Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-145/2024 29.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Şiləvəngə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, o, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayət barədə xəbərsiz olan Şahid3 vasitəsilə Zərərçəkmiş şəxs arvadı X1 pensiyasını bərpa etdirəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra hər hansı bir səlahiyyətə malik olmadığı halda, həqiqətdə Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq, 2022-ci ilin fevral ayının ortalarında Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən Cəlilabad rayon mərkəzi xəstəxanası Publik Hüquqi şəxsin həyətində yerləşən mühafizə əməkdaşlarının istirahət etmələri üçün nəzərdə tutulmuş otaqda Şahid3 tərəfindən verilmiş Zərərçəkmiş şəxs məxsus 1500 (bir min beş yüz) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Cəlilabad rayon Şiləvəngə kəndində qeydiyyatda olmaqla yaşayır. 2018-ci ildən 2023-cü ilin fevral ayına qədər DİN-in Cəlilabad regional mühafizə şöbəsinin mühafizəçisi vəzifəsində işləmişdir. İşdən çıxana qədər Cəlilabad RMX PHŞ-nin giriş qapı postunda mühafizəni təşkil etmişdir. Şahid3 əvvəllər görməmiş, onunla heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. Şahid1 2022-ci ilin yanvar ayında Cəlilabad RMX-da ayrı-ayrı şəxslərin pensiya sənədlərinin düzəldilməsində köməklik edərkən tanımışdır. Şahid1 onun mobil telefon nömrəsini əldə edərək pensiya sənədlərinin düzəldilməsində köməklik edəcək şəxslərin həkim komissiyasından tez keçməsi üçün köməklik göstərməyini xahiş etmiş, bu işin qarşılığında ona hər dəfə 3-5 manat pul vermişdir. Həmin vaxtdan da onunla əlaqələri yaranmışdır. Bundan başqa Vüsal Qasımov da ona yaxınlaşaraq atası Şahid1la birlikdə ayrı-ayrı şəxslərin pensiya sənədlərinin düzəldilməsində köməklik göstərməsini bildirmiş və pensiya düzəltmək istəyən tanışları olduqda onlara xəbər verməyini xahiş etmiş, bu işin qarşılığında ona da pul verəcəklərini bildirmişdir. O da əgər belə bir tanışları olarsa bununla bağlı onlara məlumat verəcəyini demişdir. 2022-ci ilin fevral ayında Cəlilabad RMX PHŞ-nin giriş qapı postunda mühafizəçi kimi xidmətdə olan zaman sonradan tanıdığı Şahid3 ona yaxınlaşaraq öz pensiya sənədlərinin düzəldilməsində köməklik edəcək şəxs axtardığını bildirmişdir. O da ona pensiya sənədlərinin düzəldilməsində Akif adlı şəxsin köməklik göstərə biləcəyini demiş və Akifin mobil telefon nömrəsini ona vermişdir. Həmin gün axşam saatlarında Şahid3 Cəlilabad RMX-nın qarşısına gəlmiş və orada Şahid1la görüşüb söhbət etdiklərini görmüşdür. Lakin, o, həmin vaxt postda olduğu üçün onların nə barədə hansı söhbət etdiklərini eşitməmişdir. Bundan təxminən 20 gün sonra Cəlilabad RMX-nın Polklinika şöbəsində xidmətdə olan zaman İlqarla rastlaşan zaman Şahid1 gözlədiyini və pensiya sənədlərinin düzəldilməsi üçün Akifdən bildiriş alacağını demiş, Akifə zəng etməyini istəmişdir. O da Akifə zəng edərək İlqarın onu gözlədiyini və pensiya sənədlərinin düzəldilməsi üçün bildiriş almaq istədiyini demişdir. Akif isə Cəlilabad rayonunda olmadığını və İlqarla özünün şəxsən əlaqə saxlayacağını bildirmişdir. O da Akifin dediyi sözləri İlqara çatdırmışdır. Bundan sonra İlqar onunla sağollaşıb getmişdir. Həmin vaxtdan 2-3 ay sonra İlqarla Cəlilabad RMX-da görüşən zaman, həmçinin ona zəng edərək Şahid1 onun pensiya sənədlərinin düzəldilməsi üçün 1500 manat pul verməsini, lakin, pensiya sənədlərini düzəltməməsini və aldığı pulu geri qaytarmadığını bildirmişdir. O da Şahid1 zəng edərək İlqardan aldığı pulu qaytarmasını tələb etmiş, Akif də aldığı pulu qaytaracağını demişdir. Lakin, Akif İlqardan aldığı pulu qaytarmamışdır. Buna görə də İlqar Akiflə onu onun tanış etdiyini bildirib pulu Akifdən alıb ona qaytarmağını tələb etmişdir. Bundan başqa bildirmişdir ki, Şahid3 ifadəsində qeyd etdikləri tamamilə yalandır. Belə ki, həmin vaxt İlqar ondan özünün pensiya sənədlərinin düzəldilməsində köməklik edəcək şəxs axtardığını bildirmiş, o da bu işlə məşğul olan Şahid1 və Vüsal Qasımovun mobil telefon nömrələrini ona verərək qeyd edilən şəxslərlə əlaqə saxlamasını bildirmişdir. Lakin, İlqar Mahirə adlı qadının pensiyasının bərpa olunmasına köməklik edəcək şəxs axtardığını ona deməmiş, o da ona bu işdə köməklik göstərə biləcəyini deyərək 1500 manat istəməmişdir. Həmçinin, Cəlilabad RMX-nın giriş qapısında olan mühafizə postunda İlqar qardaşları Eldəniz və Şahid4lərin yanında ona heç bir məbləğdə pul verməmiş, o, onunla birlikdə pensiya sənədlərinin düzəldilməsi üçün həkim komissiyasından hər hansı sənəd götürərək ona təqdim etməmişdir. O, yalnız sonradan Şahid1 pensiya sənədləri düzəltmək adı ilə Şahid3 aldadaraq 1500 manat pulunu ələ keçirməsini bilmişdir. Şahid1 Şahid3 pensiya sənədləri düzəltmək adı ilə aldadaraq aldığı 1500 manat puldan ona 50 manat verəcəyini desə də, lakin, həmin pulu ona verməmişdir. Lakin, hal-hazırda dəqiq xatırlamadığı bir tarixdə Cəlilabad RMX-nın giriş qapısında olan mühafizə postunun yaxınlığında Vüsal Qasımov ona 20 ( iyirmi) manat pul verərək həmin pulu atası Akifin göndərməsini bildirmişdir. Bundan başqa Akif İlqardan aldığı puldan ona verməmişdir. Şahid3 təqdim etdiyi səs yazısı ilə bağlı onu demişdir ki, Şahid1 Şahid3lə mobil telefonla danışan zaman İlqarın onun səsini qeyd etməsini bildiyinə görə qəsdən pensiya sənədlərinin düzəldilməsi üçün onun verdiyi pulu ondan almasını bildirmişdir. Əsl həqiqətdə isə o, pensiya sənədlərinin düzəldilməsi üçün İlqardan pul almamışdır. O, halhazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş 1500 (bir min beş yüz) manat ziyanı tam ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Həmçinin qanunun tələbinə əsasən vurulmuş zərərin 25 faizini də dövlət büdcəsinə ödəmişdir. Odur ki, bu halları nəzərə alıb cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X4 arvadıdır, eyni ünvanda yaşayırlar. Şahid3 qonşusudur, heç bir qohumluq əlaqələri olmasa da, yaxşı qonşu münasibətlərində yaşayırlar. Şahid1 və Təqsirləndirilən şəxs isə heç vaxt görməmiş, heç bir ilə tanışlığı yoxdur. Mahirə Şabanova xəstəliyi ilə bağlı olaraq 2011-ci ildən 2021-ci ilə qədər İİ qrup əlil kimi pensiya almışdır. Lakin, 2021-ci ildən Mahirəyə pensiyanın verilməsi dayandırılmış, buna görə də dəfələrlə Mahirə Şabanovanın pensiyasının bərpa olunması üçün həkim komissiyasından keçmiş, lakin pensiyası bərpa olunmamışdır. 2022-ci ilin fevral ayının əvvəllərində Şahid3lə yaşadığı evdə söhbət edən zaman Mahirə Şabanovanın pensiyasının bərpa olub-olunmaması soruşmuş, o, isə həmin pensiyanın bərpa olunmamasını bildirmişdir. Bu zaman İlqar ona Cəlilabad RMX-na gedən zaman orada mühafizəçi işləyən Teymur adlı şəxsin pensiya işinin düzəldilməsində köməlik göstərdiyini, hətta bununla bağlı Teymurla söhbət etməsini və Teymurun həmin işi 1500 manata görə biləcəyini deməsini bildirmişdir. O da X6 pensiyasının bərpa etdirmək istədiyini və bununla bağlı Teymur adlı həmin şəxslə söhbət etməsini xahiş etmişdir. Bundan bir neçə gün sonra özünə məxsus olan iribuynuzlu heyvanları satıb 1500 manat pul düzəltmiş, Şahid3 yaşadığı ünvana gələrkən 1500 manat pulu Teymur adlı şəxsə çatdırmaq üçün vermişdir. Bundan sonra İlqarla görüşən zaman X5 pensiyasının 2-3 ay ərzində bərpa olunacağını və həmin vaxtdan sonra pesniya ala biləcəyini bildirmiş, o da İlqarı tanıdığım üçün bu sözlərinə inanmışdır. Lakin, həmin vaxtdan 2-3 ay keçməsinə baxmayaraq Mahirə Şabanovanın pensiyası bərpa olunmamış, buna görə də bununla bağlı Şahid3 maraqlandıqda İlqar Teymurla danışıb məlumat verəcəyini demiş, hətta Şahid3 onun yanında Teymur adlı şəxslə mobil telefonla danışarkən Teymur pensiya işinin görülməsi ilə bağlı sistemdə çətinliklər olmasını, buna baxmayaraq həmin işin tezliklə düzələcəyini demişdir. Bütün bunlara baxmayaraq Mahirə Şabanovanın pensiyası bərpa olunmamışdır. O da Şahid3 pensiyanın bərpa olunmasında köməklik göstərəcək Teymur adlı şəxsə çatdırmaq məqsədilə verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Lakin, İlqar həmin pulu Teymurdan alıb ona verə bilmədiyinə görə bu barədə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs ona verilən əlavə suallara cavab olaraq ifadəsində göstərmişdir ki, Mahirə Şabanovanın pensiyasının bərpa olunmasında köməklik göstərməsi qarşılığında Teymur adlı şəxsə çatdırmaq məqsədilə Şahid3 1500 manat pulu 2022-ci ilin fevral ayının əvvəllərində Cəlilabad rayonu, Günəşli kəndində yerləşən yaşadığı evin həyətində vermiş, pulu verməsini İlqarın qardaşı Şahid2 görmüşdür. Şahid1 və Təqsirləndirilən şəxs heç vaxt görməmiş, heç bir tanışlığı yoxdur. Həmin şəxslərin heç biri ilə Mahirə Şabanovanın pensiyasının bərpa olunmasında köməklik göstərməsi ilə bağlı şəxsən görüşərək və ya mobil telefon vasitəsilə əlaqə saxlayaraq danışmamışdır. Halhazırda o, Təqsirləndirilən şəxs barışmışdır, ona dəymiş 1500 (bir min beş yüz) manat maddi ziyan tam ödənilmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X4 və Zərərçəkmiş şəxs qonşularıdır, heç biri ilə qohumluq əlaqələri, ədavət və ya düşmənçilik münasibətləri yoxdur, yaxşı qonşu münasibətlərində yaşayırlar. Təqsirləndirilən şəxs ilə heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur, Teymuru 2022-ci ilin fevral ayının əvvəllərində tanımışdır. Belə ki, həmin vaxt o, Cəlilabad RMX-na əmisi oğlu Bahadur Nəsirullayevi həkim komissiyasından keçirmək üçün aparmış, Cəlilabad RMX-nın həyətində olan zaman tanımadığı bir şəxs ona yaxınlaşaraq adının Teymur olmasını, mülki mühafizədə işləməsini, bununla yanaşı ayrı-ayrı şəxslərə pensiya düzəltdirməsində köməklik etdiyini bildirmişdir. O da Teymura qonşusu Mahirə adlı qadının əvvəllər İİ qrup əlil kimi pensiya almasını, lakin sonradan həmin pensiyanın verilməsinin dayandırılmasını bildirmişdir. Təqsirləndirilən şəxs Mahirə adlı qadına köməklik edərək pensiyasını bərpa etdirilməsinin mümkün olmasını bildirmiş və həmin işin düzəlməsi üçün 1500 manat pul alacağını demişdir. O da Təqsirləndirilən şəxs mobil telefon nömrəsini götürmüş və bununla bağlı Mahirə ilə söhbət edib əlavə məlumat verəcəyini demişdir. Mahirə Şabanovanın yaşadığı evə gedərək Mahirə və əri Zərərçəkmiş şəxsla söhbət edərək pensiyasının bərpa etdirilməsində köməklik edəcək Teymur adlı şəxsin olduğunu və bu işi düzəltməsi müqabilində 1500 manat pul lazım istədiyini demişdir. Mahirə və Şahlar da onun bu sözü ilə razılaşmış və Şahlar Mahirənin pensiyasının bərpa olunmasına köməklik etməsi qarşılığında Teymur adlı şəxsə 1500 manat verməyə razı olmuşdur. Təqsirləndirilən şəxs onun mobil telefonumn bir neçə dəfə zəng edərək “nə fikirləşdin, nə oldu, həmin şəxs razıdır yoxsa yox” sözlərini demişdir. Bundan təxminən 1 həftə sonra 2022-ci ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs onu yaşadığı evə çağırıb arvadı Mahirənin pensiyasının bərpa etdirilməsində köməklik edəcək Teymur adlı şəxsə çatdırmaq üçün 1500 manat pul vermişdir. O, həmin pulu Şahlardan aldıqdan sonra Teymura zəng edərək görüşmək istədiyini demişdir. Təqsirləndirilən şəxsla Cəlilabad RMX-nın həyətində yerləşən mühafizə əməkdaşlarının istirahət etdikləri otaqda görüşmüş və Mahirə Şabanovaya məxsus şəxsiyyət vəsiqəsinin surətini, həmçinin Mahirənin əri Şahların verdiyi 1500 manat pulu qardaşları Eldəniz və Şahid4 yanında vermişdir. Bundan sonra Teymur onu Cəlilabad RMX-nın pensiya sənədlərinin düzəlməsi üçün nəzərdə tutulmuş komissiyanın olduğu yerə aparmış, ondan qapıda dayanıb gözləməsini istəmişdir. Təxminən 10-15 dəqiqə sonra geri qayıdıb Mahirə Şabanovaya aid xəstəlik haqqında sənədi göstərib pensiyanın 2022-ci ilin mart ayında düzələcəyini bildirmişdir. O da Teymurun bu sözlərinə inanıb Mahirə və əri Şahlara bu barədə məlumat vermişdir. Lakin, 2022-ci ilin mart ayında Mahirə Şabanovanın pensiyası bərpa olunmamışdır. Buna görə də Teymurla tez-tez əlaqə saxlayaraq pensiyanın bərpa olunması ilə maraqlanmış, Teymur yaxın vaxtlarda Mahirənin pensiyasının bərpa olunacağını demişdir. 2022-ci ilin may ayında Teymurla əlaqə saxlayan zaman Bakı şəhərində olmasını demiş və bu işlə məşğul olan Akif adlı şəxsin mobil telefon nömrəsini vermişdir. O, Akifə zəng edərək mobil nömrəsini Teymurun verdiyini və Mahirə Şabanovanın pensiyasının bərpa olunması ilə maraqlandığını bildirmişdir. Akif də Teymurla bu barədə danışdığını, işdən məlumatının olmasını Mahirə Şabanovanın pensiyasının bərpa olunması barədə bildirişin 1 həftə ərzində hazır olacağını və Cəlilabad RMX-na gedərək bildirişi alıb ona verəcəyini bildirmişdir. O, Akif adlı şəxsin bu sözünə inanmışdır. Bundan 1 həftə sonra Cəlilabad RMX-na getmiş, lakin, Akif adlı şəxs xəstəxanaya gəlib bildirişi verməmişdir. Buna görə Teymura zəng edərək Akifin oraya gəlmədiyini demişdir. Təxminən 2-3 saat RMX-nın həyətində Akifi gözləsə Akif həmin yerə gəlməmişdir. Bundan sonra yaşadığım evə getmiş, Teymurla əlaqə saxlayan zaman ondan narahat olmamasını istəmiş və bu işi tezliklə həll edəcəyinə söz vermişdir. Lakin, sonradan Teymur və Akif adlı şəxslər onun zənglərinə cavab verməmiş, Mahirə Şabanovanın pensiyasının bərpa olunmasına heç bir köməklik göstərməmişlər. Buna görə də 1500 manat pulu geri qaytarmalarını tələb etmişdir. 2023-cü ilin fevral ayına qədər Təqsirləndirilən şəxs ondan aldığı Zərərçəkmiş şəxs məxsus olan 1500 manat pulu geri qaytarmadığı üçün bu barədə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmişdir. Şahid3 ona verilən əlavə suallara cavab olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1500 manat pulu ondan alan zaman Mahirə Şabanovanın pensiyasının bərpa olunmasında köməklik göstərilməsi üçün həmin puldan hər hansı şəxsə verəcəyini deməmişdir. Mahirə Şabanovanın pensiyasının bərpa olunmasında köməklik göstərilməsi üçün Təqsirləndirilən şəxs verdiyim 1500 manat pul Mahirənin əri Zərərçəkmiş şəxs məxsusdur, o, yalnız həmin pulu Şahlardan alıb Teymura çatdırmış, Teymura verdiyi puldan Teymur pay ayırmamış, onun məqsədi qonşusu Mahirə Şabanovanın pensiyasının bərpa etdirilməsinə köməklik göstərmək olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayında ortalarında tanışı Cəlilabad rayonu, Şiləvəngə kənd sakini Təqsirləndirilən şəxs ona zəng edərək Cəlilabad rayonu, Günəşli kənd sakini X3 pensiyasını bərpa etdirmək lazım olduğunu bildirmiş, bu işin düzəlməsi qarşılığında Şahid3 Mahirədən pul alıb verməsini demişdir. Buna görə də Teymur ona İlqarı Mahirə adlı qadının pensiyasının bərpa olunmasında birlikdə köməklik edəcəyklərini deyərək aldatmağı, bunun qarşılığında 600 (altı yüz) manat pul verməsini təklif etmişdir. O da Teymurun bu təklifini qəbul etdikdən sonra ona 600 (altı yüz) manat pul göndərmiş və mobil telefon nömrəsini İlqara verəcəyini, İlqarın onunla əlaqə saxlayacağını demişdir. Sonradan Şahid3 ona zəng edərək Mahirə adlı qadının pensiya sənədlərinin düzəlməsi ilə maraqlandıqda hər dəfə yalan vədlər verərək Mahirənin pensiyasının tezliklə bərpa olunacağını, pensiya alacağını demişdir. Əsl həqiqətdə isə Mahirə adlı qadının pensiya sənədlərinin düzəldilməsi üçün Təqsirləndirilən şəxsla heç bir iş görməmişlər. Onların niyyəti İlqarı aldadaraq pulunu ələ keçirmək olmuşdur. Buna görə də sonradan Şahid3 bu işin düzəlməməsini görüb verdiyi pulu geri istəmişdir. O, həmin vaxt Teymurun İlqardan 1500 manat pul almasını, yəni, qalan 900 manat pulu özünə götürməsini bilmişdir. Buna baxmayaraq İlqardan aldıqları pulları geri qaytarmamışlar. Bu səbəbdən də İlqar onların barəsində Cəlilabad rayon polis şöbəsinə şikayət etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onlara qanunun tələbinə əsasən obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsi və şahidlərin ifadəsi, həmçinin cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Cinayət işinə əlavə edilmiş cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət nəticəsində ona 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda həmin ziyan Təqsirləndirilən şəxs tərəfindən ona tam ödənilmişdir. Onunla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Nəzərə alınmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ərizədən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilir, törətdiyi cinayət əməlindən peşmandır, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmişin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 73-1.2ci maddəsinə əsasən zərərçəkmişlə barışmasını və dövlət büdcəsinə pul ödəməsini nəzərə alıb onu cinayət məsuliyyətindən azad edib, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş 25 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə dəymiş 1500 (bir min beş yüz) manat maddi ziyanın 25 faizini, yəni 375 (üç yüz yetmiş beş) manat dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın iyirmi beş faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə ödəməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, cinayət məsuliyyətindən azad edilıməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər, verilmədiyi halda qərar göstərilən müddət bitdikdən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-145/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-145/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver