Məhkəmə qərarları › İş №1(073)-151/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-151/2024

27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-151/2024 27.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Kürdəmir rayonunun Dəyirmanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayonunun Dəyirmanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxta və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükülüdə təmiz çəkisi 1,181 qram olan psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 07 may 2024-cü il tarixdə, saat 22 radələrində Cəlilabad şəhəri, Qurtuluş prospektində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilib, onun üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, uzun müddət əvvəl narkotik maddə istifadə etmiş, lakin son zamanlar tərgitmişdir. O, ustalıq fəaliyyəti məşğul olaraq ailəsini dolandırır. 04 may 2024-cü il tarixdə dostları ilə görüşüb çay içmək üçün Bakı şəhərinə getmişdir. Həmin vaxt evə gələn zaman kirayə yaşadığı evin yaxınlığında yerdə olan büküm diqqətini çəkmiş və onu yerdən götürüb içinə baxdıqda onun içərisində “şüşə” olduğunu müəyyən etmiş və həmin bükümü cibinə qoyaraq nə vaxtsa istifadə etmək məqsədi ilə saxlamışdır. 07 may 2024-cü il tarixdə təxminən saat 15 radələrində həmkəndlisi Şahid5 və Şahid6 ilə birlikdə olan zaman həm Biləsuvar rayon sakini Şahabbas adlı əsgər yoldaşını görmək, həm də gəzmək üçün Lənkəran şəhərinə getmək qərarına gəlmiş və Elxana məxsus “Lada 21015” markalı **-OF-*** dövlət nömrə nişanlı avtomobillə yola düşmüşlər. Onlar Biləsuvarda həmin şəxsi bir qədər axtarsalar da tapa bilməmiş və gəzmək üçün Bakı-Astara yolundan Cəlilabad şəhərinə doğru yol almışlar. Bu zaman qarşılarına çayxana çıxdığı üçün onlar avtomobili kənara çəkib çay içmək üçün avtomobildən düşmüşlər. Bu zaman dörd nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt psixotrop maddə olan metamfetamin üzərində olduğuna görə o, onlara üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Bundan sonra onu Cəlilabad RPŞ-yə dəvət etmiş və onlara etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Orada onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin olunmuş və daha sonra ondan üzərində qanunla qadağan olunmuş hansı əşya olubolmamasını soruşmuşlar. O da əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibinə qoyduğu həmin bükülünü polis əməkdaşlarına təhvil vermişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilən zaman onun kütləsinin 1,26 qram olması müəyyən edilmişdir. O, həmin bükülünü tapdığını və ondan istifadə etmədiyini bildirmişdir. Həmin bükülü zərfə qoyulmuş və protokol tərtib edilmişdir. O da həmin protokola və zərfin üzərinə imza etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyir. Kürdəmir rayonu, Dəyirmanlı kənd sakini Təqsirləndirilən şəxs tanımır, onunla ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən xidməti vəzifəsilə əlaqədar olaraq Cəlilabad RPŞ-də şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. Sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Cəlilabad şəhəri, Qurtuluş prospektinin ətrafı müşahidəyə götürülmüşdür. Təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs “VAZ 21015” markalı, **-OF-*** dövlət nömrə nişanlı avtomobildə Cəlilabad şəhəri, Qurutuluş prospektində hərəkət edərkən görmüş və onu 10-15 dəqiqə müşahidə etdikdən sonra ona yaxınlaşıb avtomobili saxladaraq özlərini təqdim etmişlər. Sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində psixotrop maddə olan bir ədəd bükümdə metamfetamin olmasını bildirmişdir. Avtomobildə sərnişin qismində olan şəxs isə özünü Şahid5 kimi təqdim edərək Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasından məlumatı olmadığını və öz üzərində də narkotik maddə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Avtomobildə sürücü qismində olan şəxs isə özünü Şahid6 kimi təqdim edərək Təqsirləndirilən şəxs və Şahid5 üzərində psixotrop və narkotik maddə olmasından məlumatı olmadığını bildirmişdit. Bundan sonra onları Cəlilabad RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs, Şahid5 və Şahid6 onlara etiraz etməyərək birlikdə RPŞ-yə gəlmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulub müdafiəçi ilə təmin olunduqdan sonra üzərində axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarıının sağ yan kiçik cibindən 1 ədəd şəffaf sellofana bükülmüş kütləni təqdim edərək, xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən tapdığını, onunla birlikdə olan Şahid5 və Şahid6 həmin psixotrop maddədən məlumatı olmadığını bildirmişdir. Bundan sonra həmin maddə elektron tərəzidə çəkilən zaman onun kütləsinin 1,26 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da aşkar olunan bükümdən başqa qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Onun şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan əlavə Şahid6 məxsus “VAZ 21015 markalı” markalı, **-OF-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və oradan qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, uzun müddət əvvəl narkotik maddə istifadə etmişdir, lakin son zamanlar tərgitmişdir. O, ustalıq fəaliyyəti məşğul olaraq ailəsini dolandırır. 06 may 2024-cü il tarixdə dostları ilə görüşüb çay içmək üçün Bakı şəhərinə getmişdir. Həmin vaxt evə gələn zaman kirayə yaşadığı evin yaxınlığında yerdə olan büküm diqqətini çəkmiş və onu yerdən götürüb içinə baxdıqda onun içərisində marixuana olduğunu müəyyən etmiş və həmin bükümü cibinə qoyaraq nə vaxtsa istifadə etmək məqsədi ilə saxlamışdır. 07 may 2024-cü il tarixdə təxminən saat 15 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs və Şahid6 ilə birlikdə olan zaman həm Biləsuvar rayon sakini Şahabbas adlı əsgər yoldaşını görmək, həm də gəzmək üçün Lənkəran şəhərinə getmək qərarına gəlmiş və Elxana məxsus “Lada 21015” markalı **-OF-*** dövlət nömrə nişanlı avtomobillə yola düşmüşlər. Onlar Biləsuvarda həmin şəxsi bir qədər axtarsalar da tapa bilməmiş və gəzmək üçün Bakı- Astara yolundan Cəlilabad şəhərinə doğru yol almışlar. Bu zaman qarşılarına çayxana çıxdığı üçün onlar avtomobili kənara çəkib çay içmək üçün avtomobildən düşmüşlər. Bu zaman dörd nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt narkotik vasitə olan qurudulmuş marixuana üzərində olduğuna görə onlara üzərində bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Bundan sonra onu Cəlilabad RPŞ-yə dəvət etmiş və onlara etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Orada onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin olunmuş və daha sonra ondan üzərində qanunla qadağan olunmuş hansı əşya olub-olmamasını soruşmuşlar. O da əynində olan göy rəngli idman gödəkçəmin sağ yan cibinə qoyduğu həmin bükülünü polis əməkdaşlarına təhvil vermişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilən zaman onun kütləsinin 9,75 qram olması müəyyən edilmişdir. O, həmin bükülünü tapdığını və ondan istifadə etmədiyini bildirmişdir. Həmin bükülü zərfə qoyulmuş və protokol tərtib edilmişdir. O da həmin protokola və zərfin üzərinə imza etmişdir. Bundan başqa qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş metamfetamindən məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid3 və Şahid4 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər heç bir zaman narkotik maddə istifadə etməmişdir. O, fərdi taksi fəaliyyəti məşğul olaraq ailəsini dolandırır. 07 may 2024-cü il tarixdə təxminən saat 15 radələrində həmkəndlisi Şahid5 və Təqsirləndirilən şəxs ilə birlikdə olan zaman onlar həm Biləsuvar rayon sakini Şahabbas adlı əsgər yoldaşını görmək, həm də gəzmək üçün Lənkəran şəhərinə getmək qərarına gəlmişlər. O da onlara etiraz etməmiş və ona məxsus “Lada 21015” markalı **-OF-*** dövlət nömrə nişanlı avtomobillə yola düşmüşlər. Onlar Biləsuvarda həmin şəxsi bir qədər axtarsalar da tapa bilməmiş və gəzmək üçün Bakı-Astara yolundan Cəlilabad şəhərinə doğru yol almışlar. Bu zaman qarşılarına çayxana çıxdığı üçün onlar avtomobili kənara çəkməyini istəmiş və onlar çay içmək üçün avtomobildən düşmüşlər. Bu zaman dörd nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmadığını soruşmuşlar. O, isə onlara üzərində hər hansı qanunla qadağan olunmuş maddə və ya predmet olmadığını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onlara üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Həmçinin Şahid5 üzərində bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra onları Cəlilabad RPŞ-yə dəvət etmiş və o, onlara etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Orada onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin olunmuş və daha sonra onun üzərində şəxsi axtarış aparılmış və bu barədə protokol tərtib edilmişdir. O da həmin protokola və zərfin üzərinə imza etmişdir. Bundan başqa qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş metamfetamindən və Şahid5 üzərində şəxsi axtarış aparılan zaman götürülmüş marixuanadan məlumatı olmamışdır. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümdə həmin narkotik vasitə metamfetamin aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi Lənkəran regional bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 19/401 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi –1,181 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir (tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,131 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 452 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabiodlərdən istifadə halları olub. Asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun üzərindən aşkar edilmiş narkotik vasitənin növünü və miqdarını, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:15-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2024-cü il tarixdə, saat 12:30-da Cəlilabad Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 1,131 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 may 2024-cü ildən 09 may 2024-cü ilədək, 2 (iki) gün müddətə həbsdə saxlanılması nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbsə alınsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın, onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti Kürdəmir Rayon Mərkəzi X2 Şəxsinə göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan 1.131 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar