Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-148/2023 02.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 12:20 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1981-ci il tarixdə Cəlilabad rayonu, Xəlilabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəl məhkum olunmamış, Cəlilabad rayonu Xəlilabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə, saat 10 radələrində Cəlilabad rayonu, Xəlilabad kəndinin yaxınlığında olan örüş sahəsində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı yumruqla sonuncunun ağız nahiyyəsinə bir zərbə vuraraq ona alt dodaq nahiyyəsində əzilmiş yara xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. O, 19 iyun 2023-cü il tarixdə şəxsi təsərrüfatında olan heyvanlarını yaşadığı Cəlilabad rayon Xəlilabad kəndinin yaxınlığında otlaq sahəsində otararkən, Zərərçəkmiş şəxs məxsus heyvanlar orada olmuşdur. Təxminən saat 10 radələrində heyvanları Zərərçəkmiş şəxs heyvanlarına qarışdığı üçün onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbləşərək Zərərçəkmiş şəxs ağiz nahiyyənə bir yumruq zərbəsi vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Daha sonra o, heyvanlarını oradan apararaq uzaqlaşmışdır. Hadisə qısa müddət ərzində baş vermiş, hadisə zamanı orada başqa heç kim olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır, zərərçəkmiş Zərərçəkmiş şəxsla barışmış, ona dəymiş ziyanı isə tam ödəmişdir. Ona görə də bunları nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. O, 19 iyun 2023-cü il tarixdə şəxsi təsərrüfatında olan heyvanlarını yaşadığı Cəlilabad rayon Xəlilabad kəndinin yaxınlığında otlaq sahəsində otararkən, Rəşad Mustafyev də heyvanlarını orada otarmışdır. Saat təxminən 10 radələrində Təqsirləndirilən şəxs heyvanları onun heyvanlarına qarışdığı üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs onun ağiz nahiyyəsinə bir yumruq zərbəsi vurmuş, zərbənin təsirindən o. yerə yıxılmışdır. Təqsirləndirilən şəxs isə heyvanlarını oradan aparaq uzaqlaşmışdır. Həmin vaxtı onların yanında başqa heç kim olmamış, hadisə qısa müddət ərzində baş vermişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki nəzərə alınmasını məhkəmədən xahiş edir. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin PHŞ Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 21 iyun 2023cü tarixli 514 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs alt dodaq nahiyəsində əzilmiş yara müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Törənmə müddəti 19 iyun 2023-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyi, ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və barışmalarının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bildiyini, əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmişin ondan heç bir şikayəti və tələbinin olmadığını göstərərək, cinayət məsuliyyətindən azad olunub barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. Böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışmış, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, işin müəyyən olunmuş hallarını, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.5ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci madddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.11, 43.1.2, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-148/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-148/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver