avtomobili vardır. Həmin avtomobili ilə ayrı-ayrı şəxslərin yükünü daşıyaraq çörək pulu qazanmışdır. 2022-ci ilin avqust ayında səhər saat təxminən 10 radələrində kəndlərində idarə etdiyi avtomobillə yoldan keçərkən tanımadığı bir nəfər şəxs onu saxlatdırıb heyvan aldığını, həmin heyvanları Bərdə rayon mal bazarına aparmaq istədiyini demişdir. Həmin vaxt həmin şəxsin yanında 4 baş inək olmuş, o da 200 manat yol haqqı verərsə onun inəklərini bazara aparacağını demişdir. Orada həmin şəxs Cəlilabad rayonunun Sərhədabad kənd sakini Mahir adlı şəxs olduğu ona məlum olmuş, Mahir 200 manat yol haqqı verəcəyinə razılaşmış, sonra Mahir inəkləri onun idarə etdiyi avtomobilə mindirərək Bərdə rayon mal bazarına getmişlər. Bazarda Mahir inəkləri satmış, lakin neçiyə satdığını bilməmiş, sonra qayıdıb birlikdə gələrək Mahiri Cəlilabad şəhərinə gətirmişlər. Mahir bazarın yaxınlığında onun 200 manat yol haqqını verərək onun avtomobilindən düşüb getmiş, bundan sonra o da qayıdıb evinə getmişdir.O, əlavə olaraq ifadəsində inəklərin oğurluq olmasından məlumatı olmadığını göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Cəlilabad rayonu Muğan kəndində qeydiyyatda olsa da ailə üzvləri ilə birlikdə Cəlilabad şəhərində yaşayır. Onun şəxsiyyətini təsdiq edən sənədində adı Uruf olsa da çox adam onun adını Dədəcan kimi çağırır. Cəlilabad rayonu Ləzran kəndində yaşayan Təqsirləndirilən şəxs1 təxminən 2 il əvvəldən tanıyaraq münasibətləri həmişə yaxşı olmuşdur. Cəlilabad rayonu Sərhadabad kənd sakini Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 vsitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs1la aralarında tanışlıq yarandıqdan sonra Rövşən ona heyvan alveri ilə məşğul olduğunu demişdir. Aralarında tanışlıq yarandıqdan sonra Rövşən ona Qazel markalı yük avtomobili olduğunu, özünün sürücülük vəsiqəsi olmadığını, həmin avtomobili etibarnamə əsasında ona verməsini, yükü olanda bir yerə aparmaq üçün həmin avtomobillə yükünü aparmasını və sürücü kimi yol haqqını da verəcəyini ona demişdir. O da Rövşənin sözünə razılıq verərək elə həmin vaxtdan Rövşən Qazel yük markalı, 15-275 dövlət nömrə nişanlı avtomobilini etibarnamə əsasında idarə etmək üçün ona vermişdir. 2021-ci ilin fevral ayında axşam üstü Rövşən onun mobil telefonuna zəng edərək avtomobillə Cəlilabad rayonu Dövlətəlibəyli kəndi ərazsinə çöl sahəyə gəlməsini, heyvan aldığını və həmin heyvanları Bərdə rayon mal bazarına satmaqa aparacağını demişdir. Ona görə o da idarə etdiyi Qazel markalı avtomobillə Rövşənin dediyi çöl sahəyə getmiş, ora gedəndən sonra Mahir də Rövşənin yanında olmaqla onların yanında 4 baş camış heyvanı olduğunu görmüşdür. Rövşən həmin camışları aldığını demiş, sonra Rövşən və Mahir camışları onun idarə etdiyi avtomobilə mindirərək birlikdə Bərdə rayon mal bazarına getmişlər. Rövşən və Mahir camışları bazarda satandan sonra Cəlilabad rayonuna qayıtmışlar. Rövşən və Mahirin camışları neçəyə satdıqlarını o bilməmiş, onlar Cəlilabad rayonuna çatandan sonra Rövşən ona 250 manat yol haqqı verəndən sonra çıxıb evlərinə getmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 heyvanları yaşadığları kənd ərazisindən çöl sahədən oğurlanmışdır İş materiallarında olan 17 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı o, heyvanları oğurladıqları yeri göstərərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 17 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması zamanı o, heyvanları oğurladıqları yeri, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 toyuqlarını oğurladığı hini göstərərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Əzizov X4 rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 4000 (bir dörd min) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəriməni tam ödəmişdir. Məhkumluğu ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Astanov X8 rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü il maddəsi ilə təqsirli bilinib CM-nin 69.4-cü maddəsinə əsasən 1000 (bir min) manat cərimə cəzasına məhkum edilmişdir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 28/2023-30-11 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Biləsuvar rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına daxil olmamışdır. CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80.1.2-ci maddəsinə əsasən “məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən az ağır cinayətə görə yeddi il müddətdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Biləsuvar rayon məhkəməsinin Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair xx.xx.2016-cı il tarixli hökm üzrə icra müddəti keçəməmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-üi il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 13 aprel 2023-cü ildən hesablanmışdır. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 15 aprel 2023-cü ildən hesablanmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətməkdə təqsirlərinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və buna görə də onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Cəlilabad rayon İH Başçısının Cəngan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Əzizov X2 arvadı, xx.xx.2015-ci il təvəllüdlü oğlu X11 və xx.xx.2020-ci il təvəllüdlü oğlu X12 ilə birlikdə yaşayır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə dəymiş ziyanı ona aid hissədə tam şəkildə ödənilməsini, himayəsində 2 az yaşlı uşağının olmasını CM-nin 59.1.4 və 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar hesab edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdarılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İşdə olan AZE 11559888 nörməli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2011-ci il təvəllüdlü X13 adlı uşağı vardır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cü il tarixli, 15 saylı Qərarının 15-ci bəndində göstərilir ki, “azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir. İşdə olan Cəlilabad rayon İH Başçısının Səhrədabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X13 nənəsi xx.xx.1941-ci il təvəllüdlü X5 ilə birlikdə ona məxsus evdə yaşayır. İşdə olan 07 noyabr 2016-cı il 835244 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2016-cı ildə ölmüşdür. İşdə olan X6 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, qardaşı Təqsirləndirilən şəxs2 xx.xx.2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan oğlu Tunar Astanovu nənəsi X1. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan oğlu X7 nənəsi X3 himayəsində olması nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 iş üzrə 6 zərərçəkmiş şəxsdən 1 zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödənilməsini və himayəsində 1 az yaşlı uşağının olmasını 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ziyanı ödənilmiş zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar hesab edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitidən təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq... hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə 13 aprel 2023-cü ildən 24 avqust 2023-cü il tarixədək həbsdə qaldığı 4 (dörd) ay 11 (on bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 8 (səkkiz) ay 22 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 01 (bir) il 3 (üç) ay 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonunun Ləzran kəndində yerləşən evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin olunmuş 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Biləsuvar rayon məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli hökmü ilə ona təyin olunmuş 1000 (bir min) manat cərimə cəzası ilə tamamilə birləşdirilməklə üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 1000 (bir min) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olusun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 15 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan oğlu X7 nənəsi X3 himayəsində olması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mülki icraat qaydasında müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan RespublikasıŞirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-143/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-143/2023
24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver