Məhkəmə qərarları › İş №1(073)-144/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-144/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-144/2024 25.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 16:50 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1996-cı ildə Cəlilabad rayonunun Eçara kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Xanılı kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,522 qram psixotrop maddə olan metamfetamin əldə edib üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 17 mart 2024-cü il tarixdə saat 19:15-də Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Cəlilabad şəhəri Qurtuluş prospektində saxlanılaraq şübhəli şəxs kimi Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət olunmuş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibində qanunsuz olaraq saxladığı «Vinston» siqaret qutusunun içərsində bir ədəd gümüşü rəngli kağız bükümdə ağ rəngli kiristallardan ibarət təmiz çəkisi 0,522 qram psixotrop maddə olan həmin metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal-hazırda ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən fərdi yaşayış evində yaşayaraq fərdi əməklə məşğul olur. Arabir psixotrop maddə olan metamfetamini kağızın arasında yandıraraq tüstüsünü qəbul etmişdir. 17 mart 2024-cü il tarixdə günorta vaxtı Cəlilabad şəhəri H.Əliyev prospektində «Silsilə» adlanan yerdən piyada keçərkən, yerdə «Vinston» siqaret qutusu diqqətini çəkmiş, həmin siqaret qutusunu yerdən götürüb baxarkən qutunun içərsində bir ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Özü qəbul etmək məqsədilə içərsində metamfetamin olan siqaret qutusunu cibinə qoymuşdur. Elə həmin günü metamfetamindən az bir miqdarda özü istifadə etmiş, qalan metamfetamin isə siqaret qutusunun içərsində əynindəki şalvarının cibində qalmışdır. Həmin gün saat 19 radələrində idarə etdiyi «Opel» markalı 99 |QG 438 dövlət nömrə nişanlı avtomobillə Cəlilabad şəhəri Qurtuluş prospektində yolun kənarında dayanmış, əmisi oğlu X3 da avtomobilinin qarşı sağ oturacağında əyləşmişdir. Yolun kənarında dayandığı vaxt cibindən metamfetamini çıxardıb qəbul etmək istəmiş, həmin vaxt iki nəfər polis əməkdaşının avtomobilinə yaxınlaşdığını görmüş, polis əməkdaşlarını görərkən əlində olan metamfetamini cibinə qoymuşdur. Polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək nəyi gizlətdiyini xəbər almış, o da üzərində psixotrop maddə metamfetamin olduğunu demişdir. Sonra polis əməkdaşları onu və Seymur Əlizadəni avtomobili ilə birlikdə polis şöbəsinə gətirmişlər. Bundan sonra sənədləşmə aparılaraq ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində video çəkliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanarkən, ondan üzərində psixotrop maddə, cinayət xarakterli hər-hansı bir əşya və predmet varsa təqdim etməsini təklif etmişlər. O da əynində olan şalvarının sağ yan cibində içərsində psixotrop maddə metamfetamin olan siqaret qutumu təqdim etmişdir. Polis əməkdaşları bükümü açıb baxaraq sonra elektron tərəzidə çəkib zərfə qablaşdıraraq zərfin ağzını möhürləmiş, sonra polis əməkdaşları üzərində şəxsi axtarış aparmış, üzərindən əlavə psixotrop maddə, cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Qeyd olunanlar barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Sonra avtomobilinə baxış keçirilmiş, avtomobilindən də cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamış, bu barədə də protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi protokolun doğruluğunu imza etmişdir. Törətdiyi cinayət əməlindən peşmandır, himayəsində üç azyaşlı uşağı var, ailəsinin yeganə qazanc gətirənidir. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri işləyir. 17 mart 2024-cü il tarixdə Cəlilabad RPŞ-nin PPXB- nün polis nəfəri Şahid2la birlikdə xidmətdə olmuş, həmin vaxt Cəlilabad şəhərində Diaqnozka mərkəzinin yaxınlığında «Opel» markalı, ** GG *** dövlət nömrə nişanlı avtomobilin yolun kənarında dayandığını, sürücünün özünü şübhəli apardığını görmüşlər. Həmin vaxt avtomobildə başqa bir nəfər şəxs də olmuşdur. Onlar yaxınlaşıb özlərini təqdim edərək sürücüdən nəyi gizlətdiyini xəbər almış, sonradan adını bildiyi sürücü Pərviz də üzərində psixotrop maddə metamfetamin olduğunu demişdir. Sonra onlar Pərvizi və avtomobildə sərnişin olan Seymuru polis şöbəsinə gətirmişlər. Bundan sonra sənədləşmə aparılaraq Təqsirləndirilən şəxs təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində video çəkliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanarkən, ondan üzərində psixotrop maddə, cinayət xarakterli hər-hansı bir əşya və predmet varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs də Onlar bükümü açıb baxdıqdan sonra elektron tərəzidə çəkib zərfə qablaşdıraraq zərfin ağzını möhürləmiş, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, üzərindən əlavə psixotrop maddə, cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Qeyd olunanlar barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Sonra Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmiş, avtomobilindən də cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamış, bu barədə də protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi protokolun doğruluğunu imza etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona, əynində olan qara rəngli şalvarının sağ yan cibindən siqaret qutusunda olan bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmiş və içərində “şüşə” (metamfetamin) olmasını bildirmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli 19/271 nömrəli rəydən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə psixotrop maddəyə bənzər kütlə....” sözləri və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,522 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,472 qram olmuşdur. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2024-cü il tarixli, 339 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorlarin qəbulundan yaranan asılılıq sindromu (Toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görünür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad RİHB-nın Kürdlər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü Asuman Mirəliyeva, 2016-cı il təvəllüdlü Dəniz Mirəliyeva və 2017-ci il təvəllüdlü Fatimə Mirəliyeva adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan, Cəlilabad RİHB-nın Kürdlər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamadən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qardaşı X2 “Vətən müharibəsi iştirakçısı” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yerində müsbət xarakterizə olunmasını, qardaşının “Vətən müharibəsi iştirakçısı” olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 17 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2024-cü il tarixdə saat 19:15-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 19 mart 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2024-cü il tarixdə saat 16:30-da müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarına əlavə olunmuş, Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsi tərəfindən verilmiş 22 iyul 2024-cü il tarixli 1049 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən fərdi yaşayış evində qeydiyyatsız olaraq yaşayır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şərəitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,472 qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 17 mart 2024-cü il tarixdən 19 mart 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan saat 06:00-dək yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən fərdi yaşayış evini tərk etməmək, Bakı şəhərinin hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,472 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar