Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-15/2023 22.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi (sədri) Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.*964-cü il tarixdə Cəlilabad rayonunun Sadatlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Sadatlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *88.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2000-ci ildən hal-hazıradək Zərərçəkmiş şəxsnə məxsus Cəlilabad rayonu Sadatlı kəndində yerləşən 0,6* hektar təşkil edən torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan qanunsuz olaraq həmin torpaq sahəsini tutmuş və qeyd olunan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonunun Sadatlı kəndində təxminən 0.60 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi ona Seyidbazar kənd icra nümayəndəliyi tərəfindən *997-ci ildə verilmişdir. 2000-ci illərdə isə həmin torpaq sahəsi islahatlar zamanı zəbt olunmuş torpaq sahəsi kimi onun istifadəsinə verilmişdir. Qardaşı Davudun evi onun evinin sol tərəfində yerləşir. Onların torpaq sahələri bir-birindən dəmir məftil ilə hasarla ayrılmışdır. Onun torpaq sahəsinin qarşı tərəfində isə həmkəndlisi Şahid4 torpaq sahəsi yerləşir və o həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikmişdir. Şahid4 20*7-ci ildə istifadəsində olan torpaq sahəsindən Şahid5 satmış və sonuncu orada özünə fərdi yaşayış evi inşa etdirmişdir. Şahid4 Şahid5 torpaq sahəsi satanadək və Şahid5 tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikilənədək Davudun həyətinə gələn kənd yolu boş olmuş və həmin yol vasitəsi ilə gediş-gəliş olmuşdur. 2020-ci il tarixdə Şahid5 Davudun həyətyanı sahəsinə gedən yolu məftil ilə hasarladaraq bağlamışdır. Davud ona etiraz edib həmin yerin ona aid olduğunu bildirsə də, Şahid5 buna əhəmiyyət verməyərək, kənd yolundan onun həyətinə gələn yolu bağlamışdır. O, isə orada ev tikdiyi üçün həyətinə tikinti materialları gətirmək üçün Şahid5 məftil ilə bağladığı yolunu sökmüş və yaşayış evini tikdikdən sonra həmin yerə qapı qoymuşdur. Bundan sonra Tağı onunla mübahisə edərək ondan həmin qapını sökməyini və həmin yer ilə Sadatlı meşəsinə getmək istədiyini bildirmişdir. Bundan başqa, ona təqdim edilmiş *7.06.202*-ci il tarixli məhkəmə-tikinti mühəndislik ekspertizası rəyinə əsasən zəbt edilmiş bələdiyyə mülkiyyətində olan həmin torpaq sahəsi qardaşı Davuda məxsusdur. O, Şahid5 hər hansı bir torpaq sahəsini zəbt etməmişdir. Şahid5 onun həyətyanı sahəsindən meşə ərazisinə getmək üçün özünə yol istəyir. Davud isə həyətyanı sahəsinə qapı qoyaraq özü oradan kənd yoluna çıxmaq üçün istifadə edir. Hazırda özünü təqsirli bilmir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi (sədri) Nümayəndə verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci il may ayından Seyidbazar Bələdiyyəsinin sədri vəsifəsində işləyir. Cəlilabad rayonunun Sadatlı kənd sakinləri Təqsirləndirilən şəxs və X5 istifadə etdikləri torpaq sahəsinə onlar tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, adları qeyd edilən şəxslərin hər ikisi bələdiyyə mülkiyyətində olan torpağı zəbt edərək həmin torpaq sahəsinə heç bir qanuni icazələri olmadan istifadə edirlər. Bununla bağlı onlar tərəfindən akt tərtib olunmuş və həmin şəxslər barəsində cinayət işi başlanaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. İbtidai istintaq zamanı mülki iddia verərək, həmin şəxslərin torpaq sahəsindən çıxarılmalarını və torpaq sahəsində özbaşına inşa etdirilmiş tikilinin sökülməsini xahiş etmişlər. Hazırda iddianın həcmini azaldaraq, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mülkiyyətində olan Cəlilabad rayonunun Sadatlı kəndində yerləşən 0.6* ha torpaq sahəsindən çıxarılmasını və həmin torpaq sahəsində onun tərəfindən inşa etdirilmiş özbaşına tikilinin sökülməsini tələb edir, başqa şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, *3 may 2020-ci il tarixdə Cəlilabad rayonunun Sadatlı kənd sakini Şahid4 ilə aralarında razılaşma yolu ilə onun adına olan 0.32 ha həyətyanı torpaq sahəsindən 0.*524 ha hissəsini 4700 (dörd min yeddi yüz) manat nağd pul ödəməklə almışdır. Bu barədə Cəlilabad rayon * saylı notariat ofisində *3.05.2020-ci il tarixdə Şahid4la aralarında daşınmaz əmlakın alqısatqısına dair müqavilə bağlamışlar. Həmin ərəfədə almış olduğu 0.*524 ha torpaq sahəsinə gedib baxmış və Şahid4 özünə məxsus ümumilikdə 0.32 ha həyətyanı torpaq sahəsini metal torla çəpərlədiyini görmüşdür. Alqı-satqı müqaviləsindən sonra bölgü planına əsasən həmin torpaq sahəsinin döngə nöqtələri və sərhədləri müəyyən olunmuş, o da aldığı həyətyanı torpaq sahəsini ayırmışdır. xx.xx.2020-ci il tarixdə Cəlilabad rayonunun Sadatlı kəndində aldığı 0.*524 ha torpaq sahəsi ilə həmsərhəd olan və qonşuluqda yaşayan Davud Feyziyevin ona məxsus torpaq sahəsininin uc hissəsindən təxminən 4x7 metr ölçüdə çəpəri açdığını və öz həyətyanı torpaq sahəsinə getmək üçün yol düzəltməsi barədə məlumat almışdır. O dərhal Cəlilabad rayonunun Sadatlı kəndinə sözügedən torpaq sahəsinə getmiş və təxminən saat *7 radələrində həmin yerə çatmışdır. Davud Feyziyevin həyətyanı sahəsinə gedən istiqamətdə ona məxsus 4x7 metr ölçüdə torpağın zəbt olunaraq giriş hissəyə darvaza qoyulduğunu görmüşdür. X*3, onun qardaşları Cabir, Bayram və digər şəxslər olmuşdur. O Davuda irad bildirərək ona məxsus həyətyanı torpaq sahəsinin bir qismini niyə yol üçün açıb istifadə etdiyini demiş, Davud cavabında etdiyi əməli dərk etdiyini, ona məxsus torpaq sahəsini qəsdən zəbt edib tutaraq həyətinə gedən yol kimi istifadə edəcəyini bildirmişidr. Davud həmin yolu açmayacağını deyib ona hədələyici sözlər demişdir. Bundan sonra o, oradan uzaqlaşıb Cəlilabad RPŞ-yə gəlmiş və ərizə ilə müraciət etmişdir. Ərizəsində Cəlilabad rayonunun Sadatlı kənd sakini X5 ona məxsus 0.*524 ha torpaq sahəsinin bir qismini, yəni 4x7 metr ölçüdə olan hissəsini həyətinə gedən yol kimi istifadə edib zəbt etdiyinə görə onun barəsində qanuni tədbir görülməsini və ona məxsus torpaq sahəsinin Davuddan alınaraq tam şəkildə ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, mülkiyyətində olan torpaq sahəsindən 0.*5 ha hissəsini notarial qaydada təsdiq edilmiş müqavilə əsasında Şahid5 satmış və aralarında heç bir narazılıq olmamışdır. Lakin X* Tağı Məmməd oğlunun istifadəsində olan torpaq sahəsinin bir hissəsini Yaşar Vəliyev və Zərərçəkmiş şəxs dəstəyi ilə zəbt edərək həmin əraziyə dəmir darvaza qoymuşdur. Təqsirləndirilən şəxs isə ictimai yolun bir hissəsini zəbt etmişdir. Halbuki, Təqsirləndirilən şəxs zəbt etmiş olduğu yolu açacağı təqdirdə arada heç bir mübahisə qalmayacaqdır. *7 iyun 202*-ci il tarixli, UNİ/İ *2-226/2* saylı ekspert rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, o Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. Həmin vaxta kimi Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsini zəbt etməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, qardaşları Feyzi və Davudun Cəlilabad rayonunun Sadatlı kəndində təxminən 0.30 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi onlara *997-ci ildə Seyidbazar kənd icra nümayəndəliyi tərəfindən verilmişdir. 2000-ci illərdə isə həmin torpaq sahələri islahatlar zamanı zəbt olunmuş torpaq sahəsi kimi qardaşlarının istifadəsinə verilmişdir. Həmin vaxtdan etibarən qardaşı Təqsirləndirilən şəxs ona aid olan torpaq sahəsində özünə fərdi yaşayış evi tikmiş, digər qardaşı Davud isə həmin torpaq sahəsində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmuşdur. Davudun istifadəsində olan torpaq sahəsi ilə həmkəndlisi Şahid4 torpaq sahəsi arasında yol vardır və həmin yol islahatlar aparılan zaman ayrılmışdır. O da ona aid olan torpaq sahəsini dəmir məftil ilə hasara almışdır. 20*7-ci ildə isə Şahid5 həmkəndlisi Şahid4 torpaq sahəsi almış və həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikmişdir. Şahid5 yaşayış evini tikdikən sonra qardaşı Davudun evinə gedən yolu məftil ilə bağlayaraq ondan həmin həyəti satmasını tələb etmişdir. Davud isə bundan imtina edərək özünə ev tikmək istədiyini bildirmişdir. Bundan sonra Şahid5 qardaşı Davuda həyətinin digər tərəfindən meşəyə getmək üçün ona yol verəcəyi təqdirdə Davudun yolunu açacağını bildirmiş, Davud isə bundan imtina etmişdir. X*0 və Təqsirləndirilən şəxs Şahid5 məxsus hər hansı torpaq sahəsini zəbt etməmişlər. Şahid5 tələb etdiyi yer qardaşı Davuda məxsus yoldur. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid* və Şahid3 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə uyğun ifadələr vermişdirlər. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş *7 iyun 202*-ci il tarixli, UNİ/İ *2-226/2* saylı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20.08.202*-ci il tarixli, *0/3903 saylı ekspert rəylərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evi və torpaq sahəsinə dair mülkiyyətin mövcudluğu ilə bağlı qeydiyyatı yoxdur. Elektron xəritə bazasında onun istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətində qeyd olunur. Təqsirləndirilən şəxs mülkiyyətində torpaq sahəsi mövcud deyildir. Təqsirləndirilən şəxs tərəfindən zəbt edilən 0.6* ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Xəritə sxeminə əsasən Təqsirləndirilən şəxs çəpərə aldığı ərazinin kənd ərazisindəki ümumi olan yola düşməsi müəyyən edilmişdir. Mövcud vəziyyətdə isə həmin yerdən yolun keçməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs zəbt etdiyi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində mövcud xəritəyə əsasən yolun olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Cəlilabad rayon İcra Hakmiyyəti Başıçısının Şiləvəngə kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Belə ki, iş üzrə zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçının nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də iş üzrə digər sübutların məcmusu ilə məhkəmə hesab edir ki, hazırki ittiham əsaslı olmaqla qanunidir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçının nümayəndəsinin, şahidin ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *88.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.*-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 4*.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.*-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının *-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 4*-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 6*-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-*.*-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-*.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-*.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə cinayət işinin materiallarını araşdırıb hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia əsaslıdır və buna görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsinin 0.6* ha hissəsini zəbt etmiş və özbaşına tikili hesab edilən hazırda yaşadığı fərdi yaşadığı evi həmin torpaq sahəsində yerləşir. Zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı olan Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs Bələdiyyə mülkiyyətində olan həmin torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsində inşa etdirilmiş tikilinin sökülməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin *4.2-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının *3-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *52.*-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin *57.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X3 Avropa Konvensiyasının * saylı Protokolunun *-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin ***-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin *79.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin *79.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.* və 354.*.*-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mülkiyyətində olan Cəlilabad rayonunun Sadatlı kəndində yerləşən 0.6* ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsində özbaşına inşa edilmiş tikili sökülməlidir. Zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə mülki iddianın verilməsi ilə əlaqədar ödənilməli olan *00 (bir yüz) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərcinin Cəlilabad Rayon Məhkəməsinin *8.0*.2023-cü il tarixli, *(073)-*6/2023 saylı hökmü ilə X4 tutulması müəyyən edildiyinə görə hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin xərci ödəməkdən azad edilməlidir. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 35*, 352, 353, 356, 38*, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *88.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona * (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Cəlilabad rayonunun Sadatlı kəndindəki yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılsın. İddia təmin edilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mülkiyyətində olan Cəlilabad rayonunun Sadatlı kəndində yerləşən 0.6* ha torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsində özbaşına inşa edilmiş tikili sökülsün. Mülki iddianın verilməsi ilə əlaqədar ödənilməli olan *00 (bir yüz) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökm elan olunduğu və alındığı andan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-15/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-15/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver